Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 5,01 Kb.

səhifə7/32
tarix14.09.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   32

22 
 
satışında ( harada ki, borclu satıcıya veksel, yəni borc öhdəçiliyi verir ), pul 
ssudalarının verilməsində və ödənilməsində, maliyyə orqanları ilə olan qarşılıqlı 
pul münasibətlərində ( vergi tədiyələri, maliyyə orqanlarından vəsaitin alınması ) 
fəhlə və qulluqçulara əmək haqqlarının ödənilməsində, əhaliyə pensiya, yardım və 
təqaüdlərin verilməsində və s.istifadə edilir. Pul tədiyə vasitəsi funksiyasını yerinə 
yetirərkən vəsaitin dövranına xidmət edir. Lakin tədiyə funksiyasında pulun sərbəst 
hərəkəti ayrı – ayrı müəssisələrdə maliyyə çətinliyinə və ödənişlərin ləngiməsinə 
səbəb ola bilər. Bununla əlaqədar olaraq ödəniş intizamına   əməl olunması 
üzərində nəzarət mühüm əhəmiyyət kəsb edir. Tədiyə dövriyyəsinə elektron 
pulların daxil olması ödənişlərin sürətlənməsinə, tədavül xərclərinin ixtisarına, 
müəssisələrin rentabellik (mənfəətlilik) səviyyəsinin yüksəlməsinə imkan yaradır. 
Bu sistem ABŞ-ın ödəniş münasibətləri mexanizmində daha sürətlə tətbiq edilir. 
Həmin sistemin ünsürləri avtomatlaşdırılmış hesablaşma palatalarından, 
avtomatlaşdırılmış kassir və terminallar sistemindən ibarətdir. Elektron pulların 
bazasında kredit kartları meydana gəlmişdir. Həmin kartlar pərakəndə ticarət 
dövriyyəsini və xidmət sferasını əhatə edərək nağd pulla aparılan ödənişlərin 
sferasını müşayət edərək nağd pulla aparılan ödənişlərin ixtisarına imkan verir, 
çeklərdən istifadə sferasını məhdudlaşdırır, əmtəələrin, satışında və iqtisadiyyatda 
böhran hallarının aradan qaldırılmasına qüdrətli stimul yaradır. 
Pulun yığım funksiyası.
Pul ümumi ekvivalent olmaqla, yəni onun sahibinə 
istədiyi əmtəəni almağı təmin etməklə ictimai sərvətin ümumi təcəssümçüsü olur. 
Ona görə də insanlarda onun yığılmağına və saxlanılmasına səy əmələ gəlir. 
Dəfinə (yığım) yaradılması üçün pul tədavüldən götürülür, yəni alqı-satqı 
ə
məliyyatı kəsilir. Lakin pulun sadə yığımı və saxlancı sahibinə əlavə gəlir 
gətirmir. Metal pul tədavülü şəraitində bu funksiya pul dövriyyəsinə kor – təbii 
tənzimlənməsinin iqtisadi rolunu yerinə yetirirdi, yəni artıq pullar dəfinəyə gedir, 
pulun çatışmamazlığı isə dəfinə hesabına tamamlanırdı. Dəfinə funksiyasını tam 
qiymətli və real pullar – qızıl və gümüş yerinə yetirirdi. Əmtəə istehsalçıları pulu 
yığıb saxlayır ki, bu halda əmtəə mübadiləsinin 2 (iki) metamorfozu –satqı (Ə-P) 


23 
 
və alqı (P-Ə) aktları arasında qırılma olur, başqa sözlə əmtəənin satışı arxasınca 
digər əmtəənin satın alınması baş vermir, pul tədavüldən çıxır və dəfinəyə çevrilir. 
Kapitalizmdə sahibkara pulu saxlamaq əlverişli deyildir onu mənfəət əldə etmək 
üçün dövriyyəyə buraxır. Bundan başqa müvəqqəti azad pul vəsaitlərinin 
cəmlənməsi kapitalın dövranının zəruri şərtidir. Məhz pul ehtiyyatlarının 
yaradılması ayrı – ayrı təsərrüfatçılıq subyeklərində yaranan pozuntuların, 
cəmiyyət miqyasında yaradılmış ehtiyatlar isə xalq təsərrüfatında baş vermiş 
disproporsiyaların aradan qaldırılmasını təmin edir. Qızıl etiyatların bu təyinatı hal 
– hazırda qızılın tədavüldən yığışdırılması ilə əlaqədar olaraq aradan qalxmışdır. 
Lakin qızıl mərkəzi bankların ehtiyatlarında, dövlətin xəzinəsində dövlət, valyuta 
orqanlarında cəmlənərək dəfinə rolunu oynamaqda davam edir. Qızıl ehtiyatlarının 
kəmiyyəti dövlətin sərvətini göstərir, rezidentlərin və xaricilərin milli pul vahidinə 
etibarını təmin edir. Ölkəmizdə qızıl ehtiyatı 1997-ci ilin yanvarın 1-nə 5 ton 
olmuşdur.Bu funksiyanın mühüm əhəmiyyəti ondadır ki, dəyər nişanlarının 
hökmranlığı şəraitində pul tədavülünü kor – təbii surətdə tənzimləmək rolu artıq 
itirilmişdir.  ndi kredit pullar qızıl pul şəraitində olduğu kimi tədavül üçün lazım 
olan pulun miqdarını elastiki olaraq genişləndirə və ya azalda bilər. 
Dünya pulu funksiyası.
Pulun bu funksiyası ölkələr arasında və yaxud müxtəlif 
ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. 
Xarici ticarət əlaqələri, beynəlxalq borclar, xarici partnyorlara xidmət göstərilməsi 
dünya pulunun meydana gəlməsinə səbəb olmuşdur. Dünya pulu beynəlxalq alqı-
satqı vasitəsi xidmətini ölkələr arasında əmtəə və xidmətlərin mübadiləsinin 
tarazlığı pozulduqda görür. Dünya pulu ictimai sərvətin təcəssümü kimi bir 
ölkədən digər ölkəyə borc verildikdə, maliyyə yardımı verildikdə və ya da məğlub 
olmuş ölkə qalib gəlmiş ölkəyə təzminat verdikdə istifadə edilir. Bu halda bir 
ölkənin sərvətinin bir hissəsinin başqa ölkəyə pulun vasitəsilə köçürülməsi baş 
verir. 1867-ci il Paris müqaviləsi ilə qızıl dünya pulunun vahid forması kimi qəbul 
edilir. Beynəlxalq iqtisadi dövriyyədə ümumi alqı vasitəsi, ümumi tədiyə vasitəsi 
və ictimai sərvətin maddiləşdirilməsi kimi çıxış edir, dünya pulu funksiyasını 


24 
 
yerinə yetirir.  ctimai sərvətin maddiləşdirilməsi kimi pul milli sərvətin bir ölkədən 
digərinə keçirilməsi vasitəsidir. Qızılın beynəlxalq dövriyyədən çıxarılması valyuta 
kurslarının kortəbii tənzimlənməsi mexanizminin fəaliyyətini dayandırdı. Bu 
valyuta kurslarının (məzənnələrinin) əsaslı tərəddüdünə gətirib çıxartdı. Qızılın 
yerini aparıcı valyutalar ( ngiltərənin funt sterlinqi və ABŞ dolları) tutdular.ABŞ 
və  ngiltərə kimi dövlətlərin milli pullarını möhkəmləndirmək üçün dünya pulu 
kimi onların təşəbbüsü ilə beynəlxalq valyuta sazişləri və valyuta klirinqindən 
istifadə edilirdi. Bu məqsədlə beynəlxalq sövdələşmələrdən, valyuta bloklarından 
və valyuta klirinqlərindən istifadə edilirdi. Birinci beynəlxalq valyuta razılaşması 
1922-ci ildə Genuya konfransında bağlanıldı .Bu razılaşmaya müvafiq olaraq ABŞ 
dolları və ingilis funt-sterlinqi qızılın ekvivalentləri elan olundu və dünya pulu 
kimi beynəlxalq dövriyyəyə daxil edildi.  kinci beynəlxalq saziş 1944-cü il iyun 
ayının 22-də Bretton-Vuds konfransında bağlandı. Bununla da qızıl-valyuta 
standartının təməli qoyuldu. Yəni dollar digər valyutalar arasında vasitəçi rolunu 
oynamağa başladı. 
 
 
 
 
 
 
 
 
 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə