Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   ...   7   8   9   10   11   12   13   14   15

Nominal əmək haqqına alınan əmtəələr və xidmətlərin miqdarı real əmək haqqıdır. O, nominal 

ə

mək  haqqının  alıcılıq  qabiliyyətidir  və  onun  həcmi  nominal  əmək  haqqının  miqdarından 



asılıdır. 

     Müxtəlif  ölkələrdə  iqtisadi  inkişaf  səviyyələrindən,  milli  xüsusiyyətlərindən  və  s.-

dən  asılı  olaraq  real  əmək  haqlarında  kəskin  fərqlər  mövcuddur.  Əmək  haqqındakı  bu  fərqlilik 

ölkələrin  təbii  ehtiyatlarla  zənginliyindən,  texnologiyanın  inkişaf  səviyyəsindən  və  əmək 

məhsuldarlığının səviyyəsindən asılıdır 

 

Mövzu 12: Kapital bazarı 

1. Kapital haqqında nəzəri baxışlar 

Kapital  amili  iqtisadi  nəzəriyyədə  birmənalı  qəbul  olmayan  anlayışdır.  Kapital 

haqqında  ən  geniş  yayılmış  nəzəriyyə,  ona  istehsal  vasitəsi  kimi  baxılmasıdır  (A.Smit, 

D.Rikardo). Digər 

 

iqtisadçılar da (Ç.Bauman, A.Blinder) kapitala bu cür yanaşırlar. K.Marksda 



kapitala müxtəlif yanaşır: 1) kapital puldur;2) kapital öz-özünə artan dəyərdir; 3) müəyyən tarixi 

formaya məxsus istehsal münasibətləridir; 4) kapital hərəkətdə olan bir şeydir. P.Samuelson və 

V.Nordxaus  isə  kapitala  uzunmüddətli  istifadə  olunan  nemətlər  kimi  (dəzgahlar,  yollar 

kompüterlər,  yük  maşınları  və  s.)  baxmışlar.  D.Beıq,  S.Fişer,  R.Dornbuş  fiziki  kapital  dedikdə 

başqa  nemətlər  və  xidmətlər  istehsalı  üçün  xidmət  edən  istehsal  nemətlərini  (konveyer  xətti, 

avadanlıq,  dəmir  yolları,  məktəb  binaları,  yaşayış  evləri)  başa  düşürlər.  C.Robinson  mövcud 

anda  bütün  nemətləri  kapital  adlandırmışdır.  qtisadçıların  böyük  əksəriyyəti  isə  insan  kapitalı 

(insanların bilik, bacarığı və vərdişi) anlayışını qəbul edirlər.    



 

2. Kapitalın tarixi formaları 

Kapital  məhsul  və  xidmətlərin  istehsalında  istifadə  edilən  maddi  və  pul  vəsaitlərinin 

məcmuusudur. Kapitalın ilkin tarixi forması tacir və sələm kapitalı olmuşdur. Sonralar isə sənaye 

kapitalının inkişafından doğan ticarət və borc kapitalı yaranmışdır. Kapitalın tarixi formalarından 

biri  də  bank  kapitalı  ilə  sənaye  kapitalının  birləşməsi  nəticəsində  maliiyə  kapitalının 

yaranmasıdır. 

Kapital  -  istehsalda  istifadə  edilən  maddi  nemətlərin  məcmusudur.  Bura  maşınlar, 

istehsal  avadanlıqları,  nəqliyyat  və  rabitə  vasitələri,  kommunikasiya  vasitələri  və  s.  aid  edilir. 

Onların  texniki  cəhətdən  daim  təkmilləşdirilməsi  istehsalın  ümumi  nəticəsinə  və  faydalılığına 

ə

həmiyyətli təsir göstərir. Müxtəlif iqtisadçılar kapitalın  izahında  müxtəlif mövqedə olmuşlar. 



Bir  qisim  kapitala  istehsal  vasitələri  (A.Smit,  D.Rikardo,  F.Kene),  digərləri  insan  biliyinin  və 

enerjisinin  məhsulu  (C.Bekker,  F.Maxlun),  başqa    biriləri  isə  kapitala  pul  məbləği,  (C.S.Fişer, 




D.Bekq,  M.Şvarts,  V.C.Robinson)  marksist  nəzəriyyəyə  isə  öz-özünə  artan  dəyər  kimi 

baxmışlar. 

Sahibkarlıq qabiliyyəti insan kapitalının xüsusi növü olub istehsalın təşkilində və idarə 

edilməsində  xüsusi  qabiliyyət,  səmərəli  axtarışlar,  digər  istehsal  amillərini  düzgün  və  səmərəli 

ə

laqələndirə  bilmək  bacarığı,  istehsala  yeni  texnologiyanı,  yeni  məhsul  növlərini  tətbiq  etmək 



üçün ağıllı riskə getmək qabiliyyəti başa düşülür. 

Göstərilən  bu  amillər  istehsal  prosesində  qarşılıqlı  fəaliyyətdə  olmaqla  həm  də  bir-

birinə qarşılıqlı təsir göstərirlər. Məhsul və xidmətlərin hazırlanması təkcə bu amillərin olmasını 

deyil,  onların  müəyyən  nisbətdə  birləşməsini  tələb  edir.  Bunlardan  birinin  olmaması  istehsal 

prosesinin  pozulmasına  səbəb  olur.  stehsal  amillərinin  qarşılıqlı  əvəz  olunması  və  müəyyən 

nisbətdə  birləşməsinin  müxtəlif  imkanları  və  variantları  mövcud  olur.  stehsal  amillərinin 

optimal  istifadə  olunması  onların  səmərəli  əvəz  olunmasına  imkan  yaradır.  Nəticədə  istehsal 

amillərinin səmərəli birləşdirilməsi və əvəzlənməsi nəticəsində daha çox məhsul  yaradılır, eyni 

zamanda  məhsuldarlıq  artır.  Beləliklə  istehsal  amillərinin  uzlaşmasından  asılı  olaraq  istehsalın 

həcmi müəyyən olunur. 

stehsal amilləri ilə məhsulun həcmi arasında asılılıq istehsal funksiyası adlanır və belə 

formulə edilir.        M = f (Ə,K,T).     

Burada  M  -  məhsul,  K  -  kapital,  Ə  -  əmək,  T  -  texnologiyanı  göstərir.  stehsal 

funksiyası amillərin sərfi ilə məhsul istehsalının həcmi arasında texnoloji asılılığı ifadə edir.  

  

3. Kapitalın dövranı və dövriyyəsi 

      Hər bir kapital öz hərəkətinə pul formasından başlayır və ardıcıl olaraq 

 

          istehsal vasitələr 



P-Ə       ..... ...Ə...P

           iş qüvvəsi 



 

 mərhələsindən keçir və hər bir mərhələdə müəyyən funksional forma alır: pul kapitalı, məhsuldar 

kapital,  əmtəə  kapitalı.  I  mərhələdə  pul  kapitalı  məhsuldar  kapitala,  II  mərhələdə  məhsuldar 

kapital  əmtəə  kapitalına,  III  mərhələdə  isə  əmtəə  kapitalı  yenidən  pul  kapitalına  çevrilir. 

Kapitalın bir formadan başqa formaya ardıcıl keçməsi və davam etməsi kapitalın dövranı adlanır. 

Məhsuldar  kapitalın  dövranı  məhsul  və  xidmətlərin  istehsalçıları    tərəfindən,  pul  kapitalının 

dövranı  borc  shaibləri  (banklar)  tərəfindən,  əmtəə  kapitalının  dövranı  isə  ticarətçilər  tərəfindən 

həyata keçirir. Vaxtaşırı təkrar olunan kapitalın dövranı onun dövriyyəsini təşkil edir. Kapitalın 




Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə