Microsoft Word Logistika muhazir? konspekti 85 seh


İNFORMASİYA LOGİSTİKASI. İNFORMASİYA AXINLARI



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   60   61   62   63   64   65   66   67   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

İNFORMASİYA LOGİSTİKASI. İNFORMASİYA AXINLARI, 
TƏSNİFATI, GÖSTƏRİCİLƏRİ VƏ İDARƏ OLUNMASI 
 
İNFORMASİYA LOGİSTİKASI 
 
Maddi axınların hərəkəti və onun nəticələri onlarla bağlı informasiya 
axınlarının hərəkətindən asılıdır. 
Logistik informasiya 
− müəssisənin logistik sisteminin idarə edilmə 
prosesinin təminatı üçün lazım olan, məqsədyönlü toplanan məlumatlardır. 
Müəssisədə 
logistikanın informasiya təminatı 
informasiyanın proqnozu, 
emalı, qeydiyyatı və analizi üzrə fəaliyyəti təşkil edir. 
Lazımi vaxtda informasiya mübadiləsi olmadan logistik fəaliyyətin həyata 
keçirilməsi mümkün deyil. İnformasiya müxtəlif bölmələrin işinin koordinasiya 
olunmasına imkan yaradır. Lazımi informasiyaya malik olunmazsa logistikanın heç 
bir istiqaməti öz məsələsini yerinə yetirə bilməz. 
Əmtəə hərəkətinin problemləri üzrə məlumatların sistematik toplanmasını və 
analizini təşkil edən 
logistik tədqiqatlar 
effektiv idarəetmə qərarlarının qəbulu 
üçün əvəzolunmaz vasitədir. 
Daha geniş informasiyanın alınması aşağıdakılarla şərtlənir: 

maddi axını idarə etmədə ənənəvi yanaşmadan logistik yanaşmaya keçid; 

satıcı bazarından alıcı bazarına keçid; 

qiymətlərdə rəqabətdən qeyri-qiymət rəqabətinə (logistik xidmətin inkişafı) 
keçid və s. 
İnformasiya logistik fəaliyyətin bütün istiqamətlərində istifadə olunur. 
İnformasiyaya tələb, artıq əsas logistik proseslərin planlaşdırılması 
mərhələsində yaranır. 
Tədarük mərhələsində təchizatçılar, buraxılan mallar, yeniliklər haqqında 
informasiya istifadə olunur. Burada kənardan daxil olan informasiya ən yaxşı 
təchizatçını seçməyə kömək edir. Mikrologistik sistemdən daxil olan informasiya, 
ehtiyatların mövcudluğu, istehsal gücləri və müəssisənin maliyyə sabitliyi 
haqqında məlumatlara əsaslanaraq materiallara, xammalla və yarımfabrikatlara 
sifarişi savadlı tərtib etməyə imkan verir. Tərəfdaş müəssisələr arasında 
informasiya mübadiləsi çatdırma şərtləri və müddətləri haqqında razılığa nail 
olmağa imkan verir. 
Məhsulun nəql edilməsi vaxtında informasiya böyük əhəmiyyətə malikdir. 
Müəssisə mövcud məlumatlar əsasında daşınan yükə uyğun nəqliyyat vasitəsinin 


73 
növünü və tipini müəyyən edə və optimal tarifli ekspedisiya firmasını seçə bilər. 
Burada normativ-hüquqi informasiya son dərəcə əhəmiyyətlidir, çünki daşımaların 
bütün növləri bir sıra qanunverici aktlara tabe olur. Bundan başqa, daşınan yük 
haqqında informasiyanın mövcudluğu onun nəql edilməsi üçün optimal şəraitləri 
yaratmağa, yükləmə-boşaltma işlərini düzgün təşkil etməyə imkan verir. 
Çatdırılma zamanı yükün faktiki vəziyyəti haqqında informasiya ilə yükü müşayiət 
edən sənədləşmənin tutuşdurulması iddiaların təqdimatı üçün əsas olur. 
Anbarlaşma sistemlərinin təşkili vaxtı anbar şəbəkəsinin inkişafı haqqında 
iqtisadi hesablamaların göstəricilərindən, anbar proseslərinin təşkilinə qoyulan 
normativ, sanitar-gigiyenik tələblərdən istifadə edirlər. Bundan başqa, ehtiyatların 
faktiki vəziyyəti haqqında vaxtında alınmış informasiya ehtiyatların optimal 
miqdarının hesablanmasına, həmçinin onların qorunma təminatı üçün şəraitlərin 
yaradılmasına, oğurluğun və malın xarab olmasının qarşısının alınmasına imkan 
yaradır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə