Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə16/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   12   13   14   15   16   17   18   19   ...   133

 

51 


Mədəniyyət  baxımından,  ümumi  Şərq  Dünyasının  bir  hissəsiyik, 

Ərəb-Fars Mədəniyyəti ilə təmasdayıq.  



Ərazi cəhətdən iki hissəyə bölünmüşük, kiçik Xalqların cərgəsindəyik.  

Tarixi taleyimizdə faciəli cəhətlər çoxdur.  

Faciəmiz  Türklərin  bir-birini  sevməməsi,  tanımaması,  bir-birindən  ayrı 

düşməsi, Dünyaya səpələnməsindən başlayır.  

Oğuzların  bir  hissəsi  Azərbaycanda  qaldı,  o  biri  hissəsi  Osmanlı 

Türkiyəsini  yaratdı,  ancaq  iki  yaxın  məmləkət  arasında  əsl  ictimai  Birlik 

bərqərar olmadı.  

Faciəmizin  səbəbi  bir  də  o  oldu  ki,  Müstəqil  Dövlətimizi  yarada 



bilmədik, taleyimizi özgələr həll etdi, yadlara bel bağladıq, aldandıq.   

Öz  aramızda  Birlik  olmadı,  naşıcasına  Azərbaycanı  məhəllələrə 

böldük.  

Milli Şüur yetişmədi, Xalqla bağlı olan Qeyrətli Ziyalı Dəstəsi meydana 

gəlmədi.  

Faciəmiz Millətimizin adında da yaşayır: 

“Azərbaycan”  –  Odlar  Yurdu  deməkdir  və  Xalqı  ifadə  eləmir.  Odlar 

Yurdunda – Oğuz Türkləri də yaşaya  bilər, başqa Millətlər də.  

Ölkəmizin adıyla Xalqımızın adı arasında üzvi bağlılıq yoxdur. 

Ümumən kimliyimiz də aləmə tam bəlli deyil.  

Bizi Qafqaz Tatarları, Fars Türkləri sayırdılar.  

Müstəqil Dövləti olmayan Xalq – evi olmayan kişidir. 

O, nə qədər İstedadlı, Ağıllı, Mənəviyyatlı, Tarixli, Qəhrəmanlı olsa da, 

Kişilər arasında yeri yoxdur.  

Müstəqil  Dövlət  olmadan  –  Müstəqil  Ruhu  təcavüzdən  qorumaq 

çətindir.  

Müstəqil  Dövlətdən  məhrum  olan  Xalq  –  Müstəqil  Xəlqi  İradədən 

məhrum olur.  

Müstəqil  Dövlət  –  Xalqın  ictimai-siyasi  yaradıcılığıdır.    Dövlətsiz  Xalq 

bu yaradıcılıqdan məhrumdur.  

Azərbaycan  Xalqı  öz  Müstəqil  Dövlətini  yaratmalıdır,  yad  axından 

ayrılmalıdır.  

Sonra  o,  ətrafında  Türk  Ruhu  saxlayan  Xalqları  birləşdirib  Böyük 

Məmləkət yaratmalıdır.  

Böyük  balıqların  balaca  balıqları  yediyi,  möhtəşəm  Dövlətlərin  Kiçik 

Xalqları  əsarət  altına  saldığı  dövrdə  balaca  Dövlətin  Müstəqil  yaşaması 

çətindir.  

Azərbaycan  Güclü,  Müstəqil  Dövlət  olmalıdır  və  onun  Özünəməxsus 

ictimai-siyasi Tarixi başlanmalıdır.  

 

 



 

52 


V. ŞƏRQ–QƏRB 

 

Şərq  bir  zamanlar  müəllim  idi,  öyrədirdi,  indi  Qərbi  təqlid  edir,  onun 

arxasınca addımlayır, ona oxşamasıyla öyünür.  

Şərq  bir  zamanlar  yeni  İdeyalar,  formalar  yaradırdı,  indi  həmin 

Məzmunu, Biçimi Qərbdən mənimsəyir.  

Geyimdən  başlamış,  siyasi  üsul-idarəyə,  ictimai  doktrinaya,  İdeala, 

Fəlsəfi Fikrə, Bədiiyyata qədər nə varsa, hamısını Şərq Qərbdən götürür.  

Bir zamanlar Şərq Şərq olmağıyla fəxr edirdi, indi “mən Şərq deyiləm, 

mən elə Qərbəm” – deyə bağırır.  

Düşüncəm  Qərb  Düşüncəsidir,  Duyğularım  Qərb  Duyğularıdır, 

Adətlərim,  Həyat  Tərzim,  Məişətim  Qərbvaridir,  Özüm  olmaq  istəmirəm, 

Qərb olmaq istəyirəm. 

“Avropalaşmalı” – deyə haray qoparıram.  

Qərb  müəssisələrini  Şərqə  gətirirəm,  Şərq  torpağında  Qərb  meyvəsi 

bitirirəm və bunu vüqarla aləmə bəyan edirəm.  

Sözdə  irqçiliyin  əleyhinə  çıxıram,  əməldə  isə  “Qərb  hər  şeydir”  – 

ideyasını naşıcasına, miskincəsinə təsdiq edirəm.  

Üsul-idarəm  –  Qərb  üsul-idarəsi,  müəssisələrim  –  Qərb  müəssisəsi, 

İdealım – Qərb İdealı… 

Qərbə qovuşuram, Qərbdə itirəm, ancaq fəlakətimi tərəqqi sayıram! 

Özümə  təskinlik vermək  üçün  –  “Bəşər vahiddir,  onu Şərqə və Qərbə 

bölmək  olmaz”  –  deyirəm  və  unuduram  ki,  Bəşər  müxtəlifliyin  Vəhdəti 

kimi birdir, yeknəsəqliyin təsdiqi kimi yox! 

Miskincəsinə,  avamcasına  unuduram  ki,  Şərqin  Qərbləşməsi  Qərbin 

Şərq Xalqlarını əsarətə salması üçün ən gözəl vasitədir. 

”Mən sənin əbədi qəyyumunam! 

Sən məni eşitməlisən, mən deyən kimi yaşamalısan. 

Mən  sənə  tarix  tərəfindən  əbədilik  rəhbər  təyin  olunmuşam,  sən  mən 

deyən, mən istəyən Şərq olacaqsan!

 ” 


Qərbləşməyə  can  atmaqla  Şərq  özünü  əjdahanın  ağzına  atır,  vüqarla 

Mənəvi  səfalətə  doğru  addımlayır  və  anlamır  ki,  ayılıb  görəcək  Şərq 

Dünyasından heç nə qalmayıb.  

Şərqin belə fəlakətli vəziyyətə düşməsinin səbəbi nədir? 

Birinci səbəb odur ki, iqtisadi inkişafı tərəqqinin meyarı saydılar.  

Əgər  Qərb  Şərqi  iqtisadi  cəhətdən  ötübsə,  deməli,  o,  hər  cəhətdən 

Şərqdən üstündür. Deməli, onun Mədəniyyəti də, İctimai İdealı da, Həyat 

Tərzi də təqlidə layiqdir.  

Deməli,  Avropalaşmaq  lazımdır,  Avropada  nə  varsa,  Şərqə  köçürmək 

lazımdır.  

Şərqin öz Fəlsəfəsini, Üsul-İdarəsini yaratmağa ehtiyacı yoxdur.  



 

53 


Əgər Avropanın maşını çoxdursa, deməli, Ləyaqəti də çoxdur.  

“Qərb  balonlarda  gəzir,  biz  isə  avtomobil  minməyiriz”  –  deməli, 

avtomobilə minməklə biz tərəqqinin ön sırasına çıxacağıq.  

Şərq dəhşətli yanlışlığa, fəlakətli naşılığa yol verdi, avtomobilə minməyi 

tərəqqiylə eyniləşdirdi.  

İndi Şərq artıq balonlarda gəzir, ancaq tarixinin ən ağır illərini keçirir.  

Şərq  hay-küyə  uydu,  uzaqgörənlik  göstərmədi,  indi  Qərb  filosofları 

özləri  maşın  sivilizasiyasının  Bəşərə  səadət  gətirmədiyini,  əksinə,  zillət 

gətirdiyini təsdiq edirlər.  

Şərq  avtomobilə  minməliydi,  minəcəkdi,  ancaq  bundan  ötrü  öz 

Dünyasından  əl  çəkməməliydi,  anlamalıydı  ki,  İqtisadi Tərəqqi  avtomatik 

şəkildə Mənəvi, İctimai, Siyasi Tərəqqi yaratmır, bu səbəbdən də Qərbdə 

hökm  sürən  Üsul-İdarəni,  Mədəniyyəti  süni  surətdə  Şərqə  köçürmək, 

calamaq olmaz, bu, eybəcərlik törədər.  

Qərb  öz  nailiyyətləri  ilə  Şərqin  gözünü  qamaşdıra  bildi,  Şərq  Sabahı 

görmədi. 

Heç  bir  Şərq  ölkəsində  parlament  sistemi  özünü  doğrultmadı,  Qərb 

Fəlsəfəsi  Cərəyanlarının  heç  biri  Şərq  İdrakına  təkan  vermədi,  Şərq 

pozitivistləri Kantların, Yasperslərin yanında heç görünmürlər də. 

Şərq  öz  bədii  ənənəsini  davam  etdirmədi,  Qərb  ənənəsini  mənimsədi 

və bu səbəbdən  də Sənət Zirvəsi yarada bilmədi.  

Şərq  öz  Mədəniyyətinə  Qərbin  gözü  ilə  baxdı,  Qərb  rasionalizminin, 

praqmatizminin ölçüsüylə yanaşdı, özündən ayrıldı.  

Ona  elə  gəldi  ki,  Tarixində,  Qədimliyində  nailiyyəti  azdır,  yalnız 

Qərbləşəndən, Avropalaşandan sonra onun əsl tarixi başlanacaq.  

Şərq  özünü  inandırdı  ki,  onun  dünəni  despotçuluqdan,  qəsbkarlıqdan 

və xurafatdan ibarətdir və bu səbəbdən də onun özünə əsaslanmağa, öz 

ənənələri  əsasında  təbii  şəkildə  inkişaf  etməyə  imkanı  yoxdur,  o,  özünü 

rədd edib, Avropanı qəbul etməlidir.  

Əslində  isə  Şərqin  öz  yoluyla  getmək,  öz  ənənələri  əsasında  müasir 

mədəniyyət yaratmaq üçün hər cür imkanı var idi.   

 Zərdüştdən,  Buddadan  başlayan,  Sufilik,  Hürufilik  səviyyəsinə 

yüksələn  Fəlsəfi  İdeyalar  əsasında  orijinal  Şərq  Fəlsəfəsi  yaratmaq 

mümkün idi.  

Qərb  Şərqin  Fəlsəfi  Siqlətini  Şərqin  özündən  yaxşı  anladı,  ondan 

bəhrələndi, onun təsiriylə Həyat Fəlsəfəsi, İntivituizm  və s. yaratdı.  

Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri 

Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular… 

Şərq  öz  siyasi  tarixinə  daha  ciddi,  daha  diqqətli,  daha  yetkin 

yanaşsaydı,  onda  Şərq  despotçuluğundan  başqa  Şərq  Müdrikliyi,  Şərq 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə