Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
178 
 
Bu böyük bəlanı bizdən əgər sən 
Dəf etsən, çox böyük səvab edərsən!" 
İskəndər bildi ki, zordur yəcuclar, 
Yəqin hər birində bir fil gücü var. 
Bir sədd ucaltdı ki, orda poladdan, 
Olmaz həşrə qədər onu dağıdan. 
Ona uca bəxti köməklik etdi. 
Tikilib qurtardı İskəndər səddi. 
Dönüb bir şəhərə gəldi şah ordan, 
Axtarıb tapmadı orda bir insan. 
Yenə səfərinə davam etdi şah, 
Köçməyə başladı ordan qərargah. 
Bu işdən keçəndə bir xeyli müddət, 
Bir ay dağlar, çöllər aşıb, nəhayət, 
Gözəl bir mənzildə məskən saldılar, 
Bu yerdən hamısı məmnun qaldılar. 
Bir yol töhfəsitək böyük hökmüran 
Göstərdi qoşuna şəhri uzaqdan. 
Başqa cürə idi burda təbiət, 
Su ilə, əkinlə tapmışdı ziynət. 
Hasarsız, divarsız bağlardı hər yan, 
Bol-bol sürü vardı, yoxdu bir çoban. 
Qoşundan birisi tər meyvələrə 
Əlini uzadıb istədi dərə, 
Həmin meyvələrdən birini dərcək 
Bədəni qıc olub qaldı kamantək. 
Başqa bir atlı da qoyun tutanda 
Onu bərk qızdırma tutdu bir anda. 
İskəndər: "Bax, bunlar ibrətdir", deyə, 
Əlini vurmadı orda heç nəyə. 
Qoşuna əmr edib şah dedi: "Heç kəs 
Özgənin bağına toxuna bilməz!" 
Tələsik gedərək ordan bir qədər, 
O axar-baxarlı yerdən keçdilər, 
Cənnəttək, neməti bol-bol, firavan 
Bir şəhər gördülər onlar uzaqdan. 
Gəlib darvazaya çatdı İskəndər, 


               _______________  
Milli Kitabxana
  ________________ 
179 
 
Gördü ki, qapıdan yoxdur bir əsər. 
Müdrik qocalarla girdi şəhərə, 
Baş vurdu onlarla burda hər yerə, 
Gördü çox bəzəkli, dolu dükanlar, 
Ancaq nə qapısı, nə qıfılı var. 
Nəcib şəhər əhli onu görəntək 
Çıxdı qarşısına təzim edərək. 
Gətirdilər qəsrə bir mehman kimi, 
Saray ziynətliydi asiman kimi. 
Süfrə bəzədilər, büsat qurdular, 
Özləri xidmətdə hazır durdular. 
Pərəstiş etdilər o mehmanlara, 
Əhsən qonaqsevən bu insanlara! 
Süfrəni bəyəndi böyük hökmüdar, 
Onlar fərəhlənib çox şad oldular. 
İskəndər soruşdu: "Nə üçün sizlər 
Qorxu bilməzsiniz heç zərrə qədər? 
Neçün burda belə arxayınlıq var? 
Neçün qıfılsızdır burda qapılar? 
Yoxdur heç bir bağda keşikçi, bağban, 
Neçin sürünüzü güdməz bir çoban? 
Çobansız sürülər nədir bir belə, 
Baxdıqca yayılıb düzənə, çölə? 
Belə arxayınlıq, laqeydlik nədir? 
Sizin inamınız, deyin, kimədir?" 
Ədalət yurdunun ağsaqqalları 
Bir də mədh eləyib o hökmüdarı 
Dedilər: "Başına tac qoyan allah 
Ömrünü payidar eləsin, ey şah! 
İşində haqq sənə havadar olsun, 
Şöhrətli adına hünər yar olsun! 
Bizim güzəranı sordu hökmüran, 
Buyurub dinləsin, biz edək bəyan: 
Doğrusu budur ki, bizlər qədimdən 
Bu dağı, bu çölü etmişik məskən. 
Fağır bir tayfayıq, həm də dinpərvər, 
Düzlükdən keçmərik əsla tük qədər. 


               _______________  
Milli Kitabxana
  ________________ 
180 
 
Əyri dolanmaqla yoxdur işimiz
Düzlükdən başqa yol tanımırıq biz. 
Əyrilik yoluna çəkmişik hasar, 
Düzlüklə olmuşuq əzabdan kənar. 
Yalan gətirmərik biz dilimizə, 
Əyri yuxular da görünməz bizə. 
Faydasız etmərik heç sorğu-sual. 
Çünki allaha da xoş getməz bu hal. 
Allahdan nə gəlsə, edərik şükür, 
Çünki narazılıq naşükürlükdür. 
Biz razı qalarıq nə gəlsə həqdən, 
Düşmənlik edərmi pərəstiş edən? 
Acizin dərdinə edərik çara, 
Xilas eyləyərik düşərsə dara. 
Bizim aramızda, bilsək ki, əgər, 
Birinə bir işdə yetişib zərər, 
Biz öz kisəmizdən onu ödərik, 
Verib mayasını təmin edərik. 
Bizdə bərabərdir hamının varı, 
Bərabər bölərik bütün malları. 
Bizdə artıq deyil heç kəsdən heç kəs, 
Bizdə ağlayana heç kimsə gülməz. 
Oğrudan qorxmarıq, biz nə şəhərdə 
Keşikçi qoyarıq, nə də çöllərdə. 
Oğurluq eləməz bizdə bir nəfər, 
Oğurlaya bilməz bizdən özgələr. 
Nə zəncir, nə qıfıl görər qapılar, 
Gözətçisiz otlar bizim mal-davar. 
Bizim uşaqları böyüdər allah, 
Naxıra şir, pələng toxunmaz əsla. 
Bizim bir qoyuna dəysə canavar, 
Ordaca gəbərib yerində qalar. 
Kim dərsə bir sünbül bizim əkindən, 
Qəfil bir ox dəyər düz ürəyindən. 
Biz əkin zamanı səpərək dəni, 
Haqqa tapşırarıq sonra əkini. 
Altı ay olarıq əkindən uzaq, 


               _______________  
Milli Kitabxana
  ________________ 
181 
 
Bir də biçin vaxtı gələrik ancaq. 
Bizim bərəkətli münbit zəmilər 
Düz birə yeddi yüz məhsul yetirər. 
Bir, yaxud yüz belə işi bacarsaq, 
Allaha təvəkkül elərik ancaq. 
Bizi hifz eləyən allahdır, allah, 
Biz yalnız allaha gətirrik pənah 
Xəbərçilik bilməz bir nəfərimiz, 
Özgənin eyvana göz yumarıq biz. 
Birini qəzəbli, acıqlı görsək, 
Ona məsləhətlə elərik kömək. 
Heç kəsi pis yola əsla çəkmərik, 
Fitnə axtarmarıq, qan da tökmərik. 
Dərdlinin dərdinə olarıq şərik, 
Şad olsa, onunla şadlıq eylərik. 
Qızıla, gümüşə aldanmaz heç kəs, 
Bunlar bizim yerdə bir şeyə dəyməz. 
Xəsislik bilmərik dünyada bizlər, 
Zorla şey almarıq bir arpa qədər. 
Bizdən qaçmaz əsla vəhşi heyvanlar, 
Vermərik onlara əziyyət, azar. 
Ehtiyac olanda gur, cüyür, ceyran 
Özləri axışıb girər qapıdan. 
Ovlamaq istəsək onlardan əgər, 
Ovlarıq ehtiyac duyulan qədər. 
Lazım olmayanı biz nahaq yerə 
Qırmarıq, ziynətdir onlar çöllərə. 
Nə öküz, nə eşşək kimi yeyərik, 
Nə də ağzımızı möhürləyərik. 
Süfrəyə hər cürə nemət düzsələr, 
Yeyərik, gözümüz qalana qədər. 
Bizdə cavanlardan ölüm uzaqdır, 
Ölüm çox yaşamış qocaya haqdır. 
Ölüyə biz əsla saxlamarıq yas, 
Bilirik bu, dərdə bir çarə olmaz. 
Üzə deyilməyən bir sözü heç kəs. 
Bizlərdə qaydadır, daldada deməz. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə