58
direktorlar kimi müəyyənləşdirir. Bu səbəbdən, onların təşkilatın siyasətləri və
işinə müstəqil və qərəzsiz yanaşması güman olunur.
c)
Ş
irkətdə uzun illər qalan qeyri-icraçı direktorlar müşahidə şurasının üzvləri ilə
dostlaşdıqları üçün mübahisə etməyə həvəssiz ola bilərlər.
Ümumilikdə, tək hakimiyyətli idarəetmə müştərilər, təchizatçılar,
investorlar, işçilər və istənilən növ maraqlı tərəf ilə bütün işlərdə təşkilatların
şə
ffaf və dürüst olmalarını tələb edir. Dürüstlük maraqlı tərəflərə yalan
danışmamaq və ya səhv məlumat verməmək mənasına gəlir. Dürüstlük maraqlı
tərəflərin maraqlarının qorunması inamını yaratmaqda vacibdir. Qeyri-dürüstlük
ümumi mənafeləri korlaya bilər və şirkəti reputasiya riski ilə qarşı-qarşıya qoya
bilər. Son dövrlərdə baş vermiş yüksək səviyyəli mühasibat fırıldaqları
günümüzdə korporativ idarəetmə üçün xüsusilə səciyyəvidir.
Bundan əlavə, tək hakimiyyətli idarəetmənin təşkilat üçün daxili və şəxsi
məsələ olması barədə ənənəvi baxış yoxa çıxmışdır. Müasir dövrdə şirkətlərə
ozlərinin idarəetmə sistemləri ilə əlaqəli bir çox əsas tələblər müəyyən
edilmişdir.
Direktorlar məlumatlı olmalıdır ki, şirkətin, onun strategiyalarının, daxili
nəzarətlərinin və riski idarəetmə proseslərini uğursuzluğu üçün məsuliyyəti
qəbul etmək onlar üçün nə zaman müvafiqdir. stefa məsuliyyətin qəbul
olunmasıdır. Kənarlaşdırma məsuliyyətin yuxarıdan tətbiq olunmasıdır.
Tənzimləyici orqanların direktoların yenidən direktor kimi fəaliyyət
göstərmələrinə mane olmaq üçün səlahiyyətləri ola bilər.
Ş
irkətdə spesifik məsələlərdə qərarlar verən və tədbirlər görən şəxslər və
ya qruplar öz qərarlarına və hərəkətlərinə cavabdeh olmalıdırlar. Şirkətlərin
cavabdehliyə imkan verən mexanizmləri olmalıdır. Bu mexanizmlər
investorlara direktorlar şurası və onun komitələrinin fəaliyyətlərini araşdırmaq
və qiymətləndirmək imkanı verməlidir. Belə təcrübələr yaxşı idarəetməyə
gətirib çıxaracaqdır.
59
Reputasiya cəmiyyətin şəxsə, insanlar qrupuna və ya təşkilata olan
münasibətidir. Şirkətin reputasiya onunla əlaqədə olan tərəflərin bütün fikirlərin
cəmidir. Reputasiya təşkilatın mədəniyyətini əks etdirir. O, bazarda etibarlı,
dürüst, inamlı və məsuliyyətli hərəkət etməklə saxlanılır. Reputasiya etik
standartların tətbiq edilməsi ilə də yaradılır. O, maliyyə bazarında birbaşa
səhmdar cəmiyyıətin səhm qiymətlərinə təsir göstərir müştəri bazarda mövcud
olan digər məhsullardan baha olsa belə ekoloji cəhətdən zərərsiz məhsulları ala
bilər. Reputasiya işçilərlə yaxşı etik standartları tətbiq etməklə də yaradılır
yaxşı etik standartlara riayət edən şirkətlərdə işləməyə həvəsli olurlar. Yaxşı
korporativ idarəetmə şirkətdən etik təcrübələrə riayət etməyi tələb edir və bu da
öz növbəsində yaxşı reputasiyaya gətirib çıxarır.
Ş
irkət ondan gözlənilənləri yerinə yetirmədikdə onun reputasiyası
korlanır və bu mənfi reputasiya zamanla toplanır. Pis reputasiyanın ləğv
edilməsi reputasiya qazanmaqdan daha çətindir.
Mühakimə
qərar
vermək
üçün
lazım
olan
informasiyanın
balanslaşdırılmış qiymətləndirilməsidir
Yeni avadanlığa investisiya qoyub-qoymamaq haqqında qərarın verilməsi
zamanı aşağıdakılar nəzərə alınmalıdır.
texniki məsələlər
maliyyələşdirmə
ə
məliyyat məsələləri
mövcud seçim imkanları
Planlama, nəzarət və qərarvermənin hamısı mühakimə tələb edir. Hesabat
və uçot da mühakimə tələb edir. Direktorlardan qanuni şəkildə öz müstəqil
mühakimələrini istifadə etmək və ağlabatan ehtiyatlılıq, bacarıq və çalışqanlıq
göstərmək tələb olunur. Yaxşı idarəetməyə nail olmaq məqsədi ilə, şirkətin
inkişafına kömək etmək üçün direktorlardan yaxşı mühakimə vərdişləri tələb
olunur. Mühakimələr direktorların mənfəəti, risklər və maraqlı müəyyən
etməsinə əsaslanır.
60
Direktorların vəzifə öhdəlikləri və direktorlar şurasının funksiyaları
fəaliyyətin qiymətləndirilməsi də daxil olmaqla direktorlar şurası effektiv
olmalıdır. Direktorlar şurası kollektiv şəkildə şirkətin uğuruna cavabdehdir. Hər
ş
irkət özünün kollektiv uğuruna cavabdeh olan effektiv müşahidə şurası
tərəfindən idarə olunmalıdır, yəni şura təşkilatın məqsədlərinə nail olunması
istiqamətində işləməlidir.
Direktorlar şurası öz vəzifələrini yerinə yetirmək üçün lazım olan
informasiya ilə təmin olunmalıdır. nformasiya şuranın öz vəzifələrini yerinə
yetirməsini asanlaşdırmaq üçün vaxtaşırı, müvafiq formada və keyfiyyətli
olmalıdır.
Direktorlar şurasına cəlb edilən bütün direktorlara işə yeni təyin olunma
barədə rəsmi tanışlıq təmin edilməlidir. Bundan başqa direktorlar vaxtaşırı
olaraq öz bilik və bacarıqlarını yeniləməlidir.
Direktorlar şurası tərəfindən şuranın, onun komitələrinin və fərdi
direktorlarının fəaliyyətinin rəsmi və hərtərəfli illik qiymətləndirilməsi həyata
keçirilməlidir.
Mədəni şəbəkə bir biri ilə qarşılıqlı əlaqədə olan altı xüsusiyyətə
malikdir. Bu xüsusiyyətlər paradiqma və ya iş mühitinin modeli adlanır.
Paradiqma fərdlərin müəssisənin mədəniyyətini başa düşmələrinə kömək etdiyi
üçün işçilər paradiqma daxilində fəaliyyət göstərirlər.
Müxtəlif faktorların hər bir xüsusiyyətini aydınlaşdıraraq müəssisə
ş
irkətdaxili qüvvədə olan mədəniyyətin aspektlərini və eyni zamanda
dəyişikliyə ehtiyacı olan aspektlərin müəyyənləşdirə bilər. Bu xüsusiyyət biridə
müəssisə haqda fikirlərdir. Təşkilatın mədəniyyəti tez-tez keçmişdə baş vermiş
bəzi hadisələr, yaxud şirkət daxilində və ya xaricində müzakirə olunan şəxslər
tərəfindən müəyyən edilir. Şirkətin dəyərləri şirkərin əbədiləşdirməyi arzu etdiyi
şə
xslər hadisələrindən əhəmiyyətli dərəcədə asılıdır. şçilərin və şirkətlə əlaqəli
digər şəxslərin şirkət tərəfindən qəbul olunan fəaliyyətləri bu katiqoriyaya
aiddir.
Dostları ilə paylaş: |