Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Beynəlxalq təcrübəyə uyğun olaraq çatdırmanın standart baza şərtləri



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   65   66   67   68   69   70   71   72   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Beynəlxalq təcrübəyə uyğun olaraq çatdırmanın standart baza şərtləri 
bunlardır


çatdırma yeri və vaxtı; 

çatdırma üsulu; 

riskin paylanması; 

sığorta. 
YÜKLƏRİN ÇATDIRMA SİSTEMİNİN İŞTİRAKÇILARI 
ÇATDIRMA PROSESİNDƏ GÖMRÜK PROSEDURLARI 
 
Çatdırma sisteminin iştirakçıları aşağıdakılardır

1.
Ekspedisiya şirkətləri
2.
Daşıyıcı; 
3.
Anbarlar; 
4.
Nəqliyyat logistik firma (nəqliyyat prosesini təşkil edənlər). 
Ekspedisiya şirkətləri Dünyada geniş yayılıb. Yük satan və yük alan çatdırma 
və onunla bağlı səlahiyyətlərini bütövlükdə və ya qismən fiziki və ya hüquqi şəxs 
qismində, müqavilə əsasında onlara verir. Onlar yükü müqavilə şərtləri ilə qəbul 


79 
edir. Bundan sonra çatdırma ilə bağlı bütün əməliyyatlar onlar tərəfindən yerinə 
yetirilir. Bu əməliyyatlara aşağıdakılar daxildir: 
1.
Yükün formalaşdırılması (mərkəzləşdirilməsi); 
2.
Nəqliyyat növünün seçilməsi; 
3.
Gömrük prosedurlarını icra edilməsi (beynəlxalq daşımadırsa); 
4.
Yükləmə-boşaltma işlərini yerinə yetirilməsi (bütün hallarda yox); 
5.
Çatdırma ilə bağlı bütün sənədləşmə məsələlərinin həll edilməsi (vergi, 
sığorta və s.). 
Digər ekspedisiya şirkətləri ilə (ölkədaxili və ya xarici) informasiya 
mübadiləsi edilir. 
Gömrük prosedurları 
− bu prosedurlar beynəlxalq çatdırma sistemində 
nəzərdə tutulur. Bu daşımalar ən azı 2 ölkə ərazisini əhatə etməlidir. 
Gömrük prosedurları iki tərəfli və ya çox tərəfli ölkələrarası müqavilələrlə və 
həmçinin beynəlxalq gömrük konvensiyası, beynəlxalq və milli qanunvericiliyə 
(gömrük kodeksinə) əsasən icra olunur. Bunlar müxtəlif ola bildiyindən, 
proseduralar da müxtəlif ola bilər. Beynəlxalq çatdırma sisteminin böyük 
əksəriyyəti beynəlxalq konvensiyanın tələblərinə əsasən yerinə yetirilir. Bu halda 
çatdırma üçün beynəlxalq nəqliyyat dəhlizlərinin optimal variantı seçilir. Burada 
dəhlizin daha az ölkədən və ya gömrük prosedurları yaxın (oxşar) olan ölkələrin 
ərazisindən keçməsi əsas götürülür. Beynəlxalq dəhlizlər beynəlxalq ticarətin 
inkişafını təmin etməyə əsasən müəyyən edilir. Ona görə də dəhliz variantı 
seçilərkən ümumdünya ticarət təşkilatı (ÜTT) ölkələrinin ərazisi daha çox əhatə 
olunur. Dəhliz üzrə çatdırmanın sadələşdirilməsi məqsədi ilə həm vahid 
sənədləşmə, həm də ÜTT-nin qəbul etdiyi “İnkoterms” istifadə olunur. 
Çatdırmanın Beynəlxalq standart baza şərtləri İnkoterms-də əks olunub. İnkoterms 
beynəlxalq ticarətdə vahid terminlər toplusudur, 3 hərfdən ibarət abreviatura kimi 
işlədilir. İnkoterms 2000-də çatdırmanın 13 termini var idi. İnkoterms 2010-da 
terminlərin sayı azaldılıb və hazırda 11 termindən istifadə edilir. Bu terminlər 
bütün üzv dövlətlərdə eyni anlayışların eyni cür işarələnməsi məqsədi daşıyır. 
Onların tətbiqi həmin anlayışların müxtəlif dövlətlərdə eyni formada dərk 
olunmasına imkan verir. İnkoterms 4 qrupa bölünür: E, F, C, D. Hər qrup 
çatdırmanın müxtəlif variantlarının terminlərini nəzərdə tutur. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə