Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

41 
 
köçü gerçəkləşmiş və  oradakı lokal qaynaqların ələ keçirilməsi ilə üstəmləkəçilik 
dövrü başlamışdır. 
kinci  dönəm,  Sənaye  nqilabının  pik  nöqtəsinə  varması  ilə  yüksək  rifah 
səviyyəsinə  çatan  Qərbə  doğru  müstəmləkələrdən  kənd  təsərrüfatı  məhsulları  və 
yeraltı  və  yerüstü  təbii  sərvətləraxımı  ilə  başlamışdır.  ndustrial  qloballaşma  da 
adlandırılan  bu  dönəmdə  xüsusilə,  rlandiya,  Norveç  kimi  şimali  Avropanın  geri 
qalmış yoxsul ölkələrindən ABŞ
‐a kütləvi şəkildə insan köçü olmuşdur.  Nəhayət 
XX əsrin 80
‐ci  illərində  başlayan  və  geniş  mənada,  millət‐dövlətlər  arasındakı 
maneələrin tamamən ortadan qaldırılması ilə ölkələrin intensiv inteqrasiyanı təmin 
etmək  mənasına gələn finansal qloballaşma prosesi, özünü əsasən iqtisadi, siyasi, 
mədəni, hüquqi, sosial, hərbi, texnoloji kimi sahələrdə göstərir. Bu prosesdə, başda 
qərar almaq olmaq üzrə, bəzi təməl milli hegemonluqlar beynəlxalq və transmilli 
qurumlarla paylaşılmaqdadır. 
Qloballaşmanın  iqtisadi  aspekti  özünü  beynəlxalq  ticarətin  (mal  və 
xidmətlərin sərbəst dolaşımı), beynəlxalq maliyyə kapitalı hərəkətlərinin (sərmayə 
hərəkətlərinin  de
-requlyasiya  beynəlxalq  istehsalın  sərbəstləşməsi  kimi  üç  əsas 
sahədə  göstərməkdədir. 
stehsalın  qloballaşması  da  özünü  üç  sahədə 
göstərməkdədir: 
‐ Birbaşa xarici investisiyalar; 
‐ Əməyin sərbəst hərəkəti (mobillik); 
‐ Bilginin qloballaşması. 
Bir  firmanın  dünyanın  fərqli  ölkələrindəki  fabriklərindən  təmin  edilən 
parçaların  son  montaj  üçün  bir  başqa  ölkədə  toplanması  və  istehsal  prosesinin 
müxtəlif  mərhələlərində  finansmanın  bir  çox  ölkənin  kapital  bazarlarından  təmin 
edilməsi qloballaşmaya ən uyğun misalı təşkil etməkdədir. Şübhəsiz bu inkişafda, 
informasiya  və  kommunikasiya  texnologiyalarında  yaşanan  inqilabın  və 
beynəlxalq  finansal  qurumların  qlobal  ticarət  və  iş  dünyasının  dəyişən  tələblərini 
qarşılamaya yönəlik inkişaf etdirdiyi yeni metodlar və xidmətlərin önəmli bir rolu 


42 
 
olmuşdur.  Beə  bir  dəyişim  qarşısında  hökumətlərin  maliyyə  kapitalını  effektiv 
olaraq kontrol etmələri çətinləşdiyindən, dəyişim trendini artıracaq şəkildə bir çox 
hökumət  reformasiyası  gerçəkləşdirilmişdir.  Futurist  Druckerə  görə,  günümüzün 
artıq  bir  reallığı  halını  alan  qlobal  dünya  iqtisadiyyatı  başlıca  aşağıdakı 
xüsusiyyətlərə sahibdir:  
- 1970
‐ci illərin ortalarına doğru dünya iqtisadiyyatı, ABŞ prezidenti Nixonun 
dolları dalğalanmaya buraxması və OECD ilə birlikdə, beynəlxalq olmaqdan çıxıb 
qlobal hala gəlmişdir. Millət
‐dövlətlərin daxili iqtisadiyyatları artıq böyük ölçüdə 
qlobal iqtisadiyyatın hegemonluğuna keçmişdir. 
‐  Qlobal  iqtisadiyyatı  şəkilləndirən  başlıca  fenomen,  mal    və  xidmət  ticarətindən 
çox  pul  (maliyyə  kapitalı)  axışıdır.  Bu  pul  axışlarının  özünə  xas  bir  dinamikası 
vardır. Hegemon millətdövlətlərin pul və maliyyə siyasətləri, gedərək daha böyük 
bir  nisbətdə,  qlobal  pul  və  kapital  bazarlarındakı  hadisələri  effektıv  bir  yolla 
şə
killəndirmək yerinə, onlara reaksiya vermək şəklində ortaya çıxmaqdadır. 

Qlobal  iqtisadiyyatda  ənənəvi  istehsal  faktorları  olan  əmək  və  təbii  sərvətlər 
gedərək  daha  böyük  nisbətlərdə  ikinci  plana  düşməkdədir.  Qlobal  bir  keyfiyyət 
qazandığı və hər kəs tərəfindən əldə edilə bilən hala gəldiyi üçün artıq pul (kapital) 
da,  dünya  bazarında  tək  bir  ölkəyə  rəqabət  üstünlüyü  təmin  edəcək  bir  istehsal 
faktoru  olmaqdan  çıxmışdır.  Valyuta  kursları  ancaq  qısa  müddət  içində  önəm 
daşımaqdadır.  Menecment  istehsalın  müəyyənləşdirici  faktoru  olma  keyfiyyətini 
qazanmışdır. 
‐ 
Qlobal  iqtisadiyyatda  məqsəd  mənfəət  maksimizasiyası  deyil  bazar 
maksimizasiyasıdır.  Ticarət  isə,  gedərək  artan  nisbətlərdə  investisiyanı  təqib 
etməkdə və sonunda investisiyanın bir funksiyası halına gəlməkdədir. 
‐ 
Köhnə  iqtisadi  nəzəriyyəyə  görə,  effektiv iqtisadi siyasətləri  təşkil  edə biləcək 
tək  vahid,  ən  azından  ən  ağırlıqlı  vahid,  millət
‐dövlətdir. 
Ə
ksinə,  qlobal 
iqtisadiyyatda  bu  cür  dörd  əsas  vahid  mövcuddur.  Bunların  ilki  millət
‐dövlət, 
ikincisi  regional  inteqrasiyalar,  üçüncüsü  pul,  kredit  və  investisiya  axımlarından 


43 
 
ə
mələ  gələn  muxtar  bir  dünya  iqtisadiyyatı  və  nəhayət  dünyanın  bütününü  bir 
bazar olaraq görən qlobal təşəbbüslərdir. 
‐ 
qtisadi  siyasətlərin  təşkil  edilməsində  gedərək  sərbəst  ticarət  və  ya 
proteksionizm  deyil,  bölgələr  arasındakı  qarşılıqlı  münasibətlər  ön  plana 
çıxmaqdadır. 
‐  Son  zamanlarda  qlobal  ekoloji  məfhumu  önəm  qazanmışdır.  Bu  kontekstdə 
çevrə üçün qlobal siyasətlərin istehsal edilməsi lüzumludur. 
‐ Qlobal dünya iqtisadiyyatı feli bir gerçəklik olduğu halda, sağlam işləməsi üçün 
lazımi  infrastruktur  və  qurumlardan  hələlik  yoxsundur.  Bu  baxımdan  dünya 
qtisadiyyatı üçün qlobal bir hüquqa ehtiyac vardır. 
Qloballaşma fenomeni ilə bağlı bəzi etirazlar müxtəlif qruplar tərəfindən dilə 
gətirilmişdir. Buna rəğmən digər bir qrup isə, qloballaşma ilə bilgi cəmiyyətini 
ə
laqələndirərək, sərhədlərin ortadan qalxmasının dünya rifahını artıran təsirlərini 
ön plana çıxarmaqdadır. 
qtisadi və finansal baxımdan baxıldığı zaman, dünyanın əsas qlobal valyuta 
bazarlarında  günün  24  saatında  trilyonlarca  dollar  dolaşmaqdadır.  Bu  baş 
döndürücü miqdarın sadəcə 10%
‐i  mal  və  ya  xidmət  ticarəti  ilə  bağlıdır.  Qlobal 
valyuta  hərəkətləri  öz  başına  son  dərəcə  qazanclı  bir  məqsəd  halına  gəlmişdir. 
Bankçılıq  fəaliyyətləri  getdikcə  daha  qlobal  və  daha  spekulyativ  hala  gəlirkən, 
milyonlarca insanın və kiçik firmanın kredit ehtiyacları qarşılanmamaqdadır. 
Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization 



 
ILO) 2014
‐cü ildə hazırladığı Qloballaşmanın SosialTəsirləri  lə Bağlı Dünya 
Komissiyası Raportuna görə qloballaşmanın ən yoğun olaraq yaşandığı 1990
‐cı 
illərdəki dünya öyüməsi 1980
‐ci illərdən daha aşağı olmuşdur.  
Dolayısı ilə qloballaşmanın hər səviyyədə daha qatılımcı və demokratik bir 
şə
kildə idarə edilməsinə ehtiyac vardır. Bütün neqativ yönlərinə baxmayaraq 
dünya sürətlə qlobal bir cəmiyyətə transformasiya olmaqdadır. Aşağıdakı misal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə