Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə13/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   9   10   11   12   13   14   15   16   ...   133

 

42 


Ocaqçının Ocaqsız keçən dəqiqələri olmur.  

Ocaq – Ocaqçının özündən böyük Mənasıdır.  

 

9. ATAYA  MÜNASİBƏT 

Ata – Ocağın Mahiyyəti, Təzahürü, Canlı “Mən”idir. 

Ata Sözü – Ocaqçı üçün Mütləq Qanundur.  

Ataya Ruhən qovuşmaq – Ocaqçının Ülvi Arzusudur. 

Ataya Mütləq İnam  Odu Ocaqçı Qəlbində daim yanır. 

“Ata haqqı” Andı – Müqəddəsdir! 

Atanın Ocaqçıya Hökmü Mütləqdir, Ülvi Mahiyyətə malikdir.  

Atanın Hörməti – Ocağın Ali Sərvətidir. 

Ocaqçının Ataya Səcdəsi – Ruhani Ləyaqətdir.    

Ocaqçı Ata Ləyaqətini göz bəbəyi kimi qoruyur.  

Ataya qalxan əl – kəsilməlidir. 

Ataya  qarşı  cüzi  Hörmətsizlik  –  dəhşətli Qəbahət  sayılmalı və Ocaqçı 

nifrəti ilə damğalanmalıdır! 

Atanın Ocaqda Səlahiyyəti Mütləqdir! 

Ocaqçılar  Atanın  həm  Övladları,  həm  Köməkçiləri,  həm  də 

Ardıcıllarıdır.  

Ata Səlahiyyətinə ən kiçik etinasızlıq – Mənəvi eybəcərlik sayılmalıdır.  

Atanın  Böyüklüyü,  Qeyri-Adiliyi  Onun çiyninə  düşən  Yükün  Böyüklüyü 

və Qeyri-adiliyindən doğur. Bu səbəbdən də Ataya pərəstiş təbii, gərəkli, 

zəruri Övladlıq Münasibəti hesab edilməlidir! 

Ocaqçı Atanı canlı İdeal sayır.  

Ocaqçı çətin anlarda Ata Qüdrətinə müraciət edir.  

Ocaqçının Ataya Məhəbbəti – Ocağın iti qılıncıdır.  

Ona qarşı edilən həmlə – cinayətdir. 

Ocaqçı  Ataya  xidmət  etməklə  –  Mənəviyyata,  İdraka,  Müqəddəsliyə 

xidmət edir.  

Bu səbəbdən də həmin xidmətlə fəxr edir.  

 

CƏZA 

 

Ocaqçının  ən  böyük  Cəzası  –  Ocaqdan  xaric  edilməkdir,  çünki Ocağı 

itirmək – Əsilliyi itirməkdir.  

 

MÜKAFAT 

 

Ocaqçının ən böyük Mükafatı – Ocaqçı olmaqdır.  

Çünki Dünyada Ocaqçılıq Aqibətindən Ülvi Aqibət yoxdur.  

 



 

43 


CÖVHƏR 

 

I. MÜTLƏQ 

 

Təbiətdə,  Mənəviyyatda,  Kainatın  Ahəngində,  Gözəllikdə,  İdrakda, 

Ehtizazda,  Vəcddə,  Analıqda,  Məhəbbətdə,  Ruhun  Ülvi  Xilqətində, 

Bəşərin  Özündən  Böyük  Mənasında,  Ürəyin  Ürəyə  Qovuşmaq 

Arzusunda,  İdeala  qarşısıalınmaz  Meyildə,  Dostluqda,  Həyada,  İsmətdə, 

Dünənlə 


Bugünün 

Təmasında, 

Özündənkeçmədə, 

Qeyrətdə, 

Müqəddəsliyin Əfsunlu  Cazibədarlığında Əbədi, Sonsuz Mütləq yaşayır.  

Mənim Allahım Odur! 

Sözə  sığmayan,  nisbi  hadisələrin  daxilində  yaşayan,  fəqət  onlardan 

Yüksək və Kamil olan Mütləq! 

Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin 

İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq! 

Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzli-

yi,  Təbiətdə  –  Dağların  Vüqarı,  Səmanın  Sehrli  Ənginliyi,  Cəmiyyətdə  – 

Torpağın Vətən səviyyəsinə qalxması! 



Bunlar Mütləqin təzahürləridir! 

Mənim Allahım Mütləqdir! 

İnsan  Özündənkeçmə,  Fədakarlıq  Yüksəkliyinə  qalxır,  Adiliyindən, 

Keçiciliyindən,  Qorxu  Duyğusundan  xilas  olursa,  Özündəki  Mütləqə 

yaxınlaşır! 

Xalq  sonsuz  Mətanət,  Əzab-Əziyyət  bahasına  öz  bənzərsizliyini, 

Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxınlaşır! 

Ana  Övladına  Məhəbbətdə  Dahilik  göstərirsə  –  Özündəki  Mütləqə 

yaxınlaşır! 

Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya 

çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır! 

Günəş  Yerə,  Torpağa,  Canlılara,  Bitkilərə  öz  Şəfqətini  Səxavətlə 

paylayırsa – özündəki Mütləqə yaxınlaşır! 

Sifətdə  İnsanın  Dünyaya  sığmayan  Mahiyyəti  öz  İfadəsini  tapırsa,  – 

Sifətdə Mütləq İşığı parıldayır! 

Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir… 

Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təzahürüdür.  

Peyğəmbərlərin  Sözlərində,  Qəhrəmanların  Əməllərində  Mütləq 

yaşayır! 

Zülmə  qarşı  hiddətdə,  eybəcərliyə  qarşı  Nifrətdə,  Mərhəmətdə, 

Qüdsiyyətdə Mütləq yaşayır! 




 

44 


Gecə  Sükutunda,  Səhər  Oyanmasında,  Şimşək  Nərəsində,  Yağışda, 

Qarda Mütləq yaşayır! 

Ruhun  bədən  üzərində,  İnsaniliyin  Heyvanilik  üzərində,  Müdrikliyin 

Naşılıq üzərində qələbəsində Mütləq yaşayır! 

Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır! 

Mənim Allahım Mütləqdir! 

Mən  Ona  Səcdə  qılıram.  Onunla  yaşayıram.  Onun  tələblərinə  əməl 

edirəm.  

Mütləq  Dünyada  təzahür  edir,  Dünyanın  daxilindədir.  Ancaq  Dünya 

təkcə Mütləqdən ibarət deyil.  

O,  həm  də  şərdən,  naqislikdən,  çirkinlikdən,  adilikdən,  bəsitlikdən 

ibarətdir.  

Dünya heç vaxt tam Mütləq olmur. 

Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir! 

Ancaq  Gerçəklikdə  həmişə  Mütləqə  can  atmağa,  ona  yaxınlaşmağa, 

onunla bir olmağa meyil var.  

Dünya  heç  vaxt  tam  Mütləq  olmur,  ancaq  Dünya  həm  də  heç  vaxt 

Mütləqsiz olmur. 

Mütləq  həmişə  Dünyada  özünü  büruzə  verir,  həm  də  Dünya  ona 

yaxınlaşmağa can atır.  

Mənim Allahım Mütləqdir! 

Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəqqi, Mütləq 

Ədalət, Mütləq Fədakarlıq! 

Mütləq 


məni 

Qanadlandırır, 

Qəhrəmanlaşdırır, 

Dahiləşdirir, 

Peyğəmbərləşdirir.  

Özümlə  Döyüşürəm,  öz  üzərimdə  Qələbə  çalıram,  Gerçəkliklə 

razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.  

Həm Əlçatmazdır Mütləq, həm də Yaxın! 

Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.  

Yaxındır,  çünki  özünü  Gerçəklikdə  büruzə  verir,  əməllərdə,  had-

isələrdə, keyfiyyətlərdə aşkara çıxır.  



Həm Sonsuzdur Mütləq, həm də Sonlu! 

Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir. 

Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir! 

Həm Görünəndir Mütləq, həm də Görünməz! 

Görünəndir  –  ayrı-ayrı  İnsanlarda,  Gözəlliklərdə,  Məziyyətlərdə, 

Təzahürlərdə! 

Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.  

Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmürəm! 

Görürəm  Ülviyyətlə,  Qüdsiyyətlə  görüşəndə,  ona  qovuşanda,  onda 

itəndə! 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə