Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
268
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
XX əsrin sonunda əldə edilmiş dövlət müstəqilliyi xalqın 
taleyində onun mücadilə hərəkatında ən dəyərli nəticə olmaqla 
yanaşı  həm də böyük sosial siyasi hadisədir. Məhz bu hadisə 
indi Azərbaycan respuiblikasını yeni sınaqlara fundamental 
iqtisadi-siyasi dəyişiliklərə  səsləyir. Bazar iqtisadiyyatı, 
demokratik prinsiplər, dünya birliyinə inteqrasiya, işgüzar 
əməkdaşlıq, dövlətçiliyin, müstəqilliyin möhkəmləşdirilməsi, 
siyasi iqtisadi təhlükəsizliyi təminatı, milli dəyərlərin 
qorunması bütün bunlar yeni yüziliyin ilk onilliklərində tam 
möhkəmlənən nəticəyə çevrilməlidi. Görüləcək işlərin təminatı 
təkəcə siyasi alətlərlə ərsəyə yetmir, onun leymotivini iqtisadi 
amillər də qaynaqlamndırır. Bu quruculuğda siyasi düşüncə ilə 
yanaşı iqtisadi təfəkkür də öncül səciyyəlidir. 
Əsrlərin qovşağında Azərbaycan tarixi məqamlarını 
yaşayır. Postsovet ölkələrində keçid dövrü kimi motivləşən 
tarixi axında onun da potensialı yeni məzmunda formalaşır. 
İqtisadi dirçəliş hadisələrə rasional yanaşmaq tələb edir. Bu 
gün respublika iqtisadiyyatı mümkün potensialının çox az 
hissəsi ilə dövriyyə olunur. Böhranlı  vəziyyət, tənəzzül 
meylləri hələ bitməmiş görünür. Keçid dövründə müəyyən 
qədər qamətini saxlamış sahə isə Yanacaq Energetika 
Kompleksi olaraq qalır.  İndi dövlət büdcəsini  əsas hissəsinin 
YEK-in hesabına formalaşdığı bir dövrdə bu sahəyə diqqətli, 
qayğılı yanaşmaq daha real xarakter daşımalıdı. Hazırda 
kompleksdə elə bir struktur bölmə yoxdur ki, investisiya 
ehtiyacında olmasın, reanimasiya gözləməsin. Köhnə neft-qaz 
yataqlarında enmənin qarşısı müəyyən dərəcədə alınsada 
yüksəliş  nəzərə çarpmır. Emal sənayesi tam gücü ilə  işləmir, 
elektrik enerjisi təchizatında fasilələr bitməmiş, respublika 
əhalisinin  əksər hissəsi təbii qazdan qədərincə istifadəedə 
bilmir. Maliyyə  təchizat sistemi pozulmuş,  əmək haqqlarının 
ödənişi prossesi deformasiya uğramışdır.  İnfrastruktur 
köhnəlmjiş, maşın və avadanlıqlar istismar müddətini sona 


 
 
269
yetdiyindən istehsal modifikasiya ehtiyacındadı. Bütn bunlarla 
yanaşı yeni fiksal tələblər meydana gəlmiş, borclar şəbəkəsi 
hörmüçək toru kimi bütün iqtisadiyyatı bürümüşdür. Xərclər 
artmış, ayrı-ayrı istehsal sahələri rentabelsiz bir vəziyyətə 
düşmüşdür. Sadalananlar Azərbaycan iqtisadiyyatında və 
YEK-də tamamilə  mənfi halların cərəyan etdiyinə bir işarə 
deyildir. Respublika iqtisadiyyatı və onun ayrı-ayrı sahələrində 
olduqca keyfiyyətli səmərəli təqdirə layiq cəhətlər və meyllər 
çoxdur. Bizim məqsədimiz də yüksəlişin təmin edilməsində 
müəyyən cəhətləri araşdırmaqla sağlamlaşdırmaya, iqtisadi 
terapiyaya yol açmaq, sürətlə 
dəyişən hadisələrdə 
respublikanın Yanacaq-Energetika Kompleksinin yenidən 
təşkilinə, onun gücünün artırılmasına nail olmaq, müvafiq 
nəzəri stimullaşdırmanı həyata keçirməklə, baş verəcək iqtisadi 
paradoksları yumşaltmaq, təhlil etmək ifadə olunmuşdur. 
Elmi-tədqiqat predmetin qoyuluşundan başlayır. Yeni 
geopolitik vəziyyətdə Azərbaycanın yanacaq sənayesinin 
iqtisadi problemlərini  əks etdirən tədqiqat işində müvafiq 
araşdırmlar aparılmış, mümkün təhlil işi yerinə yetirilmişdir. 
Monoqrafiyada sahə elmi ilə bağlı neftçi-iqtisadçı alimlərin 
tədqiqatlarına, eləcə  də müəllifin  əldə etdiyi informasiyaya, 
araşdırılmalara, 
şəxsi hesablamalarına 
əsaslanaraq 
Azərbaycanın yanacaq sənayesinin dinamikası, inkişaf 
mərhələləri təhlil edilmiş, burada mövcud reallığındüzgün 
qiymətləndirilməsi, kompleksin fəaliyyət 
şəbəkəsinin 
yaxşılaşdırılması onun iqtisadi tarixinin öyrənilməsi üçün bu və 
ya digər dərəcədə  əhəmiyyət kəsb edən nəticələr  əldə 
edilmişdir: 
  bazar münasibətləri  şəraitində müstəqil Azərbaycan 
Respublikasının Yanacaq Energetika Kompleksində ilk 
dəfə olaraq iqtisadi islahatların aparılması kompleks 
şəkildə tədqiq edilmişdir; 
  Azərbaycanın yanacaq sənayesinin, xüsusəndə neft 
hasilatı tarixinə retrospektiv baxış keçirilmiş, yeni 


 
 
270
geopolitik vəziyyətlə  əlaqələndirmədə oxşar və  fərqli 
cəhətlər müəyyən olunmuşdur; 
  dünya təsərrüfatında müasir inteqrasion proseslər, 
meyllər, qlobalaşma və regionlaşma faktorları 
Azərbaycanın energetik kompleksi konteksində  təhlil 
edilmiş, beynəlxalq aləmdə neft ehtiyatlarının bölgüsü, 
yerləşməsi, sivilizasion makroregionlarda bu 
ehtiyatların qeyri-bərabər paylanmasının tarixi-coğrafi 
və iqtisadi aspektləri göstərilmişdir; 
  energetik kompleksdə iqtisadi-maliyyə göstəricilərinin 
yaxşılaşdırılması imkanaları, iqtisadi artımın təminatı 
perspektivlərinin  əsas istiqamətləri müəyyən edilmiş
aparılan iqtisadi islahatların strategiya və taktikası 
haqqında müvafiq tövsiyyələr hazırlanmış, mümkün 
proqnozlar verilmiş, səmərəli iqtisadi fəaliyyət 
mexanizmmi təklif edilmişdir; 
  YEK-ni yenidən təşkilində investisiya siyasətinin rolu, 
xarici investorların cəlbedilməsi, daxili ehtiyatların 
səfərbər edilməsi yolları göstərilmiş, kompleksdə 
əməyin təşkili,  əmək haqqı, uçot və vergi sisteminin 
yaxşılaşdırılması istiqamətində araşdırmalar aparılmış 
pozitiv meyllər müəyyən edilmişdir; 
  azad bazar, rəqabət münasibətlərinin inkişaf etdiyi bir 
şəraitdə istehsal xərclərinin metodoloji əsasları 
araşdırılmış, onun səviyyəsi ilə xam neftin qiyməti 
arasındakı nisbət sahə  və qlobal baxımdan təhlil 
edilmiş, yaxın və uzaq gələcəkdə neftqazçıxarma 
səviyyəsinin normal fəaliyyətinin təminatı yolları 
göstərilmişdir; 
  yanacaq energetika kompleksində struktur 
dəyişiliklərinin istehsalın geniş restruktizasiyasının 
aparılması, müasir tələblərə cavab verən idarəetmə 
mexanizminin yaradılması təklif olunmuşdur; 
  kompleksdə  səmərəliliyin təminatı, onun maliyyə 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə