Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Logistik informasiya sistemi



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   61   62   63   64   65   66   67   68   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistik informasiya sistemi 
− aktual, vaxtında olan və dəqiq informasiyanın 
toplanması, təsnifatı, analizi, qiymətləndirilməsi və istifadəsinin daimi işlək 
sistemidir. Onun məqsədi logistik planlaşdırmanın təkmilləşdirilməsi, həyata 
keçirilməsi və logistik tədbirlərin yerinə yetirilməsinə nəzarətin təmin edilməsidir. 
İnformasiyanı dörd köməkçi sistemin köməyi ilə toplayır və təhlil edirlər. 
Bunlar məcmu halda aşağıdakıları təşkil edir: 

daxili haqq-hesab, 

bazar tədqiqatları, 

informasiyanın analizi 

cari xarici informasiyanın toplanması. 
Müəssisənin parametrlərinin təyini vaxtı maliyyə və mühasibat hesabatı 
xüsusi rol oynayır. Daxili haqq-hesabın bu sistemi cari satış, xərclərin cəmi, maddi 
ehtiyatların həcmləri, pul vasitələrinin hərəkəti, debitor və kreditor borc haqqında 
informasiya göstəricilərini əks etdirir. 
Mühasibat uçotundan və maliyyə analizindən başqa çatdırma müqavilələri
təsərrüfat əlaqələri üzrə tərəfdaşlar tərəfindən müqavilələrin icrası haqqında 
məlumatlar, əvvəllər aparılmış analizlərin nəticələri, müəssisənin işgüzar 
korrespondensiyası, logistik fəaliyyətin həyata keçirilmə məsələləri üzrə iclasların 
protokolları istifadə edilir. 
Daxili informasiya üçün onun toplanmasının fasiləsizliyi böyük əhəmiyyətə 
malikdir. Bu müəssisənin işində tam aydınlığı, həmçinin bazara lazımi həcmdə 
lazımi mal verilməsi mümkünlüyünü təmin edir. 
Xarici informasiyanın toplanma sistemi özündə aşağıdakıları əhatə edir: 

Azərbaycan Respublikası üzrə statistik illik məcmuələr; 

ərazi, region üzrə statistik informasiya; 

sahibkarlar ittifaqlarının xəbərləri; 

sahələrin informasiyası; 

birjaların xəbərləri; 

bankların informasiyası; 

istehsal, tədarük, ticarət vəziyyəti haqqında xəbərlər; 


74 

iqtisadi hadisələr haqqında reportajlar; 

pulsuz qəzet elanları və s. 
Xarici informasiyanın mənbəyi həmçinin də təchizatçılar, müştərilər
vasitəçilər, əməkdaşlarla söhbətlərdir. Xarici informasiyanın analizi gedişində 
sənaye sahəsinin və ticarətin inkişafı, qanunvericilikdə dəyişikliklər, müəssisənin 
və anbarlar sisteminin yerinin seçimi, ticarət-texnoloji proseslərin təşkili, digər 
yerli və xarici müəssisələrdə logistik idarəetmə metodlarının tətbiqinin nəzəriyyə 
və praktikasının və s.-nin əsas tendensiyalarını aşkar etmək olar. Tam 
informasiyaya malik olma təchizatçıların, sifarişçilərin, daşıyıcıların, vasitəçilərin 
və s.-nin seçimi problemlərini daha effektiv həll etməyə imkan verir. 
Daxili və xarici informasiya yaranma periodikliyinə, təyinatına və emal 
olunmaya münasibətindən asılı olaraq müxtəlif xarakter daşıya bilər. 
Yaranmanın periodikliyinə görə informasiya belə bölünür: 

daimi, 

dəyişən, 

epizodik. 
Daimi informasiya 
− makrologistik mühitin uzun müddət ərzində dəyişməz 
amillərini əks etdirir. 
Dəyişən informasiya 
− logistik obyektin fəaliyyətinin faktiki keyfiyyət və 
miqdar xarakteristikalarıdır. 
Epizodik informasiya 
− bu və ya digər logistik problemləri həll etmək lazım 
olduqca formalaşır. 
Təyinatına görə informasiya belə bölünür: 

sorğu, 

tövsiyə edilən, 

normativ, 

siqnal. 
Sorğu informasiyası 
tanışlıq xarakteri daşıyır, logistikanın nisbətən sabit 
obyektlərini, əlamətlərini əks etdirir və müəssisələrə aid məlumat kitabçaları 
sistemi, məhsulun texniki-istismar xarakteristikaları, qiymətlər, tariflər və s. 
şəklində təqdim edilir. 
Tövsiyə edilən informasiya 
çap nəşrlərində dərc edilən logistik sistemlərin və 
ya məlumatların xüsusi analizi əsasında formalaşır. O malların satış proqnozlarını, 
bazarların, təchizatçı-firmaların, vasitəçi-agentlərin və s.-nin seçimi prioritetlərini 
əhatə edir. 
Normativ informasiya
əsasən istehsal sferasında formalaşır və istehsalın 
müxtəlif elementlərinin norma və normativlərini, həmçinin normativ qanunverici 
aktları özündə əks etdirir. 
Siqnal 
informasiyası, 
adətən 
logistik 
fəaliyyətin 
obyektlərinin 
planlaşdırılandan faktiki kənarlaşmaları meydana çıxdıqda yaranır. Kənara çıxma 
səbəbləri üzə çıxdıqdan sonra onların aradan qaldırması üçün nizama salma 
informasiyasında əks etdirilənə uyğun tədbirlər yerinə yetirilir. 


75 
Logistik sistemlərdə dövr edən informasiyanın emalı maddi axınları idarə 
etmə prosesinin əsasını təşkil edir. Bununla bağlı olaraq logistikanın əsas 
anlayışlarından biri də informasiya axını anlayışıdır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə