Microsoft Word Logistika muhazir? konspekti 85 seh


mövsümi ehtiyatlar anlayışı



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   57   58   59   60   61   62   63   64   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

mövsümi ehtiyatlar anlayışı 
ortaya çıxır. Buna böyük soyuducu 
depoları misal göstərmək olar. Bəzən logistik şəbəkələrdə, adətən paylanma 
hissəsində saxlanma xərclərini azaltmaq üçün çatdırmanın tranzit üsulundan 
istifadə edilir, aralıq anbar olmur. Ehtiyatlar topdansatış anbarından birbaşa 
marketə nəql olunur. 
Logistik sistemdə ehtiyatlarla təmin olunmanın 2 üsulu var: 

tranzit üsul; 

anbar üsulu. 
Logistik sistemdə ehtiyatlarla təmin olunmanın tranzit üsulunda istehlakçı 
ehtiyatları birbaşa istehsalçıdan alır. Logistik sistemdə anbar üsulu ilə ehtiyatların 
təmin olunmanda istehlakçı ehtiyatları mərkəzi və aralıq anbardan alır. 
EHTIYATLARIN İDARƏ OLUNMA METODLARI 
 
Ehtiyatların idarə olunması bir sıra başlıca amillərdən asılıdır və bu amillər 
içərisində ölkənin sosial-iqtisadi idarəetmə sistemi böyük yer tutur. Bu baxımdan 
ehtiyatların idarə edilmə metodlarının aşağıdakı əsas üç növü var: 
1.
Maksimallaşdırma; 
2.
Optimallaşdırma; 
3.
Minimallaşdırma. 
Birinci metod planlı iqtisadi-sosial sistemlərə xasdır. Bu metod keçmiş sovet 
sisteminə də xas idi. Əsas xüsusiyyəti aşağıdakılardır: 
1.
Ehtiyatların miqdarına məhdudiyyət qoyulmur; 
2.
Paylanma mərkəzləşdirilmiş sistemlə, planlı formada aparılır. 
3.
Təsərrüfat daha çox ehtiyat toplamaqda və ya yığmaqda maraqlıdır. 
Bununla təsərrüfat fəaliyyətinin fasiləsizliyi təmin edilir. 
Mənfi xüsusiyyətləri: 

həddən artıq böyük sahələrin tutulması; 

böyük vəsaitin ölü kapital sırasına keçməsi və dövriyyədən çıxması; 

saxlanma xərclərinin böyük olması; 

təbii və mənəvi sıradan çıxmalar. 
Bazar iqtisadiyyatı şəraitində bu metod qətiyyən qəbul olunan deyil. Keçən 
əsrin 50 – 60-cı illərindən ikinci metod, yəni optimallaşdırma metodu dünyada 
tətbiq olunmağa başladı. Bu metodun mahiyyəti əvvəlkindən fərqli olaraq 
saxlanılan ehtiyatın zəruri (optimal) miqdarda olması ilə bağlıdır. 
Optimal miqdar 
istehsal prosesinin müəyyən dövr üçün fasiləsizliyini təmin edən miqdardır. Bu 


70 
dövr istehsalın xarakterindən, yerindən, ehtiyatların çatdırma məsafəsindən və s. 
asılıdır. Bu metodun da mənfi cəhətləri mövcuddur: 
-
optimal miqdarın müəyyənləşdirilməsi mürəkkəbdir, çünki təsir edən amillər 
çoxdur; 
-
optimallaşdırma istehsalın ehtiyat nomenklaturası üzrə fərdi aparılmalıdır; 
-
saxlanılan ehtiyat istənilən halda zəruridən ya çox, ya da az olur. 
Bu nöqsanlara görə 70 – 80-ci illərdən başlayaraq daha mükəmməl metod 
tətbiq olunmağa başladı. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə