Microsoft Word Logistika muhazir? konspekti 85 seh


LOGİSTİKANIN NƏQLİYYAT TƏMİNATI



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   63   64   65   66   67   68   69   70   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

LOGİSTİKANIN NƏQLİYYAT TƏMİNATI 
YÜKLƏRİN ÇATDIRMA SİSTEMİNƏ QOYULAN TƏLƏBLƏR 
Logistik sistemin mövcudluğunun təməl elementi nəqliyyatdır. 
Logistik 
sistemdə nəqliyyatın əsas rolu 
material axının yerdəyişməsi və logistik 
subyektlərin əlaqələndirilməsidir

Nəqliyyat logistik sistemin bütün elementlərini 
bir-biri ilə əlaqələndirir və eyni zamanda daşıma prosesini yerinə yetirir. Bu iki 
funksiya hesabına logistik sistem mövcud olur. Logistik sistemin hər iki sonluğunu 
əlaqələndirən nəqliyyatdır. Hər iki sonluq üçün iqtisadi baxımdan başlıca göstərici 
qiymətdir (maliyyədir). Qiymətin formalaşmasında nəqliyyatın xüsusi çəkisi çox 
böyükdür. Ona görə də logistik sistemin nəqliyyat təminatı hər iki tərəfi qane edən 
hər hansı bir sistem olmalıdır. 
Nəqliyyat sisteminin müxtəlif formaları var. Lakin idarəçilik baxımından 
əsasən 2 sistem fərqləndirilir: 
1.
Vahid nəqliyyat sistemi; 
2.
Nəqliyyat logistik sistem (NLS). 
Bu iki sistemi bir birindən fərqləndirən xüsusiyyətlər aşağıdakılardır: 
a)
Vahid nəqliyyat sistemi və nəqliyyat logistik sistem hər ikisi müxtəlif 
növlərin qarşılıqlı əlaqəsini nəzərdə tutsa da müxtəlif sosial-iqtisadi, təşkilati və 
fəlsəfi prinsiplərə əsaslanır. 
b)
Vahid nəqliyyat sistemində mərkəzləşdirilmiş komanda − idarəçilik 
prinsipi əsas götürülür, yəni bütün nəqliyyat mərkəzi hökumət tərəfindən idarə 
olunur. Müxtəlif nəqliyyat növlərinin seçimindəki sərbəstlik çox az olur. 
Nəqliyyatın eyni növləri (məsələn, avtomobil nəqliyyatı) arasında rəqabət prinsipi 
olmur. Əsas iqtisadi kriteriya kimi dövlətin marağı olur və birinci yerdədir. 
c)
NLS bazar iqtisadiyyatı sisteminin prinsiplərinə əsaslanaraq yaranan 
sistemdir. Logistik sistemi idarə edən tərəfindən nəqliyyatın seçimi sərbəstdir. 
Nəqliyyatın eyni və müxtəlif növləri arasında rəqabət mövcuddur. Önəmli kriteriya 
şəbəkənin başlanğıc və sonunun iqtisadi maraqlarıdır. Logistik sistemdə ümumi 
xərclərdə nəqliyyatın payı 50%-ə qədər ola bilər. Bu əsasən daşınan yükün 
növündən asılıdır. Xammal, daş kömür, filiz, inşaatın ilkin xammallarının (qum, 
çınqıl) daşınmasında logistik sistemin iştirakçıları minimum olduğundan (emal 
müəssisələri yoxdur) nəqliyyatın payı 50% təşkil edir. Dəmir yolu nəqliyyatında 
nəqliyyat logistik sistemin maraqları baxımından yüklər 3 sinfə bölünür: 
1.
Xammal və neft məhsulları – 50%; 
2.
İlkin tələbat və yeyinti məhsulları – 15 - 20%; 
3.
Hazır məhsullar – 5 - 10%. 
NLS tələbləri baxımından dəmiryol nəqliyyatında daşımalarda 
I qrup yüklərə


kömür; 

filiz; 

tikinti materialları. 
II
 
qrup yüklərə


neft; 

neft məhsulları; 


77 

zəruri ərzaq malları; 
III
 
qrup yüklərə 
isə hazır mallar aiddir. 
LNS-in ən mürəkkəb məsələsi nəqliyyat təminatının optimal variantını 
seçməkdir. Buna görə də müasir dövrdə bu məsələni nə satan (nə istehsalçı), nə də 
istehlakçı həll etmir. Bütün bu funksiyanı logistik firmalar yerinə yetirir. Çox az 
hallarda böyük istehsal şirkətlərinin öz logistik firmaları olur. NL şirkət qarşıya 
qoyulan bu məsələni həll etmək üçün müəyyən sualları özündə cəmləşdirən blank 
formaları tərtib etməlidir. Bu formada aşağıdakı suallar olur: 
1.
Sifarişçi haqqında mükəmməl məlumat
2.
Yükün adı, miqdarı və saxlanma şəraiti; 
3.
Göndərmə və təyinat (qəbul etmə) yeri; 
4.
Göndərmə və çatdırma vaxtı; 
5.
Çatdırma ilə bağlı tələb olunan əlavə xidmətlər; 
6.
Çatdırma keyfiyyəti ilə bağlı sifarişçinin qoyduğu digər tələblər. 
Bu sualları topladıqdan sonra çatdırmanın layihə sxemi hazırlanır və bu 
sxemə əsasən NLS fəaliyyətə başlayır. Yüklərin çatdırma layihə sxemi aşağıdakı 
kimidir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə