Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   58   59   60   61   62   63   64   65   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Minimallaşdırma metodu: 
bunun dünyada müəllifi Yaponlardır. Metodun 
yaranmasına imkan verən başlıca amil informasiya texnologiyalarının tətbiqidir. 
Bu ehtiyatların miqdarını çevik idarə etməyə imkan verir. Onun sayəsində 
ehtiyatlar minimuma endirilir. Bu minimum, təqribən istehsalın gücünə bərabər və 
ya cüzi çox olur. Başqa sözlə ehtiyatlara qoyulan vəsait minimuma endirilməklə 
dövriyəyə qaytarılır. İstehsalın məhsuldarlığı artırır, səmərəlilik yüksəlir. Bu 
metodda ehtiyatların saxlanması istehsalla birləşmiş olur, onun tərkib elementinə 
çevrilir. Bu metodun müxtəlif növləri var. Əsasən iki növü xarakterikdir. 
1.
Səmərəli – ehtiyatlar konkret miqdarla təmin olunma metodu. Bu halda 
ehtiyatlar sabit ölçülərlə, müxtəlif intervallarla göndərilir. Bu növ adətən mövsümi 
istehsalda daha çox tətbiq olunur. 
Coca-Cola 
 
2.
Ehtiyatların sabit dövrlərlə, müxtəlif miqdarlarla təmin olunması. Təbii 
ehtiyatlarla bağlı təminatda və ya təchiz olunmada tətbiq olunan metodlardır. 
Təbii resurslar 
 
Bütün metodlar üçün ən mürəkkəb proses ehtiyatların nomenklaturasının 
(çeşidinin) və onlara tələbat dərəcəsinin düzgün müəyyən olunmasıdır. Ehtiyatların 
nomenklaturası həddən çox ola bilər. Bu da məsələnin həllini mürəkkəbləşdirir. Bu 
gün dünyada “ABC” (Activity Based Costing – Fəaliyyət növünə görə maya 
dəyərinin hesablanması) metodu əsas götürülür və buna əsasən nomenklatura və ya 
çeşidlənmə aparılır. Bu metod İtalyan sosioloğu Vilfredo Paretto tərəfindən təklif 
olunub. O sosioloji araşdırmalara əsasən müəyyən edib ki, Milan şəhərinin 
əhalisinin 15 − 20%-i bütün mülkiyyətin 75 − 80%-nə, 25 − 30%-i bütün 
mülkiyyətin 10 − 15%-nə, 50%-i isə 5 − 10%-nə malikdir. 
Ehtiyatların idarə olunmasının 
ABC 
metodunda 

qrupu ehtiyatları ümumi 
nomenklaturanın 20%-ni; B qrupu ehtiyatları 30%-ni; C qrupu ehtiyatları isə 50%- 
ni təşkil edir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə