Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
146 
 
Yolun yarısına çatıb İskəndər. 
Vəhşilər gördü ki, insana bənzər. 
Bunlar çöl əhliydi, qırdan da qara. 
Yaşayış yerləri kaha, mağara. 
Onlardan soruşdu: "Bu çöllərdən siz 
Sərgüzəşt, əfsanə nə bilirsiniz? 
Deyin, sizdən başqa varmı yaşayan 
Bu çöldə ya əhli, ya vəhşi heyvan?" 
Onların cavabı şaha bu oldu: 
"Az olur bu çölün suyu, buludu; 
Bu susuz səhrada yaşayırıq biz. 
Səhranın ovudur yediklərimiz. 
Yalnız ovçuluğu etmişik peşə, 
Ömrümüz heyvantək keçir həmişə. 
Yeyərik nə etsək bu çöldə şikar
Tüklərdən, dəridən geyərik paltar. 
Burada nə atəş, nə də ki, su var, 
Odu günəş verir, suyu buludlar. 
Işıqlı gündüzlər göyün günəşi 
Bizə əvəz edər odu, atəşi. 
Şeh düşüb havanı nəm edən zaman 
Nəfəslə alırıq suyu havadan. 
Bu çöldə belədir məişətimiz, 
Belədir işimiz, vəziyyətimiz. 
Bir də soruşdunuz, deyək bir qədər 
Bu çöldə kimlər var, necə ömr edər? 
Bu odlu səhralar dəhşətdir, dəhşət, 
Bir quş da uçmağa etməz cəsarət. 
Dəstə dəstə vəhşi adamlar yaşar, 
Heç kəslə ünsiyyət bağlamaz onlar. 
Bir gündə onların getdiyi qədər 
Biz getsək, inan ki, iki ay çəkər. 
Onlardan birisi düşmüşdü ələ, 
Soruşub birtəhər gətirdik dilə: 


               _______________  
Milli Kitabxana
  ________________ 
147 
 
"Necə edirsiniz susuzluğa tab?" 
O bizə nifrətlə vermişdi cavab: 
"Su bizə zəhərdir, su içməz heç kəs, 
Bizə suyu hava eləyər əvəz. 
Ilantək heç kəsə yovuşmarıq biz, 
Kərtənkələlərdir yediklərimiz. 
Sizdən ki, bir fayda yoxdur bizlərə, 
Neçin boyun əyək sizə boş yerə?" 
Yemək, yatmaq vaxtı yenə birtəhər 
Onlardan gizlincə almışdıq xəbər: 
"Bu sonsuz səhranı, susuz çölləri 
Gəzib görübsünüz siz çoxdan bəri; 
Söyləyin, kim görüb başqa zihəyat?
208
 
Varmı bu çöllərdə başqa məxluqat?" 
Onlar cavab verib: "Bu çölü, dağı 
Axtarıb gəzmişik yaxın-uzağı. 
Ahutək biz qaçdıq illər uzunu, 
Tapmadıq səhranın ancaq sonunu. 
Bizə rast gəlmişdir başqa çöllülər, 
Onlardan soruşub tutmuşuq xəbər: 
"Görəsən bizlərdən başqa, yaradan 
Burda yaratmışmı başqa bir insan?" 
Onlar deyiblər ki: "Çox uzaqlarda, 
Günəş ziyasına həsrət diyarda 
Müşk meşəsi kimi bircə şəhər var, 
Orda ağ bədənli insanlar yaşar. 
Gözəl, xoşxasiyyət, üzləri gülər, 
Onlar beş yüz ildən artıq ömr edər. 
Beş yüz yox, lap min il yaşasalar da, 
Qocalıq əsəri olmaz onlarda. 
O diyar haqqında bunlardan qeyri 
Heç kəsin heç şeydən yoxdur xəbəri. 
Bizim bu torpaqda hələ də çox var 
Heç ayaq dəyməmiş səhralar, dağlar. 
Orda göyərtidən, sudan əsər yox, 
İsti bərk istidir, soyuq bərk soyuq. 


               _______________  
Milli Kitabxana
  ________________ 
148 
 
Bir yerdə göyərti bitməsə əgər, 
Orda canlı məxluq necə ömr edər?" 
Bunlardır eşidib bildiklərimiz, 
Yoxdur başqa daha bir xəbərimiz." 
Onların halına yanıb İskəndər, 
Cürbəcür nemətdən verdi bir qədər. 
Qayda-qanun qoydu, ayin öyrətdi, 
Onları haqq dinə hidayət etdi. 
Düzgün nişanlarla bilməkçin yəqin 
Yolunu soruşdu məchul yerlərin 
Gördülər İskəndər çox şəfqətlidir,  
Insaflı, qayğıkeş, mərhəmətlidir, 
Eyləyir onlara ürəkdən kömək. 
Dedilər: biz də bir xidmət göstərək. 
Torpağı od, atəş, küləyi zəhər 
Səhradan çıxmağa yol göstərdilər. 
İskəndər vaxt-bivaxt, baxmadan yola, 
Oradan atını çapdı dördnala. 
Qurtardı axır ki, çöllər, səhralar, 
Dübarə sahilə çatdı hökmdar. 
Dərya kənarında bulaqlar vardı, 
Büllurtək suları şırşır axardı, 
Bulaqlar başında bir aya qədər 
Əzabı dincliklə əvəz etdilər. 
Yenidən gəmilər qayırdı onlar, 
Mindi gəmilərə bütün qoşunlar. 
Bir ayda yol gedib onlar dənizlə, 
Gəlib yetişdilər axır mənzilə. 
Ulduzlu gecənin od tutub canı, 
Sanki əqrəb çalıb xallı ilanı
209

Cənubdan bir nəsim əsdi bu yerə, 
Şadlıq, fərəh verdi yol gedənlərə. 
Çeşməli, kölgəli bir yer gördülər, 
Bir həftə qalmağa qərar verdilər. 
Yolun əzabına tapdılar dərman, 
Çıxdı yavaş-yavaş ağrılar candan. 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
149 
 
        İSKƏNDƏRİN  
BAŞA SİTAYIŞ EDƏNLƏR  
KƏNDİNƏ YETİŞMƏSİ 
 
Müğənni, könlümdə taqət yox səbrə. 
Bu gecə nəğmənlə qıl mənə çarə! 
Elə bir nəğmə ki, kama yetirsin, 
Məni huşsuzluqdan huşa gətirsin! 
 
O gövhər paylayan öz mücrüsündən - 
Belə gövhər saçır söz mücrüsündən: 
Şah dönüb Məşriqdən mənzilə yetdi, 
Atını Cənuba tərəf yönəltdi. 
Havanın ən lətif, ən xoş bir çağı, 
Oxşayıb sevəndə ruzgar torpağı, 
Narıncı ətr ilə sübh oyananda
Türüncü rənglərlə su boyananda, 
Yenə köç yerindən çıxıb səfərə, 
Sürdülər atları başqa bir yerə. 
Şaha bələdçilər verdilər xəbər 
Ki, burdan çıxaraq edərkən səfər, 
Yolda behişttək bir kəndə çatacaq, 
Hər yanı çəmənlik, hər yanı bulaq. 
Orda yaşayanlar haqqı danırlar, 
Bütü özlərinə allah sanırlar. 
Bəlkə şah onlara edə mərhəmət, 
Edə onları da haqq yola dəvət. 
Gecənin camına gün axıb doldu, 
Yetişib o kəndə şah, aram oldu
210

Günəş tovuz kimi açdı balü pər, 
Lacivərd hilalın üstə səpdi zər. 
Qalxdı o cahangir atın belinə, 
Zəfər cilovunu aldı əlinə. 
Qürurla atını sürdü qabağa, 
Sanki Bəhram getdi gur ovlamağa. 
Açıldı önündə nurlu bir cahan, 
Çiçəkli, çeşməli bağ idi hər yan... 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə