Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   65   66   67   68   69   70   71   72   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Yunimodal çatdırma 
– burada operator bir nəqliyyat növü ilə işləyir. 
Multimodal və intermodal çatdırma 
– ən azı iki nəqliyyat növü olur və 
müxtəlif nəqliyyat növləri cəlb olunur. Yükün bir nəqliyyat növündən digərinə 
çatdırılması eyni sənədlə, yük sahibinin iştirakı olmadan həyata keçirilir. 
Multimodal və intermodal daşımalarda yük göndərənlə müqavilə daşıma 
zəncirində birinci daşıyıcı ilə bağlanır. Yükün çatdırma sürəti və məsuliyyətlik 
dərəcəsi yüksəlir. Multimodal daşımalar adətən bir ölkənin daxilində, intermodal 
daşımalar isə beynəlxalq çatdırmada istifadə edilir. Multimodal daşımaları daşıyıcı 
özü, intermodal daşımaları isə kənar kompaniyaların köməyi ilə həyata keçirir. 
BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZLƏRİ 
 
Beynəlxalq nəqliyyat dəhlizi (BND) − ümumi istifadədə olan nəqliyyatı 
(dəmir yolu, avtomobil, dəniz, boru kəməri) və telekommunikasiyaları baş 
istiqamətlər üzrə toplayan yüksək texnologiyalı nəqliyyat sistemidir. BND vahid 
gömrük və ya iqtisadi sahə daxil olmaqla preferensial (xüsusi) rejim şəraitində 
daha effektiv işləyir. Ekspeditor xidmətinin yüksək keyfiyyəti ilə uyğunluqda 
maddi, maliyyə və informasiya axınlarının konsentrasiyası kapitalın dövriyyəsinin 
sürətlənməsini və malların daşınmasının sinxronlaşdırılmasını təmin edir. 
Beynəlxalq nəqliyyat dəhlizi ölkəsinin əsas məsələləri aşağıdakılardır


milli nəqliyyat infrastrukturunun balanslı inkişafı; 

intermodal nəqliyyat zəncirində müxtəlif nəqliyyat növlərinin qarşılıqlı 
əlaqəsinin təmini; 
Müştəri 
Banklar 
Gömrük postu 
Terminal 
İnteqrasiya 
sisteminin operatoru 
Ekspedisiya şirkəti 
Dəmir yolu nəqliyyatı 
Avtomobil nəqliyyatı 


83 

daşıma keyfiyyətinin yüksək və nəqliyyat xərclərinin minimum olması; 

beynəlxalq dəhlizə əlavə yük axınlarının cəlb edilməsi. 
SSRİ-nin dağılması Avropa ilə Asiyanı birləşdirən «Böyük İpək yolu»nun 
bərpa edilməsini aktuallaşdırdı. 1993-cü ilin mayında Avropa Birliyinin təşəbbüsü 
ilə TACİS proqramı çərçivəsində «Böyük İpək yolu»nun bərpasının bünövrəsi 
qoyuldu. 
TRACECA proqramı Avropanı «Qara dənizdən, Qafqazdan, Xəzər 
dənizindən keçməklə Orta Asiya, Çin, Əfqanıstan, Pakistan və s. ölkələrlə 
birləşdirəcək alternativ nəqliyyat dəhlizi yaratmaq konsepsiyası əsasında 
qurulmuşdur. Avropa Birliyinin təşəbbüsü ilə yaranan TRACECA layihəsinin dörd 
əsas məqsədi var: 

yeni nəqliyyat marşrutları yaratmaqla Qafqaz və Orta Asiya 
respublikalarının Rusiyadan yan keçməklə dünya bazarına çıxmaq imkanını 
genişləndirmək, onların siyasi və iqtisadi müstəqilliyini müdafiə etmək; 

regional əməkdaşlığı genişləndirmək; 

TACİS-in imkanlarından daha intensiv istifadə edərək beynəlxalq maliyyə 
təşkilatlarının xətti ilə investisiyalar cəlb etmək

TRACECA marşrutunu Transavropa şəbəkəsi ilə əlaqələndirmək. 
Ümummilli lider H.Ə.Əliyevin şəxsi təşəbbüsü ilə 1998-ci il sentyabrın 7–8- 
də 32 ölkənin və 13 beynəlxalq təşkilatın iştirakı ilə «Tarixi İpək yolu»nun bərpası 
ilə əlaqədar Bakıda keçirilən Beynəlxalq Konfrans TRACECA proqramı 
çərçivəsində görülən işləri konkretləşdirdi. Konfransda Avropa – Qafqaz – Asiya 
dəhlizinin inkişafı ilə bağlı beynəlxalq nəqliyyat haqqında «Əsas Çoxtərəfli 
Müqavilə» imzalandı. Müqavilə hava nəqliyyatından başqa bütün nəqliyyat növləri 
üzrə TRACECA ölkələrinin nəqliyyat siyasətlərini ahəngləşdirmək məqsədi 
daşıyırdı. Müqaviləyə uyğyn olaraq daimi fəaliyyət göstərən hökumətlərarası 
komissiya və katiblik yaradıldı, TRACECA proqramının iştirakçısı olan hər bir 
dövlət milli koordinator müəyyən etdi. Belə idarəetmə strukturunun yaradılmasının 
məqsədi proqramın ümumi müvəffəqiyyətini təmin etmək idi. 
Cənubi Qafqaz və Orta Asiya respublikaları ilə yanaşı Ukrayna, Moldova, 
Monqolustan, Bolqarıstan, Rumıniya və Türkiyənin TRACECA-ya qoşulması 
onun coğrafiyasını genişləndirdi. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə