Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

gətirsin. Sonra məktubu oda atıb  yandırdı. Qasid soruşdu: “Ona cavab yazmırsan?” İmam Sadiq 

(əleyhissəlam) buyurdu: “Bu gördüyün elə onun cavabı idi.”  

Əbu Sələmənin qasidi İmam əleyhissəlamın yanından çıxıb Abdullahın yanına gedərək məktubu 

ona  verdi.  Abdullah  məktubu  oxucaq  onu  öpüb  dərhal  ata  minərək  İmam  Sadiq  əleyhissəlamın 

yanına  gəlib  dedi:  “İndicə  bizim  Xorasandakı  şiələrimizdən  birinin  gətirdiyi  bu  məktub  Əbu 

Sələmə tərəfindən yazılıb. O məni xilafət başına keçməyə dəvət edir.” İmam Sadiq (əleyhissəlam) 

Abdullaha buyurdu: “Xorasan camaatı nə vaxtdan sənin şiələrin olmuşdur? Əbu Müslimi onların 

yanına  sən  göndərmisən? Bir  halda  ki  nə  sən  onları tanıyırsan  nə  də  onlar  səni  bəs,  onda  necə 

sənin şiələrindirlər?” Abdullah dedi: “Deməli sənin sözündən belə çıxır ki sənin bu barədə başqa 

fikrin  var?”  İmam  Sadiq  (əleyhissəlam)  buyurdu:  “Allah  Özü  bilir  ki  mən  hər  bir  müsəlman 

barədə  yaxşı  fikirləşməyi  özümə  vacib  bilirəm  necə  ola  bilər  ki  indi  onu  sənə  rəva  bilməyim? 

Abdullah  bu  puç  arzuları  ağlından  çıxart  bunu  bil  ki  hakimiyyət  Bəni-Abbasın  (Abbasilərin) 

olacaqdır. Bu məktubdan mənim üçün də gəlmişdir.” 

Abdullah narahat halda İmam Sadiq əleyhissəlamı tərk edib geriyə döndü. 

Ömər  ibn  Zeynül-abidin  də  Əbu  Sələmənin  məktubuna  mənfi  cavab  verdi.  Onun  məktubunu 

qəbul etməyib dedi: “Mən heç məktubu yazanı tanımıram ki ona cavab da yazım.”  

Elə  ki  qələbə  bayraqları  dalğalanmağa  başlayıb  zəfər  əlamətləri  müşahidə  olundu  Əbu-Sələmə 

yenidən İmam Sadiq əleyhissəlama məktubla bildirdi: “Bizim ixtiyarımızda yetmiş min döyüşçü 

var indi öz mövqeyini müəyyən et!” İmam Sadiq (əleyhissəlam) yenə də əvvəlki cavabını verdi.  

Əbu Bəkr Həzrəmi nəql edir ki bir gün Əban ibn Təğliblə birlikdə İmam Sadiq əleyhissəlamın 

yanına  getmişdik.  O  vaxt  artıq  Xorasanda  qara  bayraqlar  (Abbasilərin  bayraqları)  dalğalanırdı. 

İmam Sadiq əleyhissəlama dedik: “Vəziyyətin gedişatı barədə nə fikirləşirsiniz?” O buyurdu: “Öz 

evinizdə oturun elə ki gördünüz biz kiminsə başına toplaşmışıq silah götürüb bizə tərəf gəlin.”  

İmam  Sadiq  (əleyhissəlam)  başqa  bir  söhbətində  öz  səhabələrinə  buyurmuşdur:  “Danışığınıza 

fikir  verin  və  evinizdən  eşiyə  çıxmayın  çünki  sizə  məxsus  olan  şey  (əsl  İslam  hökuməti)  bu 

tezliklə sizə nəsib olmayacaq...”  



Nə  üçün  İmam  Sadiq  (ə)  Abbasilərin  başçılarının  təklifini  rədd  etdi? 

 

Deyilənlərə  diqqət  yetirərkən  ilk  baxışda  İmam  Sadiq  əleyhissəlamın  Əbu  Müslim  və  Əbu 

Sələmənin təklifləri qarşısındakı mövqeyi bir az anlaşılmazlıq yaradır. Ancaq bu məsələyə bir az 

diqqətlə yanaşdıqda, İmam əleyhissəlamın belə bir mövqedə durmasının səbəbi çox aydın şəkildə 

məlum  olur.  İmam  Sadiq  (əleyhissəlam)  çox  yaxşı  bilirdi  ki  qiyam  başçılarının  hakimiyyətə 

gəlməkdən  başqa  bir  fikri  yoxdur.  Əhli-beytin  tərəfdarlığı  şüarını  irəli  sürmələri  isə  müxtəlif 

kütlələri özlərinə tərəf cəlb etməkdən ötrüdür. 

 

Tarixi  rəvayətlər  sübut  edir  ki  Xorasan  qoşunu  Kufəyə  gəldikdən  sonra  Əbu  Sələmeyi  Xəllal 



siyasi  işləri  öz  əlinə  alıb  ətrafındakı  siyasi  və  nizami  təşkilatları  genişləndirməyə  başladı.  O 


istəyirdi ki Əli əleyhissəlamın nəslindən bir nəfər xəlifə seçilməklə dövlətin əsas qüdrətini özü ələ 

alıb son qərarı özü çıxartsın xəlifənin ancaq adı olub zahirdə görünsün.  

İmam Sadiq (əleyhissəlam) bilirdi ki Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan tanınmış bir 

nəfər rəhbər təyin etməklə öz məqsədlərinə çatmaq fikrindədirlər. İmam (əleyhissəlam) bilirdi ki 

onlar  onu  İmam  kimi  tanımır.  Əgər  onu  İmam  kimi  tanısaydılar  onda  eyniməzmunlu  məktubu 

Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan üç nəfərə niyə yazırdılar? 

İmam Sadiq (əleyhissəlam) son dərəcə qətiyyətlə bilirdi ki qiyamın əsas təşkilatçıları Abbasilərdir 

onların  da  hakimiyyətə  gəlməkdən  başqa  bir  məqsədləri  yoxdur.  Əbu  Müslim  və  Əbu  Sələmə 

kimilər  isə  yalnız  bir  vasitədirlər.  İmam  Sadiq  (əleyhissəlam)  bilirdi  ki  Abbasilər  daha  onlara 

lazım olmayan və yaxud da, onlara mane olan şəxsləri tezliklə aradan götürəcəklər. Elə belə də 

oldu.  Əbu  Müslim  Əbu  Sələmə  Süleyman  ibn  Kəsir  və  tezliklə  başqaları  aradan  götürüldülər. 

İmam (əleyhissəlam) qətiyyətlə bilirdi ki Əbu Müslim və Əbu Sələmə kimilər aldadılmışlardır və 

onlar  heç  də  İslam  və  Əhli-beyt  yolunda  deyillər.  Buna  görə  də,  onlarla  həmkarlıq  etməyə  və 

onların gördüyü işlərə şəri bəraət verməyə razı olmurdu. Çünki qiyam başçıları onun məktəbinin 

şagirdləri deyildilər. Onlar intiqam hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda çox ifrata 

varmış  və  elə  işlər  görmüşdülər  ki  özünü  müsəlman  bilən  şəxs  onların  gördüyü  bu  işləri  əsla 

təsdiqləyə bilməzdi. 

İbrahimin Əbu Müslimə söylədiyi dəhşətli vəsiyyətlər 

Tarixə  nəzər  saldıqda  Abbasilər  qiyamının  əvvəllərində  İbrahimin  Əbu  Müslim  Xorasaniyə 

yazdığı vəsiyyətin mətninə rast gəlirik. 

Əmiri-Ali-Məhəmməd  (səlləllahu əleyhi və alih) ləqəbi  almış tanınmış qəhrəman Əbu Müslim 

Xorasani Məkkəyə səfəri zamanı İbrahimlə görüşdü. İbrahim öz vəsiyyətlərini ona deyib sonralar 

Abbasilərin simvolu olmuş qara bir bayrağı da ona verərək onu Xorasanda qiyam qaldırmaq üçün 

göndərdi. Bu vəsiyyət İbrahim Əbu Müslim və sair qiyam başçılarının əsl simasını açıb söylədiyi 

üçün onu olduğu kimi burada qeyd edirik. 

İbrahim  bu  fərmanın  (vəsiyyətin)  əvvəlində  Əbu  Müslimi  -  bu  təcrübəsiz  cavanı  daha  çox 

aldatmaq üçün  deyir: “Sən  bizim ailəmizdən  olan  bir şəxssən. Sənə nə deyirəmsə ona əməl  et... 

(Bizə  qarşı  vəfalı  olmaqda)  kimdən  şübhələnsən  onu  qətlə  yetir  əgər  bacarsan,  Xorasanda  bir 

nəfər də olsun belə ərəb qoyma (Xorasanda olan bütün ərəbləri  öldür.) Hətta beş qarış boyunda 

bir uşaqdan da şübhələnsən öldür.”  

Beləliklə, İbrahim öz vəsiyyətində Əbu-Müslimə açıq-aşkar qətl fərmanı verir. 

Muqrizi deyir: “Əgər İbrahim Əbu-Müslimi qeyri-müsəlman bir vilayətin  əhalisini  İslama dəvət 

etmək  üçün  göndərsəydi  bu  cür  bir  hökm  verməsi  əsla  caiz  olmazdı.  Halbuki,  o  Əbu-Müslimi 

müsəlman vilayətinə göndərib ona belə bir qırğın əmri verdi.”  

Əbu Müslimin cinayətləri 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə