Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

Bu  zaman  müsəlmanlardan  bir  dəstəsi  yerlərindən  qalxaraq  etiraz  edib  dedilər:  “Öz  adını  İslam 

tarixinə  qara  sabiqə  ilə  yazdırmış  və  atası  günah  işlətdiyinə  görə  iki  dəfə  cəzalandırılmış  sənin 

kimi bir şəxs belə bir iş görə bilməz. Biz sənə bu cür iş görməyə icazə vermərik.” Riyah Mənsura 

xəbər  göndərdi  ki  xalq  etiraz  edib  xəlifənin  əmrinə  tabe  olmur.  Mənsur  onun  vasitəsilə  Mədinə 

əhalisinə  təhdidamiz  bir  məktub  yazıb  bildirdi  ki  əgər  öz  müxalifətçiliklərini  davam  etdirsələr 

ticarət  yollarını  həm  sudan  həm  qurudan  onların  üzünə  bağlamaqla  onları  iqtisadi  blokadaya 

alacaq və nizami qoşun  göndərib onların həyatına son qoyacaqdır. Riyah camaatı məscidə yığıb 

minbərə  qalxaraq  xəlifənin  məktubunu  oxumağa  başladı.  Heç  məktub  oxuyub  qurtarmamışdı  ki 

hər  tərəfdən  camaatın  etiraz  fəryadı  ucaldı  və  camaatın  qəzəbi  cuşa  gəldi.  Camaat  onu  elə 

minbərin üstündəcə daşa basdı. O isə canını qurtarmaq üçün bir təhər aradan çıxıb gizləndi...  

Mənsur bu hadisədən sonra öz hədələmələrini həyata keçirib ticarət üçün olan gediş-gəliş yolunu 

bağlayaraq  Mədinəni  iqtisadi  blokadaya  aldı.  Bu  blokada  onun  oğlu  Mehdi  Abbasinin 

hakimiyyəti dövrünədək davam etdi.  

İmam Sadiq (əleyhissəlam) və Mənsur 

Əbu  Cəfər  Mənsur  Dəvaniqi  İmam  Sadiq  əleyhissəlamın  siyasi  fəaliyyətindən  çox  narahat  idi. 

İmam  əleyhissəlamın  xalq  kütlələri  tərəfindən  sevilməsi  və  elmi  əzəməti  Mənsurun  bu 

nigarançılığını daha da artırırdı. Buna görə də, o bir bəhanə düşcək tez İmam Sadiq əleyhissəlamı 

İraqa  çağırtdırır və onu qətlə yetirmək üçün bir plan çəkirdi. Ancaq hər dəfə bir vasitə ilə təhlükə 

İmam əleyhissəlamın müqəddəs vücudundan sovuşurdu.  

Mənsur Mədinə şiələrini bərk nəzarət altına almışdı. Onun Mədinədə bir sıra casusları var idi ki 

onlar İmam Sadiq əleyhissəlamın dostları ilə əlaqə saxlayan şəxslərin boynunu vururdular.  

İmam  Sadiq  (əleyhissəlam)  öz  dostlarını  (şiələrini)  xilafət  mərkəzi  ilə  həmkarlıq  etməkdən 

çəkindirirdi.  Bir  gün  İmam  əleyhissəlamın  dostlarından  biri  soruşur:  “Bizlərdən  bəzilərimiz  elə 

vaxt  olur  ki  dolanışığı  çətinləşir  və  onlara  bunlar  (Bəni-Abbas)  üçün  ev  tikib  quyu  qazıb  pul 

almaq təklifi olunur. Sizin fikrinizcə  bu iş necədir?” İmam Sadiq (əleyhissəlam) buyurur: “Mən 

heç  razı  deyiləm  ki  onlar  üçün  bir  düyün  belə  düyünləyim  yaxud  bir  tuluğun  ağzını  belə 

bağlayım. Baxmayaraq ki bu işin müqabilində mənə çoxlu pul verəcəklər. Çünki zalımlara kömək 

edən  şəxsləri  Qiyamət  günü  oddan  olan  pərdə  ilə  hasarlanmış  bir  yerə  yığacaqlar  və  bu  zaman 

Allah onların barəsində hökm verəcək.”  

İmam Sadiq (əleyhissəlam) şiələri mübahisəli məsələləri həll etmək üçün bəni-Abbas xəlifələrinin 

təyin etdiyi qazıların yanına getməyə qoymayaraq həmin qazılar tərəfindən verilmiş hökmə əməl 

etməyi  vacib  bilmirdi.  İmam  (əleyhissəlam)  həmçinin,  fəqih  və  hədisçilərə  xəbərdarlıq  edirdi  ki 

hökumətə  tabe  olmasınlar.  İmam  (əleyhissəlam)  onlara  buyururdu  ki  fəqihlər  Peyğəmbərin 

(səlləllahu  əleyhi  və  alih)  canişinləridirlər.  Əgər  görsəniz  ki  onlar  xəlifələrə  tərəf  üz  tutublar 

(zalımlarla həmkar və əlbir olublar) onlara qarşı pis fikirdə olun onlara inanmayın.  

Bir gün Mənsur Dəvaniqi İmam Sadiq əleyhissəlama məktub yazır ki nə üçün başqaları kimi sən 

də bizim yanımıza gəlmirsən? İmam Sadiq (əleyhissəlam) onun cavabında yazır: “Bizim (dünyəvi 

cəhətdən) elə bir şeyimiz yoxdur ki ona görə sənə ümid bəsləyək. Sənin nə elə bir nemətin vardır 

ki  ondan  ötrü  gəlib  səni  təbrik  edək  nə  də  özünü  müsibət  və  bəla  içərisində  görmürsən  ki  gəlib 




ondan  ötrü  sənə  başsağlığı  verək.  Daha  sənin  yanına  nəyə  gəlim?”  Mənsur  bu  dəfə  yazdı:  “Gəl 

bizə nəsihət ver.” 

İmam (əleyhissəlam) cavabında yazdı: “Əgər bir nəfər dünya əhli olsa, sənə nəsihət etməz Axirət 

əhli də olsa, sənin yanına gəlməz.”  



Qondarma müftilər 

Bəni-Üməyyə  xəlifələri  çalışırdılar  ki  müxtəlif  yollarla  camaatı  məsum  İmamların  məktəbindən 

uzaqlaşdırıb  onlarla  İmamlar  arasında  ayrılıq  salsınlar. Bu  məqsədlə  onlar  camaatı  hökumətdən 

asılı olan ya da heç olmasa, hökumətə zərəri olmayan qazılara müraciət etməyə məcbur edirdilər. 

Abbasi  xəlifələrinin  işin  əvvəlində  öz  məqsədlərinə  nail  olmaları  üçün  Bəni-Haşimə  tərəfdar 

olmağı  özlərinə  şüar  etməsinə  baxmayaraq,  hakimiyyət  başına  gəldikdən  sonra  onlar  da  Bəni-

Üməyyə xəlifələrinin gördükləri işləri görməyə başladılar. 

Abbasi  xəlifələri  də  Bəni-Üməyyə  xəlifələri  kimi  mənəvi  cazibə  və  ruhlandırıcı  məktəbləri 

camaatı özünə vurğun etmiş İmamları öz hökumətləri üçün böyük təhlükə hesab edirdilər. Buna 

görə  də,  çalışırdılar  ki  İmamları  daima  künc-bucaqda  saxlasınlar.  Bu  məsələ  İmam  Sadiq 

əleyhissəlamın  dövründə  daha  çox  nəzərə  çarpırdı.  O  Həzrətin  dövründə  xəlifələr  açıq-aşkar 

çalışırdılar  ki  bir  müddət  İmam  Sadiq  əleyhissəlamın  şagirdi  olmuş  şəxsləri  onun  məktəbinin 

müqabilində  fətva  kürsüsünə  otuzdurub  onu  camaat  üçün  qazı  müfti  təyin  etsinlər.  Belə  ki  (bir 

vaxtlar İmam Sadiq əleyhissəlamın şagirdləri olmuş) İbn Əbu Zi`b və Malik ibn Ənəsi bu kürsüdə 

otuzdurdular. 

Mənsur Dəvaniqi bu məqsədlə Malik ibn Ənəsə həddən artıq çox hörmət edir və onu rəsmi müfti 

və  qazı  kimi  tanıtdırırdı.  Bəni-Abbas  xəlifələrinin  carçısı  Mədinə  şəhərində  gəzib  elan  edirdi  ki 

Malik ibn Ənəs və İbn Əbu Zibdən  başqa İslami hökmlər barədə fətva verməyə heç kəsin haqqı 

yoxdur.  

Məcburi yazılmış kitab 

Mənsur Dəvaniqi Malikə əmr edir ki bir hədis kitabı yazıb hədisçilərin ixtiyarında qoysun. Malik 

bu  işdən  boyun  qaçırır  lakin  Mənsur  israr  edirdi.  Bir  gün  Mənsur  ona  deyir:  “Bu  kitabı 

yazmalısan çünki indi səndən bilikli adam yoxdur.” Malik Mənsurun israr və təkidi nəticəsində 

“Müvəttə”  adlı  bir  kitab  yazır.    Bu  hadisədən  sonra  o  dövrün  hakim  qüvvələri    camaatı  İmam 

Sadiq  əleyhissəlamın  məktəbindən  uzaqlaşdırmaq  üçün  bütün  qüvvəsi  ilə  Malikin  səs-sorağını 

verdiyi  fətvaları  yayıb  təbliğ  etməyə  başlayırlar.  Mənsur  Malikə  deyir:  “Əgər  sağ  qalsam  sənin 

fətvalarını Quran ayələri kimi yazıb bütün şəhərlərə göndərərək camaatı ona əməl etməyə məcbur 

edəcəyəm.”  

Əlbəttə, bu müftilər də öz dövrlərinin müqabilində istər-istəməz onların mənafeyini qoruyurdular. 

Əgər xəlifə bilsəydi ki ona tabe olan müftilər onun mənafeyinə zidd olan bir iş görüb yaxud öz 

aləmlərində onun mənafeyi ilə ziddirlər onları möhkəmcə cəzalandırardı. Belə ki Malik ibn Ənəs, 

Mənsurun nəzərində o qədər böyük olmasına baxmayaraq, Mənsurun sözünü onun əmisi oğlunun 

yanında  danışdığına  görə  onun  əmri  ilə  yetmiş  zərbə  şallaq  vurulması  əmrinə  məhkum 

olunmuşdu. Bu Malikin xəlifənin fikrinə və meylinə zidd fətva verməsinə görə olmuşdu.  



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə