Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
174 
 
Gücü, hərarəti artdı anbaan, 
Çirki, rütubəti sildi havadan. 
Qarsıldı bitkinin yaşıl yarpağı, 
Saraldı lalənin qızıl yarpağı. 
Bürkü səhralara od-alov saldı. 
Meyvələrin ağzı açıla qaldı. 
Bülbül çöldən dağa eylədi səfər, 
Səsləndi qürbətdə qərib nəğmələr. 
Qızdı yay gününün isti nəfəsi, 
Çalı quşlarının kəsildi səsi. 
Günəşi göylərdə dolanan zaman 
Sancıb saraltmadı əqrəbtək xəzan. 
Tüstülənən bir teşt vardı əlində, 
Gəzib od saçırdı o, Zəngdə, Çində. 
Yırtırdı aslantək iti caynağı 
Gah öküz sağrısı, gah gur dırnağı
228

Yayın ən şiddətli, isti çağında, 
Daş muma dönəndə gün qabağında 
İskəndər gözündən qovub yuxunu, 
Istədi Xırxıza çəksin qoşunu. 
Şah vida eylədi Çin xaqanına, 
Xəzinə, var-dövlət bəxş etdi ona. 
Yola rəvan oldu, Çini tərk etdi
Qoşunu səhraya doğru yönəltdi. 
Bəxtinin təblini çaldırıb yenə, 
Yetişdi Məşriqdən Şimal həddinə. 
Keçdi o, çöllərdən, axan qumlardan, 
Nə uçan quş gördü, nə də bir insan. 
Qarşıda parlayan düzənlik vardı, 
Qumları nur saçar, par-par yanardı. 
Bələdçi dedi ki: "Burda gördüyün 
Qumlar başdan-başa gümüşdür bütün. 
Burdan sən o qədər götür xəzinə, 
Qoşunu salmasın yolda çətinə. 
Qoşundan bilməsin bunu bir nəfər. 
Ağır yük götürüb əldən düşərlər." 
Şahınsa çox idi saf qızılları, 


               _______________  
Milli Kitabxana
  ________________ 
175 
 
Odur ki, baxmadı gümüşə sarı. 
Ancaq ki neyləsin, güc gəldi tamah
Bir neçə dəvəni yüklətdi padşah. 
Yel kimi keçsə də yolu çaparaq, 
Qalxmırdı havaya nə toz, nə torpaq. 
Bir həftə qonmadı toz paltarlara. 
Çünki başdan-başa gümüşdü ora. 
Deyərdin bu yerlər iki hissəydi: 
Torpağı gümüşdü, suyu civəydi. 
Nə gümüş üstündə dincəlmək olar, 
Nə civə su kimi içməyə yarar. 
O yer tutulmuşdu belə bir dərdə, 
Çökmüşdü torpağa qara bir pərdə. 
Harda ki, içməli bir çeşmə vardı, 
Içində su ilə civə qaynardı. 
Su civə üstündə tutmuşdu qərar, 
Ordan cürətlə su içirdi onlar. 
Çalxalanmasaydı əgər çeşmələr 
Civədən görməzdi heç kimsə zərər. 
Çeşmələr bulanıb qaynaşan zaman 
Heç kimsə əyilib içməzdi ondan. 
Bilməyib içsəydi bir adam əgər
Onu öldürərdi sudakı zəhər. 
Şah bunu biləndə, tez verdi fərman: 
Hamı ayıq olsun su içən zaman! 
Hər kim axar sudan istəsə içmək 
Onu ehtiyatla durultsun gərək. 
Bir ay yol getdilər onlar bu sayaq, 
Öldü susuzluqdan bir çoxu ancaq. 
Gümüşlü çöllərdən keçərək yenə 
Gəlib yetişdilər vətənlərinə. 
Düşdülər torpağa yorğun, natəvan, 
Torpaqda dincələr torpaqdan olan. 
Gördülər qarşıda bir düşərgə var
Zülmətdə günəştək par-par parıldar. 
Qabaq-qarşı duran dağda bir qala 
Tutmuşdu başını göyə vüqarla. 


               _______________  
Milli Kitabxana
  ________________ 
176 
 
Qala arxasında bir dağ da vardı, 
Belində kəməri sarp qayalardı. 
Orda peyğəmbərə etməyib beyət, 
Bir tayfa yaşardı sakit, səlamət. 
Onlar ilham alıb böyük tanrıdan. 
Özləri olmuşdu allahtanıyan. 
Onlar İskəndəri pak sifət görcək 
Qəbul elədilər bir peyğəmbərtək. 
Bilikli, adil bir hökmdar kimi 
Qəlbləri bəzədi onun təlimi. 
İskəndər onlara haqqı göstərdi, 
Din, bilik, mərifət, - çox şeylər verdi. 
Şahı mərhəmətli, qayğıkeş görcək 
Açıb dərdlərini umdular kömək: 
"Ey qəlbi şəfqətli aqil hökmüran. 
Müti qullarına, gəl, ol pasiban! 
Bu dağdan o yana vardır bir diyar
Sonsuz bir səhradır, sərt qayalıqlar. 
Oranı yəcuclar etmişlər məskən, 
Insana bənzərlər, divdirlər əslən! 
Şirtək almazcaynaq, sərt, dəmirürək. 
Hamısı xaindir yırtıcı qurdtək. 
Təpədən dırnağa tükləri biz-biz, 
Yoxdur üzlərində burundan bir iz, 
Boyları bir qarış, yeməkləri çox. 
Istidən, soyuqdan qorxuları yox; 
Dişdən, dırnaqdan da - yırtıcı heyvan. 
Qana hərisdirlər onlar hər zaman. 
Yeyinlikdə üstün gələrlər yelə, 
Poladı deşərlər dırnaqlar ilə. 
Yeməkdə, içməkdə naşükürdürlər, 
Allahı tanımaz orda bir nəfər. 
Dünyada bu qədər yeməli şey var
Ancaq ki, ot-ələf yeyərlər-onlar. 
Yeyərlər, yatarlar, iş-güc bilməzlər, 
Mini doğulanda bircəsi ölər. 
Onların yerində bir cür ot bitər, 


               _______________  
Milli Kitabxana
  ________________ 
177 
 
Verər istiottək çox tünd danələr. 
Hər gecə-gündüzdə ondan bir azca 
Yeyərək yatarlar elə ordaca. 
Bir xırman başqa ot versən də əgər, 
Yeyərlər, yenə də doymaq bilməzlər. 
Ayla Gün səmada üz-üzə gəlcək 
Onlar qaynaşarlar xırda qurdlartək. 
Nə düşsə, qorxusuz tutub yeyərlər 
Bu sayaq, Ay yarı olana qədər. 
Göydə Ay kiçilib olanda yarı 
Azalar bir qədər iştahaları. 
Qara buludlardan ildə bir kərə 
Böyük bir əjdaha düşər o yerə; 
Yaman yekə olur həmin o heyvan. 
Yəcuclar doyunca yeyərlər ondan. 
Yıxılıb qalarlar, bir aya qədər 
Sərxoştək yatarlar, heç nə yeməzlər. 
Köklə otdan başqa bilməzlər yemək. 
Xəstəlik görməzlər ölən günədək. 
Bir nəfər ölərsə onlardan əgər
Hamısı yığışıb ölünü yeyər, 
Şoran torpaqlarda nə murdar qalar. 
Nə də ölülərə qazılar məzar. 
Yaxşı cəhəti də budur: o torpaq 
Məzardan xalidir, murdardan uzaq! 
Arabir hücumla talayıb bizi, 
Xaraba qoyarlar evlərimizi. 
Qoyun-quzumuzu aparıb onlar. 
Yeyərlər nə qədər azuqəmiz var. 
Bu itsifətlərdən qorxduğu qədər 
Canavardan qorxmaz bizim sürülər. 
Bizləri qırmaqçın edərlər qovğa, 
Didərgin salarlar yurddan uzağa. 
Biz uca dağlara qaçıb qorxudan 
Quştək ağaclarda salarıq məkan. 
Ancaq ayaqları süstdür bir qədər, 
Ardımızca dağa çıxa bilməzlər. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə