Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Çatdırma sisteminə qoyulan əsas tələblərə aşağıdakılar daxildir



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   65   66   67   68   69   70   71   72   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Çatdırma sisteminə qoyulan əsas tələblərə aşağıdakılar daxildir: 

gömrük rəsmiləşdirmə proseduruna köməklik göstərilməsi; 

çatdırmanın tələb olunan vaxtının təmin olunması; 

daşıma və saxlanmada yükün qorunması; 

çatdırma xərclərinin minimum olması. 
Yüklərin çatdırılma sisteminin layihələndirilməsinin əsas mərhələləri 
bunlardır: 

sifarişin emalı və çatdırma sisteminə tələblərin müəyyənləşdirilməsi

çatdırma sisteminin mümkün variantlarının işlənməsi; 

çatdırma sistemi variantlarının keyfiyyətinin qiymətləndirilməsi; 

optimal çatdırma sistemi variantının seçilməsi və müqavilələrin bağlanması. 
Çatdırma sxeminin layihəsi 
 
 
 
 
 
Sifarişin qəbulu, çatdırma ilə bağlı sifarişçinin qoyduğu tələblərin 
müəyyənləşdirilməsi 
Çatdırmanın mümkün variantlarının işlənib hazırlanması 
Çatdırmanın variantlarının əsasən keyfiyyət göstəricilərinə 
qiymətləndirilməsi (vaxt, qiymət, yükün keyfiyyətinin saxlanılması) 
Çatdırma variantı üzrə bütün istehlakçılarla müqavilələrin 
bağlanması 
Daşıma prosesinin yerinə yetirilməsi 


78 
Göstərilən sxem üzrə çatdırma prosesi daşımanın və çatdırmanın miqyasından 
(ölkədaxili və ya beynəlxalq) asılı olaraq seçilir və ya dəyişdirilə bilər. 
NLS-ə aşağıdakı nəqliyyat növləri daxildir

1.
Avtomobil nəqliyyatı; 
2.
Dəmiryol nəqliyyatı; 
3.
Dəniz nəqliyyatı; 
4.
Daxili su (çay) nəqliyyatı; 
5.
Hava nəqliyyatı

NLS-də müxtəlif nəqliyyat növlərinin tətbiqində 
əsas müqayisə göstəriciləri 
bunlardır: 

istismar xərclərinin səviyyəsi; 

kapital qoyuluşu; 

hərəkət sürəti və çatdırma müddəti; 

daşıma və buraxma imkanın olması. 

müxtəlif şəraitlərdə manevrlilik

daşımaların fasiləsizliyi və etibarlılığı; 

daşınan yükün qorunmasının təminatı; 

nəqliyyat vasitəsi və yükləmə-boşaltma avadanlıqlarından səmərəli istifadə 
şəraiti. 
Müqayisə göstəricilərinə əsasən NLS-də istismar xərclərinin səviyyəsi 
baxımından daha üstün nəqliyyat dəmiryolu, müxtəlif şəraitlərdə manevrlilik 
baxımından daha üstün nəqliyyat növü avtomobil nəqliyyatı, hərəkət sürəti və 
çatdırma müddəti baxımından daha üstün nəqliyyat hava nəqliyyatı, daşımaların 
fasiləsizliyi və etibarlığı baxımından daha üstün nəqliyyat növü dəmiryol 
nəqliyyatıdır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə