Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
413 
Doqquzuncu simfoniyasını (“Yeni dünyadan”), B.Smetananın 
“Satılmış gəlin” operasının uvertürasını, A.Xaçaturyanın “Qaya-
ne” baletindən süitanı, A.Dvorjakın violonçel ilə orkestr üçün 
konsertini, Q.Koppelin fortepiano konsertini (solistlər E.Benqs-
ston və Q.Koppel, Danimarka), S.Prokofyevin Yeddinci simfo-
niyasını, C.Hacıyevin Dördüncü simfoniyasını, M.Musorqski-
nin, N.Borodinin, R.Vaqnerin, H.Berliozun, J.Bizenin, M.Rave-
lin, N.Myaskovskinin, D.Kabalevskinin və bir çox başqa xarici 
və Azərbaycan bəstəkarlarının əsərlərini məhz belə üzvi bağlılıq 
halında dinləyicilərə  uğurla çatdırmışdır. Qeyd edək ki, Niyazi 
dəfələrlə ifa edilmiş əsərləri də müəyyən dərəcədə yeni yozumla 
ifa etməyə çalışırdı. 
Keçən əsrin 50-ci illərində Niyazi bir sıra yeni əsərlər bəstə-
ləmişdi, bunlardan “Konsert valsı”, “Tərəkəmə” simfonik pyesi, 
uşaq xoru və simfonik orkestr üçün süita, “Arzu” mahnısının 
adını çəkmək olar. Həmin əsərləri, habelə simfonik orkestr üçün 
ustalıqla işlədiyi “Çal oyna”, “Xumar oldum”, “Qaragilə” kimi 
Azərbaycan xalq mahnılarını konsertlərində tez-tez səsləndirirdi. 
1955-ci ildə Niyazi Azərbaycan SSR Xalq artisti kimi 
yüksək ada layiq görüldü. 
1956-cı ildə Niyazi Azərbaycan bəstəkarlarının birinci qurul-
tayının konsert proqramına daxil olan həm tanınmış, həm də yeni 
yazılmış simfonik əsərlərin hazırlanmasına xeyli əmək sərf etdi. 
Dirijor Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürası-
nı, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasını, F.Əmi-
rovun “Kürd-ovşarı” simfonik muğamını, C.Hacıyevin Dördüncü 
simfoniyasını, C.Cahangirovun “Dostluq mahnısı” süitasını, 
R.Hacıyevin “Gənclər simfoniyası”nı, özünün “Rast” simfonik 
muğamını, S.Hacıbəyovun simfonik orkestr üçün “Uvertüra”sını, 
N.Əliverdibəyovun “Balet süitası”nı, H.Rzayevin “Babək” simfo-
niyasını, A.Rzayevin skripka ilə orkestr üçün Birinci konsertini, 
E.Nəzirovanın fortepiano konsertini özünəməxsus coşğunluqla və 
yeni yozum “rəngləri” ilə ifa etdi.  
Qurultayda iştirak etmiş bəstəkar D.Şostakoviç və musiqişü-
nas V.Vinoqradov Niyazini “Sovet simfonik musiqisinin həssas 
təfsirçisi və yorulmaz təbliğatçısı” adlandırmış və qeyd etmişlər 


 
414
ki, “bu, simfoniya kimi mürəkkəb janrda milli müəlliflərin fəal 
işləməsinə imkan verir”
1

1956-cı ildə Niyazi Üzeyir Hacıbəyov adına Azərbaycan 
Dövlət simfonik orkestri ilə birlikdə Dağıstan MSSR Bəstəkarlar 
İttifaqı idarə heyətinin ikinci plenumunun konsert proqramları-
nın hazırlanması üçün böyük iş aparmışdır. Həmin proqramlara 
Q.Həsənovun, N.Dagirovun, S.Ağababovun, M.Kajlayevin və 
digər Dağıstan bəstəkarlarının əsərləri daxil idi. 
1956-cı ilin sonlarında Niyazi yenidən Çexoslovakiyaya səfər 
etdi. Ölkənin paytaxtı Praqada və digər şəhərlərdə P.Çaykovski-
nin Beşinci və Altıncı simfoniyalarını, N.Rimski-Korsakovun 
“Şəhrizad” simfonik süitasını, M.Ravelin “Bolero” əsərini, P.Dü-
kanın “Sehrbazın şagirdi” simfonik poemasını, N.Myaskovskinin 
İyirmi yeddinci simfoniyasını, C.Hacıyevin “Sülh uğrunda” sim-
fonik poemasını ifa etdi. Qeyd edək ki, sonrakı illərdə də Niyazi 
Çexoslovakiyada qastrol səfərlərində olmuş və uğurlu konsertlər 
vermişdi. Məsələn, 1970-ci ildə dirijorun Bratislavada və Karlovı 
Varıda verdiyi konsertlər böyük dinləyici auditoriyasının marağı-
na səbəb oldu. 1956-cı ildə isə Azərbaycanlı dirijor Çexoslovaki-
yada sırf simfonik orkestr üçün yazılmış əsərlərlə bərabər beynəl-
xalq müsabiqələrin laureatları skripkaçı N.Şkolnikova və pianoçu 
D.Başkirov ilə V.A.Motsartın skripka ilə orkestr üçün konsertini 
və N.Skryabinin fortepiano ilə orkestr üçün konsertlərini böyük 
uğurla səsləndirdi.  
Niyazi pianoçu D.Başkirov ilə 1957-ci ilin əvvəllərində Azər-
baycan Dövlət Filarmoniyasında da V.A.Motsartın və N.Skrya-
binin fortepiano konsertlərini ifa etmişdi. Həmin konsertdə bey-
nəlxalq müsabiqələrin digər laureatı pianoçu V.Merjanov P.Çay-
kovskinin fortepiano ilə orkestr üçün Birinci konsertini ifa etdi. 
Qeyd etmək vacibdir ki, Niyazi həmişə Azərbaycan musiqi-
sini müxtəlif vasitələrlə təbliğ etməyə və yaymağa çalışırdı. O, 
Azərbaycanın dövlət orkestri ilə yanaşı dünyanın bir çox simfo-
nik orkestrləri və xarici ölkələrin solist musiqiçiləri ilə Azərbay-
can bəstəkarlarının  əsərlərini ifa edir, musiqi mədəniyyətimiz 
                                                 
1
 Kərimov S. Niyazi. B., 1982,  s. 42. 


 
415 
haqqında məlumat verirdi. Məsələn, həmin ilin mart ayında 
Moskva Konservatoriyasının böyük salonunda Moskva filarmo-
niyasının simfonik orkestri Niyazinin idarəsilə C.Hacıyevin 
Dördüncü simfoniyasını ifa etdi. Bir müddət sonra isə Niyazi 
SSRİ  Bəstəkarlarının II qurultayında Azərbaycan musiqisinin 
uğurları və inkişafı
 
haqqında ətraflı məruzə ilə çıxış etdi. 
Niyazi Azərbaycan bəstəkarlarının yeni önəmli  əsərlərinin 
ilk ifaçısı idi. 1957-ci ildə “Azərbaycan musiqisinin ongünlüyü” 
tədbirində Niyazi ilk dəfə olaraq Q.Qarayevin “İldırımlı yollar-
la” baletindən süitanı, E.Nəzirovanın və F.Əmirovun ərəb möv-
zusunda fortepiano konsertini (solist E.Nəzirova), R.Hacıyevin 
“Oratoriya”sını,  Ə.Abbasovun “Poemasını” və M.Əhmədovun 
“Uşaq süitasını” yüksək ustalıqla ifa etdi. Niyazi Q.Qarayevin 
“İldırımlı yollarla” baletindən süitanı P.Çaykovskinin əsərləri ilə 
birlikdə 1958-ci ildə Moskvada təşkil edilən konsertlərdə də səs-
ləndirdi. Bununla yanaşı alman bəstəkarı R.Vaqnerin xatirəsinə 
həsr olunmuş konsertdə onun əsərlərinin (“Tangeyzer” və “Ri-
yentsi” operalarının uvertüraları, “Loenqrin” operasının üçüncü 
pərdəsinin müqəddiməsi və antraktı, “Valkiriya” operasından 
“Valkirilərin uçuşu” simfonik lövhəsi) Niyazi tərəfindən təqdim 
edilmiş təfsiri dirijorun kamil ifa yaradıcılığının örnəklərindən-
dir. Niyazinin yetkin ifaçılıq məharəti “Zaqafqaziya baharı” mu-
siqi festivalının Bakıda keçirilən birinci dövrəsinin konsertlərin-
də də parlaq şəkildə nümayiş olundu.  
1958-ci ilin iyun-iyul aylarında Niyazinin rəhbərlik etdiyi 
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri Türk-
mənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan res-
publikalarına konsert səfəri zamanı Qərbi Avropa klassikası, rus 
və Azərbaycan musiqisindən ibarət iyirmi konsert verdi. Həmin 
günlərdə şair M.Tursunzadə, bəstəkarlar Z.Şahidi və SSRİ Xalq 
artisti M.Əşrəfi, dirijor Q.Duqaşov yaradıcılıq əlaqələrinin əhə-
miyyətindən bəhs etmişlər. 
1958-ci ildə Azərbaycan Dövlət simfonik orkestrinin kollek-
tivi Moskvada Böyük teatrın orkestrinin musiqiçiləri ilə görüş-
dü. Həmin görüş konsertlə başa çatdı. Konsertdə Üzeyir bəy Ha-
cıbəylinin “Koroğlu” operasının uvertürası, S.Hacıbəyovun 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə