Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   ...   7   8   9   10   11   12   13   14   15

 айры-айры фирмаларын истещсалынын щяжминин чох олмамасыны; 

 реаллашдырдыьы мящсулун гиймят сявиййясиня тясир эюстяря билмямясини; 



 алыжыларын гиймятля баьлы йахшы мялуматландырылмасыны; 

 сатыжылар гиймятля ялагядар данышыглара вя йа разылашмайа эиришмямясини; 



 бири-бириндян асылы олмайараг сярбяст фяалиййят  эюстярмяси иля, истещсалчы фирмаларын сащяйя 

сярбяст дахил олуб вя чыхмасыны. 

Реаллашма шяртляринин эюзлянилмяси иля истещсалчыларла истещлакчылар арасында сярбяст ялагянин 

мювжудлуьуну тямин едир. Тякмил рягабят бцтювлцкдя гиймятин ямяля эялмясинин базар 

механизминин формалашмасыны шяртляндирир. Бундан ялавя тякмил рягабят тяляб вя тяклиф механизмини 

дя сатыжы вя алыжы, истещсалчы вя истещлакчы тимсалында формалашдырыр.  

 

9.2.

  Firmanın fəaliyyətinin əsasları və davranışının xüsusiyyətləri. 

 

Firma  fəaliyyəti  haqqında  davranış  nəzəriyyəsindən  göründü  ki,  onun 

iştirakçılarının  müxtəlif  mənafeləri  qarşılaşır  və  toqquşur.  Bu  firmanın  çoxsaylı 

məqsədlərinin  həyata  keçirilməsindən  asılıdır.  O  öz  fəaliyyətində  mənfəətin 

maksimumlaşdırılması  ilə  yanaşı,  istehsalın  və  satışın  həcminin  artırılmasına, 

həmçinin bütövlükdə artıma nail olmağa çalışır. 

Firma  öz  davranışında  ilk  olaraq  istehsal  xərclərilə  məhsul  buraxılışının 

həcmini  müqayisə  edir  və  istehsal  xərclərinin  minimumlaşdırılmasına  cəhd  edir. 

Məlumdur  ki,  uzunmüddətli  dövrdə  istehsalın  həcminin  dəyişilməsinə  bir  neçə 

amil təsir göstərir. Ona görə də bu amillərdən elə istifadə edilməsi lazım gəlir ki, 

mıhsul  ən  ucuz  qiymətə  başa  gəlsin.  qtisadi  ədəbiyyatlarda  müxtəlif  variantların 

tətbiqi  ilə,  yəni  müxtəlif  istehsal  xərcləri  ilə  bərabər  məhsulun  əldə  olunması 

izokvant adlanır.  

9.3. Təkmil rəqabəşəraitində firmanın davranışı. 

Bazarın əsas elementləri olan rəqabət və inhisarın nisbətlərindən asılı olaraq 

təkmil və qeyri təkmil şəraitlərdə firmanın davranışları da müxtəlif olur.  

Təkmil  rəqabət  şəraitində  eyni  adlı  məhsullar  istehsal  edən  sahə  bazarında 

çoxlu sayda firmalar olduğundan onlar öz davranışında sərbəstdirlər və bu sahəyə 

daxil olub çıxmaq istənilən halda mümkündür. Buna görə də qiymətin səviyyəsinə 

təsir edə bilmirlər və bazar qiyməti ilə razılaşmalı olurlar.  

Firma  məhsulunun qiymətinə təsir edə bilmədiyindən onun gəliri istehsalın 

həcmindən  asılıdır.  O  məhsulunun  hər  vahidini  bazar  qiymətinə  satır  və  ümumi 

məhsul  satışından  əldə  olunan  pullarla  məcmu  xərclərin  fərqindən  ibarət  olan 

ümumi gəlir əldə edir.  

Bundan  başqa  hər  bir  məhsul  satışından  orta  gəlir  əldə  edir  ki,  bu  da  cari 

bazar qiymətinə bərabərdir. 



Orta gəlir ümumi gəlirin məhsul vahidinə olan nisbətidir və satılan məhsulun 

miqdarı artıqca o da çoxalır. 

 Firma  həmçinin  hər  bir  əlavə  məhsul  vahidinin  satılmasından  əlavə  gəlir 

ə

ldə edir ki, bu da onun son hədd gəlirini təşkil edir. Təkmil rəqabət şəraitində son 



hədd gəliri orta gəlirə və məhsulun qiymətinə bərabərdir. 

 

9.4. Firmanın davranışının əsas məqsədi. 

 

  

Müxtəlif  məktəblərin  nəzəriyyəçilərinin bir  ümumi  fikri  ondan ibarətdir ki, 



firmanın  davranışının  əsas  məqsədi  mənfəəti  maksimum  artırmaqdan  ibarətdir. 

Maksimum  mənfəət  firmanın  daxili  və  xarici  fəaliyyətinin  qarşılıqlı 

ə

laqələndirilməsi  sayəsində  mümkün  olur.  Hər  bir  məhsul  vahidinin  son  gəliri 



həmin  məhsulun  buraxılışına  çəkilən  son  xərclərdən  çox  olduqda  mənfəət 

maksimum  olur.  Firmanın  davranışı  o  vaxt  səmərəli  olur  ki,  o  istehsalın  həcmini 

son  gəlirin  son  xərclərə  bərabər  olana  qədər  davam  etdirir.  Son  gəlirlərlə  son 

xərclər arasındakı müsbət fətq firmanın son gəlirini təşkil edir. 

Qısamüddətli  dövrdə  firmanın  təklifi  istehsal  xərcləri  ilə  müəyyənləşir  və 

istehsalın həcmi artdıqca son xərcləri də çoxalır. 

 

Təkmil  rəqabət  şəraitində  əmtəənin  qiyməti  onun  son  xərclərindən  çox 



olmur,  deməli  firma  məhdud  resursların  səmərəli  bölgüsü  ilə  istehsalın 

səmərəliliyini yüksəldir. Bu ictimai tələbatın ödənilməsi üçün məhdud resursların 

optimal yerləşdirilməsidir ki, bu da allokativ səmərəlilik adlanır. 

 Müasir  dövrdə  təkmil  rəqabətli  bazarda  bir  çox  əmtəələrin  istehsalı  iri 

firmalar tərəfindən həyata keçirilir. Onlar məhsulun qiymətinə təsir göstərə bilirlər 

və  bu  qeyri  təkmil  rəqabətə  çevrilir.  Beləliklə  qiymətlə  bağlı  qərarlarda  firmalar 

müəyyən həddə qədər məsuliyyət daşıyırlar.  

 

 

 

9.5. Təkmil rəqabəşəraitində firmanın davranışına təsir göstərə

amillər.

 

 



Firmanın davranışına dair nəzəriyyənin müəlliflərindən biri X.Saymon (XX 

ə

srin  60-cı  illəri)  onun  davranışında  maraqlı  tərəflərin  firmadaxili  razılaşmasının 



həyata keçirilməsini təklif etmişdir. Ansof isə firmanın davranışında siyasi-iqtisadi, 

sosial-ekoloji  və  s.  xarici  mühitin  rolunun  da  nəzərə  alınmasına  diqqət 

yetirilməsini əsas götürmüşdür.  

Firmanın  davranışına,  yəni  onun  strategiya  və  taktikasına  bazarların 

quruluşu  və  vəziyyəti  təsir  göstərir.  Firma  bazar  münasibətlərinin  subyekti  kimi 

sahibkarlıq,  kommersiya  və  biznes  fəaliyyətləri  ilə  məşğul  olur.  Belə  ki, 

sahibkarlıq fəaliyyəti kimi məhsul və xidmətlərin istehsalı, kommersiya fəaliyyəti 



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə