67
3.3.
ş güzar təş kilatlarda daxili münaqişə lə rin ə lamə tlə ri və onların
aradan qaldırılması yolları
Münaqişə latın sözü olan “konfliktus” sözündən yaradılıb və mənası
ziddiyət,toqquşma deməkdir. şgüzar təşkilati münaqişə dedikdə adətən təşkilat
çərçivəsində baş verən və onun hər hansıbir spesifik xüsusiyyətləri, struktur
özəllikləri, digər təşkilatlarla qarşılıqlı əlaqələri ilə əlaqədar mövqelərin
toqquşması nəzərdə tutulur.
Münaqişəsiz həyat hər insana, hər kollektivə qismət olmur. Dəyərlər,
iqtisadi maraqlar arasındakı ziddiyətli təzadlar, bəzi firma və şirkətlərdəki
məhdud resurslar, məhdud imkanlar vaxtaşırı münaqişələrin yaranmasına gətirib
çıxarır
31
. Əslində təşkilati münaqişəni təşkilat daxilində baş verən münaqişə
kimi qeyd etmək daha məqsədəuyğun olardı:
♦
Şə
xsi münasibətlərin təşkilati münasibətlərə köçürülməsi mümkündür:
insanlar özləri ilə işə ailə münaqişələrini gətirə və ya şəxsi fıikrinə görə
münaqişəyə girə bilər;
♦
Bir çox hallarda münaqişəni yerli vasitələrlə, daha doğrusu birbaşa
həmin təşkilatda aradan qaldırmaq cəhdləri həyata keçirilir. Halbuki onun
yaranmasına olan əsaslar təşkilatın hüdudları kənarında, ümumi, hətta sistemli
ola bilər. Belə olduğu halda hər bir münaqişənin ləğv edilməsi gözlənilən
nəticəni verməyəcəkdir.
Münaqişənin həqiqətən də bitməsi onun həll edilməsi hesab edilə bilər.
Bu isə rəqiblər tərəfindən mübahisənin mənbəyinin və mahiyyətinin analiz
edilməsi prosesində əldə edilə bilər. Tərəflərin sabit tarazlığı münaqişəyə səbəb
olmuş şəraitlərin nəticəsi kimi meydana gəlir, bu isə hər iki tərəfi razı salan yeni
münasibətlər tarazlığı yaratmağa imkan verir.
Beləliklə, münaqişələrin başa çatdırılması metodları kimi adətən
aşağıdakılar qeyd edilir:
31
nsan resurslarının idarə edilməsi
,
Tofiq Quliyev, Bakı 2013, səh 773
68
•
münaqişənin boğulması - qeyri-effektik metoddur, belə ki, o, yalnız
müvəqqəti fasilə verə bilər, sonradan isə münaqişə daha da kəskinləşə
bilər;
•
münaqişənin «ləğvi» - bu metod altında mahiyyətinə görə qeyri-
mümkün olan ziddiyyəti kökündən məhv etmək deməkdir;
•
münaqişənin həll edilməsi - sosial reallığı müvafiq olduğundan uğurlu
nəticə verə biləcək yeganə metoddur.
Münaqişə nin hə ll edilmə si formaları
aşağıdakılardan ibarət ola bilər:
•
danışıqlar - birbaşa dialoq;
•
vasitəçilik - üçüncü tərəfə müraciət edilməsi;
•
arbitraj - üçüncü tərəfə könüllü şəkildə müraciət edilməsi. Bu cür
müraciət zamanı onun qərarının yerinə yetirilməsi mütləq hesab edilir.
Bu situasiya hüquqi institiların bəzi, ayrıca olaraq beynəlxalq
münaqişələr çərçivəsində vəziyyətini xarakterizə edir;
•
mütləq arbitraj - bu halda iştirakçılar üçün yalnız üçüncü tərəfə
müraciət etmək deyl, həm də onun qərarlarının qəbul edilməsi də
mütləqdir. Bu, münaqişənin tənzimlənməsi və boğulması hüdududur.
Bu, dövlət idarə formasının qorunması, beynəlxalq münasibətlərdə
sülhün qorunması üçün zəruri ola bilər.
Münaqişə nəzəriyyəsi üzrə ən yeni ədəbiyyatda münaqişəni həll etmə
problemi əksər hallarda insanın əsas tələbatlarının ödənilməsi prizmasından
nəzərdən keçirilir.Bu tip tələbatlar - məsələn, təhlükəsizliyə, eyniliyə, qəbul
edilməyə, sosial mənsubiyyətə olan tələbatlar yalnız ayrı-ayrı insanlara deyl,
həm də sosial qruplara, təşkilatlara, etnik törəmələrə, bütöv bir dövlətə də
aiddir. Bu tip yanaşma tərzinin əsasını yalnız insanın mübahisə mövzusu olan
və rəqiblər arasında yeni münasibətlər yaradan əsas tələbatlarını ödəyən
cəhdlərin həqiqətən də münaqişənin başa çatdırılmasına, daha doğrusu, onun
həllinə gətirib çıxara bilməsi haqqında tezis təşkil edir.
69
Münaqişələrin qarşısının alınması üzrə fəaliyyət müxtəlifdir və yaranan
münaqişənin xarakterindən asılıdır. Münaqişələrin qarşısının alınmasının ən
effektli forması onların səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu
fəaliyyət müxtəlif özünü səviyyələrdə göstərir.
1) Ümumsosial səviyyə. O, sosial həyatın işini pozan mühüm iqtisadi,
sosial, siyasi faktorların üzə çıxarılması və aradan qaldırılmasından ibarətdir.
Bu tip faktorlara misal olaraq iqtisadiyyatda baş verən natarazlığı, müxtəlif
sosial qrupların həyat səviyyəsinin kəskin şəkildə fərqlənməsini, siyasi və sosial
nizamsızlığı, qeyri təşkilati və az effektiv idarə sistemi və s.
Onların qarşısının alınması cəmiyyətin bütün qruplarının maraqlarına
müvafiq olaraq sosial, iqtisadi və mədəni siyasətin ardıcıl şəkildə
keçirilməsindən, qayda-qanunun və qanuniliyin möhkəmlənməsindən,
cəmiyyətin mədəni səviyyəsinin qaldırılmasından ibarətdir. Bütün cəmiyyətin
maraqlarının həyata keçirilməsinə yönəldilmiş sosial proqramların ardıcıl
surətdə realizasiyası bütün neqativ təzahürlərin universal şəkildə qarşısının
alınmasıdır.
Münaqişələrin qarşısının alınması sahəsində mühüm rolu şəxsin hüquq və
azadlıqlarına olan hörmətin artırılması, etimadın möhkəmləndirilməsi, təcavüzlə
mübarizə istiqamətində dəyərlərin dəyişikliklərə uğraması üzrə cəhdlər tutur.
2) Psixoloji səviyyə. Fərdi, psixoloji planda münaqişələrin səbəblərinin
aradan qaldırılması münaqişə aparan tərəflərin ilkin aqressiv niyyətlərini
bloklaya bilən kontrmotivlərin təsiri və irəli sürülməsindən ibarətdir.
Münaqişələrin qarşısının alınmasının növbəti və kifayət qədər efektli
forması əməkdaşlığın qorunmasıdır.
Ə
ksər hallarda qarşıdurmadan öncə tərəflər neytral münasibətlərə malik
olur və hətta ola bilsin ki, əməkdaşlıq da edirlər. Bu səbəbədən də artıq mövcud
olan hətta minimal olsa belə əməkdaşlığı pozmamaq və artıq yaranmış
münasibətlərin konstruktivliyini qorumaq və artırmaq böyük əhəmiyyət kəsb
edir.
Dostları ilə paylaş: |