271
vəziyyətinin yaxşılaşdırılması yolları göstərilmiş,
enerji
və qaz təchizatının yaxşılaşdırılması sahəsində «nou-
xau»lardan, innovasion-texniki nailiyyətlərdən
istifadədə nəzəri-praktiki tövsiyyələr verilmiş, milli
sahibkarlığın, neft biznesinin inkişafı,
özəlləşdirmə,
səhmləşmə, lisenziya, konsensiya prosesinin aparılması
xüsusiyyətlərin araşdırılmış, milli dövlət mənafelərinə
uyğun gələn istiqamətlər müəyyən edilmişdir.
Yerinə yetirilmiş tədqiqat əsasında
respublika yanacaq
sənayesinin strukturunun yenidən təşkili, kompleksdə daxil
olan müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması,
Azərbaycanın yanacaq-energetika balansının
müəyyən
edilməsi, köhnə yataqlarda neft-qaz hasilatının daxili ehtiyatlar
hesabına təminatının yüksəldilməsi, iqtisadi islahatların
dərinləşməsinə kömək edən müvafiq nəticələr də alınmışdır.
Tədqiqat işinin materialları bu
istiqamətdə gələcəkdə daha
geniş elmiişlərin aparılması, iqtisadi ədəbiyyatların və dərs
vəsaitlərinin hazırlanması, yanacaq sənayesinin problemlərinin
öyrənilməsi, XX əsrdə Azərbaycanın
neft-qaz sənayesinin
iqtisadi tarixinin yazılmasında və s. istifadə edilə bilər.
Azərbaycan öz müstəqilliyi yolunda ilk mərhələni qət
etmişdir. Qarşıda çətin, şərəfli vəzifələr durur. Bu yol isə
uğurlu addımlar, ardıcıl səylər tələbedir. İndiki reallıq
hələ də
milli, iqtisadi təhlükəsizlik baxımından çətin hava şəraitinin
uzun sürəcəyini bəyan etsə də xalqın sapsılmaz iradəsi mövcud
maneələri tezliklə aşıb keçəcəkdir. Azərbaycanın istiqlalı yeni
əsrdə daha da möhkəmlənəcək və dönməz olacaqdır.