Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı 

Zeyd  ibn Əli (əleyhissəlam) İmam Baqir əleyhissəlamın qardaşı Peyğəmbər (səlləllahu əleyhi və 

alih) ailəsinin ən fəzilətli və yüksəkrütbəli şəxsiyyətlərindən biri alim zahid təqvalı və şücaətli bir 

şəxs olmuş  Bəni-Üməyyənin hakimiyyəti dövründə yaşamışdır. 

Zeyd Əməvi xəlifələrinin özbaşınalıq zülm və haqsızlıqlarını görüb həddən artıq narahat olur belə 

fikirləşirdi ki silahlı mübarizə yolu ilə onların hakimiyyətini devirmək lazımdır. 



Zeydin Dəməşqə çağırılması 

Zeydin qiyam fikrində olmasından xəbərdar olan Hişam ibn Əbdülməlik bu fikirdə idi ki onu bir 

yolla aradan götürüb özünü onun təhlükəsindən qorusun. Hişam bu çirkin məqsədinə çatmaq üçün 

xəyanətkar bir plan hazırladı. Bu planın ardınca Zeydi Dəməşqə çağırtdırdı. Zeyd Dəməşqə gəlib 

Hişamla  söhbət  etmək  üçün  hökumət  binasına  getdikdə,  Hişam  əvvəlcə  ona  qarşı  soyuq 

münasibət  göstərdi  və  öz  fikrinə  görə  onun  mövqeyini  camaatın  nəzərində  aşağı  salmaq  üçün 

oturmağa ona yer göstərməyib dedi: Yusif ibn Əmr Səqəfi (İraq valisi) mənə xəbər verib ki Xalid 

ibn Vəlid  sənə altı yüz min dirhəm pul verib indi sən həmin pulları geri qaytarmalısan. 

— Xalid mənə heç bir şey verməyib. 

— Elə isə onda İraqa - Yusif ibn Əmr Səqəfinin yanına getməli və o səni Xalidlə üzləşdirməlidir. 

— Məni Səqif qəbiləsindən olan alçaq bir şəxsin yanına göndərmə ki mənə hörmətsizlik etsin. 

— Başqa çarə yoxdur gərək gedəsən. 

Hişam sonra əlavə edib deyir: Eşitmişəm ki özünü xilafət məqamına layiq bilib xilafət kürsüsünə 

gəlmək fikrindəsən. Halbuki, sən bir kəniz oğlusan və kənizdən olan xilafət başında otura bilməz. 

Zeyd deyir: Elə bilirsən ki anamın bu mövqeyi (kəniz olması) mənim ləyaqətimi alçaldır? Məgər 

İshaq əleyhissəlamın azad qadından İsmayıl əleyhissəlamın isə kənizdən olduğunu unutmusanmı? 

Buna  baxmayaraq  Allah-taala  sonrakı  Peyğəmbərləri  Həzrət  İsmayıl  əleyhissəlamın  nəslindən 

seçdi. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) də onun nəslindəndir.” 

Daha sonra Zeyd Hişama nəsihət verib onu təqvalı olmağa çağırdı. 

Hişam dedi: Sənin kimi bir şəxs məni təqvalı olmağa dəvət edir? 

Zeyd: Bəli əmr be-məruf və nəhy əz-münkər İslamın iki əsas hökmləridir və onu yerinə yetirmək 

hamının borcudur. Məqam və rütbəsinin  aşağı olmasına görə kimsə bunları  yerinə  yetirməkdən 

boyun qaçıra bilməz eləcə də, heç kəsin məqam və rütbəsinin yuxarı olmasına görə onları qəbul 

etməkdən boyun qaçırmasına haqqı yoxdur. 



Məcburi səfər 

Hişam sərt söhbətindən sonra Zeydi İraqa göndərib Yusif ibn Əmrə bir məktub yazaraq bildirdi ki 

Zeyd  sənin  yanına  gəldikdə  onu  Xalidlə  üzləşdir  və  ona  Kufədə  qalmağa  bir  saat  da  olsa,  belə 



icazə vermə. Çünki o şirindil xoşbəyan və natiq adamdır əgər orada qalarsa Kufə camaatı tez bir 

zamanda onun tərəfinə keçər. 

Zeyd Kufəyə (İraqa) gircək Yusifin yanına gedib dedi: Nə üçün məni bura gətizdirmisən? 

Yusif: Xalidin dediyinə görə o sənə altı yüz min dirhəm pul vermişdir. 

— Xalidi çağırtdır əgər bir sözü varsa qoy üzümə desin. 

Yusif  əmr  etdi  ki  Xalidi  zindandan  gətirsinlər.  Xalidi  əl-ayağı  ağır  zəncirlərlə  bağlanmış  halda 

gətirdilər. Bu zaman Yusif üzünü ona tutub dedi: Bu Zeyd ibn Əlidir. İndi onda nəyin varsa de! 

Xalid  dedi:  Allaha  and  olsun  ki  onda  mənim  heç  bir  şeyim  yoxdur  sizin  onu  bura  gətirməkdən 

məqsədiniz yalnız ona əzab-əziyyət verməkdir. 

Bu dəfə Yusif üzünü Zeydə tutb dedi: Əmirəl-möminin Hişam mənə əmr verib ki, elə bu gün səni 

Kufədən çıxarım. 

Zeyd: Üç gün mənə möhlət ver qoy bir az dincəlim sonra Kufədən çıxaram. 

Yusif: Mümkün deyil elə bu gün çıxmalısan. 

— Onda icazə ver təkcə bu gün qalım. 

— Heç bir saat da mümkün deyil.1 

Bu hadisənin ardınca Zeyd Yusifin göndərdiyi bir neçə məmurla birgə Kufədən çıxıb Mədinəyə 

tərəf hərəkət etdi. Kufədən bir az aralanan kimi məmurlar Zeydi tək qoyub geri döndülər... 

Kufədə 

Zeydin Kufəyə gəlişi böyük səs-küy salmış onun Hişamla söhbəti hər yerə yayılmışdı. Vəziyyətin 

gedişatını  yaxından  izləyən  Kufə  camaatı  Zeydin  Mədinəyə  göndərilməsini  eşitcək  tez  özlərini 

ona  çatdırıb  onu  himayə  edəcəklərini  bildirərək  dedilər:  “Kufədə  qal  və  camaatdan  beyət  al! 

Arxayın  ol  ki  yüz  min  nəfər  sənə  beyət  edib  sənin  ordunda  vuruşmağa  hazır  olacaq.  Bəni-

Üməyyənin isə Kufədə çox az tərəfdarı var onlar da ilk hücumda qırılıb qurtaracaqlar.” 

Kufə  camaatının  Həzrət  Əli  (əleyhissəlam)  İmam  Həsən  (əleyhissəlam)  və  eləcə  də,  İmam 

Hüseyn  əleyhissəlamın  dövründəki  vəfasızlıqlarını  yaddan  çıxarmamış  Zeyd  bir  o  qədər  də 

onların vədələrinə arxayın olmadı ancaq kufəlilərin həddən artıq təkidləri nəticəsində Mədinəyə 

getmək fikrindən daşınıb Kufəyə qayıtdı. Camaat dəstə-dəstə gəlib ona beyət etdi. İş o yerə çatdı 

ki təkcə Kufədən iyirmi beş min nəfər döyüşə hazır oldu. 

Böyük vuruşma 

Yusif ibn Əmr Səqəfi Əməvilərə zidd olan qoşun dəstələrinin Zeydin ətrafına toplaşmasını ardıcıl 

olaraq  Hişama  xəbər  verirdi.  Bu  işdən  qorxuya  düşən  Hişam  Yusifə  əmr  edir  ki  tez  Zeydin 

topladığı orduya hücum edib qiyam alovunu söndürsün. 




Hər iki tərəfin qoşunları səfərbər oldu və çox çətin bir döyüş baş verdi. Zeyd son dərəcə şücaətlə 

vuruşur  və  ordusunu  dözümlü  olmağa  çağırırdı.  Döyüş  axşamadək  davam  etdi.  Birdən  düşmən 

tərəfindən atılmış bir ox Zeydin alnına batır. Daha döyüşməyə taqəti qalmayan Zeyd bir tərəfdən 

bəzi  dostlarının  döyüşdə  öldürülməsinə  digər  tərəfdən  də  ordusunun  bir  hissəsinin  pərakəndə 

olmasına görə məcbur qalıb geri çəkilmək əmri verdi. 

Zeydin şəhid olması 

Oxu  Zeydin  alnından  çıxartmaq  üçün  axşam  bir  həkim  gətirdilər.  Ancaq  ox  çox  dərinliyə 

işlədiyindən  onu  asanlıqla  çıxartmaq  mümkün  olmadı.  Nəhayət,  həkim  oxu  Zeydin  alnından 

çıxartdı ancaq oxun yarası ciddi olduğundan Zeyd şəhid oldu.  

Zeydin  dostları  uzun  sürən  məsləhətdən  sonra  belə  qərara  gəldilər  ki  Hişamın  adamları  Zeydin 

cənazəsini tapa bilməsin deyə, onu dəfn etsinlər. Bu məqsədlə onlar əvvəlcə suyun axarını  yenə 

əvvəlki  vəziyyətinə  qaytardılar.  Təəssüflər  olsun  ki,  məsələ  heç  də  onlar  istəyən  kimi  olmadı. 

Hişamın məmurlarından biri Zeydin dəfn mərasimində iştirak edərək bütün məsələni açıb Yusifə 

deyir.  Yusifin  göstərişi  ilə  Zeydin  cənazəsini  çıxarıb  başını  bədənindən  ayırdılar  və  bədənini 

Kufənin  girəcəyində  dara  çəkdilər.  Onun  başsız  bədəni  dörd  ilə  qədər  darda  qaldı.  Sonra  isə 

bədənini dardan endirib od vurub yandırdılar və külünü sovurdular. 

İmam Sadiq (ə) və qiyamlar 

O dövrün tarixini araşdıranda belə bir sual qarşıya çıxır ki, ümumiyyətlə İmam Sadiqin (ə) o vaxt 

şiələr  tərəfindən  baş  verən  qiyamlara  qarşı  münasibəti  necə  idi?  Görəsən  onları  müsbətmi 

qarşılayırdı? Əgər razı deyildisə, səbəbi nə idi?  

Ümumiyyətlə hər bir inqilabda, əsasən iki özəl hədəf güdülür: Birinci, nifrət qazanılmış mövcud 

hakimiyyəti yıxmaq. İkinci isə, yerində nəzərdə tutulan yeni, ideal hökumətin təməlini qoymaq. 

Sualımızın cavabına gəldikdə isə əməvilər sülaləsinin son dövrlərindən tutmuş ta abbasilərin də 

dövranını  nəzərdə  tutmaqla  belə  qənaətə  gəlirik  ki,  bu  qiyamların  əksəriyyəti  mövcud 

hakimiyyətin  əlindən  cana doymuş  xalqın  kəskin  e`tirazlarının  alovlanmasının  təzahürüdür.  Hər 

zaman  zülm  həddini  aşdıqda  qiyamlar  da  ardınca  şö`lələnirmiş.  Zalım  əməvi  və  abbasi 

sülalələrindən təngə gəlmiş məzlum xalq ədalət bayrağını qaldıracaq qəhrəmanın ardınca idilər ki, 

hər  vaxt  belə  bir  hadisə  üz  versəydi,  dərhal  ona  qoşulurdular  (adətən  də  belələrini  seyyidlər  və 

şiələrin böyük şəxsiyyətləri təşkil edirdi). 

Bu  qiyamlar  öz  gücünü  demək  olar  şiə  məktəbinin  ideologiyasından,  onun  radikal,  cəsarətli  və 

son dərəcə din-imanında qətiyyətli adamlarından alsa da, əməvi və ya abbasilərin hakimiyyətinin 

devrilməsindən  sonra  yeni,  ideal  bir  hökumətin  qurulmasına  o  qədər  də  zəmanət  verilmirdi. 

Bunun səbəbini aşağıda verilən amillərdə araşdırmalıyıq: 

1.  Mə`lum  olduğu  kimi  bu  qiyamların  rəhbərləri  elə  də  düzgün,  kamil  bir  proqram  irəli 

sürmürdülər və onların rəftar və ideyalarında çoxlu çatışmamazlıqlar müşahidə olunurdu. 

2.  İnqilabçı  qüvvələr,  adətən  həm  say  həm  də  hərbi  hazırlıq  baxımından  elə  bir  səviyyədə 

deyildilər ki, qələbəyə ümid gözü ilə baxa bilinsin. 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə