Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
9
həcmindədir. Köhnə  dəniz yataqlarında da hasilat enməyə 
meyllidi. Burada neft hasilatı 7,5 milyon, qaz hasilatı isə 5,5 
milyard kubmetr səviyyəsinə düşsə  də son 3-4 ildə enmənin 
qarşısı müəyyən qədər alınmışdır. Elmi araşdırmalar sübut edir 
ki, həm quruda, həm dənizdə, köhnə istismar sahələrində 
vəziyyət çıxılmaz deyildir. Quru sahələrində hasilatın 
artırılması, yeni iri neft-qaz yataqlarının kəşf imkanları  hələ 
tükənməmişdir. Bunu anlayan və nəzərə alan xarici investorlar 
artıq quru sahələrini  əhatə edən iri miqyaslı 4 neft kontraktı 
imzalamış, çoxsaylı müştərək müəssisələr təşkil etmiş  və 
müvafiq layihələrin gerçəkləşməsini həyata keçirməkdədirlər. 
Bununla belə energetik kompleksdə vəziyyətin ağırlığına digər 
problemlərdə  təsir etməkdədi. Belə ki, sahədə istehsal sikli, 
idarəetmə bazar münasibətlərinə müvafiq olan iqtisadi 
proseslərə tam tənzimlənmir. Qaz təchizatı  və enerji 
kompleksləri səhmdar cəmiyyətlərəçevrilsələr də burada bazar 
prinsiplərinə uyğun səhmləşmə prosesi, əsaslı struktur 
islahatları reallıqa çevrilməmişdir. Elektrik enerjisi 
istehsalında, qaz emalında transformasiya prosesi ləngiməkdə, 
enerji və qaz şəbəkəsinin reabilitasiyasında optimal ritm təmin 
olunmamış qalmaqdadı. Yanacaq-energetika kompleksinin 
digər mühüm sahələri emal zavodları  və hazırki vəziyyətdə 
müəyyən ölunmuş istehsal gücünün yarısı  həcmindəməhsul 
istehsal etmək zorunda qalmışlar. Digər yardımçı istehsal 
sahələri də texnoloji cəhətdən köhnəlmiş, uzun illər həkmran 
olduqları bazardakı mövqelərini itirmişlər. Sovet rejiminin 
müəyyən etdiyi struktur, idarəetmə mexanizmi bu mühüm 
strateji kompleksdə də hələ ömrünü başa vurmamışdır. 1999-cu 
ilin Dövlət büdcəsi layihəsinin müzakirəsinə  həsr olunmuş 
respublika müşavirəsində Azərbaycan prezidenti Heydər 
Əliyev yekun niqtində demişdir: «Bizim hamımıza məlumdur 
ki, işimizi həmin vərdişlərə aparılıq. Bunu inkar etmək olmaz. 
Ancaq biz gerək o köhnə verdişlərdən tezliklə uzaqlaşaq»
1

                                                 
1
 Azərbaycan qəzəti 19 dekabr 1988-ci il. 


 
 
10
Kompleksin yeni inkişaf zolağına çıxışı onun bazar 
iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, 
sahəni bütünlükdə  əhatə edən struktur islahatlarını istehsalın 
geniş restruktizasiyasını  tələb edir. Bütün bunların 
gerçəkləşməsi ilk növbədə respublikanın iqtisadi doktrinasını 
və müvafiq energetik konsepsiyanın tam formalaşdırılmasını 
diktə edir. Bu proses dünya təsərrüfatının müasir vəziyyəti, 
inteqrasiya, inkişaf meylləri ilə Azərbaycan iqtisadiyyatının, 
onun neft sənayesinin yeni dünyəvi baxışlar sistemində 
əlaqələndirilməsini zəruri edir. Yeni iqtisadi sistemə keçiddə 
Azərbaycanın neft-qaz ehtiyatlarının işlənməsini texniki-
iqtisadi problemlərinin həlli onun hazırki vəziyyətinin geniş 
təhlili, hasilatın, istehsalın artırılmasında xarici investisiyaların 
məqsəd-yönlü istiqamətini optimal miqyasının 
müəyyənləşdirilməsi və digər bu kimi aspektlər və vacibşərt 
olaraq qarşıda durur. Neftin maya dəyərinin aşağı salınması, 
istehsal xərclərinin azaldılması, səmərəliliyin və  əmək 
məhsuldarlığının arıtılrması, iqtisadfi artımın  əldə edilməsi 
bütün yanacaq sənayesini xarakterizə edən əsas texniki-iqtisadi 
göstəricilərin korrelyativ təhlili bu mühüm işin tərkib hissəsini 
təşkil edir. Nəhayət, bazar prinsiplərinə uyğun strukturun 
müəyyən edilməsi, iqtisadi islahatların dərinləşməsi və digər bu 
kimi mühüm iqtisadi tədbirlər də kompleksin inkişafında 
başlıca istiqamətləri səciyyələndirir. Biz nə  qədər neft-qaz 
sərvətlərinə malikik və bu sərvətləri hansı templə, hansı 
müddətə hasil etməliyik? Neftin iqtisadiyyatımızda yeri, çəkisi, 
əhatə dairəsi nə  qədərdir?  İnvestision prosesdə xarici 
sərmayədarlar və milli sahibkarlar hansı nisbətdə  çıxış 
etməlidirlər? Ekoloji tarazlığın pozulması riski nə  qədərdir? 
İqtisadi təhlükəsizliyin, iqtisadi dirçəlişin təmin olunmasında 
neft-qaz resurslarının potensialı yetərlidirmi? Diqqətə gətirələn 
bu və ya digər suallar konseptual struktur elementləri 
kompleksdə strateji planlaşdırılmada geniş təhlil edilərək, əsas 
prinsiplər kimi qəbul olunması qaçılmazdı. 


 
 
11
Respublikanın yanacaq-energetika kompleksi 
iqtisadiyyatımızın mühüm tərkib hissəsi kimi Azərbaycanın 
tərəqqisinə onun ictimai-siyasi, sosial-iqtisadi həyatında baş 
verən proseslərə öz təsirini göstərir. Ölkəmizin elmi-texniki, 
sənaye istehsal potensialının bu kompleksiz təsəvvür etmək 
mümkün deyildir. YEK həm də bu gün respublikamızda 
inkişafının mühüm faktorudur. Məhz buna görə  də 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi onun 
qurulmasını və inkişafını mühüm obyektiv zərürətə çevirir. 
Ötən  əsrdən sürət götürən neft sənayesi paralel olaraq 
sahəni əhatə edən elmlərin formalaşmasının da nüffuz etmişdir. 
Ümumdünya neft elminin tərəqqisinə  həmçinin keçmiş 
Sovetlər İttifaqında neft sənayesi ilə bağlı elmlərin inkişafında 
Azərbaycan alimlərinin də xidmətləri danılmazdır. Yataqların 
geofiziki, geoloji axtarış  və  kəşfiyyatından, onun hasilatı, 
istehsalı, emalı  və sonuncu məhsul kimi istehlakçıya 
çatdırmasında ümumiyyətlə bu silsilədə bütün qammanı  əhatə 
edən proseslərdə Azərbaycan alimlərinin fundamental elmi 
töhfələrini görməmək mümkün deyildir. SSRİ  məkanında 
Bakının böyük sovet səltənətinin «Neft Akademiyası» titulunu 
qazanmasında təkcə maddi neft faktoru deyil, həm də 
Azərbaycanın fədakar elm adamlarının, alim və 
mühəndislərinin xidmətləri durur. Tarixi hadisələrin təhlili 
göstərir ki, Azərbaycanın 
əsrin 
əvvələrində milli 
cümhuriyyətinin devrilməsi  əsaslı  dərəcədə neft amili ilə 
bağlıolduğu kimi SSRİ-nin sonrakı inkişaf dövründə bizim 
neftimiz bu böyük dövlətin iqtisadiyyatının qurulmasında, 
onun nəhəng mühərrikinin hərəkətə  gəlməsində  əsas 
faktorlardan olmuşdur. II Dünya müharibəsində SSRİ-nin 
qələbəsinin bir hissəsinin də  məhz bizim neftin hesabına  əldə 
olunması diqqətə az gətrilsə də «Kreml»də əyləşən ideoloq və 
strateqlər də digərləri kimi bunu yaxşı anlamışlar. 
Respublikanın neftçi alimlərinin və mühəndislərinin neft elmi 
səlnaməsindəki nəzliyyətləri məkan və zaman etibarı ilə 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə