Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

istehsalçını daha çox məhsul vahidinə çəkilən xərclər - orta xərclər maraqlandırır. 

Hər bir istehsalçı məhsul buraxılışının optimal həcmini və onlara çəkilən xərclərin 

miqdarını bilmək üçün orta xərcləri hesablamalı olur. Satışdan əldə olunan gəlirin 

həcmi bazar qiymətindən asılı olduğu üçün orta istehsal xərcləri ilə məhsulun bazar 

qiyməti müqayisə edilir. Əgər orta istehsal xərcləri məhsulun bazar qiymətindən az 

olduqda  müəssisə  mənfəətlə  işləyir,  məhsul  buraxılışının  optimal  həcmi  təmin 

edilmiş  olur.  Orta  xərclər  məhsulun  qiyməti  və  ya  orta  mənfəətlə  müqayisə 

edilərək müəssisənin gəlir əldə edib etməməsini müəyyən etmək olur.  

Məlumdur ki, hər bir istehsal sahibi daim məhsul istehsalını artırmaqda marağlıdır. Bunun üçün isə 

əlavə istehsal xərcləri lazım gəlir. Bu baxımdan əlavə xərclərin dinamikasınıın da öyrənilməsi vacibdir. 

Əlavə xərclərin kəmiyyətinin dəyişilməsini izləmək üçün sonuncu məhsulun istehsalı ilə əlaqədar ümumi 

xərclərdə baş verən dəyişikliklər nəzərə alınır. Yəni məhsul buraxılışının zəruri həcmini müəyyən etmək 

üçün son xərc anlayışından istifadə olunur. Beləliklə, son xərc məhsul buraxılışının həcmi ilə müqayisədə 

hər bir əlavə məhsul vahidinin istehsalına məsrəfləri əks etdirir. Firmaların son xərclərinin hesablanması 

istehsalın optimal həcmini müəyyənləşdirməyə imkan verir. Yəni, firma maksimum mənfəət əldə etmək 

üçün hansı həcmdə məhsul istehsal etməsini müəyyənləşdirir. Əgər bazar qiyməti məlumdursa, son 

xərcləri onunla müqayisə etməklə istehsalın həcminin dəyişməsinin lazım olub-olmamasını müəyyən 

etmək olar. Son xərclər bazar qiymətindən aşağı olduqda istehsalın həcmini artırmaq, yuxarı olduqda isə 

istehsalı dayandırmaq lazım gəlir. 

 

8.3. Daxili və xarici istehsal xərcləri. 



 

 İqtisadi ehtiyatların istehsala cəlb edilməsi baxımından daxili və xarici istehsal xərcləri 

fərqləndirilir. Əmək ehtiyatlarına, xammala, yanacağa, enerjiyə, nəqliyyata və s. çəkilən xərclər firma 

üçün kənar xərclərindən ibarət olub xarici xərclər adlanır. Firmanın özünəməxsus olan istehsal binaları, 

sahibkar əməyi və s. daxili istehsal xərci kimi çıxış edir. Daxili xərclər üçün kənara pul xərclənmir. Bundan 

başqa istehsal xərcləri uçot və iqtisadi üsulla qiymətləndirilir. Uçot üsulunda firmanın istifadı etdiyi bütün 

ehtiyyatların alınmasına sərf edilən faktiki məsrəflər hesablanır. İqtisadi üsulda isə görünməyən 

məsrəflər, yəni itirilmiş imkanlara görə xərclər (mümkün çoxsaylı variantların birindən istifadə zamanı 

ortaya çıxan xərclər və gəlir) nəzərdə tutulur. İqtisadi nöqteyi nəzərdən sahibkarın əməyinə istehsal xərci 

kimi baxılması bir fəaliyyət variantının seçilməsi isə digərinin itirlməsi deməkdir. Alternativ xərclər əldə 

olunmamış və ya itirilmiş əmtəə və xidmərlərin qiymətliliyinə bərabərdir. Yəni ümumi xərclərlə itirilmiş 

mənfəətə bərabərdir.  

Qısamüddətli dövrdə sabit xərclər dəyişməz qaldığından istehsalın həcmini yalnız dəyişən xərclərə 

təsir etməklə artırmaq olur. Uzunmüddətli dövrdə isə bütün xərclər dəyişən olur, yəni istehsal güclərinin 

dəyişilməsinə imkan yaranır.  

Uzunmüddət ərzində firma məhsul istehsalına başlayarkən əvvəlcədən özü üçün istehsalın həcmini 

minimum xərclərlə müəyyənləşdirir. İstehsal amillərinin dəyişməsi firmanın fəaliyyət miqyasının 

seçilməsinə səbəb olur ki, bu da miqyas effektidir. Əgər istehsalın artımı ilə orta xərclər azalarsa, miqyas 

effekti müsbət, əksinə olduqda isə mənfi olur.  

 



8.4. Mənfəətin məzmunu və məqsədi. 

 

 İstehsal xərclərinin daxili və xarici xərclərə ayrılması firmalarda mühasibat mənfəəti ilə iqtisadi 



mənfəəti fərqləndirməyə imkan verir. Mühasibat mənfəəti (normal mənfəət) məhsulun reallaşmasından 

əldə olunan puldan xarici xərcləri çıxmaqla hesablanır. İqtisadi mənfəət (xalis) məhsul satışından əldə 

edilən puldan bütün istehsal xərclərini (daxili və xarici) çıxmaqla müəyyən edilir. O, normal mənfəətdən 

əlavə alınmış xalis gəlirdir. Normal mənfəət istehsal xərclərinə daxil edilir, iqtisadi mənfəət isə bütün 

təsərrüfat fəaliyyətinin nəticəsi olduğundan istehsal xərclərinə daxil olunmur. Xalis mənfəət 

sahibkarların fəaliyyətini davam etdirməsi üçün əsas stimul, maraq rolunu oynayır. 

Mənfəət hər bir firmanın təsərrüfat fəaliyyətinin ümumi göstəricisi olmaqla onun əsas daxili (təbii) 

məqsədidir. Hər bir istehsalçı məhsul istehsalını və xidmətləri artırmaq vəzifəsini yerinə yetirərkən ilk 

növbədə daha çox mənfəət götürmək məqsədini əsas götürür. Rəqabət şəraitində daha çox mənfəət 

əldə etmək təsərrüfat fəaliyyətini möhkəmləndirməyə imkan verirr. Lakin mənfəət firmanın fəaliyyətinin 

son nəticəsi deyil. Firmanın başlıca vəzifəsi istehsal xərclərinin aşağı salınması yolu ilə yüksək keyfiyyətli 

və istehlak xassələrinə malik məhsul istehsal edilməsi və ictimai tələbatın ödənlməsidir.  

 

8.5.  Mənfəətin artmasına təsir göstərən amillər. 



Mənfəət hər bir təsərrüfat sahəsinin, bütövlükdə iqtisadiyyatın əsas səmərəlilik göstəricisi, 

məqsədi və hərəktverici qüvvəsidir. 

Mənfəətin artırılmasına bir çox amillər təsir göstərir ki, bunlardan əsasları aşağıdakılardır:  

1)  məhsul buraxılışının artımı; 

2)  məhsulun keyfiyyətinin yüksəldilməsi; 

3)  əmək  məhsuldarlığının    artırılması  istehsal  xərclərinin  aşağı  salınması,  ehtiyatlardan  səmərəli 

istifadə edilməsi; 

4)  elmi – texniki tərəqqinin nəaliyyətlərindən istifadə olunması; 

5)  istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi; 

6)  iqtisadiyyatın  səmərəli  idarə  edilməsi.  Göstərilən  bu  amillərin  hər  birinin  mənfəətin 

artırılmasına təsiri izah olunmalıdır. 

Firmaların istehsal məsrəflərin səmərəliliyini rentabellik göstəricisi müəyyən edir və bu mənfəətin  

istehsal məsrəflərə olan nisbəti kimi hesablanır. İstehsalın rentabelliyi isə mənfəətin əsas və dövriyyə 

fondlarının orta illik dəyərinə nisbət ilə ölçülür. Deməli resurslardan istifadənin səmərəliliyi onların 

məhsuldarlığından asılı olaraq dəyişir.  

 

 



 

 

Mövzu 9            Rəqabət şəraitində firmanın davranışı.



 

 

9.1. Təkmil rəqabət bazarının fəaliyyət xüsusiyyətləri. 



 

Tякмил рягабятли базарын фяалиййят эюстярмяси цчцн бир сыра шяртлярин йериня йетирилмясини тяляб 

едир: 



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə