Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə11/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   7   8   9   10   11   12   13   14   ...   133

 

36 


Meşşan  üçün  Dünya  –  böyük  masadır.  Meşşan  həmişə  özünü  böyük 

masa arxasında hiss edir. Meşşan üçün yaşamaq – yemək, geymək, var-

dövlət yığmaq, gün görməkdir. 

Vətən  haqqında  düşünmək,  Bəşərin  dərdinə  qalmaq,  Ali  Duyğularla 

yaşamaq – meşşan Həyat tərzinə yaddır.  

Meşşan yaşamır, dolanır. 

Dünyadan təcrid olur, əsil Həyatı görmür. Ancaq öz Həyatını əsil Həyat 

sayır. Onu təbliğ edir. Onunla öyünür.  

Ocaqçı  bilir  ki,  İnsan  Dünyaya  var-dövlət  yığmaq,  kef  çəkmək  üçün 

yox,  Müqəddəs  İdeallara  xidmət  etmək  üçün  gəlib.  Dünyada  ən  böyük 

xoşbəxtlik Fədakarlıqdır, geyim əsiri olmaq – quyruğu ilə qürrələnən quş 

olmaq  kimi  bir  şeydir.  Ömrü  dolanmağa  həsr  eləmək  –  amalsızlıqdır, 

məişətə yapışıb qalmaq – ölməkdir. 

Ocaqçı  anlayır  ki,  Meşşan  öz  əhvali-ruhiyyəsini  Həyatın  bütün 

sahələrinə yayır. Dünyada Ticarətçi Meşşanla  yanaşı, Xanəndə Meşşan 

da  var,  Tələbə  Meşşanla  yanaşı,  Akademik  Meşşan    da  var,  Sürücü 

Meşşanla yanaşı, Şair Meşşan da var.  

Ocaqçı  onu  dərk  edir  ki,  Meşşanlıq  mikrobu  daxili  aləmə  bəzən  gizli 

daxil olur. Mənəviyyata gözlənilməz şəkildə sirayət edir.  

Bu  səbəbdən  də  Ocaqçının  Həyat  Dəftərində  “Mən  Meşşanlıqdan 

azadammı?”,  “Meşşanlıqla  daxilimdə  vuruşurammı?”  sözləri  əhəmiyyətli 

yer  tutmalıdır.  Ocaqçı  daim  özünü  yoxlamalı,  Mənəviyyatını  Ruhani  

Həkim gözü ilə müayinə etməli, onu təmiz saxlamalıdır.  

Ocaqçı    bilir  ki,  Meşşan  öz  həyat  tərzinə  bəraət  qazandırmağa  ciddi 

cəhd  göstərir.  “Dünya  beş  gündür,  mən  bir  də  həyata  gəlməyəcəyəm, 

Dünyadan nə aparacağıq?” – Meşşanın dəlilləri  bunlardır.  

Ocaqçıya  gün  kimi  aydındır  ki,  əsil  nəşə  İdeal  Niyyətlərin,  Ülvi 

Arzuların, Duyğuların, Düşüncələrin Mənasıyla yaşamaqdır.  

Dünya  beş  gündürsə,  Ömür  qısadırsa  –  Xeyir  İşığı  salmağa,  Ali 

hisslərə qovuşmağa tələs! 

Ölümə məhkumuqsa – Ömrümüzü  Ölümsüz İdeallara həsr edək! 

Dünya  və  tarix  miqyasında  kiçiyiksə  –  Bəşərin  Möhtəşəm 

Qəhrəmanlıq, İdrakilik, Mənəvi Ülviyyət Ənənəsinə qovuşaq! 

Xoşbəxtlik  diləyiriksə – Müqəddəs Ehtirasların çağırışını dinləyək, ona 

qovuşaq! 

Sevinc istəyiriksə – Özündənkeçmə Yüksəkliyinə tapınaq! 

Ocaqçı  öyrətməlidir  ki,  Meşşan  –  Həyati  Fərəhlərin  ən    bəsitiylə, 

ibtidaisiylə kifayətlənir.  

Meşşan  Həyatında  Mənəvi  Gərginlik  çatışmır,  ona  görə  də  o, 

Gözəllikdən məhrumdur. 




 

37 


Ocaqçı əmindir ki, əsl İnsani Həyat Meşşanlığın ürəklərdən, ağıllardan 

silinməsini tələb edir.  

Ocaqçı özünü Meşşanlığa qarşı döyüşən Cəngavər saymalıdır.  

 

Ocaqçının qəddar düşmənlərindən biri də İnamsızlıqdır.  

Bu eybəcərlik özünü ən çox Müqəddəsliyin inkarında büruzə verir. 

İnamsızlar üçün Dünyada Pərəstişə, Heyrətə, Məhəbbətə layiq heç nə 

yoxdur:  Anaya  səcdə  qılmaq  olmaz, çünki  o,  adi  bioloji varlıqdır,  təbiətin 

iradəsinə  tabe  olur.  Evlada  Məhəbbəti  –  təbii  instinktlərin  təzahüründən 

başqa bir şey deyil.  

Sevgidə də Müqəddəslik yoxdur, çünki çılğın Heyranlığın arxasında adi 

cinsi tələbat durur.  

İnamsız  –  nə  Körpə  Gülüşündə,  nə  Musiqi  Sədasında,  nə  Qəlbin 

Riqqətində, nə Təxəyyülün Qanadlı Uçuşunda, nə Gözəlliyin Çağırışında, 

nə  İnsanın  Tanrılarla  Yarışında,  nə  İdeal  Həsrətində,  nə  Fədakarlıq 

Şeiriyyətində Böyüklük görmür.  

Ocaqçı  bu  mənfur  əhval-ruhiyyəni  kökündən  qoparıb  atmalıdır, 

Həyatda, Mənəviyyatda, İdrakda Müqəddəsliyi bərpa etməlidir.  

Vətən,  Məhəbbət,  Əqidə,  Gözəllik,  Ədalət,  Bəşərsevərlik,  Həqiqət, 

Qeyrət, Sədaqət  –  Müqəddəsdirlər! 

Bunu  inkar  edənin  heyvandan  fərqi  yoxdur,  çünki  onda  ən  müdhiş 

qəbahətə belə haqq qazandırmaq olar.  

Satqınlığını  təmizə  çıxararsan,  deyərsən  ki,  dünyada  Mütləq  heç  nə 

yoxdur, ona görə əqidəmi ildə bir neçə dəfə dəyişirəm.  

Yaltaqlığını  müdafiə  edə  bilərsən,  deyərsən  ki,  qeyrətsiz  də  yaşamaq 

olar,  Mütləq  Mənəvi  Kamilliyə  inanmadığım  üçün  Mənəviyyatsızlığımı 

günah saymıram.  

Əxlaqsızlığın  da  səni  narahat  etməz,  deyərsən  ki,  Əxlaq  buxovdur, 

ondan xilas olmaq günah deyil. 

Qeyrətsizliyinə  də  səbəb  tapa  bilərsən,  deyərsən  ki,  can  şirindir. 



Müqəddəslik  inkar  olunanda  ən  murdar  cinayətə    belə,  haqq 

qazandırmaq olar.  



Müqəddəslik  itən  yerdə  Şər  ağacı  bitir.  Buna  görə  də    İnamsızlıqla 

mübarizə bir an da dayanmamalıdır! 

Ocaqçının  eybəcərliklə  döyüşü  çətin,  davamlı  və  gərgindir.  Ancaq 

Ocaqçı  cəngavərlik  Yoluna  Fərəhlə  qədəm  qoyur.  Çünki  fəaliyyətinin 

gərəkliyinə, zəruriliyinə, ali mənasına tam inanır.  

 

 



 

 


 

38 


3. BUGÜNƏ  MÜNASİBƏT 

 

Ocaqçı Bugünü Sabaha aparan Yol kimi qiymətləndirir.  



O, Bugünü Sabahın hissəsi sayır.  

Ocaqçı  Bugünü  Gözəllik  nümunəsi, İdeala  uyğun  hadisə  hesab  etmir. 

O, Bugünün adiliyini, nöqsanlılığını, natamlığını görür. 

Ocaqçı  Bugünün  Mənasına  Sabahın  Zirvələrindən  baxır  və  görür  ki, 

Bugün Sabah qarşısında cılızdır, naqisdir, qeyri-kamildir. Buna görə də o, 

Bugünü təkmilləşdirməyi, Sabahı yaxşılaşdırmağı öz məqsədi sayır.  



Ocaqçı Bugündə Sabahın Evladı kimi yaşayır.  

O, Bugünün bəsit şüurunda hökm sürən təsəvvürləri rədd edir, müasir 

qəbahəti damğalayır.  

Sabah  Ocaqçının  nəzərində  Bugündən  yerdən  göyə  qədər  fərqli 

olmalıdır, onunla təzad təşkil etməlidir.  

Bu  baxımdan,  Sabah  Bugünün  inkarıdır.  Ancaq  həmin  inkar  Bugünün 

daxilində  başlayır.  Bu  səbəbdən  də  Bugünkü  Həyatın  eybəcərliyiylə 

döyüş Sabahkı Dünyanın yaranmasına xidmət edir.  

Ocaqçı  başqalarından  fərqli  olaraq,  Bugündə  Sabahkı  Əxlaq,  İdrak, 

Mənəviyyat  əsasında  yaşayır  və  öz  Həyat  Tərzini  müasir  Həyat  Tərzinə 

qarşı qoyur.  

Ancaq  o,  bununla  Bugünə  misilsiz  xidmət  göstərir,  onu  çirkabdan 

qurtarır, ona Ülvilik gətirir.  

Bu baxımdan o, Bugünün həm  düşməni, həm də dostudur.  

Düşmənidir, çünki Bugünə xas olan eybəcərlikləri qamçılayır, ifşa edir, 

rədd edir.  

Dostudur,  çünki  İnsani  Həyatın  Ali  Mahiyyətinə  xas  olan  Ülvi 

Keyfiyyətləri Bugünə gətirir, Həyatı Çirkinlikdən təmizləyir.  

Ocaqçı  onu  da  bilir  ki,  Çirkabdan  təmizlənən  Dünya  artıq  Bugünkü 

Dünya olmayacaq.  



Ocaqçı Bugündə Gözəl nə varsa, özüylə Sabaha aparır.  

Bununla da Bugünkü Naqisliyə son qoyulur.  

 

4. DÜNƏNƏ  MÜNASİBƏT 

 

 Ocaqçı  “Bugün  Dünəndən  hər  cəhətdən  Üstündür”  –  cəfəngiyyatını 

rədd  edir.  Ocaqçı  özünü  Fədakarlıq,  İdraki  Qəhrəmanlıq,  Ülvi  Ruhanilik 

Ənənəsinin  varisi  sayır.  Ocaqçı  belə  hesab  edir  ki,  həmin  Ənənəni 

Ağıllara,  Ürəklərə  həkk  etməklə,  Mənəviyyatı  Müqəddəslik  suyunda 

çimizdirməklə  öz  məqsədinə  nail  ola  bilər.  Bu  baxımdan  Ocaqçı  öz 

keçmişinə Mənən qayıdır.  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə