Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

38 
 
−  Əksər 
inkişaf  etməkdə  olan  bazarlarda  makroiqtisadi  vəziyyətin 
yaxşılaşması  bu  ölkələrə  portfel  investisiya  yatırımlarının  inkişaf  etmiş 
ölkələrə nisbətən daha sürətlə artımına gətirib çıxarmışdır; 
−  Dünya  üzrə  əlverişli  makroiqtisadi  vəziyyət  faiz  dərəcələrinin  aşağı 
düşməsinə  və  beynəlxalq  maliyyə  bazarlarının  likvidliyinin  güclənməsinə 
şə
rait yaratmışdır; 
−  Yığımların institutsionallaşması və aktivlərin peşəkar surətdə idarə edilməsi 
səviyyəsinin artımı maliyyə sazişlərinin əməliyyat xərclərinin aşağı düşməsi 
ilə nəticələnmişdir; 
−  Kommersiya  və  informasiya  texnologiyaları  sferasında  əhəmiyyətli  tərəqqi 
xarici  ölkələrə  və  şirkətlərə  iri  həcmli  informasiyanı  daha  operativ  surətdə 
ötürməyə imkan yaratmışdır. 
Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri 
ilə  əlahiddə  surətdə  deyil,  həmin  səbəblərin  müəyyən  dərəcədə  əlaqəlı  istifadə 
etməklə izah edilir. 
BMT-nin  transmilli  şirkətlər  üzrə  Mərkəzi  xarici  ölkədə  əmtəə  və  xidmət 
istehsalının  təşkil  edilməsi  ilə  birbaşa  kapital  qoyuluşlarının  dörd  əsas  səbəbdən 
baş verdiyini göstərir: 
1)  birbaşa  xarici  investisiyalar  ona  görə  həyata  keçirilir  ki,  bir  sıra  əmtəə  və 
xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin, xüsusilə 
də  xidmətlərin  özünəməxsus  cəhətləri  səbəbindən  qeyri-mümkündür  və  ya  çox 
çətindir; 
2) əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi 
üçün  daha  ucuz  və  səmərəli  üsuldur  (məsələn,  nəqliyyat  xərclərinə  qənaət 
etməklə); 
3)  sahibkar  kapitalını  qəbul  edən  ölkə,  əmtəə  və  xidmətlərin  sonradan  onların 
dünya  bazarlarına  (kapitalı  ixrac  edən  ölkələrin  bazarları  da  daxil  olmaqla) 
çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış edir; 


39 
 
4) bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olanlar üçün satışdan 
sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da istehsalçının bazarda 
olmasını zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış 
firmasını təşkil etməkdən daha faydalı olur. 
Dünyada  sığorta  şirkətlərində,  pensiya  investisiya  və  digər  fondlarda 
akumlyasiya  olunmuş,  gəlir  gətirmək  üçün  tətbiq  sahəsi  axtaran  külli  miqdarda 
rezerv  kapitalı  yaranmışdır.  IEÖ-in  kapital  ixracı  XX  əsrin  II  yarısından  intensiv 
surətdə artır. Onun köməyilə təkrar istehsalın ziddiyyətləri aradan qaldırılır, ixrac 
artırılır,  nəticədə  avadanlıqlara  ölkə  daxilində  tələbat  artır,  həmçinin  xidmət 
çoxalır, nəticədə gəlirlərin azalma tendensiyası neytrallaşdırılır, dünya iqtisadiyyatı 
problemləri həll olunur.     
  Dünya təsərrüfatında kapitalın beynəlxalq hərəkətinə bir çox amillər tə’sir 
edir:  Milli  iqtisadiyyatda  baş  verən  proseslər  –  əsasən  istehsalın  xüsusi  çəkisinin 
azalması  və  xidmət  sahələrinin  xüsusi  çəkisinin  artması.  Kapital  ixracının 
yuxarıdakı sürətli artımı fonunda onun beynəlxalq miqrasiyası da sürətlənir. 
 
1.3.  Dünyada investisiya prosesləri və  qloballaşma fenomeni 
 
Bu  gün  müxtəlif  ölkələr  arasındakı  iqtisadi  münasibətlərin  bir  çox  elementi 
kimi xarici kapital investisiyaları da, daha çox  ngiltərədə başlayıb Qərbi Avropa 
ölkələrində davam edən Sənaye  nqilabı əsnasında ortaya çıxmışdır. Birinci Dünya 
Müharibəsindən  öncəki  dönəmdə  təqribən  üç  əsr  boyunca  kapital  və  təbii 
qaynaqlar  yoğun  olduğu  bölgələrdən  daha  az  yoğun  olduğu  bölgələrə  axmışdır. 
Belə ki, XVII və XVIII əsrlərdə tətbiq edilən istismarçı siyasətlər istiqamətində, bir 
yandan müstəmləkə ölkələrdən xam maddə təmin edən, digər tərəfdən də yenə bu 
ölkələrə  ticarət  malı  satan  şirkətlər  vardı.  Bu  axım  XIX  əsrdə  ən  yayğın  hala 
gəlmişdir. 1800
‐cü illərin ilk yarısında  ngiltərənin ehtiyac duyduğu xam  maddə, 
mədənlər  və  neftin  çıxarılması  üçün  müstəmləkələrdə  gerçəkləşdirdiyi 
investisiyalar, xarici kapital investisiyalarının başlanğıcını təmsil etmişdir. 


40 
 
 Çünki  sənaye  inqilabının  bir  nəticəsi  olaraq  XIX  əsrin  ikinci  yarısında, 
xüsusilə,  Qərbin  sənayeləşən  ölkələrindəki  sürətli  kapital  yığımı,  böyük  şirkətləri 
bu  kapitaldan  maksimum  mənfəət  gətirəcək  investisiya  sahələrini  axtarmaya 
yönəltmişdir. 
Bu  investisiya  sahələri  isə,  Avropa  xalqlarının  və  sənayesinin  ehtiyacı  olan 
gündəlik tələbat malları və xam maddələri təmin edəcək, bol təbii sərvət və ucuz iş 
gücünə  sahib  dönəmin  müstəmləkələri  və  müstəqil  az  inkişaf  etmiş  ölkələri 
olmuşdur.  Seylonda  çay  və  Şərqi  Afrika  ölkələrindəki  banan  plantasiyaları  ilə 
mədənçilik sektoruna yönəlik fəaliyyətlər bu cür investisiyaların nəticəsidir. 
XIX əsrin sonlarına gəlindiyində ortaya çıxan güclü sənaye şirkətlərinə artıq 
milli bazarlar yetm a açılmaya başlamışlardır. Bu kontekstdə müasir beynəlxalq 
emalat, bu prosesin lider şirkətlərindən olan Amerikan Singer şirkətinin 1855
‐ci 
ildə bir Fransız şirkətinə yeni tikiş makinasını istehsal etmə lisenziyası verməsi və 
1867
‐ci  ildə  Glasgowda  ölkə  xaricindəki  ilk  fabrikini  qurması  ilə  başlamışdır. 
1865
‐ci  ildə  Alman  kimya  nəhəngi  Alfred  Bayerin  New  Yorkda,  1879‐cu  ildə 
Westinghouse  şirkəti  Parisdə  əyləc  istehsal  etmək  üçün  kiçik  bir  atelye  açmış, 
1882
‐ci  ildə  Amerikan  telekommunikasiya  şirkətləri  olan  Western  Electric  və 
International  Bell  Belçikada  ortaq  bir  təşəbbüsdə  yer  almışlardır.    1870  və 
1880
‐ci  illərdə  bir  çox  Amerikan  şirkəti,  yeni  mallarını  (boltlar,  kassa  aparatları, 
liftlər,  buxar  nasosları,  lokomotivlər,  açarlar  və  silahlar)  ixrac  etmək  üçün  yeni 
bazarlar  axtarırkən,  bunlardan  bəziləri  beynəlxalq  istehsala  başlamışdır.  Bunları 
ə
srin sonlarında Ford, General Motors, General Electric və Texaco kimi 
Amerikan şirkətlərinin Avropa bazarında xarici ortaq arayışına girməsi təqib 
etmişdir. Ancaq qısa bir zamanda Avropalı şirkətlər də bu yarışa qatılmışdır. 
Ə
slində  günümüzdə  yaşanan  yətcə  öncəkilərdən  ayrılsa  da,  formaca  yeni 
deyildir.  Belə  ki,ilk  qloballaşmanın  başlanğıcı    1492
‐ci  ildə  “Yeni  Dünya”nın 
kəşfinə  qədər  uzanmaqdadır.  Ticari  qloballaşma  deyilən  bu  dönəmdə  Avropa 
təşəbbüskarlar)  və  Afrikadan  (qul  əməyi)  Amerika  qitəsinə  ciddi  miqdarda  insan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə