Microsoft Word ittht docx



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix27.10.2017
ölçüsü0,64 Mb.
#7034
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

25 

 

hansısa  qanunlara  görə  özünütəşkiletməni  aktivləşdirmək  vəziyyətinə  gəlir. 



Beləliklə sistem risk edərək entropiya ilə mübarizə aparır. 

Sistemin  özünütəşkiletməsi  –  bu,  sistemin  vəziyyətinin  (və  ya 

xüsusiyyətlərinin)  dəyişməsinin  elə  bir  prosesidir  ki,  məqsədi  fərz  edən 

mənbələrin necə olmasından asılı olmayaraq məqsədyünlü başlanğıc olmadan baş 

verir. Özünütəşkiletmə prosesini doğuran səbəblər həm daxili, həm də xarici ola 

bilər. Özünütəşkiletmənin elementlərindən də danışmaq olar. 

Özünütəşkiletmə  mexanizmlərinin  məcmusunu  –  dəyişkənlik,  vərəsəlik, 

seçim  –  akademik  N.N.Moiseyev  bazar  adlandırır.  Məhz  bazar  çoxsaylı 

variantları təqdim edir, seçim prinsipləri, sistem qanunları və sabitlik isə onların 

içərisindən ən səmərəli olanlarını seçir. Moiseyevə görə, hələ Smit və Rikardonun 

tədqiq etdikləri bazar Universam bazarının xüsusi halıdır.  nsanlar da çeynənmiş 

yollardan istifadə etdilər, belə ki, başqa yol sadəcə yox idi: insan iqtisadiyyatı ilə 

təbiət iqtisadiyyatının özünütəşkiletməsinin məntiqi eynidir. 

Bəzən  özünütəşkiletmənin  texniki,  bioloji  və  sosial  növlərini  ayırırlar,  belə 

ki  bu  növlərdə  özünütəşkiletmə  mexanizmlərinin  fərqli  prinsiplər  üzərində 

qurulduğu güman edilir: 

• 

texniki  –  şərtlərin  dəyişdiyi  təqdirdə  fəaliyyət  alqoritmlərinin 



avtomatik  dəyişdirilməsi  proqramına  əsaslanır  (raketlərin  özünüyeritmə 

sistemi, avopilot); 

• 

bioloji – növün qorunub saxlanmasının genetik proqramına və darvin 



üçlüyünə (dəyişkənlik, vərəsəlik və təbii seçim) əsaslanır; 

• 

sosial – zamanla dəyişən prioritetləri, dəyərləri və qanunları özündə 



ehtiva edən ictimai əlaqələrin ahəngdarlaşmasının ictimai sosial proqramına 

ə

saslanır. 



Sosial  sistemlərdə  məqsədyönlü  təşkilat  və  özünütəşkiletmə  prosesləri 

arasında  qarşılıqlı  əlaqələrin  dərk  olunması  təşkilatlanmış  elmin  ən  mühüm 

vəzifəsi  sayılır.  Hər  bir  şirkətdə,  firmada  göstərişlərin,  sənədlərin,  planların, 

normativ aktların,  instruksiyaların köməyilə idarə edilən məqsədyönlü təşkilatla 




26 

 

yanaşı  həmişə  təşkilatın  sistem  xüsusiyyətlərilə  bir  bütöv  kimi  və  sinergetik 



effektlərlə  bağlı  olan  “özünütəşkiletmə”  prosesləri  gedir.  Həmin  bu 

“özünütəşkiletmə”  nə  qədər  olmalıdır?  “Təşkilat/özünütəşkiletmə”  nisbətində 

optimum  hansı  həddədir?  Hansıa  ümumi  prinsiplər  mövcuddurmu,  müasir  dilin 

və praktiki biliklərin köməkliyilə tövsiyələr işləyib hazırlamaq olarmı? 

Məlumdur  ki,  idarəetmə  sistemi  nə  qədər  sərtdirsə,  yaradıcılıq  və 

özünütəşkiletmə üçün bir o qədər az şərait vardır. Halbuki sistemin elementlərini 

“sərbəst  üzmə”yə  buraxsaq,  qoyduğumuz  məqsədə  çatmamaq  ehtimalı  var.  Bir 

tərəfdən,  özünütəşkiletmənin  effektlərinə  qeyri-rəsmi  əməkdaşlığın,  icazəsiz 

fəaliyyətin  sayəsində,  digər  tərəfdənsə  aydın  müəyyən  edilmiş  hədəfin  və 

idarəedicilərin  məqsədyönlü,  aydın  təşkil  edilmiş  fəaliyyətinin  köməyilə  nail 

olunur. 

Beləliklə  sosial  sistemlərin  özünütəşkilinin  təkamülü  aşağıdakıları  nəzərdə 

tutur: 

•  qabaqcadan  müəyyən  edilmiş  hədəfin  olması.  Sistem  bu  hədəfə 



sərbəst  surətdə  yönlənir,  onun  ətrafında  özünü  təşkil  edir.  Yaradıcı 

yanaşmanın,  innovasiyalı  inkişafın  prioritetləri,  peşə  artımı,  əmək 

fəaliyyətinin prestijinin yüksəlməsi böyük rol oynayır. 

•  Idarəetmə  strukturlarının  elastikliyi,  dəyişkənliyi  və  adaptivliyi. 

Sosial-pixoloji  metodlar  inzibati  metodları  sıxışdırır.  Məhz  müasir,  şəbəkə 

strukturları  ümumi  səmərənin  yüksəlməsini  təmin  edən  sinergetik  əlaqələri 

gücləndirir. Sərt iyerarxik strukturlar özünütəşkil üçün az imkanlar saxlayır. 

Özünütəşkiletmə  gündəlik  fəaliyyətdə  kiçik  sərbəst  yarımşöbələrin, 

qərarların  üfüqi  və  şaquli  şəkildə  razılaşdırılmasına  maneçilik  törədən 

bürokratik strukturlarla əlaqəli olmadığı zaman təzahür edir. 

•  diversifikasiya,  mərkəzsizləşdirmə,  hər  kəsin  məhsuldarlığının 

yüksəldilməsi,  idarəetmə  qərarlarının  qəbulunda  və  yeni  əmək 

motivasiyasında iştirak. 



27 

 

•  məhsuldar qüvvələrin çoxməqsədli istifadəsi, məlumatların, biliklərin 



ötürülməsi, nou-xau və s. 

•  idarəetmə ilə özünüidarəetmənin vəhdəti. Sərt reqlamentasiya zamanı 

özünüidarəetmə  sistemin  daha  fəal  elementlərinin  itirilməsilə  adi 

idarəetməyə keçir. 

•  özünütəhsil,  özünütərbiyə,  özünənəzarət.  Bunun  üçün  firmada 

müvafiq şərtlər yaradılmalıdır. 

•  özünüinkişaf  təşkilatın  yeni  mərhələsinə  keçid  kimi  (sturktur 

məlumatlarının  toplanması,  yeni  məqsədin  seçilməsi  və  strukturun 

dəyişdirilməsi) 

Müasir  təşkilat  elminə  görə  heç  bir  müəssisənin  sərt  idarəetmə  şəraitində, 

özünütəşkiletmə  və  idarəetmə  elementləri  olmadan  inkişafa  nail  ola  bilməz. 

Məqsədyönlü  idarəetmə  fəaliyyətində  sistemin  özünütənzimləmə  imkanlarını 

genişləndirən  qərarlar  qəbul  edilməlidir.  qtisadiyyatda  özünütəşkiletmənin, 

özünüidarəetmənin  və  özünütənzimləmənin  rolunun  artması  –  dəyişən  şəraitin 

mürəkkəbləşməsi  və  sürətlənməsinin  qaçılmaz  nəticəsidir.  ctimai  və  təsərrüfat 

sistemlərində 

özünütəşkiletmə 

və 


özünütənzimləmə 

proseslərinin 

genişləndirilməsi və stimullaşdırılması proqressiv iqtisadi metodların, meyarların 

istifadəsi əsasında baş verə bilər. Məsələn, yeni texnologiyaların, yeni layihələrin 

seçimi  zamanı  yalnız  materialtutumluluq,  enejitutumluluq,  əməktutumluluq, 

təbiəttutumluluq,  elmtutumluluq  və  s.  meyarlarına  cavab  verənlər  nəzərdən 

keçirilir. Verilmiş parametrlər texnologiyaların seçimini həyata keçirir. Beləliklə, 

sistemin  özününtəşkilinin  əsasında  qanunlar,  normalar,  ənənələr  və  mədəniyyət 

durur. 

Mürəkkəb  sistemlərin  özünütəşkiletmə  proseslərinin  təkamülünün  dərk 



olunması  gələcəyin,  inkişaf  yollarının  seçilməsi  imkanı  ilə  bağlıdır.  Istənilən 

dinamik sistemin qarşısına, nəticələri demək olar ki tamamilə qeyri-müəyyən olan 

böhranlı  vəziyyətlərin  çıxması  qaçılmazdır.  Bu,  dərin  praktiki  əhəmiyyət  kəsb 

edən  ən  mühüm  sistem  xüsusiyyətlərindən  biridir: buradan  belə  qənaətə gəlmək 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə