Microsoft Word Logistika muhazir? konspekti 85 seh


NƏQLİYYAT LOGİSTİKASINDA EHTİYATLAR



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə57/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   53   54   55   56   57   58   59   60   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

NƏQLİYYAT LOGİSTİKASINDA EHTİYATLAR 
 
Ehtiyatların təsnifatı 
Ehtiyatlar müəssisələrin siyasətini müəyyən edən və bütövlükdə logistik 
xidmətin səviyyəsinə təsir edən amillərdən biri olaraq böyük kapital qoyuluşu tələb 
edir. Mal-material ehtiyatları, bir növ sığorta (ehtiyat) olaraq, həmişə maddi- 
texniki təchizatın çevik fəaliyyətini təmin edən amil hesab edilir. Mal-material 
ehtiyatlarının üç növü var: xammal, istehsal mərhələsində məhsul və hazır məhsul. 


64 
Öz növbəsində onlar təyinatından asılı olaraq lazımi hissələrə bölünür: keçid, 
dövri, sığorta. 

keçid ehtiyatlarına bir logistik sistemdən digərinə hərəkət edən texnoloji 
ehtiyatlar aiddir; 

dövri ehtiyatlara bir partiyalıq və ya orta statistik istehsal dövründə yaradılan 
cari ehtiyatlar aiddir; 

sığorta ehtiyatlarına tələbatın gözlənilməyən dəyişilməsi halları üçün təşkil 
olunmuş ehtiyatlar və s. aiddir. 
Mal-material ehtiyatlarının yaradılmasının əsas səbəbi istehsal fəaliyyəti 
subyektlərinin iqtisadi təhlükəsizliyinə nail olmaq istəyidir. 
Logistik sistemdə ehtiyatlara aşağıdakılar daxildir: 

material dəyəri olan, istehlakı gözləyən xammallar; 

material dəyəri olan, istehlakı gözləyən materiallar; 

material dəyəri olan, istehlakı gözləyən yarımfabrikatlar; 

material dəyəri olan, istehlakı gözləyən hazır məhsullar. 
Defisitin proqnozlaşdırılması 
– ehtiyatların yaradılmasına ən güclü stimuldur. 
Ehtiyatlarda defisit olduğu halda xərclərin bir neçə səviyyəsi mövcud olur: 
1.
Yerinə yetirməmə və ya sifarişin ləngiməsi ilə əlaqədar yaranan xərclər. 
Defisit sifarişin hazırlanması və göndərilməsi əlavə xərclərə səbəb olur. 
2.
Daimi müştərinin itirilməsi halında xərclər. Sifarişçi başqa firmanı 
axtarmağa məcbur olduqda yalnız ticarət sazişi deyil, həm də daimi müştəri itirilir. 
3.
Lazımi malın olmaması vaxtı itirilən xərclər (material, xammal və s.) – 
sifarişçi onu başqa firmada axtarmağa məcbur olur. Buraxılmış və ya həyata 
keçirilməmiş ticarət sazişlərinin qiyməti ehtiyatlarda defisitin qiymətindən 
aşağıdır. Bura məhsulun istehsalına sərf olunan vaxtı, iş vaxtını, mürəkkəb 
texnoloji proseslər arasında keçidlərlə bağlı vaxt itkisini daxil edilir. 
Logistik zəncirin kəsilməz işini təmin etmək üçün zəncirin bütün 
mərhələlərində daşınan yük müəyyən ehtiyata malik olmalıdır. Logistik sistemdə 
zəncirin müxtəlif yerləri üçün bu ehtiyatlar müxtəlifdir. Müxtəliflik həm həcmi 
mənada, həm də xarakteristika (yükün növü) mənasındadır. Zəncirin başlanğıcı 
üçün ehtiyatlar xammal şəklindədir. Bəzi logistik sistemlər üçün bu başlanğıcda 
material şəklində ola bilər. İstehsalçı müəssisələr üçün bu ehtiyat yarım fabrikat və 
ya tərkib hissələri (Bakıda kompüter yığılması prosesi və ya Şamaxıda Azsamant- 
ın yığılması) logistik zəncirin sonu üçün adətən ehtiyatlar hazır məhsul və ya hazır 
mal formasında olur. Göründüyü kimi zəncir üzrə ehtiyatların çeşidləri çox 
müxtəlifdir. Əgər logistik şəbəkə özü də mürəkkəbdirsə onda şəbəkənin hər bir 
subyekti üçün ehtiyatların çeşidləri ilə yanaşı onların miqdarı da çox müxtəlif 
olacaq. Bu o deməkdir ki, logistik sistemdə optimal idarə olunmanın başlıca 
amillərindən biridə şəbəkənin bütün subyektləri üzrə ehtiyatların düzgün idarə 
olunması amildir. Burada iki yanaşma mümkündür: 
1.
Ehtiyatların kifayət qədər çox qəbul olunması “artıq ehtiyat cibə darlıq 
etməz”, bu halda şəbəkənin fasiləsizliyini təmin etmək çox asandır. 
2.
Ehtiyatların miqdarının az olması. 


65 
Hər iki kənar yanaşma logistik baxımdan zərərlidir. Birinci yanaşmada 
saxlanma zəncirləri çox böyük olur. Çünki böyük anbarlar və böyük kapital 
qoyuluşu tələb olunur, ikinci halda cərimə ödəyirik. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə