Microsoft Word Logistika muhazir? konspekti 85 seh


YÜKLƏRİN ÇATDIRMA SİSTEMLƏRİNİN MÜXTƏLİF



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə71/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   65   66   67   68   69   70   71   72   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

YÜKLƏRİN ÇATDIRMA SİSTEMLƏRİNİN MÜXTƏLİF 
METODLARI. MODUL PRİNSİPLƏRİ 
 
Yüklərin qısa müddətdə və əlverişli şərtlərlə istehsalçıdan istehlakçıya 
çatdırılmasının başlıca üsullarından biri inteqrallaşdırma üsuludur. Bunun 
mahiyyəti çatdırma sistemindəki elementlərin modullaşdırılmasıdır. Sistemə daxil 
olan elementlər bir-birinə daha yaxın formada fəaliyyət göstərir, yəni onlar 
standartlaşdırılır. Bundan başqa çatdırma sistemindəki eyni adlı elementlər, vahid 
sənədlər sistemi və vahid formada fəaliyyət göstərir. Ümumiyyətlə çatdırma 
sistemində standartlaşdırma həm elementlər üzrə, həm də zəncir üzrə gedir. 


81 
Çatdırmada standartlaşdırılma həm çatdırma vaxtının, həm də çatdırmanın 
maya dəyərini 20 − 30% azalmasına imkan verir. Çatdırmanın nə dərəcədə 
standartlaşdırılması onun təşkili metodlarından asılıdır. Bu metodlar əsasən 
aşağıdakılardır: 
1.
Birbaşa çatdırma metodu. Satıcı – alıcı, yükgöndərən və yük alan. Yük 
birbaşa satıcı və alıcıya gedir. Buna sadələşdirilmiş metod da deyilir. Bir nəqliyyat 
növü, avtomobil nəqliyyatı istifadə edilir. 
2.
Qarışıq metod. Ən azı 2 nəqliyyat növündən istifadə olunur. Avtomobil − 
su, avtomobil − dəmir yolu, avtomobil – hava nəqliyyatı. 
3.
Kombinə olunmuş metod. Müxtəlif nəqliyyat növlərindən istifadə olunur. 
4.
İnteqrasiya olunmuş metod. Bu metodun müxtəlif formaları var. 
Metodların analizinə keçməzdən qabaq birinci ilk üç metodun sənədləşdirmə 
məsələlərinə baxaq. Hər 3 metodda çatdırma ilə bağlı müqavilələrin bağlanması, 
məsuliyyətin daşınması və ödənişlərin aparılması yükgöndərən və ya satıcı 
tərəfindən yerinə yetirilir. Hər bir çatdırma elementi ilə ayrıca müqavilələr 
bağlanır, bunlar fərqli olur və yekunda çoxlu sənədləşmə ortaya çıxır, mürəkkəblik 
yaranır, istehsalçının və ya istehlakçının vaxtını alır. Bütün bunlar istehsalçını və 
ya istehlakçını birbaşa öz işindən ayırır, onların məhsuldarlığı aşağı düşür, qiymət 
qalxır. Bütün bu çatışmamazlıqları aradan qaldırmaq üçün logistik şirkətə
(vasitəçi) ehtiyac yaranır. Bu vasitəçi logistik zəncirdəki bütün elementlərin işini 
bir-biri ilə əlaqələndirir. Başqa sözlə inteqrasiya olunmuş bir sistem yaradır. 
Dördüncü metodun mahiyyəti bundan ibarətdir. 
Daşımada iştirak edən nəqliyyat növlərinin sayına görə bu metodun üsulları 
aşağıdakılardır: 

yunimodal daşımalar; 

multimodal daşımalar; 

intermodal daşımalar. 
Hər üç üsulda bütün məsuliyyəti inteqrasiya sisteminin vasitəçi şirkəti öz 
üzərinə götürür. Lakin burada fərqli xüsusiyyətlər var. 
Birinci üç metod və dördüncü metod üzrə məsuliyyətin fərqli xüsusiyyətlərini 
aşağıdakı sxemdən görmək olar. 
1, 2, 3-cü metodda. 
Banklar 
Gömrük postu 
Terminal 
Müştəri 
Ekspedisiya şirkəti 
Dəmir yolu 
Avtomobil 


82 
4-cü metodda. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə