Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   ...   7   8   9   10   11   12   13   14   15

edilməlidir.  Beləliklə,  yaxşı  və  orta  torpaqlardan  pis  torpaqlara  nisbətən  əlavə  xalis  gəlir 

götürülür ki, bu da torpaq rentasını təşkil edir. 



3. Torpaq rentasının formaları 

 Qeyd  etmək  lazımdır  ki,  torpaq  rentasının  əsas  forması    diferensial  rentadır. 

Diferensial renta yaranma mənbəyinə görə I və II diferensial rentaya ayrılır. I diferensial rentanın 

ə

mələ gəlməsinin şərti yaxşı və orta torpaqların münbitliyi və onların bazara yaxın-uzaqlığıdırsa, 



II diferensial renta isə pis torpaq sahələrinə əlavə kapital qoyuluşu nəticəsində yaranır. Bundan 

başqa  (torpaq  mülkiyyətiçisinin  gəliri)  mütləq  renta,  inhisar  (nadir  keyfiyyətə  malik  olan 

məhsulun  inhisar  qiyməti),  tikinti  sahələri  üçün  renta  (bina  və  qurğıların  tikintisindən  əldə 

olunan  renta),  ekoloji  renta  (yaxşı  ekoloji  şəraitə  malik  olan  sahədən  istfiadə  hüququna  görə), 

kvazi  renta  (aqrotexniki  təkmilləşmələr  nəticəsində  əldə  olunan  gəlir)  və  s.  formalar  vardır.    

Müaisir iqtisadi ədəbiyyatda iqtisadi renta anlayışından da istifadə edilir.  qtisadi renta məhdud 

torpaqların və digər təbii ehtiyatların istifadəsinə görə ödənilən qiymətdir. Bu torpağa olan tələb 

və  təklifdən  asılı  olaraq  müəyyənləşdirilir.  Məhz  torpağın  və  digər  təbii  ehtiyatların  təsbit 

olunmuş kəmiyyətləri renta tədiyyələrini əmək haqqından, faizdən və mənfəətdən fərqləndirir. 

Torpaq_bazarı_v_ə_torpa_ğın_qiym_əti'>4. Torpaq bazarı və torpağın  qiyməti 

 Bazar iqtisadiyyatı şəraitində torpaq da alqı-satqı obyekti olur və o torpaq bazarındakı 

tələb  və  təklifdən  asılı  olaraq  alınıb  satılır.  Torpağın  harada  istifadə  olunmasından  asılı 

olmayaraq  onun  təklifi  həmişə  qeyri-elalastikdir.  Mövcud  torpaq  sahəsi  daxilində  torpağın 

suvarılması, irriqasiyası, drenajı onun keyfiyyətini artırır, miqdarı isə dəyişməz qalır. Torpağm 

təklifinin  dəyişməməsi  göstərir  ki,  rentanı  müəyyən  edən  yeganə  amil  torpağa  olan  tələbdir. 

Torpağa  olan  tələbi  müəyyən  edən  amillər  torpaqda_yetişən  məhsulun  qiyməti  və  torpağın 

məhsuldarlığıdır.  Torpaq  mülkiyyət  obyekti  kimi  alınıb-satılır,  onun  qiyməti  tələblə  müəyyən 

olunur. Torpağa olan tələblə onun təklifi torpağın bazar qiymətini, yəni rentanı yaradır. 

     


Torpaq rentası 


                     

 

Torpağın kəmiyyəti 



D1-D2-D3 - torpaqda olan tələb 

S- torpağın təklifi 

B1-B2-B3- tarazlıq vəziyyəti 

B- torpaq rentası 

 Torpaq sahibi torpağa qiymət qoyarkən torpağın gətirdiyi rentanı nəzərə alır. Həmçinin 

torpağın qiyməti borc  faizi   dərəcəsindən də asılıdır. 



Torpağın qiyməti = rentanın həcmi/Borc faizinin dərəcəsi*100% 

 

5. Aqrar sənaye kompleksi və aqrobiznes 

 Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  münasibətlər  torpaq  üzərində  mülkiyyət 

formalarından asılı olaraq formalaşır. Müxtəlif dövrlərdə təsərrüfat formalarına: icma təsərrüfatı, 

feodal,  kollektiv  kəndli  təsərrüfatı,  fərdi  kəndli  təsərrüfatları  şəxsi  həyatını  təsərrüfatlar,  dövlət 

təsərrüfatı  və  fermer  təsərrüfatı  daxil  olmuşdur.  Müasir  dövrdə  elmin  və  texnikanın 

nəaliyyətlərinin kənd təsərrüfatında tətbiq olunması nəticəsində kənddə istehsalın təşkilinin yeni 

forması aqrar-sənaye kompleksləri yaranmışdır. Aqrar sənaye kompleksinə kənd  təsərrüfatı ilə 

sənayenin  vəhdəti  kimi,  başqa  sözlə  kənd  təsərrüfatı    istehsalının  sənaye  əsasları  üzərində 

qurulmasını nəzərdə tutur. 

Bura  kənd  təsərrüfatına  texniki  xidmətini  həyata  keçirən  sənaye  sahələri,  kənd 

təsərrüfatı  məhsullarının    istehlakçılara    çatdırılması      ilə  məşğul  olan  sahələr  və  bu  sahələrin 

infrastruktur  şəbəkəsi daxildir.  ri şirkətlərin kənd təsərrüfat ıistehsalında birbaşa  təsərrüfatçılıq 

etməsi aqrobiznes adlanır. Son dövrlərdə iri şirkətlər kənd təsərrüfatı  istehsalının təşkilatçılarına 



və  idarəedicilərinə  çevrilməklə  biznes  fəaliyyəti  aparırlar.  Bazar  iqtsiadiyyatı  şəraitində 

aqrobiznes  kənd  təsərrüfatının  zəruri  resurslarla  təmin  eidlməsi,məhsulların  istehsalı,  emalı  və 

bölgüsü  ilə  bağlı  əməliyyatların  həyata  keçirilməsi  tədbirlərinin    spesifik  formasıdır.  Son 

dövrlərdə  Azərbaycanda  həyata  keçirilən  aqrar  siyasət  regionlar  üzrə  ASK-nın  inkişaf 

etdirilməsinə, onun infrastrukturunun formalaşmasına, əkinçilik və heyvandarlıq məhsulları daha 

çox  fikir  verilməsinə,    kəndli-fermer  təsərrüfatlarının  inkişafına,  aqrobiznesin  səmərəli  və 

dinamik inkişafına yönəldilmişdir. 

Mövzu 14:  Sahibkarlıq fəaliyyəti 

 

1.



  Sahibkarlıq fəaliyyətinin məzmunu və ona dair baxışlar 

 

Sahibkarlıq fəaliyyəti mənfəət əldə etmək məqsədi ilə bütün təsərrüfat fəaliyyətləri üzrə 

həyata keçirilən təşəbbüskarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti müxtəlif məhsul və xidmətlər 

yaratmaq  üçün  istehsal  amillərinin  əlaqələndirilməsində  xüsusi  qabiliyyət,  bazardakı 

dəyişikliklərə  uyğunlaşmaq  bacarığı,  faydalı  fəaliyyət  sahələrini  seçə  bilmək  təşəbbüsü, 

müəyyən  çətin  anlarda  ağıllı  risk  etmək  qabiliyyəti  kimi  başa  düşülür.  Sahibkarlıq  fəaliyyəti 

bazar  iqtisadiyyatının  meydana  gəlməsi  ilə  eyni  vaxtda  yaranmışdır.  Onun  mövcud  olması  və 

inkişafı  üçün  sahibkarın  iqtisadi  cəhətdən  azad  olması,  müəyyən  mülkiyyət  sahibi  olması  və 

ə

mtəə-pul münasibətlərinin və bazar mühitinin mövcudluğu əsas şərtlərdir. 



Sahibkarlıq  fəaliyyəti  haqqında  ilk  təlim  ingilis  iqtisadçısı  V.Kantilyon  (XVIII  əsr) 

tərəfindən  yaradılmışdır.  O,  sahibkarı  tələblə  təklif  arasında  uyğunluq  yaradan  bir  şəxs  kimi 

göstərilmişdir.  A.Smit  (XVII)  «Görünməz  əl»  nəzəriyyəsində  şəxsi  mənafeyi  naminə  çalışan 

insanları  sahibkar  adlandırmışdır.  A.Marşall  ilk  dəfə  olaraq  sahibkarlıq  qabiliyyətini  dördüncü 

amil  kimi  qəbul  etmişdir.  Avstriya  iqtisadçısı  Y.Şumpeter  (XIX)  isə  sahibkarı  yenilikçi 

adlandırmışdır. 



 2.    Sahibkarlıq fəaliyyətinin məqsədi 

 

Məlumdur  ki,  sahibkarlıq  fəaliyyətinin  qarşısında  duran  başlıca  məqsəd  mənfəət  əldə 

etməkdir.  Buna  görə  də  sahibkar  mənfəətin  aşagı  səviyyəsində  bazarda  mövqeyini  qoruyub 

saxlamağa,  mövcud  fəaliyyətini  təmin  etməyə  çalışır.  Mənfəətin  yüksək  səviyyəsi  isə  öz 

fəaliyyət dairəsini genişləndirməyə, məhsul istehsalı və satışını daha da artırmaqla daha çox gəlir 

ə

ldə etməyə imkan verir. 



  Digər torofdon sahibkarlıq fəaliyyəti  səmərəli təsərrüfatçılıq tipidir. Belə ki, sahibkar 

daha  çox  mənfəət  əldə  etmək  üçün  elmi-texniki  tərəqqinin  yeniliklərindən,  mütərəqqi  əmək 

üsullarından  və  sairədən  istifadə  edərək  ozünün  iqtisadi  fəaliyyətini  daha  səmərəli  həyata 



keçirməyə  çalışır.  Üçüncü  tərəfdən  sahibkarlıq  mütərəqqi  iqtisadi  təfəkkürdür.  Belə  ki, 

mütərəqqi  iqtisadi  təfəkkürlü  sahibkar  dövrün  tələbatına  uyğuır  məhsul  və  xidmətlər  istehsal 

edir, daha mütərəqqi üsullarla xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi qənaət 

rejiminə riayət edir, ətraf mühitin qorunınasına çalışır və s. 

Sahibkarlıq  fəaliyyətinin  zəruri  şərti  iqtisadi  azadlığın  olmasıdır.  qtisadi  azadlıq 

dedikdə  insanın  malik  olduğu  iqtisadi  resurslar  (kapital,  iş  quvvəsi,  toıpaq),  habelə  istehsal 

olunmuş məhsullar üzərində sərbəst sürətdə sərəncam vermək  azadlığı nəzərdə tutulur. Onu da 

qeyd  etmək  lazımdır  ki, iqtisadi  azadlıq  sonsuz  deyildir.  Belə  ki,  bir  tərəfdən  mülkiyyət  sahibi 

malik olduğu kapital resurslarından istifadə edərək məhsul və xidmətlər istehsal etmək və sairə 

kimi iqtisadi fəaliyyət göstərməkdə müstəqildir. Digər tərəfdən sahibkarlıq subyektləri cəmiyyət, 

digər  sahibkar,  işçilər  və  sairə  qarşısında  müəyyən  məsuliyyət  daşıyırlar.  Deməli,  sahibkar 

müəyyən hüquq və vəzifələri yerinə yetirməklə iqtisadi azadlığın reallaşmasını təmin edir. 

 

 

 



3.

  Sahibkarlıq fəaliyyətinin hüquq və vəzifələri 

 

           Sahibkarın, sahibkarlıq subyektinin hüqııqları aşağıdakılardır: 

-firma (müəssisə) açmaq və onun idarə olunmasmda  iştirak etmək; 

 -başqa firmaların fəaliyyətində sərəncamında olan  əmlakla iştirak etmək; 

-işçiləri işə qəbul etmək və işdən azad etmək; 

-işçilərin əməyinin ödənilməsinin   forma və sistemlərini müəyyən etmək; 

-öz məhsulları və xidmətləri üçün qiymətləri (tarifjəri) müəyyən etmək; 

-digər subyeklərlə əlaqələri həyata keçirmək üçün bankda hesab açmaq; 

-sahibkaıiıq fəaliyyətindən əldə edilən mənfəətdən səbəst istifadə etmək və sairə. 

           Sahibkarın vəzifələrisə əsasən aşağıdakılardır: 

-qüvvədə olan qanunvericilikdən və bağladığı müqavi-"ləbrdən irəli gələn bütün 

vəzifələri yerinə yetirmək; 

-işə qəbul olanlarla müqavilələr bağlamaq, onlara qaıımvericiliklə miiəyyən olunmuş 

minimum səviyyədən az olmayaraq əmək haqqı ödəmək, onlara normal əmək şəraiti yaıatmaq; 

-istehsal olunmuş əmtəələri markalaşdırmaq; 

-antiinhisar qanunvericiliyinə riayət etmək;  

 -öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş    

formada hesabatlar vermək və sairə. 

 



4.   Sahibkarlıq fəaliyyətinin  formaları 

 

qtisadi   ədəbiyyatda   sahibkarlıq   müxtəlif   meyarlar     baxımından təsnifləşdirilir:  

1.  Mülkiyyətə görə: fərdi, qrup, dövlət, qarışıq; 

2.

  Fəaliyyətin həcminə görə: kiçik, orta, iri; 

3.     Fəaliyyət sahəsinə görə:sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və s. 

4.     Fəaliyyətin xarakterinə görə: istehsal, kommersiya, xidmət; 

5.     Əhatə etdiyi əraziyə görə: yerli, regional, beynəlxalq; 

6.        nnovasiya  sahibkarlığı    -      sahibkarlığın  bu  formaları  ayrı-ayrı      təsərrüfatlarda 

texnoloji yenilikləri tətbiq etməklə maşın və avadanlıqlar quraşdırmaqla və sairə ilə 

məşğul olur. 

 

5.



  Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan  Respublikasının qanunu 

 

       Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda həyata keçirilən iqtisadi 

islahatların əsas istiqamətlərindən  biri  də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişaf 

etdirilməsidir.  Bu  məqsədlə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  və  iqtisadiyyatın 

liberallaşdırılması  ilə  yanaşı  "Sahibkarlıq  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasmın 

Qanunu


u

 da qəbul  edilmişdir. Bu qanunda sahibkarlığın mahiyyəti, prinsipləri, sahibkarlıq 

subyeklərinin  hüquq    və  vəzifələri,    sahibkarlığm  dövlət  tərəfindən    müdafiə  və  təqdir 

olumasının   forma və üsulları, sahibkarlığın dövlət orqanları ilə qarşılıqlı münasibətləri və 

s. müəyyən edilmişdir.      

      Qanunda  göstərilir  ki,  sahibkarlıq  fəaliyyəti  fiziki  şəxslərin,  onlann 

biıiiklərinin,    habelə  hüquqi  şəxslərin  mənfəət  və  ya  şəxsi  gəlir  əldə  etmək  məqsədilə 

özlərinin  cavabdehliyi  və  ya  əmlak  məsuliyyəti  ilə,  yaxud  digər  hüquqi  və  ya  fiziki 

şə

xslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, 



o  cümlədən  məhsul  istehsalı,  satışı  və  xidmətlər  göstərilməsi  formasında      həyata   

keçirdikləri   müstəqil  təşəbbüskaıiıq fəaliyyətidir. 



 

Mövzu 15:  Mikroiqtisadi tənzimləmə mexanizmi 

1. Mikroiqtisadi tənzimləmənin məzmunu 

 

Bazar iqtisadiyyatının əsas subyekti olan firma özünün fəaliyyətində digər subyektlərlə 

iqtisadi və digər əlaqələrə 

 

girirlər və bu əlaqələr getdikcə çoxalır və mürəkkəbləşir. Belə şəraitdə 



firmanın  bazarda  davranışı  mikroiqtisadi  tənzimləmə    mexanizmi  vasitəsilə  həyata  keçirilir. 

Mikroiqtisadi  tənzimləmə  firma  kollektivinin  fəaliyyətinin  qoyulan  məqsədə    çatmaq 




istiqamətinə   yönəldilməsidir.   Bazar   sistemində   firmanın fəaliyyətini bazar tənzimləyir, ona 

dövlətin  müdaxiləsi  minimum  səviyyədə  olur.  Firma  öz  məqsədlərindən  kənarlaşdığı  halda 

dövlət   onun   fəaliyyətinə   müdaxilə   edir.   Mikroiqtisadi tənzimləmədə bir tərəfdən firma öz 

məqsədinə  çatır,  maksimum  mənfəət  əldə  edir,  digər  tərəfdən  isə  əhalinin  tələbatları  ödənilir, 

onların  rifahı  yüksəlir.  Bundan  başqa  firma  cari  qısamüddətli  dövrdə  əvvəllər  bağlanmış 

müqavilələr və digər öhdəlikləri həyata keçirir. Uzunmüddətli dövrdə isə firma müxtəlif sahələr 

üzrə yeni qərarlar qəbul edir, yüksək mənfəəti təmin edən tədbirləri həyata keçirir.  

Firma  öz  fəaliyyətində  təsərrüfat,  iqtisadi,  inzibati,  hüquqi,  mənəvi  və  psixoloji 

vasitələri özündə əks etdirən strategiyanı həyata keçirir. Həmçinin öz məqsədini və imkanlarını 

nəzərə  alaraq  strategiyanın  müxtəlif  variantlarını  da  müəyyən  edir.  Bunun  tərkib  hissələrindən 

biri də maksimum mənfəəti, istehsalın səmərəliliyini təmin edən menecmentdir.    

 

 



 

2.

  stehsalın idarə edilməsinin zəruriliyi 

 

 Firmalar öz məqsədlərinə çatmaq üçün malik olduqları iqtisadi ehtiyatlardan səmərəli 

istifadə  edilməsi  və  bunun  üçün  istehsalın  səmərəli  idarə  edilməsini  bacarmalıdırlar.  darəetmə 

təcrübəsi  kifayət  qədər  uzunmüddətli  və  dərin  təkamül  dövrü    keçmişdir.  Kapitalizmin 

qərarlaşdığı ilk mərhələdə sahibkar mülkiyyətçi firmanı (müəssisəni) özü idarə edirdi. XIX əsrin 

axırı  və  XX  əsrin  əvvəllərində  istehsalın  inkişafı  və  idarəetmə  proseslərinin  mürəkkəbləşməsi 

onu  xüsusi  bilik  və  vərdiş  tələb  edən  fəaliyyət  dairəsi  kimi  ayırır.  Artıq  idarəetmə  funksiyası 

sahibkar  mülkiyyətçidən  ayrılıb,  bu  işi  yaxşı  bacaran  peşəkar  mütəxəssislərə  həvalə  edilir. 

Həmçinin  elmi-texniki  inqilabın    yeni  nəaliyyətləri  istehsalın  təşkili  və  idarə  edilməsində  yem 

ə

mək münasibətləri tələb edir. Buna müvafiq olaraq xüsusi idarəetmə elmi - menecerlik yaranır. 



 

3. Menecmentin mahiyyəti və nəzəri əsaslrı 

Menecment  (management)  ingilis  sözü  olub  idarəetmə  mənasında  işlədilir.  stehsalın 

səmərəlililyini  yüsəltmək  və  mənfəəti  artırmaq  üçün  istehsalın  səmərəli  idarə  edilməsi 

menecmentin  mahiyyətini  ifadə  edir.  Başqa  sözlə  menecment  dedikdə  istehsalın  idarə 

olunmasının  prinsip,  metod  və  formaları  haqqında  nəzəri  və  praktiki  biliklər  sistemini  başa 

düşürük. 

Amerika  tədqiqatçısı  F.Teylor  «Elmi  menecerliyin  prinsipləri»  adlı  əsərlərində 

menecment  elminin  nəzəri  və  metodoloji  əsasını  qoymuş,  fransız  mütəxəssisi  A.Fayol  isə 

menecmentə  sistemli  baxmış  onu  funksional,  operativ  planlaşdırma,  idarəetmə  əlaqəliliyi  və 



təşkilə  nəzarət  əlamətlərinə  əsasən  təhlil  etmişdir.  Sonralar  menecerlik  nəzəriyyəsi  daha  da 

təkmilləşmişdir. Xüsusilə də 80-cı illərdən başlayaraq strateji planlaşmadan strateji idarəetməyə 

keçid daha aydın nəzərə çarpmağa başlamışdır. 

 

4. Menecmentin fəfliyyət prinsipləri 

 

Burada  menecmentin  fəaliyyəti  prinsipləri  kimi  bazar  mühiti  şəraitində  fəaliyyət 

göstərən firmalarda sosial-iqtisadi proseslər menecerlər tərəfindən idarə  olunur. Onlar firmanın 

fəaliyyətlərini  planlaşdırır,  gələcək  işlərini  proqnozlaşdırır,  uçot,  təchizat,  maliyyə  işləri  ilə 

məşğul  olurlar.  Həmçinin  firmanın  texniki  təchizatını  təmin  etmək  menecerlərin  funksiyasına 

daxildir.  Menecerlər  təkcə  müəssisənin  fəaliyyətinə  nəzarəti    həyata  keçirmir,    eyni    zamanda 

firma  kollektivinin    sosial  problemlərinin  həllində  də  aktiv  iştirak  edir.  Menecment  idarəetmə 

sistemi quruluş etibarı ilə üç əsas hissəyə ayrılır: istehsal menecmenti, maliyyə menecmenti və    

bazar menecmenti (marketinq). Menecmentin bu növlərinin mahiyyəti aydınlaşdırılmalıdır. 

5.  Marketinq  fəaliyyəti, marketinqin  strategiyası və taktikası 



 

 

Müasir  sivilizasiyalı  bazar  iqtisadiyyatında  firmaların  iqtisadı  inkişafının  davamlı 

xarakter  alması  və  gəlirliyinin  təmin  olunması  marketing  fəaliyyətindən  də  asılıdır.  Marketing 

"bazarda  fəaliyyət,  bazarı  öyrənmək"  mənasını  verir  və  satış  fəaliyyəti  ilə    bağlı  olan  təşkilatı 

idarəetmənin  mürəkkəb  mexanizmini  idarə    edir.  Marketing  bazarda  satıla  bilən,    alıcıların 

tələbatını ödəyən pfinsipinə  əsaslanan fəaliyyətdır. Marketinqin məqsədi müəssisə və firmalarm 

qısa  və    uzun  müddət    ərzində  istehsalın  səmərəli  və  gəlirliliyinin  təmin    olunmasıdır.    Bu 

məqsədə  çatmaq  üçün  onun  taktika  və  strategiyasının    müəyyənləşdirilməsi  xüsusi  əhəmiyyət 

kəsb  edir.  Marketinqin  taktikası  dedikdə  cari  dövr  ərzində  bazarda  firmanın  qısamüddətli 

fəaliyyəti  nəzərdə  tutulur.  Bu  istehlakçılarla  birbaşa  əlaqənin  yaranması,  əmtəələrin  çevik  və 

surətli  hərəkəti,  əmtəələrin  tələbatlarla  uzlaşdırılması  və  buna  uyğun  tədbirlərin  həyata 

keçirilməsi,  satış    yerlərində  nümayəndə  heyətinin  iştirakının  təmin  edilməsi  taktikalarıdır. 

Marketinqin strategiyası isə firmanın uzunmüddətli fəaliyyət imkanarının təhlili nəzərdə tutulur. 

Burada  əsas  diqqət  məqsədin  seçilməsinə,  marketinq  tədbirlərinin  həyata  keçirilməsinə  və 

onların üzərində nəzarətin təşkil edilməsinə verilir. 

Marketing  fəaliyyəti  bazar  seqmentlərin  təhlilini,  əmtəənin  xassələrinin,  tələb  və 

təklifinin  qiymətinin  səviyyəsinin  ödənilməsi,  bazar  rəqabətinin  təhlili,  istehsal  və  satış 

imkanlarının 

qiymətləndirilməsi, 

məhsulun 

satış 

kanallarının 



və 

formalarının 

müəyyənləşdirilməsinin istiqamətlərində həyata keçirilir. Marketinq tədqiqatının yekun nəticəsi, 

bazar konyukturasını və vəziyyətini əks etdirən informasiyaya əsaslanır. 




 

 

Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə