Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   62   63   64   65   66   67   68   69   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

İnformasiya axını 
– logistik əməliyyatları idarə etmə və nəzarət üçün lazım 
olan xəbərlərin məcmusudur, bunlar həm sistemin özündə, həm də bu sistemlə 
xarici mühit arasında dövr edir. İnformasiya axını kağız və elektron sənədlər 
şəklində mövcud ola bilər. 
Logistikada informasiya axınlarının aşağıdakı növləri seçilir: 
1.
Axınları əlaqələndirən sistemlərin növündən asılı olaraq – üfüqi və şaquli; 
2.
Keçilmə yerindən asılı olaraq – xarici və daxili; 
3.
Logistik sistemə nəzərən istiqamətindən asılı olaraq – giriş və çıxış. 
İnformasiya axını maddi axını qabaqlaya, onunla eyni zamanda ola və ya 
ondan sonra gələ bilər. Bununla bərabər informasiya axını maddi axınla həm eyni 
istiqamətə, həm də onun əksi tərəfə yönələ bilər: 

əks istiqamətdə qabaqlayıcı informasiya axını, bir qayda olaraq, sifariş 
haqda məlumatı daşıyır; 

düz istiqamətdə qabaqlayıcı informasiya axını – yükün gəlməsi haqda ilkin 
xəbərdir; 

maddi axınla eyni zamanda, düz istiqamətdə maddi axının miqdar və 
keyfiyyət parametrləri haqda informasiya gedir; 

maddi axının ardınca, əks istiqamətdə yükün qəbulunun miqdarı və ya 
keyfiyyəti, müxtəlif iddialar, sübutlar haqqında informasiya keçə bilər. 
İnformasiya axını hərəkət edən yol, ümumi mənada maddi axının hərəkət 
marşrutuna uyğun gəlməyə bilər. 
İnformasiya axını aşağıdakı göstəricilərlə səciyyələnir: 

yaranma mənbəyi; 

axının hərəkət istiqaməti; 

ötürülmə və qəbul sürəti

axının intensivliyi və s. 
Hazırda elmi-texniki inkişaf ilə əlaqədar işlərin asanlaşdırılması üçün 
informasiya axınlarının idarəetmə sistemlərinin avtomatlaşdırılması imkanı 
meydana çıxır. 
Avtomatlaşdırılmış informasiya sistemlərinin tətbiqinin üstünlükləri 
aşağıdakılardır: 
1.
Tədarük prosedurları məlumatlarının kompüterləşmiş işlənməsi əl emalını 
minimuma qədər azaldır. Bu mümkün səhvlərin sayını və emal vaxtını azaldır; 
2.
Qeydiyyat informasiyası birinci tələbə görə daha dəqiq və əlçatan olur. Bu 
danışıqlara daha yaxşı hazırlaşmanı, yaxşı qiymətləri və keyfiyyəti təmin edir; 
3.
Məlumatların böyük həcminin emalı yüngülləşir; 
4.
Operativ fəaliyyət operativ məlumatların mövcudluğu və əməliyyatlar 
üzərində artırılmış nəzarət hesabına yaxşılaşır. 


76 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə