Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

22 

 

1.3.



  Özünüidarə və özünütəşkiletmə 

 

Təşkilat  dedikdə,  altsistemlərin  kooperativ  qarşılıqlı  əlaqəsi  nəticəsində 



sistemin  mövqeyindən  daha  səmərəli  strukturların  yaradılmasına  gətirib  çıxaran 

geri qaytarılmaz proses başa düşülür. 

Təbiətin və cəmiyyətin tədqiqi göstərir ki, çoxlu sayda altsistemlərdən təşkil 

olunan  bir  çox  mürəkkəb  açıq  sistemlər  müəyyən  şəraitlərdə  özünütəşkiletməyə 

və  təkamülə  qadirdir

14

.  Misal  üçün  canlı  varlıqları,  planetimizdə  onların 



yaranmasını və inkişafını göstərə bilərik. 

Özünütəşkiletmə  prosesinin  təsviri  və  məqsədyönlü  təşkilat  ilə 

özünütəşkiletmə  prosesləri  arasında  qarşılıqlı  münasibətlərin  dərk  olunması 

problemi  mərkəzi  problemlərdən  biri  olaraq  qalır.  Özünütəşkiletmə 

mexanizmlərinin  tədqiqinə  yanaşmalar  bu  mexanizmlərin  geniş  müxtəlifliyi  və 

çoxobrazlılığı ilə şərtlənir. 

Hələ  Aristotelin  vaxtlarından  bəri  təbii  və  ictimai  proseslər  üçün 

özününtəşkiletmənin əhəmiyyəti mücərrəd-fəlsəfi, hətta teoloji səviyyədə də olsa 

tədqiqatın  predmeti  olmuşdur.  Dünya  necə  yaranmışdır  və  milyard  illərdir  ki 

mövcud  olan  Kainatın  bütövlüyünün  və  dayanıqlılığının  kök  səbəbi  nədir?  Bu 

barədə yüzlərlə elmi iş yazılmışdır. 

Özünütəşkiletmə  problemi  xüsusilə  ötən  yüzilliyin  ikinci  yarısından  sonra 

aktuallaşdı, bu kibernetikanın inkişafı ilə bağlı idi. 

Uzun zamanlar fəlsəfədə özünütəşkiletməyə yalnız canlı varlıqlara xas olan 

hadisə kimi yanaşılmışdır. Məlumatın “aşağıdan” yalnız əks əlaqə kanalının son 

nəticəsi  kimi  daxil  olduğu,  qərarların  isə  ancaq  yuxarıda  qəbul  edildiyi 

mərkəzləşdirilmiş bir iyerarxiya strukturu anlayışı olaraq “heyvanda və maşında 

idarəetmə”nin 

kibernetik 

anlayışının, 

həqiqi 

sistemlərin 



fəaliyyətinin 

mürəkkəbliyini  əks  etdirmək,  o  cümlədən  mürəkkəb  sistemlərdə  gedən 

özünütəşkiletmə  prosesinin  yaxşı  izahedici  modellərini  yaratmaq  gücündə 

                                                            

14

 

Теория



 Организации Учебник Ростов-на-Дону «Феникс» 2008, səh 42 


23 

 

olmadığı  ortaya  çıxdı.  XX  əsrin  50-ci  illərinin  ikinci  yarısında  kibernetika 



mərçivəsində, özünü təşkil edən sistemlərin tədqiqinin klassik kibernetikdən daha 

çox sinergetikə yaxın olan özünütəşkiletmə mexanizmini təklif edən qeyri-klassik 

istiqaməti  meydana  gəlir.  Belə  “qeyri-klassiklər”dən  biri  kibernetikanın  əsasını 

qoymuş  N.Viner  oldu.  XX  əsrin  60-cı  illərinin  əvvəlində  sovet  kibernetiki 

M.L.Tsetlin yazırdı: “Bütün idarəetmənin ünvanlı şəkildə yuxarıdan aşağı həyata 

keçirildiyini  fərz  etdiyimiz  təqdirdə  sistem  olduqca  mürəkkəbləşir.  Oyunun 

şə

rtləri  verilmişdirsə,  avtomatlar  lazımi  fəaliyyətləri  artıq  özləri  tapır.  Bununla 



yanaşı, onların fərdi göstərişlərə ehtiyacı yoxdur.” 

Qərbdə  yeni  yaranmış,  1975-ci  ilə  qədər  elmdə  yeni  perspektivli  istiqamət 

kimi  öz  yerini  tutan  “sinergetika”  elmi  distsiplinası  kibernetikanın  tədqiqat 

predmeti  olan  özünütəşkiletmə  proseslərinin  çevrəsini  əhəmiyyətli  dərəcədə 

genişləndirir.  Kibernetikaya  dair  elmi  işlərdə  özünütəşkiletmə  hadisəsinin  həm 

canlı,  həm  də  cansız  varlıqlara  xas  olması  qeyd  edilməklə  universal  olduğu 

deyilir.  Məhz  “sinergetika”  termininin  elmi  istifadəyə  daxil  edilməsi 

özünütəşkiletmə  problemlərinin  tədqiqinə  iki  əsas  yanaşmanı  əlaqələndirir: 

kibernetik və sinergetik yanaşma. Özünütəşkiletməyə bu iki yanaşmanın fərqi hər 

ş

eydən  əvvəl  sistemin  davranışının  məqsədyönlülüyünə  münasibətdə  özünü 



göstərir. 

Kibernetik  yanaşma  məqsədin  əvvəlcədən  müəyyənləşdirilməsini  ehtiva 

edir,  sistem  bu  məqsədə  doğru  sərbəst  surətdə  yönələrək  onun  ətrafında  özünü 

təşkil edir. 

Sinergetik  yanaşmada  isə  mexanizm  məqsəd  tələb  etmir,  sistemin  özünü 

təşkil  etməsi  sistemin  elementləri  arasında  qarşılıqlı  fəaliyyət  kimi  təzahür  edir. 

Təşkilatın  yeni  formaları  heç  bir  xarici  təsir  və  ya  məqsəd  olmadan  qəfildən 

meydana çıxır. 

Həm  kibernetika,  həm  də  sinergetika  idarəetmə  anlayışına  birinci  dərəcəli 

ə

həmiyyət bəxş edir, lakin bununla belə tamamilə müxtəlif məqsədləri güdürlər. 



Kibernetika sistemin əvvəlcədən verilmiş qaydada fəaliyyət göstərməsi üçün onu 


24 

 

idarə  etməyə  imkan  yaradan  alqoritm  və  metodların  işlənib  hazırlanması  ilə 



məşğul  olur.  Sinergetikada  təcrübə  prosesində  sistemin  idarəedici  parametrləri 

müəyyən  şəkildə  dəyişir  və  sistemin  özünütəşkiletməsi  yerinə  yetirilmiş 

dəyişikliklərə  reaksiya,  yəni  “idarəetmə  rıçaqları”nın  təsiri  altında  sistemin 

düşdüyü  müxtəlif  vəziyyətlər  olaraq  tədqiq  olunur.  Beləliklə  əgər  kibernetik 

sistem  idarəedici  orqanın  təsiri  altında  təşkil  olunursa,  sinergetikada  “idarəedici 

parametrlər”  sistemin  davranışını  bilavasitə  idarə  etmirlər,  onun  daxili 

özünütəşkiletmə  mexanizmini  “işə  salırlar”.  Həm  kibernetik,  həm  də  sinergetik 

özünü təşkil edən sistemlərin davranışı məqsədyönlü görünür, lakin birinci halda 

məqsəd  qabaqcadan  verilir,  ikincidə  isə  sistem  daha  yüksək  təşkilata  gedən 

inkişaf yolunu özü seçir. 

Hazırki dövrdə sinergetika və özünütəşkiletmə anlayışları çox vaxt sinonim 

kimi  işlədilir.  Həqiqətən  də  həm  özünütəşkiletmə,  həm  də  sinergetika  konkret 

məkan  və  zamanda,  istənilən  təbiətin  mürəkkəb,  nataraz,  dinamik,  açıq 

sistemlərində nizamsızlıqdan təşkilatın necə formalaşmasını (özünütəşkiletmə) və 

həmçinin 

ə

ks 



istiqamətli 

prosesləri 

(özünüparçalama) 

tədqiq 


edir. 

Özünütəşkiletmənin hər iki mexanizmi – həm kibernetik, həm də sinergetik eyni 

ə

sasa: elementlər arasında qəfildən meydana gələn əlaqələrə malikdir, bu əlaqələr 



strukturları ortaya çıxarmağa, idarəedici əmrlər olmadan yerli qarşılıqlı əlaqələrin 

sayəsində sistemdə təşkilat yaratmağa imkan verir. 

Mürəkkəb  sistemlərin  özünü  təşkil  etməsindən  danışdıqda  ilk  öncə  onların 

öz  bütövlüyünü,  hemostatik  dayanıqlılığını  qoruyub  saxlamaq  səylərini  fərz 

etmək  olar.  Maksimal  entropiya,  xaos  səviyyəsi  həddinə  çatmaqdan, 

“tarazlıqdan”  mümkün  qədər  uzaqlaşmaq  cəhdi  özünü  təşkil  edən  sistemin 

davranışında  aparıcı  tendensiyadır.  Digər  tərəfdən  sinergetiklər  iddia  edirlər: 

dayanıqsızlıq olmasa inkişaf da olmaz, inkişafa gedən yol məhz dayanıqsızlıqdan, 

stresdən,  təsadüfdən  keçir.  Qeyri-sabitlik  və  böhranlar  ən  yaxşının  üzə 

çıxarılmasına  və  seçilməsinə  imkan  yaradır.  “Yaxşı”  sistem  dayanıqsızlığın  bu 

sahəsinin, özünün yol verilən stoxastiklik sahəsinin mümkün sərhədlərini bilir və 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə