Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   2   3   4   5   6   7   8   9   10   ...   15

sadə əmtəə istehsalı şəraitində meydana gəlmişdir və XIX əsrin ortalarına qədər inkişaf etmiş 

ölkələrin iqtisadiyyatlarında əsas yer tutmuşdur. Bu o deməkdir ki, bu və ya digər sahəvi 

bazarda eyni növ məhsulu alan və satan çoxlu şəxslər olur. Bundan başqa istehsalçı satıcıların 

istehsal fəaliyyəti o qədər də böyük olmadığından və bazarda hakim mövqeyə malik 

olmadığından onlar həmin növ məhsulun bazar qiymətini müəyyən edə bilmir. Məhsulun 

qiyməti bazarda ona olan tələbdən asılı olaraq sərbəst surətdə formalaşır. Eyni sahəyə daxil 

olan istehsalçılar arasında yaranan bu rəqabət təkmil rəqabətdir. Fərdi istehsalçılar arasında 

yaranan rəqabət əsasən bir sahənin daxilində aparılır ki, bu sahədaxili rəqabət adlanır. Deməli 

təkmil rəqabətdə hər bir istehsalçı bu və ya digər istehsal sahəsində sahibkarhq fəaliyyəti ilə 

məşğul olmaqda tam sərbəstdir. Bununla bərabər müxtəlif  sahələrə daxil olan istehsalçılar da 

öz aralannda rəqabət aparırlar ki, bu da sahələrarası rəqabətdir. 

6.3     Vergi – təkmil rəqabətin formaları 

XIX əsrin II yarısından başlayaraq isə iri müəssisələr və onların birlikləri yaranır və 

tədricən sahəvi bazarın daha böyük hissəsinin əhatə etməyə başlayır. İri müəssisələrdə və 

birliklərdə iş qüvvəsinin, istehsalın həcminin əhəmiyyətli hissəsinin toplanmasında təzahür edən 

istehsalın təmərküzləşməsi inkişaf edir. Artıq iri müəssisələr bazar qiymətinə təsir etmək imkanı 

əldə  edirlər.  İri maşınlı sənayenin formalaşması  ilə  sahədaxili  rəqabətlə yanaşı sahələrarası 

rəqabət mübarizəsi də inkişaf edir. Daha yüksək gəlir əldə etmək məqsədilə bir qisim 

istehsalçılar bazarda özlərinə müstəsna şərait təmin edirlər ki, bu da digər subyektlərin 

fəaliyyətini, azadhğını məhdudlaşdırır. Beləliklə, təkmil rəqabət qeyri-təkmil rəqabətə çevrilir. 

 Oliqopolik bazarda fırmaların sayı 3-10 arasında tərəddüd edir. Oliqopolik ("olige" - az, 

"pole" - satıram) rəqabətdə istehsalçıların sayı az olduğundan onlar satışdan alınan məbləğin 

xeyli hissəsini qazanmış olurlar. Əgər  təkmil rəqabətdə qiymətlər bazarda tələb və təklifm 

dəyişməsinə  müvafıq olaraq tez-tez dəyişikliyə uğrayırlarsa, qeyri-təkmil rəqabətin oliqopolik 

formasında qiymətlərin dəyişməsi müəyyən vaxt intervalında dəyişilir. Oliqopoliyalar karter 

razılaşması prinsipinə əsaslanırlar ki, buraya istehsalın həcmi, qiymətqoyma səviyyəsi, bazar 

payının bölüşdürülməsi və ya kvotanın müəyyənləşdirilməsi aiddir. 

Qeyri — mükəmməl rəqabətin III tipi inhisarçı rəqabətdir. İnhısarçı rəqabət oxşar 

məhsulları bazara çıxaran bir çox istehsalçıların bir-biri ilə rəqabətini əks etdirir. Qeri-

mükəmməl rəqabətin bü növündə istehsalçılar qiymətlə bərabər məhsulun keyfıyyəti sahəsində 

də yarışa girirlər. 



Həm də onların məhsulun qiymətlərinə nəzarət etmə imkanları məhduddur. Məhsulun 

qiymətini yalnız alıcılar müəyyən edirlər. İnhisarçı rəqabətin müsbət xüsusiyyəti ondan ibarətdir 

ki, xalis inhisardan və oliqopoliyadan fərqli olaraq istehsalçıların sahəyə daxil olması asandır. 

İnhisarçı rəqabət şəraitində qısa və uzun müddət ərzində son gəlirin son xərcə bərabərliyi 

prinsipinə əsaslanır. 

6.4     İnhisarların sosial – iqtisadi nəticələri 

İnhisarçılığın mahiyyətindən danışarkən qeyd etmək lazımdır ki, XIX əsrin axırlarında 

qabaqcıl kapitalist ölkələrində istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsi 

istehsalın əsas hissəsinin az miqdarda iri müəssisələrin əlində cəmləşməsinə, inhisarların əmələ 

gəlməsinə səbəb oldu. Deməli inhisar istehsalın çox böyük hissəsini öz əlində cəmləşdirən və 

yüksək inhisar qiymətinə satan iri müəssisələrin birliyidir. İnhisarların başlıca məqsədi daha 

yüksək mənfəət, inhisar mənfəəti əldə etməkdir. 

Artıq XX əsrin 30-50-ci illərində inhisarların inkişafı elə bir səviyyəyə gəlib çıxmışdır ki, o 

bütöv iqtisadiyyatı əhatə etmişdir. Daha doğrusu bazarda hakim mövqe tutan təsərrüfat 

subyektləri inhisarçıya çevrilmişlər. Beləliklə inhisarçılıq daha yüksək gəlir əldə etmək məqsədilə 

azad rəqabətin məhdudulaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir. 

İnhisarçılıq fəaliyyətinin ilkin mərhələsində iştirakçılar müəyyən məsələlərdə razılıq əldə edə 

bilirdilərsə sonralar inhisar qiyməti vasitəsilə rəqibləri sıxışdırırdılar. İqtisadiyyatda inhisarçılığın 

bir çox formaları mövcuddur: istehsal inhisarçılığı (kartel, sindikat, konsern, konqlomeratlar, 

konsorsium), texnoloji inhisarçılıq, idarəetmə inhisarçılığı və s. 

Burada inhisarçıhğm formalarının qısa məzmununun verilməsi yaxşı olardı. İnhisarçılığın 

sosial-iqtisadi nəticələrindən danışarkən göstərmək lazımdır ki, inhisarçılıq qiymətlərin süni 

surətdə artırılıması yolu ilə məhsulun qiymətinin yüksəlməsinə səbəb olur ki, bu da əhalinin 

sosail vəziyyətinə mənfı təsir göstərir. Bundan başqa inhisarçılıq eyni zamanda istehsalın 

həcminin aşağı düşməsinə səbəb olur. İnhisarçılığın mənfı nəticələrindən biri də istehsal 

xərclərinin aşağı salınmasında inhisarçıların maraqlı olmamasıdır. Həmçinin inhisarçı bazarda öz 

mövqeyini saxlamaq və sahəyə daxil olmaq üçün çoxlu vəsait xərcləyir ki, bunlar iqtisadi 

səmərəliilyə mənfı təsir göstərir. 

6.5    Antiinhisar tənzimlənməsi. 

İnhisarçılığın mənfı nəticələrindən biri də istehsal xərclərinin aşağı salınmasında 

inhisarçıların maraqlı olmamasıdır. Buna görə də inhisarçılığa qarşı mübarizə dövlətin mühüm 



iqtisadi funksiyalarından biri hesab olunur. Bu mübarizədə məqsəd azad rəqabətin inkişafına 

köməklik göstərmək və təsərrüfat subyektlərinin fəaliyyətlərini tənzimləməkdir. İlk antiinhisar 

qanunları XIX əsrin axırlarmda ABŞ-da yaranmış və tətbiq edilmişdir. 1890-cı ildə qəbul olunmuş 

Şerman qanunuda ticarətin gizli inhisarlaşması və qiymətlər barədə razılaşmanı qadağan 

etmişdir. Kleyton qanunu (1914) satış sahəsində, qiymət ayrıseçkiliyi sahəsində, Robinson - 

Petman (1936) qanunu ticarət sahəsində, inhisarçılığın əleyhinə yönəldilmişdir. Sellor — Kefover 

fərmanı isə aktivlərini almaq yolu ilə birləşməyə məhdudluq qoyan Kleytonun (1950) fərmanını 

tamamladı. 

Azərbaycanda «Antiinhisar fəaliyyəti haqqında» Qanunda (4 mart 1993-cü il) göstərilir ki, 

əgər bir müəssisə bazarda müvafiq istehsalın 33%, müəssisə 50%-nə, 5 müəssisə isə 66,6%-ni 

əhatə edirsə, bu inhisarçılıq adlanır. 

 

Mövzu 7. Firma mikroiqtisadi fəaliyyətin əsasıdır. 



 

7.1. Firmanın iqtisadi məzmunu. Firma və müəssisə.  

  

Göstərmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif növlərinə uyğun olaraq 



müxtəlif əmək fəaliyyətləri və onların tətbiq olunduğu müxtəlif firmalar  mövcud olur. Firma əmək 

bölgüsü sistemində müstəqil, xüsusiləşmiş istehsal-təsərrüfat vahidi, iqtisadi və hüquqi subyektdir. O 

əmtəə və xitmətlər istehsal etmək yolu ilə mənfəət əldə edən və bu istiqamətdə istehsal ehtiyatlarını 

məqsədyönlü təşkilatdır. Firma istehsalın ilkin özəyi kimi məhsul istehsalına xidmət göstərmək üçün 

maddi, əmək resurslarını birləşdirən hüquqi şəxsdir. Firma ilə müəssisə arasında oxşar cəhətlərə 

baxmayaraq müəyyən fərqlər də mövcuddur. Belə ki, müəssisə daha çox istehsal fəaliyyəti ilə məşğul 

olur, həm də bir profili məhsul istehsal edir. Firma anlayışı isə bazar iqtisadiyyatı üçün xasdır. O təkcə 

sahibkarlıq fəaliyyəti ilə deyil biznes fəaliyyəti ilə də məşğul olur. Firma bir neçə müəssisədən ibarət ola 

bilər. O, həm də sənaye və ticarət müəssisələrinin şərti adıdır. 

 

7.2. Firmanın məqsədi və strategiyası. 



 

Hər bir firma çalışır ki, istehlakçının tələbatını daha yaxşı ödəmək üçün bazara daha çox məhsul və 

xidmətlər təklif etsin. İstehlakçının tələbatının daha tam ödənilməsinə cəhd göstərməklə firma 

maksimum gəlir götürməyə nail olur. Firma istehsal xərclərinin azaldılması, bazardakı yerinin 

möhkəmləndirməsi və fəaliyyətinin davamlı olması üçün öz mənfəətinin maksimumlaşdırılmasına çalışır. 

Bu bazarda üstünlük qazanmağa çalışan analoji məhsullar istehsal edən firmalar arasında rəqabət 




Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə