Microsoft Word Logistika muhazir? konspekti 85 seh


E qrupu  – Göndərilmə yeri (Departure)  EXW



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   65   66   67   68   69   70   71   72   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

E qrupu 
– Göndərilmə yeri (Departure) 
EXW 
(ing. Ex Works – “franko zavod”) – göstərilən yer. Mal alıcıya və ya 
onun tutduğu daşıyıcıya satıcının anbarında (zavodda, fabrikdə, mağazada və s.) 
verilir. 
F qrupu 
(Main Carriage Unpaid) – Əsas daşıma ödənməyib: 
FCA 
(ing. Free Carrier – “franko daşıyıcı”) – göstərilən yer, mal sifarişçinin 
daşıyıcısına göstərilən yerdə çatdırılır. 
FAS 
(ing. Free Alongside Ship – “gəminin bortu üzrə azad”) – yüklənmə 
limanı göstərilir, mal sifarişçinin gəmisinə çatdırılır. 
FOB 
(ing. Free On Board – “franko bort”) – yüklənmə limanı göstərilir, yük 
sifarişçinin gəmisinə yüklənir. 


80 
C qrupu 
(Main Carriage Paid) – Əsas daşıma ödənib: 
CFR 
(ing. Cost and Freight – "qiymət və fraxt") - təyinat limanı göstərilir, 
mal sifarişçinin limanına çatdırılır (boşaldılmadan). 
CIF 
(ing. Cost, Insurance and Freight − "qiymət, sığorta, fraxt") – təyinat 
limanı göstərilir, mal sığortalanır və sifarişçinin limanına çatdıdırılır. 
CIP 
(ing. Carriage and Insurance Paid to “fraxt/daşıma və sığorta ... qədər 
ödənib”) – təyinat yeri göstərilir, mal sığorta edilir və göstərilən təyinat yerində 
sifarişçinin daşıyıcısına çatdırılır. 
CPT 
– (ing. Carriage Paid to – “fraxt/daşıma ... qədər ödənib”) təyinat yeri 
göstərilir, mal göstərilən təyinat yerində sifarişçinin daşıyıcısına çatdırılır. 
D qrupu 
– (Arrival) Çatdırılma: 
DAT 
(ing. Delivered at Terminal – “terminalda çatdırma”). İxrac ödənişləri 
satıcının, idxal ödənişləri isə alıcının üzərinə düşür. Terminal sərhəddə yerləşir
terminalın adını göstərmək lazımdır. 
DAP 
(ing. Delivered at Point – “məntəqədə çatdırma”): təyinat yerində 
çatdırılma. 
DDP 
(ing. Delivered, Duty Paid – “rüsum ödənilməklə çatdırma”) – təyinat 
yeri göstərilir, mal rüsumlar və risklər ödənilməklə sifarişçiyə çatdırılır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə