Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

54 
 
XÜSUS   
VERG LƏ
AZAD SƏNAYE 
ZONALARI 
FƏRD  ANBARLARA 
MAL K OLAN  
F RMA VƏ Ş RKƏTLƏ
BEYNƏLXALQ  
MAL YYƏ  
Ş
RKƏT  
Mənfəət vergisi 
0% 
0% 
0% 
Ə
lavə dəyər vergisi  0% 
0% 
0% 
Gömrük vergiləri 
0% 
0% 
0%, 5% və ya 12% 
Ə
mlak vergsi 
0% 
1%-ə qədər 
1%-ə qədər 
Gəlir vergisi 
20% 
20% 
20% 
www.investingeorgia.org/?96/investment_incentives/
 
 
Dünyada  təşviq  növləri  arasında  daha  çox  pul  və  vergi  təşviqləri  tətbiq  
edilməkdədir.  Pul  təşviqlərin  investisiyalar  üzərində  effektinin  çox  məhdud  və 
sui
‐istifadə edilməyə açıq olması, vergi təşviqlərinin (tax incentives) isə nəticəyə 
fokuslanmış,  performansa  dayalı  və  effektiv  ixracat  inkişaf  etdirmə 
xüsusiyyətindən  dolayı,  dünyada  ikinci  növ  təşviqlər  daha  çox  tərcih  edilməyə 
başlanmışdır.    Cədvəldə  dünyada  ölkə  qrupları  etibarilə  investisiyalara  təmin 
edilən  vergi  təşviqləri  verilmişdir.  Göründüyü  kimi,  hər  ölkə  öz  ehtiyacları 
istiqamətində  müxtəlif  vergi  təşviqlərindən  istifadə  etməkdədir.  Ən  çox  istifadə 
edilən  təşviq  vasitəsinin  aşağı  dərəcəli  gəlir  və  mənfəət  vergisi  (GMV)  olduğu 
görünməkdədir. Belə ki, toplam 103 ölkədən 83
‐ünün  bu  təşviq  vasitəsini  tətbiq 
etdiyi  görünməkdədir.  Ayrıca  Latın  Amerika  və  Asiya  ölkələrində  yayğın  bir 
şə
kildə tətbiq edilən gömrük vergisindən azad edilmə, Qərbi Avropa və Afrikada 
az tərcih edilməkdədir. 
Vergi təşviqlərinin istifadə məqsədləri ölkədən ölkəyə fərqlilik göstərməsinə 
rəğmən,  xüsusilə,  inkişaf  etməkdə  olan  ölkələrdə  aşağıda  sıralanan  dörd  təməl 
məqsədin gerçəkləşdirilməsiüçün istifadə edilməkdədir: 
‐ Regional investisiyaların artırılması. Ölkələr vergi təşviqlərindən istifadə edərək 
bölgələrin  inkişafını  sürətləndirmək,  yeni  industrial  mərkəzlər  yaratmaq,  ətraf 
mühit risklərini azaltmaq və əhalinin tarazlı bir şəkildə dağılmasını təmin etmək 


55 
 
kimi  regional  inkişaf  məqsədlərini  reallaşdırmaq  istəyə  bilərlər.  Anqola,  Ekvator, 
Qana,  Hindistan,  Pakistan  və  Tailand  kimi  bəzi  ölkələr  vergi  təşviqlərini  bu 
saydığımız məqsədlər üçün istifadə etməkdədirlər. 
‐  Sektoral  investisiyaların  artırılması.  Ölkələr  mədənçilik,  industrial  texnologiya 
parkları, ixracata liderlik edən fəaliyyətlər, film sənayesi və yeni texnologiya kimi 
sahələrdəki  fəaliyyətləri  artıra  bilmək  üçün  vergi  təşviqləri  tətbiq  edə 
bilməkdədirlər. Məsələn, Sinqapur ölkədəki inkişaf etməmiş sənayelərdə fəaliyyət 
göstərən  qabaqcıl  firmalara  5  il  boyunca  mənfəət  vergisi  istisnası  gətirmişdir. 
Kosta
‐Rika  isə,  turizm  sektorunda  bənzər  təşviqlər  tətbiq  etməkdədir.  Hindistan 
isə,  bilgi  texnologiyası  sahəsində  fəaliyyət  göstərən  firmalara  önəmli  vergi 
təşviqləri tətbiq etməkdədir. 
‐  Performansın  artırılması.  Vergi  təşviqləri  ixracat  imkanlarını  artırma,  iş 
gücünün  yetişdirilməsi  və  ölkə  daxili  əlavə  dəyərin  artırılması  istiqamətində  də 
istifadə edilə bilməkdədir. Sərbəst ticarət bölgələri ixracat potensialının artırılması 
üçün  tətbiq  edilən  təşviqlərə  misal  ola  bilər.  Məsələn,  Panama  sərbəst  ticarət 
bölgələri ilə ixracat ağırlıqlı malların istehsalını təşviq etməkdədir. Bu bölgələrdə 
fəaliyyət  göstərən  firmalar  mənfəət  və  əlavə  dəyər  vergilərindən  azad 
tutulmuşlardır. 
‐  Texnologiya  transferi. 
nkişaf  etməkdə  olan  ölkələrin  vergi  təşviqlərini  tətbiq 
etməsindəki bir digər məqsəd, texnologi
‐olaraq  bu  məqsədi  yerinə  yetirə  bilmək 
üçün dizayn edilmişlərdir. 
Sinqapur  və  Malayziya  kimi  bəzi  ölkələr  isə,  R&D  və  texnologiya 
proyektləri  üçün  ayrıca  əlavə  vergi  təşviqləri  tətbiq  etməkdədirlər.  Bu  ölkələr 
firmaların ayırmış olduqları texnoloji inkişaf fondlarını və R&D fəaliyyətlərini də 
vergidən istisna tutmuşlardır. 
Vergi  siyasətləri  və  təşviqləri  baxımından  vurğulanması  lüzumlu  olan  ən 
önəmli  nöqtə,  ölkələr  arasında  heç  bir  fərqlilik  mövcud  deyilkən  və  digər  bütün 
durumlar  sabit  ikən  (ceteris  paribus),  bu  təşviqləri  tətbiq  edən  ölkənin  birbaşa 


56 
 
xarici  kapital  investisiyaları  çəkmədə  nisbi  avantaja  sahib  olacağıdır.  Fəqət 
ölkələrarası  fərqliliklər  sadəcə,  tətbiq  etdikləri  vergi  siyasətlərində  ortaya 
çıxmamaqda,  bunun  yanında  ölkələr  ticarət  siyasətləri,  bazar  böyüklükləri, 
menecment  şəkilləri,  təbii  sərvət,  fiziki  və  bəşəri  kapital  ehtiyatı  baxımından  da 
önəmli  fərqliliklər  göstərməkdədirlər.  Bütün  bu  durumlar  investisiya  qərarının 
alınmasında önəmli amillərdir. 
 
2.2.  MDB regionunda birbaşa xarici investisiya   əlaqələrinin 
inkişafinin muasir vəziyyəti 
 
Son  illər  ərzində  qabaqcıl  ölkələrin  iqtisadiyyatlarında  bərpa  proseslərinin 
nisbətən  sürətlənməsi,  Avrozonada  dövlət  borcunun  azalması,  kapital  axınlarının 
qeyri-sabitliyi  ilə  səciyyəvi  olmuşdur.  nkişaf  etməkdə  olan  ölkələrdə  isə  iqtisadi 
aktivlik nisbətən zəifləmişdir. Həyata keçirilmiş siyasət tədbirlərinin ilkin müsbət 
nəticələri yaxın perspektivdə artım prosesinin davam edəcəyini proqnozlaşdırmağa 
ə
sas  verir.  Bununla  belə,  işsizlik,  borclanma  və  büdcə  kəsirləri,  maliyyə 
bazarlarında  qeyri-sabitlik  qlobal  iqtisadi  artım  qarşısında  başlıca  risklər  olaraq 
qalmaqdadır [23]. 
Avrozona  da  daxil  olmaqla  əksər  qabaqcıl  ölkələrdə  iqtisadi  fəallığın 
nisbətən  canlanması  müşahidə  olunmuşdur.  nkişaf  etmiş  ölkələrdə  ( EÖ)  fiskal 
siyasətin  uğurla  aparılması,  iqtisadiyyata  monetar  dəstəyin  davam  etdirilməsi, 
qeyri-müəyyənliyin  qismən  azalması  və  ticarətin  canlanması  qlobal  bərpa 
meyillərini  sürətləndirmişdir.  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  məlumatına 
görə  EÖ-də artım 1.3% təşkil etmişdir. 
Qlobal  bərpa  proseslərinin  əsas  lokomotivi  olan  inkişaf  etməkdə  olan 
ölkələrdə  ( EOÖ)  isə  iqtisadi  artım  tempi  zəifləyir.  Bir  çox  EOÖ-də  xarici 
tələbdən irəli gələn sabit iqtisadi artım müşahidə olunmuşdur. Lakin, digər tərəfdən 
kapital  daxilolmalarındakı  dəyişkənliklər  və  dünya  üzrə  bir  çox  əmtəə 
qiymətlərinin ucuzlaşması  EOÖ-də iqtisadi artıma mənfi təsir etmişdir [49]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə