Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

Çox təəssüflə qeyd etməliyik ki Əbu Müslim verilmiş bu əmrə son dərəcə xırdalıqlara qədər əməl 

edib onu həyata keçirtdi. Hətta iş o yerə çatdı ki o Yafeinin dediyinə görə öz dövrünün Həccacına 

çevrilib Abbasilərin hakimiyyətinin möhkəmlənməsi uğrunda saysız-hesabsız adamlar qırdı.  

Tarixçilər  yazırlar:  “Əbu  Müslimin  öz  hakimiyyəti  dövründə  öldürdüyü  adamların  sayı  altı  yüz 

min nəfər olmuşdur.”  

Əbu-Müslim özü bu cinayətlərinə etiraf edirdi. O Mənsur tərəfindən hədələnərkən ona bir məktub 

yazıb bildirdi: “Qardaşın (Səffah) mənə əmr verdi ki qılınc çəkib şübhələndiyim şəxsi həbs edim 

kiçik  bir  ittiham  vasitəsilə  qətlə  yetirim  heç  bir  bəhanəni  qəbul  etməyim.  Mən  də  onun  əmrinə 

itaət edib Allahın hörmət olunmasını vacib buyurduğu bir çox şeylərin hörmətini pozdum Allahın 

hörmətinin  saxlanılmasını  vacib  buyurduğu  bir  çox  qanlar  axıtdım  hakimiyyəti  onların  əlindən 

alıb başqasına verdim...”  

Mənsur  da  onun dediklərini  təsdiqlədi. O  Əbu  Müslimi  edam  etməzdən  qabaq  onun  törətdikləri 

cinayətləri sayarkən qeyd etdi ki nə üçün altı yüz min nəfəri əzab-əziyyətlə qətlə yetirdin? Əbu-

Müslim bu dəhşətli faciəni inkar etmədən cavab verdi ki bunların hamısını sizin hakimiyyətinizin 

möhkəmlənməsi üçün yerinə yetirmişəm.  

Başqa bir yerdə Əbu Müslim döyüşənlərdən başqa öldürdüyü şəxslərin sayını yüz min nəfər qeyd 

edir.  

Əbu Müslim öz keçmiş dostlarına belə rəhm etmirdi. Belə ki “Vəziri-Ali-Məhəmməd  (səlləllahu 



əleyhi və alih)” ləqəbi ilə tanınmış öz dostu və həmkarı Abbasilərin qalib gəlməsində böyük rolu 

olmuş ümumiyyətlə, qiyamın əsas iqtisadi dayağı olmuş Əbu Sələmeyi-Xəllalı öldürdü.  

Buna  əsasən,  əgər  tarix  səhifələrində  Əbu  Müslim  həccə  gedərkən  bədəvi  ərəblərin  onun 

yolundan  qaçıb  uzaqlaşdığını  oxuyuruqsa  heç  də  təəccüblənməməliyik.  Çünki  onlar  Əbu 

Müslimin qəddarlığı barədə çox eşitmişdilər.  

Seçim və proqramlaşdırma 

İmam  Sadiq  əleyhissəlamın  Abbasilər  qiyamının  başçılarının  təklifini  qəbul  etməməsi  barədə 

dediklərimizi  qısa  şəkildə  belə  demək  olar  ki  təklif  edənlər  həqiqi  və  əsl  bir  qiyam  üçün  lazım 

olan səlahiyyətə malik olmamışlar. Onlar əsas qüvvələr deyildi ki onların vasitəsi ilə əsl İslami bir 

hərəkata  başçılıq  etmək  mümkün  olsun.  Əgər  İmam  Sadiq  əleyhissəlamın  ixtiyarında  kifayət 

qədər  əsas  qüvvə  olsaydı  şübhəsiz  ki  İmam  qiyamın  başçılığını  öz  öhdəsinə  götürərdi.  Başqa 

sözlə  desək  millətin  fikri  və  əməli  vəziyyətindən  eləcə  də  siyasi-ictimai  durumundan  xəbərdar 

olan  İmam  Sadiq  (əleyhissəlam)  siyasi  mübarizə  aparmaq  üçün  əlində  olan  imkan  və  qüdrəti 

silahlı qiyam edib əsl İslam hökuməti yaratmaq üçün qələbə qazanmağa kafi bilmir və imkanatın 

məhdud  olduğunu  yaxşı  bilirdi.  Çünki  əsl  İslam  hökuməti  qurmaq  üçün  təkcə  nizami  qüvvə 

hazırlamaq  kifayət  etmir  əksinə  ondan  qabaq  İmamın  məsum  iman  və  mərifət  sahibi  olduğuna 

sidq  ürəkdən  inanan  onun  böyük  fikirlərini  başa  düşən  hakimiyyət  sahəsində  onun  qurduğu 

sistemi müdafiə edib millət üçün ələ gəlmiş nəticələri qoruya bilən əqidəvi bir ordu qurmaq lazım 

idi. 



İmam  Sadiq  əleyhissəlamın  səhabələrindən  biri  ilə  etdiyi  söhbət  də  yuxarıda  deyilənləri  təsdiq 

edir.  Südeyr  Seyrofi  deyir  ki  İmam  Sadiq  əleyhissəlamın  yanına  gedib  dedim:  “Nə  üçün  (sakit) 

oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr məgər nə hadisə baş vermişdir?” 

Dedim: “Dost şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.” 

— Səncə onlar neçə nəfər olar? 

— Yüz min nəfər. 

— Yüz min nəfər? 

— Bəli bəlkə də iki yüz min. 

— İki yüz min? 

— Bəli bəlkə də dünyanın yarısı.” 

Bu  söhbətdən  sonra  İmam  Sadiq  (əleyhissəlam)  Südeyrlə  birlikdə  Yənbə  adlı  bir  yerə  gələrək 

orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr əgər bizim dost və  tərəfdarlarımızın sayı bu 

keçi balaları qədər olsaydı biz sakit oturmazdıq.”  

Bu hədisdən belə nəticəyə gəlirik ki İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki 

təkcə  hakimiyyətə  gəlmək  kifayət  etmir  nə  qədər  ki,  hökumət  camaatın  müxtəlif  kütlələri 

tərəfindən  himayə  olunmur  köhnə  rejimi  aradan  götürüb  yeni  -  əsl  İslami  rejimi  qurmaq  qeyri-

mümkündür.  Xalq  kütlələri  elə  olmalıdırlar  ki  hökumətin  məqsəd  və  fikirlərini  başa  düşməli 

hökumətin  fikri  ilə  həmfikir  olmalı  onun  irəliləməsi  sahəsində  addım  atmalı  camaat  üçün 

hökumətin  tutduğu  mövqeləri  açıqlamalı  və  çətinliklərlə  üzləşdikdə,  dözümlü  olub  səbr 

etməlidirlər.  İmam  Sadiq  əleyhissəlamın  söhbətindən  belə  başa  düşürük  ki  əgər  o  Həzrətin 

ixtiyarında  düşmənə  silahlı  mübarizə  yolu  ilə  qalib  gəldikdən  sonra  İslami  məqsədlərini  həyata 

keçirə biləcək dost və tərəfdarları olsaydı yəqin ki silahlı mübarizəyə başlayardı. Ancaq zamanın 

şərait və vəziyyəti İmam əleyhissəlama bu fürsəti vermirdi. Çünki bu iş elə bir iş idi ki əgər yüz 

faiz  məğlub da olmasaydı yenə onun nəticəsi zəmanət olunmamışdı. Başqa sözlə desək mövcud 

olan  belə  şəraitlə  hərəkat  məğlubiyyətə  uğramasaydı  da,  onun  qələbə  ilə  nəticələnəcəyi  də  qəti 

deyildi.  



İmam Sadiq (əleyhissəlam) Abbasilərlə üz-üzə 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  Bəni-Abbas  Bəni-Üməyyə  ilə  mübarizənin  əvvəllərində  (Bəni-

Haşimi)  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ailəsini  himayə  etmək  haqq-ədalət  qurmaq 

şüarlarını  verirdilər.  Həqiqətən  də,  bir  tərəfdən  Əməvilərin  hakimiyyəti  dövründə  Peyğəmbər 

(səlləllahu əleyhi və alih) ailəsinin məzmlumluğu müsəlmanların ürəklərini yaraladığından digər 

tərəfdən  də,  onlar  İslam  hakimiyyəti  adı  altında  heç  bir  zülm  etməyi  əsirgəmədiyindən,  Bəni-

Abbas  camaatın  Bəni-Üməyyəyə  qarşı  olan  ciddi  narazılığından  istifadə  edib  Peyğəmbər 

(səlləllahu əleyhi və alih) ailəsini himayə etmək şüarı adı altında işin əvvəlində xalqın etimadını 

özlərinə  cəlb  edə  bildilər.  Ancaq  onların  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ailəsinə  qarşı 

zülmün haqsızlığın aradan qaldırılması və haqq-ədalətin öz yerini tutacağı barədəki vədləri həyata 

keçmədi  heç,  üstəlik  çox  çəkmədi  ki  Bəni-Üməyyənin  qeyri-İslami  işləri  bu  dəfə  bir  az  da, 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə