Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

3. Bu qüvvələrin arasında müxtəlif fikir və əqidəli qruplar iştirak edirdilər ki, bütünlüklə sağlam, 

dindar və e`tibarlı adamların hökumət başına gəlməsinə tam ümid yox idi. 

Buna ən gözəl nümunə zülmkar abbasi sülaləsinin hakimiyyətə gəlməsini göstərə bilərik. Elə bu 

kitabda  müşahidə  etdiyiniz  kimi  Əhli-beytin  (ə)  mübariz  tərəfdarlarının  sayəsində  cinayətkar 

əməvilər devrildikdən sonra dövləti ələ keçirən abbasilər sonralar zülmkarlıqda əməvilərin üzünü 

ağartdılar! Əgər imamlarımızın (ə) da bu qiyamlara müsbət münasibətini müşahidə etmiriksə, elə 

bu  səbəblərə  görədir  və  onlar  o  zamankı  vəziyyəti  çox  gözəl  analiz  edirdilər.  Şiənin  böyük 

mütəfəkkirlərindən  olan  Məhəmməd  Mehdi  Şəmsəddin  bu  barədə  belə  yazır:  “Risalətin 

davamçıları  olan  mə`sum  imamlar  çox  yaxşı  bilirdilər  ki,  bu  qiyamlarda  rəhbərliyə  arxa  olan 

qüvvələr  sağlam  inqilab  ruhundan  uzaqdır  və  onlarda  sarsılmaz  mübarizlik  hissi  yoxdur  ki, 

inqilabı  geniş  miqyasda  son  qələbəyə  kimi  davam  etdirə  bilsinlər.  Beləliklə,  belə  qüvvələrə 

arxalanan hər bir hərəkat məğlubiyyətə məhkumdur  və onun ağır zərbəsinin təkcə özlərinə  yox, 

bütün  İslam ümmətinə  dəyəcəyini təsəvvür etmək çox da çətin deyildi. Həmçinin, imamlarımız 

bilirdilər  ki,  qələbənin  səmərəsindən  faydalananlar  da  əksəriyyət  təşkil  edən  qeyri-şiə  və  qeyri-

sağlam  qüvvələr  olacaqdır.  Elə  buna  görə  də  onlara  qoşulmur  və  onlarla  qarşı-qarşıya  da 

durmurdular.”   

Yuxarıda  qeyd  olunanlar  müxtəsər  surətdə  imamlarımızın  şiələrin  mübariz  şəxsiyyətlərinin 

qaldırdıqları  qiyamlara  qarşı  ümumi  münasibətini  açıqlayırdı.  Amma  Zeydin  qiyamı  haqda  isə 

nisbətən geniş təhlilimiz olacaqdır. 

Zeydin  qiyamında  İmam  Sadiq  əleyhissəlamın  razılığı  olmuşdurmu? 

 

Zeyd barədə, eləcə də, onun İmamət iddiasında olub-olmaması və İmam Baqir (əleyhissəlam) və 

İmam Sadiq əleyhissəlamın imamətini qəbul edib-etməməsi barədə məsum İmamlardan bir-birinə 

zidd olan müxtəlif rəvayətlər nəql edilmişdir. Bu rəvayətlərin bir qismində Zeyd tənqid olunaraq 

mənfi tip digər bir qismində isə müsbət tip kimi göstərilmişdir. 

Bizim  hədis  və  rical    elmi  sahəsindəki  alim  və  təhqiqatçılarımız  istər  keçmişdəkilər  istərsə  də 

müasirlər, Zeydi tənqid edib onu mənfi tip surətində göstərən hədisləri qəbul etməmiş və onlara 

arxalanmamışlar. Misal üçün qeyd etmək olar ki mərhum ayətullah əl-uzma Xoyi Zeydin tənqidi 

barədə olan rəvayətləri araşdırıb onları qəbul olunmaz hesab etdikdən sonra bu rəvayətləri sənəd 

nöqteyi-nəzərindən zəif və etibarsız bilib yazır: “...Dediklərimizdən belə nəticəyə gəlirik ki Zeyd 

böyük  və  təqdirəlayiq  bir  şəxsiyyət  olmuş  və  onun  əqidə  pozğunluğu  yaxud  tənqidi  barədə 

əlimizdə heç bir qəti sübut yoxdur.”  

Mərhum Əllamə Məclisi də Zeyd barədə olan rəvayətləri qeyd etdikdən sonra yazır: “Zeyd barədə 

rəvayətlər  müxtəlifdir.  Lakin  onun  tərifi  və  haqdan  kənar  iddialar  etməməsi  barədəki  rəvayətlər 

üstünlük  təşkil  edir.  Şiə  alimlərinin  əksəriyyəti  onun  məqamının  uca  olması  haqda  nəzər 

vermişlər. Buna görə də, yaxşı olar  ki onun barəsində xoş təəssüratda olub onu tənqid etməkdən 

çəkinək.”  

Zeydin  qiyamına  gəlincə  isə  bir  çox  fakt  və  sübutlar  göstərir  ki  o  İmam  Sadiq  əleyhissəlamın 

razılığı  ilə  qiyam  etmişdir.  Bu  faktlardan  biri  də,  İmam  Riza  əleyhissəlamın  Məmunun  sualına 



verdiyi  cavabıdır.  İmam  Riza  (əleyhissəlam)  Məmunun  cavabında  buyurur:  “Atam  Musa  ibn 

Cəfər  atası  Cəfər  ibn  Məhəmməddən  eşitmişdir  ki  o  (İmam  Sadiq  (əleyhissəlam))  buyurub: 

“...Zeyd  qiyam  etmək  üçün  mənimlə  məsləhətləşdi.  Mən  ona  dedim  ki  əmi  can  əgər  Kufənin 

girəcəyindən  asılacaq  şəxs  olmaq  istəyirsənsə  sənin  yolun  elə  budur.”  Zeyd  İmam  Sadiq 

əleyhissəlamın hüzurundan getdikdən sonra o Həzrət buyurdu: “Vay o şəxsin halına ki onun dəvət 

sədasını eşidə lakin ona cavab verməyə!”  

Bu  rəvayət  açıq-aşkar  sübut  edir  ki  Zeydin  qiyamı  İmam  Sadiq  əleyhissəlamın  razılığı  ilə 

olmuşdur.  Sadəcə  olaraq  ola  bilərdi  ki  İmam  Sadiq  əleyhissəlamın  Zeydin  qiyamına  baş  qoşub 

ona  razılıq  verməsi  düşmənin  sorağına  çata  digər  tərəfdən  də  Zeydin  qiyamı  ehtiyat  və  hesab-

kitab üzündən olsun deyə, nə İmam Sadiq (əleyhissəlam) nə Zeydin özü nə də İmamın səhabələri 

bu işdən kimsənin xəbər tutmasını istəmirdilər. 

İmam  Sadiq  (əleyhissəlam)  Zeydin  ordusunda  vuruşaraq  Əməvi  qoşunlarından  altı  nəfəri 

öldürmüş bir şəxsə buyurur: “Allah məni bu qanlara şərik etsin. And olsun Allaha ki əmim Zeyd 

eynilə Həzrət Əli (əleyhissəlam) və onun səhabələrinin yolu ilə hərəkət etmişdir.”  

Zeyd İmam Sadiq əleyhissəlamı imam kimi tanıyan şəxslərdən olmuşdur. Onun özü də demişdir 

ki Cəfər (İmam Sadiq (əleyhissəlam)) halal və haram məsələsində bizim İmamımızdır.  

Zeyd həmçinin deyirdi: “Hər bir vaxt biz Əhli-beytdən bir nəfər Allahın hüccəti olmalıdır. Bizim 

dövrümüzün hüccəti də qardaşım oğlu Cəfər ibn Məhəmməd əleyhissəlamdır. Ona itaət edən şəxs 

əsla yolunu azmaz onunla müxalifətçilik edən şəxs isə əsla düz yola yönəlməz.”  

İmam  Sadiq  (əleyhissəlam)  buyurardı:  “Allah  əmim  Zeydə  rəhmət  eləsin!  Əgər  qalib  gəlsəydi 

mütləq (verdiyi vədə) əməl edərdi. Əmim Zeyd camaatı Ali-Məhəmməddən (səlləllahu əleyhi və 

alih) (Peyğəmbər ailəsindən) olan seçilmiş bir şəxsə itaət etməyə dəvət edirdi. O şəxs də mənəm.”  

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissəlam) Zeyd barədə buyurur: “Allah ona rəhmət eləsin 

mömin arif bilikli və düzdanışan adam idi. Qalib gələrdisə verdiyi vədə əməl edər hakimiyyəti ələ 

alsaydı onu kimə verəcəyini yaxşı bilirdi.”  

Zeyd və dostlarının şəhadət xəbəri Mədinə şəhərinə çox acınacaqlı təsir bağışladı. Bu hadisədən 

hamıdan  çox  İmam  Sadiq  (əleyhissəlam)  kədərləndi.  Bu  hadisə  İmam  Sadiq  əleyhissəlama  o 

qədər təsir etmişdi ki Kufə və Zeydin adı çəkiləndə ixtiyarsız olaraq o Həzrətin gözlərindən yaş 

axmağa başlayır şəhid olmuş əmisi və onun dostları barədə təəssüflə dolu olan ürəkağrıdıcı sözlər 

deməklə onun şəhadətini dərin hörmətlə yad edirdi. 

İmam  Sadiq  əleyhissəlamın  Həmzə  ibn  Həmran  adlı  bir  dostu  deyir:  “Bir  gün  İmam  Sadiq 

əleyhissəlamın yanına getdikdə, o Həzrət məndən soruşdu: “Həmzə haradan gəlirsən?” Dedim ki 

Kufədən  gəlirəm.  İmam  Sadiq (əleyhissəlam) Kufənin  adını eşitcək  bərk  ağlamaq  tutdu, belə  ki 

mübarək  sifəti  göz  yaşlarından  islandı.  Bu  vəziyyəti  belə  görüb  təəccüblə  soruşdum:  “Ey 

Peyğəmbərin övladı! Sizin bu cür ağlamağınıza səbəb nə oldu?” 

İmam Sadiq (əleyhissəlam) qəmli və gözləri yaşla dolmuş halda buyurdu: “Əmim Zeyd və başına 

gətirilənlər yadıma düşdü ona görə də ağladım.” Bir daha soruşdum: “Onun haqqında məgər sizin 

yadınıza nə düşdü?” 




İmam Sadiq (əleyhissəlam) buyurdu: “Onun şəhadəti yadıma düşdü.” 

Sonra Həzrət (ə) Zeydin qiyam və şəhadətini Həmzəyə olduğu kimi başa saldı.  



1. MƏHƏMMƏD “NƏFSİ ZƏKƏRİYYƏ” NİN İNQİLABI 

İmam  Sadiqin  (ə)  ömrünün  son  dövrlərinə  təsadüf  edən  çox  mühüm  hadisələrdən  biri  də 

Abbasilərin ikinci xəlifəsi Mənsur Dəvaniqinin əleyhinə qaldırılmış Məhəmməd Nəfsi Zəkiyənin 

qiyamıdır. Şiələrin rəhbər və imamı kimi Həzrətin bu hadisəyə münasibəti olduqca əhəmiyyətli 

idi. 

Məhəmməd  özü  ata  tərəfdən  İmam  Həsənin  dördüncü  nəslindən  olub  ana  tərəfdən  isə  İmam 



Hüseynə (ə) gedib yetişirdi. Bu insan çox alicənab, pərhizkar və pak təbiətinə, ələlxüsus yüksək 

daxili-mə`nəvi  keyfiyyətlərinə  görə  “Nəfsi  Zəkiyyə”  (mə`nən  saf,  təbiətcə  pak)  ləqəbilə 

tanınmışdır.    O,  Bəni  Haşimin  ən  görkəmli  və  fəzilət  sahiblərindən  olub  dindarlıqda,  elm  və 

siyasətdə, alicənablıq, bəxşiş və şücaətdə parlaq bir şəxs idi.   

Pak və ülvi nübuvvət xanədanına mənsub, eləcə də risalət məktəbinin yetirməsi olan Məhəmməd 

müqəddəs  İslam  adı  altında  müsəlmanların  müqəddəratına  hakim  kəsilmiş  tağut  rejimini  qəbul 

edə bilməzdi. Elə buna görə də Əməvilər sülaləsinin son dövrlərindən başlayaraq  onu devirmək 

üçün  mübarizəyə  qalxmış  və  bu  məqsəd  uğrunda  ona  qoşulmuş  bir  çox  tərəfdar  və  cəsur 

adamlarla əhd-peyman bağlamışdı.  

Yeri gəlmişkən onunla o zaman bey`ət edənlərdən biri də Əbu Cə`fər Mənsur Dəvaniqi olmuş  və 

sonra qeyd edəcəyimiz kimi xilafətə gədikdən sonra Məhəmmədin qətlinə də o fərman vermişdi. 

Əlbəttə,  onun  bu  hərəkata qoşulması  və  bey`əti  bir  sıra  məqsədlərə  görə  olmuşdur. Çünki  elm, 

dərrakə və siyasətdə ad qazanmış Məhəmməd kimi nüfuzlu bir şəxsin kənarında Mənsur və onun 

kimiləri kölgədə görünürdü. 



Qiyamın başlanğıcı 

Əməvilərin  süqutundan  sonra  iqtidarı  ələ  keçirmiş  Əbul  Abbas  Səffahın  xilafətini  rəsmi  olaraq 

tanımayan Məhəmməd və qardaşı İbrahim məcbur olub bir güşədə gizləndilər. Məhəmməd, onun 

xilafəti qəsb etdiyini bildirərək bu mənsəbə özünün layiq olduğunu söyləyirdi. Deyirdi  ki, o vaxt 

bey`ət və əhd-peymana əsasən indi Əbul Abbas və qardaşı Mənsur ona tabe olmalıdırlar, əksinə 

yox. Onların  bu müxalifəti Əbul Abbası bərk təşvişə salmışdı və hətta onların yerini öyrənmək 

üçün atası ilə də sorğu-sual aparmışdı. Onu lap çox qorxudan məsələlərdən biri də Məhəmmədin 

böyük şəxsiyyətlərdən birinin qiyama də`vəti məktubunun onun əlinə düşməsi idi.  

Beləliklə bu mübariz iki qardaş gizli surətdə hökumətin əleyhinə qiyama hazırlaşaraq öz ətrafına 

inqilabçı  adamları  toplamağa  başladılar.    Hicrətin  136-cı  ilində  (Əbul  Abbasın  xilafətinin 

sonlarında)  Mədinəyə  gəlmiş  vəliəhd Mənsurun  görüşündə  çoxları,  o  cümlədən  Bəni  Haşim  də 

iştirak etsə də, bu iki qardaş görüşdən imtina etdilər.  

Mənsur  xilafətə  gəldikdən  sonra  onların  axtarışı  üçün  ciddi  tədbirlərə  əl  atdı.  Onların  yerini 

tapmaq  üçün,  demək  olar  bütün  şiələr  sorğu-suala  çəkilirdi.    Bütün  bunların  bir  nətəcəsi 

olmadıqda çoxlu cəsusları küllü miqdarda pul və miniklə tə`min etməklə bu işə cəlb etdi.  138-ci 



ildə  Fəzl  ibn  Salehi  həcc  mərasiminin  əmiri  tə`yin  edib  ona  ciddi  tapşırdı  ki,  Məhəmməd  və 

İbrahimi harada mümkün oldu ələ keçirib ona təhvil versin.  

Fəzl  Mədinəyə  daxil  olduqdan  sonra  bütün  camaat  və  eləcə  Həsəni  seyidləri  onun  görüşünə 

gəlmişdilər. Fəzl, Məhəmməd və İbrahimin onun hüzuruna gəlmədiyini görüb atası Abdullahdan 

onların harda olduğunu soruşduqda ona bəhanə gətirərək demişdi ki, istirahət üçün ova çıxıblar.  

Zaman ötdükcə qarşıya başqa  mühüm məsələlər və hadisələr çıxırdı ki, Mənsur da çarəsiz qalıb 

bütün gücünü onların həllinə sərf edirdi. Nisbətən yaddan çıxmış Məhəmməd isə ələ düşən fürsəti 

qətimət  bilib  öz  ideyalarını  yaymağa  və  ətrafına  adam  toplamaq  üçün  müxtəlif  məntəqələrə 

nümayəndələr  göndərməyə  başladı.    Hadisələri  ardıcıl  yoluna  qoyan  Mənsur  yenidən  ehtimal 

verilən  bu  hərəkatın  qabağını  almaq  üçün  bütün  qüvvələri  Hicazın  başdan-başa  nəzarətdə 

saxlamasına  yönəltdi.  Çünki  bu  müddət  ərzində Hicazda  Məhəmmədin  hərəkatının  yayılmasına 

dair  yeni-yeni xəbərlər ona gəlib çatırdı.  



Artıq təzyiqlər 

240-cı  ildə  həcc  mövsümünü  bəhanə  edən  Mənsur,  Məhəmmədin  işinə  birdəfəlik  son  qoymaq 

üçün yolunu Mədinədən saldı. O, bu səfərilə, demək olar bu hərəkatın mərkəzi olan Mədinəni, o 

cümlədən  bu  oyanışları  iflic  etmək  istəyirdi.  Mədinəyə  daxil  olduqdan  sonra  şiələrin  tanınmış 

şəxsiyyətləri ilə bir sıra görüşlər keçirdi, onlara ən`am və hədiyyələr təqdim etdi. Bə`zilərinə pul 

təklif  etməklə  tamahlandırmaq,  digərlərinə  isə  hədə-qorxu  gəlməklə  Məhəmmədin  yerini 

öyrənməyə  cəhd  göstərdi.  O  cümlədən  Məhəmmədin  də  atasını  çağırtdırıb  oğullarının  yerini 

deməyə vadar etsə də, atasının onlardan xəbərsiz olduğunu eşitdi. Onların arasında gedən danışıq 

sərtləşdiyi  vaxt  atası  dedi:  “Əgər  Məhəmməd  ayağımın  altında  belə  gizlənmiş  olsa  ayağımı 

qaldırmaram  ki,  onu  görmək  sənə  nəsib  olsun!”  Bu  sözlərdən  bərk  qəzəblənən  Mənsur  onu  və 

ailəsindən neçə üzvünü zindana saldırdı və Abdullah üç il zindanda qaldı.  

Silahlı qiyam və onun sonu 

Mənsurun bu hərəkatı yatırmaq üçün bütün cəhdləri, demək olar nəticəsiz qaldı. Məhəmməd özü 

Mədinənin  ətrafında  gizlənsə  də  onun  tərəfdarlarının  sayı  günbəgün  artır,  artıq  şəhər  inqilabın 

mərkəzinə çevrilirdi. 

Nəhayət,  bu  hərəkatı  inqilaba  sövq  edən  neçə  illik  mübarizədən  sonra  145-ci  ilin  rəcəb  ayında 

Mədinəyə daxil olub kütləvi bey`ət topladıqdan sonra şəhərin idarəsini öz ixtiyarına aldı. Halbuki 

son  qələbə  üçün  lazımı  tədarük  görülməmiş  və  onun  müxtəlif  məntəqələrə  yolladığı 

nümayəndələr  də  işi  tam  başa  çatdıra  bilməmişdilər.  Bu  minvalla  şəhər  zindanının  qapılarını 

sındırıb məhbusları azad etməklə silahlı qiyamın ilkin təməlini qoydular. 

Mənsur xəbərdar olan kimi cəld qardaşı İsanın başçılığı ilə Mədinəyə qoşun göndərdi. Çox qızğın 

və  qanlı  döyüşdən,  həmçinin  qiyamçıların  sarsılmaz  fədakarlıq  və  rəşadətindən  sonra  Mədinə 

şəhəri  süqut  etdi  və  qiyam  yatızdırıldı.  Bu  döyüşdə  çoxları  qırıldı,  o  cümlədən  Məhəmməd  və 

yaxın silahdaşları qətlə yetirildi.  Bu məğlubiyyətdən sonra elə həmin il qardaşı İbrahim Bəsrədə 

qiyam  etdi.  Bu  qiyamda  da  İbrahim  məğlub  olaraq  öldürüldü.      Tarixdə  çox  mühüm  olan 

Məhəmmədin  inqilabının  siyasi,  ictimai,  hərbi  və  təchizati  kimi  müxtəlif  məxlubolma  səbəbləri 

olmuşdur ki, burada təfsilatı ilə açıqlamağa imkan yoxdur.  




İmam 

Sadiqin 


(ə) 

Məhəmməd 

“Nəfsi 

Zəkiyyə”nin 



inqilabına 

münasibəti 

Ötən  bəhslərdə  dediyimiz  kimi  bu  qiyamların  müasiri  olmuş  İmamlarımızın  yekdil  münasibəti 

təxminən  Məhəmmədin  inqilabına  da  aiddir.  Çünki  bu  qiyamın  özü  də  digər  silsilə  qiyamların 

motivində  qərar  tuturdu  və  təbii  olaraq  İmam  Sadiqin  (ə)  mövqeyi  digər  imamlardan  fərqlənə 

bilməzdi.  Burada  mə`lum  olduğu  kimi  Həzrət  onun  hərəkatı  ilə  razılaşmamışdır.  Çünki 

Məhəmməd  “Nəfsi  Zəkiyyə”  məhdəviyyət  ideyasını  qaldıraraq  hərəkatını  ona  əsaslandırırdı. 

Onun tərəfdarları, eləcə də atası bu əqidə və ideyanı geniş surətdə təbliğ və tərvic edərək o günün 

ictimai kütləsi arasında təsəvvür olunmayan bir inam yaratmışdılar.  Bu elə bir məsələ deyildi ki, 

İmam Sadiq (ə) onun kənarından asanlıqla sovuşsun.  

Bu  hərəkatın  başlanğıcı  əməvilərin  hökmranlığının  son  dövrlərinə  təsadüf  edir.  Ələvilər  (Əhli-

beyt  (ə)  tərəfdarları)  və  Abbasilərdən  təşkil  olunmuş  bir  yığıncaqda  Məhəmməd  Nəfsi  Zəkiyyə 

inqilabın  rəhbəri  tə`yin  olunur  və  orada  iştirak  edənlərin  haması  onunla  bey`ət  edirlər.  Bu 

yığıncaqda Abdullah Məhz, iki oğlu Məhəmməd Nəfsi Zəkiyyə və İbrahim, əbu Cə`fər Mənsur, 

Saleh  ibn  Əli,  Məhəmməd  ibn  Əbdül  Birr  (Osmanın  üçüncü  nəslindən)  kimi  şəxslər  var  idi. 

“Əbva”da  təşkil  olunmuş  bu  yığıncağa  həsəni  seyidlərinin  ağsaqqalı  və  o  dövrün  tanınmış 

şəxslərindən Nəfsi Zəkiyyənin atası Abdullah tərəfindən İmam Sadiq (ə) da çağırılmışdı.  

Həzrətin gəlişindən sonra Məhəmməd yığıncağın təşkil olunma səbəbi və onun hədəfini açıqladı. 

İmam Sadiq (ə) buyurdu: “Bu fikirdən daşının, qiyamın vaxtı hələ yetişməyib.” Sonra üzünü atası 

Abdullaha tutub dedi: “Elə güman edirsən ki, oğlun Məhdidir? Mən deyirəm ki, yanılırsan və bu 

zaman onun qiyamının vaxtı deyildir. Amma əgər alovlanıb Allaha xatir, əmr be mə`ruf və nəhy 

əz münkər etmək üçün onu qiyam və inqilaba qaldırırsansa, Allaha and olsun, ağsaqqal və ağamız 

olduğun  halda  səni  tək  qoymarıq  və  oğlun  ilə  də  bey`ət  edərik.”  Abdullah  isə  Həzrətin 

sözlərindən narahat olub onu paxıllıq üzündən söylədiyini güman etdi.  

Həqiqətdə isə İmam Sadiq (ə) imamət məqamından çıxış edərək çox gözəl bilirdi ki, Məhəmməd 

qələbə  çala  bilməyəcək  və  elə  həmin  yığıncağın  sonunda  atası  Abdullaha  buyurdu:  “Oğlun 

xilafətə çatmayacaq və bunu da bil ki, “sarı qəbalı”dan (Mənsur Dəvaniqiyə işarə edərək) başqa 

da  heç  kimə  nəsib  olmayacaq.”    Əbulfərəc  İsfahani  yazır  ki,  Abdullah  imamın  sözündən  sonra 

əlini Əbul Abbasın çiyninə vurub dedi: “Bu, qardaşları və onların övladları xilafətə çatacaqlar, siz 

yox!”  İmam isə əlini Abdullahın çiyninə vurub  dedi: “Hökumət nə  sənə nə də oğullarına nəsib 

olmayacaq. Bunlardır ki, xilafətə çatacaqlar və oğulların da qətlə yetiriləcəkdir.”  

Deməliyik ki, elə İmam Sadiqin (ə) bu sözü deməyindən çox da keçməmiş Həzrətin əvvəlcədən 

olacaq  hadisənin  nəticəsinin  ifşa  etməsi  xəbəri  Mədinədə  dolaşırdı.  Bununla  maraqlananlar 

Həzrətin hüzuruna gəlib bu xəbəri onun özündən eşitmək istəyirdilər. Elə  öz bacısı qızı Ümmül 

Həsən ondan belə bir xəbərin söylədiyini soruşduqda Həzrət demişdi: “Məhəmməd “rum evi”nin  

kənarında öldürüləcək, qardaşı İbrahim isə İraqda elə bir halda qətlə yetiriləcəkdir ki, mindiyi atın 

ayaqları suyun içində olacaqdır.”  

İmam Sadiq (ə) yuxarıda qeyd olunan səbəblərə görə Məhəmmədin hərəkatını qəbul etməsə də, 

lakin  onun  əleyhinə  də  heç  bir  ciddi  e`tiraz  münasibəti  bildirmədi.  Hətta  Əbulfərəc  İsfahaninin 

yazdığına  görə  oğulları  Musa  və  Abdullahı  Məhəmmədin  köməyinə  göndərdi    və  onlar  bu 




hərəkatda  Məhəmmədin  kənarında  idilər.    Hələ  qiyamın  məğlubiyyətindən  sonra  Məhəmmədin 

yaxın silahdaşlarından olan Hüseyn ibn Zeydə (şəhid) pənah verərək amanda saxladı.  Mə`lumdur 

ki, bu iki mühüm addım xəlifə Mənsuru narahat etməyə bilməzdi. 

Burada diqqəti cəlb edən məsələlərdən biri də odur ki, İmamın bu hərəkata qoşulmaması heç də 

onun  abbasilərlə  razılaşmağından  irəli  gəlmirdi.  Mövcud  hakimiyyət  də  Həzrətin  nəzərində 

qanunsuz  və  dindən  uzaq  sayılırdı.  Hətta  Mənsur  Həzrəti  dəfələrlə  paytaxta  öz  sarayına 

çağırtdırıb  onu  müxtəlif  əzab-əziyyətə  salmaqdan  əlavə  qətlə  yetirmək  fikrinə  də  düşmüşdü. 

Lakin  Allahın  lütfü  ilə  hər  dəfə  o,  bu  sui-qəsdlərdən  salamat  qurtarmışdı.    Elə  Məhəmmədin 

hərəkata  başladığı  zamandan  İmam  (ə)  Mənsur  tərəfindən  bir  sıra  çətinliklər  və  zərbələr 

görmüşdü. Burada bir neçə nümunəni qeyd edirik:  

Bu hərəkatın gün-gündən gücləndiyi vaxt bir dəfə Mənsur özü onu yatırmaq qəsdi ilə Mədinəyə 

doğru  hərəkət  etdi.  Özünü  şəhərin  yaxınlığınadək  yetirib  “Rəbəzə”də  düşərgə  saldı.    Orada 

qaldığı  müddət  ərzində  İmam  Sadiq  (ə)-ı  hüzuruna  çağırtdırıb  Həzrətlə  olduqca  kobud  rəftar 

edərək  onu  çox  pis  təhqir  etmişdi.    Yaxud  hicrətin  145-ci  ili  Məhəmmədin  ilk  dəfə  qiyama 

başladığı  gecə  Mədinənin  hakimi  Bəni  Haşimin  böyük  şəxsiyyətlərilə  bərabər  İmamı  da  həbs 

etdirmişdi.    İmam  Sadiq  (ə)  özü  bu  haqda  deyir:  “Məhəmmədin  məğlubiyyətindən  sonra  məni 

Mənsurun hüzuruna apardılar. O, məni çox kobud ifadələrlə təhqir edərək qarşıladı. Ardınca dedi: 

Adını  Nəfsi  Zəkiyyə  qoyduğunuz  Məhəmməd  ibn  Abdullahın  başına  gələnlərdən  xəbərim  var. 

İndi intizarındayam ki, sizdən biri başını qaldıran zaman böyük və kiçiyinizə rəhm etməyim.  

Məhəmmədin  üzərinə  göndərilmiş    qoşunun  sərkərdəsi  İsa  döyüşdən  sonra  mənim  “eyn  Əbu 

Ziyad” adlı torpaq sahəmi müsadirə etdi. Mənsurun hüzurunda ikən ona dedim ki, mənim torpaq 

sahəmi özümə qaytar, çünki gəlirim oradan  tə`min olunur.  Mənə dedi:  Hələ danışmağa üzün də 

var? Mən istəyirəm sənin canını alım!”  

Mənsur hətta bunlarla da kifayətlənməyib bir dəfə Mədinədə Həzrətin evini belə yandırtdırmışdı. 

Allahın lütfü ilə od-aluvun içindən özünü salamat qurtaran İmam Sadiq (ə) o vaxt demişdi: “Mən 

İbrahim Xəlilullahın övladıyam!”  



 

Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə