Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   ...   7   8   9   10   11   12   13   14   15

dövriyyədə  olduğu  vaxt  dövriyyə  vaxtı  hesab  olunur  və  bu  istehsal  vaxtı  və  tədavül  vaxtından 

ibarətdir.  stehsal  vaxtı  kapitalın  istehsal  dairəsində  olduğu  vaxt,  tədavül  vaxtı  isə  tədavül 

dairəsində olan vaxtdır. 

 

4.  Əsas və dövriyyə kapitalı. Amortizasiya fondu 

Müasir iqtisadi ədəbiyyatda istehsal vasitələrinin istehsalda dövretmə xarakterinə görə 

kapitalı əsas və dövriyyə kapitalına ayırırlar. Əsas kapitala uzunmüddət istehsalda xidmət edən 

və öz dəyərini məhsula hissə-hissə, tədricən keçirən (torpaq, istehsal binası, maşın və avadanlıq, 

nəqliyyat vasitələri və s.) kapitala aiddir. Əsas kapital istehsal prosesinə xidmət etdikcə dövriyyə 

prosesində  fiziki  və  mənəvi  cəhətdən  aşınır.  Fiziki  aşınma  əsas  kapitalın  istehsal  üçün  yararlı 

olmaması,  mənəvi  aşınması  isə  onun  xidmət  müddəti  başa  çatmamış  ondan  istifadə  etmənin 

ə

lverişli olmamasıdır. Aşınmış kapitalın bərpası və yeniləri ilə əvəz olunması üçün amortizasiya 



fondundan  istifadə  olunur.  Bu  fond  əsas  kapitalın  dəyərinin  əmtəələr  üzərinə  keçən  hissəsinə 

uyğun  olaraq  amortizasiya  ayırmaları  hesabına  yaradılır.  Dövriyyə  kapitalı  (xammal,  material, 

yanacaq, enerji və s.) öz dəyərini məhsulun üzərinə bir istehsal tsikli ərzində bütünlüklə keçirir. 

Kapital bazarında kapital mülkiyyətinin kapital funksiyasından və məhşuldar kapital bazarını və 

pul kapitalı bazarlarını əhatə edir 

 

5. Borc kapitalı faiz dərəcəsi və faiz norması. 

 

Kapital bazarının digər obyekti borc kapitalıdır. Burada borc kapitalının mülkiyyətçisi 

bu kapitaldan istifadə hüququnu borc götürənə verir, o isə kapital sahibinə haqq ödəyir ki, bu da 

borc faizi adlanır.- fiziki kapital 

Kapital  amilinin  gətirdiyi  gəlir  faiz  adlanır.  Faiz  kapital  sahibinə  il  ərzində    gətirdiyi  

gəlirin  bir  hissəsidir.  Faiz  dərəcəsi  nominal  və  real  faiz  dərəcələrinə  ayrılır.  Nominal    faiz  

dərəcəsi    borc    götürəni  kreditorun  resurslarından  istifadəyə  görə  gətirdiyi  məbləğin    dərəcəsi, 

real  faiz  dərəcəsi  inflyasiyanın  səviyyəsi  nəzərə  alınmaqla  nominal  pul  vəsaitlərinin  alıcılıq 

qabiliyyəti əsasında müəyyən faiz dərəcəsidir. Faiz dərəcəsini müəyyən edən amillər risk amili, 

kapitala olan tələb, kredit müddəti, borc vəsaitinin həcmi, kapitalın təklifidir.  

Faizə təsir edən amillər-kapitalın miqdarı və məhsuldarlığı, kapitala olan tələb və təklif, 

bazarda rəqabətin səviyyəsi, iqtisadi tənəzzül və vaxt amilidir. Bazar iqtisadiyyatı şəraitində faiz 

dərəcəsi  kapitala  olan  tələb  və  təklif  və  bazardakı  rəqabətdən  asılı  olaraq  ölçülür.  Kapital 

sahibinin il ərzində əldə etdiyi gələrinin faizlə ifadəsi faiz dərəcəsi adlanır. Faiz tarifi müəyyən 

edərkən  inflyasianın  səviyyəini  nəzərə  alaq  vacibdir.  Real  faiz  tarifi=  nominal  faiz  tarifi- 

inflyasiya. 




Mövzu 13: Torpaq bazarı. Torpaq rentası 

1. Kənd təsərrüfatının fəaliyyət xüsusiyyətləri 

Başqa  istehsal  amillərindən  fərqli  olaraq  torpaq  Allahin  insanlara  bəxş  etdiyi  töhfə, 

istehsalın təkrar olunmayan, təbii amilidir və məhduddur. Hər bir istehsal, əmək fəaliyyəti bu və 

ya  digər  dərəcədə  torpaqla  bağlıdır.  Torpaq    mülkiyyət  obyekti  olduğu  üçün  ona  sahib  olmaq,  

ondan  istifadə    edən    zaman    mürəkkəb  iqtisadi  münasibətlər  meydana  çıxır  ki,  bu  iqtisadi 

münasibətlər aqrar münasibətləri adlanır. Torpaqla əlaqədar təsərrüfat fəaliyyətləri, kənd yerləri, 

ə

kinçilik  və  heyvandarlıqla  bağlı  olduğuna  görə  kənd  təsərrüfatı  adlanır.  O,  sənaye  sahələrini 



xammalla  təchiz  etməklə  yanaşı  əhalinin  ən  zəruri  istehlak  şeylərinə,  ərzaq  məhsullarına  olan 

tələbatını  ödəyir.  Kənd  təsərrüfatnı  sənayedən  fərqləndirən  özünəməxsus  xüsusiyyətləri  vardır: 

1)iqtisadi  münasibətlər  təbii,  bioloji  amillərlə  bağlı  olur;  2)istehsal  prosesinin 

mexanikləşdirilməsi sənayeyə nisbətən ləng gedir; 3)əsas istehsal vasitəsi olan torpaqdan istifadə 

olunduqda o məhv ölüb sıradan çıxmır, mənəvi aşınmaya məruz qalmır və əbədidir; 4) əsas və 

dövriyyə  fondlarına kənd təsərrüfatında mal-qara, toxum,  yem, bağlar, çoxillik əkinlər və s. də 

daxildir; 5) istehsal fəaliyyəti hava-iqlim şəraitindən asılıdır və mövsümi xarater daşıyır. 

2. Torpaq rentası və icarə haqqı 

Ə

gər torpaq sahibi ondan istifadə etmirsə müəyyən gəlir əldə etmək üçün həmin torpağı 



başqasına  icarəyə  verir.  Torpaq  sahibi  torpaq  amilindən  müxtəlif  formada  istifadə  edərək 

müəyyən  gəlir,  renta  əldə  edir.  carə  haqqı  ilə  renta  arasında  fərqi  izah  etmək  üçün  göstərmək 

lazımdır ki, burada başlıca məsələ təsərrüfatçılıq obyekti kimi torpağın kimə məxsus olmasıdır. 

Torpağı  icarəyə  götürən  sahibkar  torpağa  qoyduğu  kapitala  görə  mənfəət  əldə  edir  və  bu 

mənfəətdən  artıq  qalanını  renta  şəklində  torpaq  mülkiyyətçisinə  verir.  carə  haqqı  isə  torpağı 

icarəyə  götürənin  torpaqdan  istifadə  haqqıdır.  Bura  torpaq  sahəsində  mövcud  olan  tikililər, 

qurğular, su bəndləri, yollar və s. istifadəyə görə haqq da daxildir. Həmçinin o rentanı, faizi və 

amortizasiyanı özündə birləşdirir. 

Torpaq rentasının  yaranma şəraiti kənd təsərrüfatının özunəməxsus  xüsusiyyətləri ilə 

ə

laqədardır.  Belə  ki  torpaq  sahələri  məhdud  olduğundan  əhalinin  kənd  təsərrüfatı  məhsullarına 



olan  tələbatını  ödəmək  üçün  yalnız  yaxşı  və  orta  torpaq  sahələrindən  deyil,  pis  torpaq 

sahələrindən  də  istifadə  etmək  lazım  gəlir.  Əgər  bütün  məhsullar  yaxşı  və  orta  torpaqlarda 

istehsal  olunan  məhsulların  qiymətinə  satılsa,  onda  pis  torpaqlardakı  məhsullar  istehsal 

xərclərinin ödənilməməsi üzündən ucuz satılar və nəticədə həmin sahələr becərilməz. Buna görə 

də  kənd  təsərrüfatı  məhsullarının  qiyməti  pis  torpaqlardakı  istehsal  xərclərinə  əsasən  müəyyən 



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə