Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

68 
 
(0.0111  milyard  ABŞ  dollar,  0.4%),  Koreya  (0.107  milyard  ABŞ  dolları,  0.3%), 
Almaniya (0.00915 milyard ABŞ dolları, 0.3%) və Səudiyyə  Ərəbistanı (0.00303 
milyard  ABŞ  dolları,  0.1%)  kimi  ölkə  və  beynəlxalq  təşkilatlardan  Azərbaycana 
daxil olmuşdur. 
 
Azərbaycanda  müasir  iqtisadi  inkişaf  modeli  və  investisiya  siyasəti. 
Beynəlxalq  reytinq  agentlikləri  tərəfindən  Azərbaycan  davamlı  iqtisadi  artıma 
malik  ölkə  kimi  qiymətləndirilir.  Son  8  il  ərzində  orta  illik  artım  tempi  15,2  % 
təşkil  edir.  Azərbaycanda diversifikasiya  problemlərinə  müasir  mərhələdə  yüksək 
diqqət  yetirilməsi və həllının aktuallıgı tam bir sıra səbəblrlə baglıdır: 
-  Azərbaycan iqtisadiyyatının xammal yönümlüyu;  
-  Ixracın monostrukturunun aradan galdırılmasına imkan verə biləcək işlək vasitə 
və mexanızmlərin axtarışı;  
-  Qlobal iqtisadi məkanın rəqabətqabiliyyətli iştirakçısına çevrilməyə imkan verə 
biləcək Milli Innovasiya Sisteminin formalaşdırılması zəruriliyi;  
-  Iqtisadi artımın yeni amillərin, xüsusilə  investisiya-innovasiya  və elmtutumlu   
mənbələrin üstunluyü  hesabına təmin olunması.  
-  Yeni «Bilik iqtisadiyyatı» modeli quruculuğu.  
Azərbaycanda  milli  inkişafın  strateji  hədəfləri    vahid  konsepsiya  və  bir  sıra 
dövlət proqramlarında öz əksini tapmışdir: 
-  «AZƏRBAYCAN-2020: Gələcəyə baxış konsepsiyası»; 
-  Regionların inkişaf programı;  
-  Insan  kapitalinin  rolundan  istifadə  -    Azərbaycanlı  gənclərin  dunyanın 
qabaqcıl universitetlərində təhsilə yönləndirilməsi üzrə Dövlət Programları;  
-  Ayrı-ayrı sektorların inkişafının  stimullaşdırılması üzrə tədbirlər paketi. 
qtisadi  diversifikasiya  siyasətinin    həyata  keçirilməsi  prosesi  institutların 
rolunun  genişləndirilməsini  tələb  edir.  Bu  baxımdan  Azərbayçanda  aşagıdakı  
institutsional mexanizmlərin fəaliyyətini  və rolunu qeyd etmək olar:      
-  Azəbaycan  nvestisiya Şirkəti  (A Ş); 
-  Sahibkarlıga dəstək Milli Fondu; 


69 
 
-  Aqrar sahədə “Aqrolizinq” kompaniyası və s. 
nnovasiya  inkişafının  hərtərəfli  stimullaşdırilması,  iqtisadiyyatın  texnoloji 
səviyyəsinin  yüksəldilməsı,  ixracyönlü  məhsul  istehsalı,  aqrar,  turizm  və  KT 
sahələrinin  inkişafı  üzrə  zəruri  tədbirlər  qeyri-neft  sektorunun  inkişafı  üçün 
ə
lverişli şərait yaratmışdir. Bunlar igtisadi artımın keyfiyyəti üçün əsas amillərdən 
hesab olunur.  Son 8 ildə DSK –nin məlumatlarına əsasən, Azərbaycanda ÜDM 3 
dəfə, qeyri-neft ÜDM 2,2 dəfə, sənaye 2,7 dəfə, k-t 1,3 dəfə, tikinti 3,2 dəfə,  KT 
6,4 dəfə artmışdır.  
Azərbaycanda  diversifikasiya  prosesləri  neftlə  zəngin  ölkələrlə  müqayisədə 
bir sira cəhətlərə malikdir. Azərbaycan dünyanın bir sira neft hasil edən ölkələri ilə 
müqayisədə  neft  maşıngayırma  sənayesinə  malikdir.  Lakin  getdikcə  hasilatın 
qurudan  dəniz  şelfinə  çəkilməsi  və  yeni  texnoloji  tələblərin  qarşıya  qoyulması 
getdikcə müasir qabaqçıl texnologiyalara tələbi artirmışdir. Həmçinin, qeyd etmək 
lazımdir  ki,  müasir  dünya  iqtisadiyyatında  neft  hasilatcı  ölkələrin  diversifikasiya 
modeli və neft qiymətlərindən asılılıq səviyyəsi kifayət qədər fərqlidir.  
Dünya  neft  bazarında  2005-ci  ildən  sonra  qərarlaşan  konyuktur  meyllər  və 
dünya  neft  qiymətlərinin  «tarixi  maksimumu»nun  böyük  təsiri  altında  baş  verən 
2008-ci il qlobal iqtisadi böhranı bu fərqləri daha qabariq surətdə göstərdi. Dünya 
neft  qiymətləri  ilə  qlobal  iqtisadi  artım  arasında  əlaqə  baxımından  dunyada  əsas 
neft istehlakcıları və neft ixracatçılarının iqtisai vəziyyəti artan qiymətlərin mənfi 
təsirlərinə  məruz  qalır.  Belə  bir  təsir  əlaqəsi  iqtisadi  diversifikasiya  siyasətinin 
ə
həmiyyətini dünyada və regionda  bir daha göstərir.    
Azərbaycanda  iqtisadi  siyasət  ilk  növbədə  neft  sektorundan  asılılıgın 
azalmasına  və  qeyri-neft  sektorunun  dinamik  inkişafına  yönəlmişdir  [1].  Belə  bir 
siyasət  çərçivəsində  müasir  kimya,  neft-kimya,  metallurgiya,  maşıngayırma 
kompleksləri, hərbi sənaye kompleksləri,  tikinti sahələrinə geniş diqqət verilir. 
Azərbaycanın  beynəxalq  ticarət  mövqeyində  bir  sira  məhsullar  üzrə  ixrac 
imkanları  yaranmaqdadır.  Son  illərdə  bəzi  Avropa  ttifaqı  ölkələri  də  daxil 
olmaqla, Azərbaycanın iki tərəfli təşəbbüsləri genişlənməkdədir. Lakin hələlik neft 


70 
 
məhsullarının  ixracınin  birmənalı  üstünlüyü  şəraitində  beynəlxalq  ticarət 
mövqeyinin  yaxşılaşdırılması  rəqabətqabilliyyətli  məhsul  istehsalına  nail  olmanı 
və  ixracın  strukturca  diversifikasiyası  ilə  yanaşı  ixrac  bazarlarının 
genişləndirilmasini tələb edir.  
Hələlik  xarici  fəaliyyətin  cöğrafi  genişlənməsi  istigamətində  Azərbaycanda 
daha  miqyaslı  fəaliyyət  Dövlət  Neft  Şirkəti  tərəfindən  həyata  keçirilir.  ARDNŞ 
xarici  investisiyaları  və  investisiyalaşdırılan  obyektləri  yaxın  qonşu  ölkələri  və 
üzaq region ölkələrini əhatə edir.  
Bü  göstəricilər  ARDNŞ  beynəlxalq  əhəmiyyətli  transmilli  sirkətə  cevrilmə 
prosesini  xarakterizə  edir.  ARDNŞ-in  belə  bir  fəaliyyət  miqyası  daha  yeni 
Azərbaycan  şirkətlərinin  xaricı  iqtisadi  fəaliyyəti  ücün  yeni  potensial  kimi 
qiymətləndirilə  bilər.  Burada  söhbət  hər  şeydən  əvvəl  Azərbaycan 
mütəxəssislərinin,  ölkənin  elmi  və  iqtisadi  resurslarının  cəlb  edilməsi  ilə  yeni 
innovasiya firmalarının yaradılmasına nail olmaqdan gedə bilər.   
 
 
 
Diaqram 4. Azərbaycanın investisiya siyasətində neft və qeyri-neft 
sekroru üzrə inkişaf meylləri 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə