Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   2   3   4   5   6   7   8   9   ...   15

və müstəqilliyin əsasında həyata keçirilir. Digər tərəfdən onlar qanunvericiliyə tabe olmaqla öz 

fəaliyyətlərində məhdudiyyət və məsuliyyətini də dərk etməlidirlər. Beləliklə, iqtisadi subyektlər 

öz  seçimləri  ilə  alternativ  xərc  və  qazancın  optimal  səviyyəsini  müəyyən  etməklə  öz  şəxsi 

mənafelərini,  ehtiyaclarını  ödəyirlər  ki,  bu  da  cəmiyyət  səviyyəsində  ümumi  rifahın 

yaxşılaşmasına imkan yaradır. Müxtəlif iqtisadi sistemlərdə subyektlərin davranışına nemətlərin 

müxtəlif şəkildə yerləşməsi, iqtisadi fəaiiyyətin əlaqələndirilməsi, iqtisadi davranış qaydalarmm 

tənzimlənməsi, institutsional xarakterli normativ aktlar da təsir göstərir.  

 

MÖVZU   4   



Müasir bazar iqtisadiyyatinin nəzəri əsasları

 

1.  Bazarın məzmunu və təşəkkülü 



2.  Bazarın elementləri: tələb, təklif, qiymət və rəqabət 

3.  Bazarın tipləri 

4.  Bazar iqtisadiyyatının  formalaşması prinsipləri 

5.  Sivilizasiyalı bazar sisteminin formalaşması prinsipləri 



 

   4.1      Bazarın məzmunu və təşəkkülü 

Məlumdur  ki,  bəşər  cəmiyyətinin  ayrı-ayrı  mərhələlərində  məhsul  və  xidmətlərin  istehsalının 

təşkili  müxləlif  formalarda  həyala  keçirilmişdir  ki,  bunlardan  biri  də  bazar  sisteınidir.  Bazar 

ə

mtəə istehsalı ilə əlaqədar  geniş vüsət  alsa da,  onıın meydana  gəlməsi,  uzun bir tarixə — 6-7 



min  il  əvvələ  təsadüf  edir.  Bazar  ilk  dəfə  bəsit  formada  xüsusi  meydanlarda,  canlı  küçələrdə, 

izdihanılı  yerlərdə  məhsulların  pərakəndə  ticarəti  kimi  yaranmışdır.  Sonralar  ictimai  əmək 

bölgüsünün dərinləşməsi və əmtəə istehsalının inkişafı ilə bazar aniayışı daha geniş məna kəsb 

edir.  Əmtəə  təsərrüfatı  şəraitində  bazar  özünü  bilavasitə  mübadilədə,  tədavüldə  təzahür  etdirir. 

Buna  görə də o ticarət prosesləri ilə üzvi əlaqəlidir. Ticarət xüsusiləşmiş təsərrüfat sahəsi olub 

ə

mtəələrin  alqı-satqısını  həyata  keçirir.          Bazarın  meydana  gəlməsinin  obyektiv  əsasını 



insanların tələbatı ilə müqayisədə onların istehsal imkanlarının məhdudluğu təşkil edir.  qtisadi 

ehtiyatların, o cümlədən istehsal imkanlarının məhdudluğu   müxtəlif növ  əmək  məhsullarının   

bir-birinə  mübadilə  edilməsini  zəruri  edir.  ctimai  əmək  bölgülərinin  nəticəsində  mübadilənin 

inkişafı  əmtəə  istehsalını  yaradır  ki,  bunlar  bazarın  meydana  gəlməsinin  mühüm  şərtləridir. 

Müasir  dövrdə  bazarın  mövcudluğu  həm  də  xarici  iqtisadi  əlaqələrin    zəruriliyindən  irəli  gəlir. 

Deməli,  bazar  münasibətlərinin  başlıca    şərti  əmtəə  istehsalının  mövcudluğudur.  Əmtəə 

təsərrüfatı ilə bazar bir-birilə o qədər sıx qarşılıqlı  əlaqəlidir ki, biri digərini tamamlayır.  Qeyd 

etmək  lazımdır  ki,  bazar  haqqında  mükəmməi  təlimi  kiassik  məktəbin  görkəmli  nümayəndəsi 

A.Smit  yaratmışdır.  Onun  təliminə  görə  bazar  iqtisadi  məqsədə  nail  olmaqda  insanların 

imkanlarını,  iqtisadi  azadlığını  artırır.  O,  özünün  «Xalqlar  sərvətinin  səbəblərinin  və  təbiətinin 

tədqiqi  haqqında»    əsərində  "görünməz  əl"  prinsipinin  fəaliyyətini  bazarın  öz-özünü 

tənzimləməsi kimi ifadə etmişdir. A.Smitin ardınca Avstriya iqtisadçısı F.Xayek bazarın iqtisadi 

qaydalarını işləyib hazırlamışdır. Fransız iqtisadçısı A.Kurnonun fikrincə, bazar termini altında 

istehsal və istehlakçıların azad münasibətləri qərarlaşır və qiymətlər asan və tez bərabərləşirlər. 

ngilis  iqtisadçısı  A.Marşall  bazar  konkret  bazar  meydanı  deyil,  alıjı  və  satıcıların  bir-biri  ilə 

sərbəst  mübadiiəsi  məkanıdır.      Bazarda  əmtəə  istehsalçıları  ilə  istehlakçıları  arasmda  əlaqə 

inzibati  idarəçilik  vasitəsilə  yox  birbaşa  mövcuddur.  Bu  baxımdan  bazar  iqtisadi  problemlərin 

səınərəli  lıəllini  təmin  edən  təsərrüfatçılığın  təşkili  formasıdır.    Bazarın  mahiyyəti  onun 

funksiyalarında  daha  aydın  görünür.  Bu  funksiyalara:  1)  isleiısalın  oz-özünü  tənzimləməsi;  2) 



istehsalçılarla  istehlakçılarin  iqtisadi  mənafelərinin  əlaqələndirilməsi;  3)  istehsalın  yüksək 

səmərəliliyinin təmin edilməsi; 4)  bazar    subyektlərinin    maddi    cəhətdən həvəsləndirilməsi. 



         4.2     Bazarın elementləri: tələb, təklif, qiymət və rəqabət 

Məlumdur ki, insanların tələbatları sonsuzdur və bunların hamısını ödəmək mümkün olmur. Bu 

onların malik olduqları pul vəsaitlərinin həcmindən asılıdır. Ona görə də tələb dedikdə müəyyən 

müddət  ərzində  müəyyən  pul  vəsaitlərinə  istehlakçıların  almaq  istədikləri  və  almağa  qadir 

olduqları  məhsul  və  xidmətlərin  miqdarı  başa  düşülür.  Deməli  bazar  şəraitində  tədiyyə 

qabiliyyətli tələbdən söhbət gedir və kəmiyyətcə tələb tələbatdan az olur. Bir istehlakçının tələbi 

(fərdi) ilə bazarda iştirak edən bütün alıcıların, fərdlərin, firma və müəssisələrin tələbi (məcmu) 

fərqlənir.   Tələb və təklifin, qarşılıqlı təsiri və əlaqəsi bazar mexanizminin digər nıühıüm ünsürü 

olan  qiymət  vasitəsilə  baş  verir.  Qiymət  müxtəlif  bazar  subyektlərinin  qarşılaşdığı  və  maddi 

maraqlarının  toqquşduğu  bir  ünsür  kimi  fəaiiyyət  göstərir.  O  mübadilə  prosesində  əmtəə  və 

xidmətlərə görə ödənilən pulun kəmiyyətidir.      Təklif müəyən müddət ərzində istehsalçıların 

müəyyən  qiymətlə  bazara  təklif  edəcəyi  əmtəə  və  xidmətlərin  miqdarını  əks  etdirir.  Heç  də 

istehsal  olunan  məhsulların  hamısı  əmtəə  təklifı  şəklində  çıxış  etmir.  Ona  görə  də  istehsalın 

həcmi ilə təklifın həcmi üst-üstə düşmür. Hər bir ayrıca istehsalçının bazara təqdim etdiyi əmtəə 

və xidmətlər fərdi təklif hesab olunur. Lakin hər bir ölkənin daxili bazarının dünya bazarları ilə 

üzvi  əlaqəsi  nəticəsində  müəyyən  xarici  məhsullar  da  təklif  rolunda  çıxış  edir.  Buna  görə 

məcmuu  təklif  də  fərdi  istehsalçıların,  müəssisə  və  fırmaların,  dövlətin,  xarici  ölkələrin 

istehsalçılarının  müəyyən  qiymətə  təklif  etdikləri  əmtəə  və  xidmətlərdir.        Tələb,  təklif  və 

qiymətlə yanaşı rəqabət də bazar iqtisadiyyatının  mühüm ünsürü kimi çıxış edir. Rəqabət latın 

sözü olub «toqquşmaq» mənasını verir. O qiymət mexanizmi ilə birlikdə  bazar iqtisadiyyatının 

ə

n  mühüm  zəruri  tənzimləyicisidir.  Rəqabət  istehsalın  və  reallaşmanın  ən  yaxşı  şəraitinə  nail  



olunması  üçün  bazar  subyektlərinin  cəhdidir.  O  tələb  və  təklifın  qarşılıqlı  əlaqəsinə,  bazar 

qiymətinin  tarazlaşmasına  doğru    hərəkət  edən  iqtisadi  qüvvədir.    Rəqabət  məhsul  satışından 

maksimum mənfəət almaq   uğrunda əmtəə istehsalçılarının bəhsləşməsidir. 

    4.3        Bazarın tipləri 

Bazar sistemi-iqtisadl sisteminin ənı ınütərəqqi formasıdır. Bazar tarixən çox qədim zamanlarda 

yaranmasına  baxmayaraq  bir  sisteın  kimi  XVIII  əsrdə  ( ngiltərədə)  formalaşmışdır.  Bu  dövr 

bazarın sərbəst və azad bazar tipi adlanır. Azad bazar sisteminin mühüm xarakterik xüsusiyyəti 

onun xüsusi mülkiyyətə, azad rəqabətə əsaslanmasıdır.  qtisadi ehtiyatların müxtəlif mülkiyyətdə 

olması  onların  iqtisadi  cəhətdən  azad  olmasından  irəli  gəlir.  Hər  bir  şəxs  müəyyən  mülkiyyət 

sahibi  olduğundan  iqtisadi  ehtiyatlardan  sərbəst  şəkildə  istifadə  etmək  imkanına  malik  olur. 

Məşhur  ingilis  iqtisadçısı  A.Smit  bazar  sisteminin  «görünməz  əl»  prinsipi  əsasında  fəaliyyət 

göstərdiyini  qeyd  edərək  "göstərirdi  ki,  hər  bir  fərd,  şəxs  öz  mənafeyini  təmin  elnıəyə  cəhd 

göstərir  yə  bu  əsasda  bütövlükdə  cəmiyyətin  mənafeyi  təmin  olunmuş  olur.  Ittisadi 

münasibətlərin  sonraki  gedişində  isə  bazarın  tənzimlənən  tipi  yaranmışdır.  X  əsıin  20-30-cu 

illərində başlıca kapitalist öikələrini bürüyən dünya iqtisadi böhranı, işsizlik iqtisadiyyatın dövlət 

tərətindən tənzimlənməsinə zərurət yaratdı.  nzibati-amirlik sisetnünə xas olan dövlətin inhisarçı 

rolundan imlina edilərək dövlətin tənzimləyici fəaliyyətinə keçildi və tənzimlənən bazar sislemi 

forrmalaşdı. Bu tipin əsas xüsusiyyətləri dəyiişən şəraitə uyğunlaşa bilən sahibkarlar təbəqəsinin 

meydana gələsi, dövlətin iqtisadiyyata müdaxilə etməsidir  Bazar sisteminin azad və sərbəst tipi 

kapitalizmin meydana gəlməsi ilə, tənzimlənən tipi isə sahibkarlar təbəqəsinin meydana gəlməsi 

ilə  əlaqədardır.      Lakin  bunuula  yanaşı,  azad  bazar  cəmiyyət  üzvlərinin  həyat  səviyyəsində 

fərqlərin, o cümlədən sosial gərginliklərin dərinləşməsinə, hərcmərclik, ətraf mühitin çirklənməsi 



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə