Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

32 
 
2002-ci ilin axırına 64 minə bərabər olmuşdur. Transmilli şirkətlərin məcmu xarici 
investisiyaları 2002-ci ilin sonuna 7 trilyon dollar səviyyəsində qiymətləndirilir. 
4. 
Xarici investisiyaların sahəvi strukturunda dəyişiklik baş verir.  nvestisiyalar 
emaledici sənaye və ticarətdən elmtutumlu sahələrə və xidmət sferasına yönəldilir. 
5. 
Xarici  investisiyaların  beynəlxalq  tənzimlənməsi  sistemi  yaradılır.  Ə T 
ölkələri hələ 1976-cı ildə “Beynəlxalq kapital qoyuluşları və çoxmilli müəssisələr 
barədə  bəyannamə”  qəbul  etmişlər.  Bu  bəyannamə  ilə  xarici  investorlara  yerli 
istehsalçılara təqdim edilən şəraitdən fərqli olmayan şərait yaratmaq tövsiyə edilir. 
1992-ci  ildə  Dünya  Bankı  Qrupu  “Xarici  birbaşa  investisiyalar  üçün  rejim  üzrə 
tövsiyələr”  hazırlamışdır.  Bu  tövsiyələrə  görə,  istər  yerli,  istərsə  də  xarici 
investorlar  üçün  eyni  rejimin  yaradılması  azad  rəqabət  şəraitində  əlverişli 
investisiya  iqliminin  başlıca  şərtidir.  BMT  tərəfindən  həmçinin  “Transmilli 
ş
irkətlərin beynəlxalq davranış kodeksi” qəbul edilmişdir. 
6. 
Xarici investisiyaların coğrafi istiqamətlərində dəyişikliklər baş verir: 
− 
Sahibkar  kapitalının  sənayecə  inkişaf  etmiş  ölkələr,  xüsusilə  “triada” 
ölkələri arasında miqrasiyası üstünlük təşkil edir. Kapitalın əsas ixracatçıları kimi 
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Niderland,  sveçrə çıxış edir. 
Lakin  sənayecə  inkişaf  etmiş  ölkələr  eyni  zamanda  əsas  kapital  idxalatçılarıdır. 
2002-ci ildə onların payına birbaşa xarici investisiyaların idxalının 71%-i düşüb; 
− 
Sahibkar  kapitalının  inkişaf  etməkdə  olan  ölkələrə,  xüsusilə  də  yüksək 
iqtisadi  artım  tempinə  malik  Cənub  Şərqi  Asiya  və  Latın  Amerikası  ölkələrinə 
ixracı artır; 
− 
nkişaf etməkdə olan ölkələr arasında xarici investisiyaların həcmi artır; 
−  Keçid  iqtisadiyyatlı  ölkələrdə  xarici  investisiyaların  artımı  müşahidə 
edilir. 2002-ci ildə keçid iqtisadiyyatlı ölkələrə 29 milyard dollar xarici investisiya 
qoyulmuşdur.  Portfel  investisiyaları  kapitalın  xarici  müəssisələrin  qiymətli 
kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin 
fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. 


33 
 
Kapital ixracının sahibkar formasını onun istehsal prosesi ilə birbaşa əlaqədə 
olması  səbəbindən  “ikinci  iqtisadiyyat”  adlandırırlar.  Digər  forma  –  borc 
kapitalının hərəkəti bu  cür  birbaşa  əlaqəyə  malik deyildir və  yalnız  dolayı  olaraq 
təkrar istehsal prosesi əks etdirir. 
Kapitalın borc formasında hərəkəti dedikdə, birbaşa xarici investisiyalar və 
portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür. 
Kapitalın  beynəlxalq  hərəkətinin  borc  forması  aşağıdakı  əməliyyatlar 
vasitəsilə reallaşdırılır: 
−  Dövlət və borc kreditlərinin verilməsi; 
−  Digər  ölkələrin  istiqrazlarının,  qiymətli  kağızlarının,  veksellərinin,  xarici 
ş
irkətlərin trattlarının alınması; 
−  Borclar üzrə ödəmələrin həyata keçirilməsi; 
−  Banklararası depozitlər; 
−  Rəsmi yardımlar və s. 
Konkret  bir  ölkə  tərəfindən  tanınan  kapitalın  beynəlxalq  hərəkəti  formaları 
isə adətən həmin ölkənin investisiya və bank qanunvericiliyi ilə müəyyən edilir. 
Kapitalın  beynəlxalq  hərəkətinin  funksional  bölgüsü  hər  bir  kapital  qrupu 
şə
rti olaraq ixrac və idxal altqrupuna bölünür. 
Kapitalın  beynəlxalq  hərəkətinin  miqyasını  bütün  ölkələrin  konsolidasiya 
olunmuş tədiyyə balansı göstəriciləri əsasında müşahidə etmək olar. 
Beynəlxalq  Valyuta  Fondunun  qiymətləndirmələrinə  görə,  dünya  üzrə 
kapital  axınlarının  təxminən  80%-i  inkişaf  etmiş  ölkələrin,  20%-i  isə  inkişaf 
etməkdə  olan  ölkələrin  payına  düşür.  Buna  baxmayaraq,  inkişaf  etməkdə  olan 
ölkələrin dünya kapital axınında payı ildən-ilə artmaqdadır. 
Yuxarıda  qeyd  olunan  formalardan  başqa  kapitalın  dövlət  və  özəl  kapitala 
bölgüsündə  də  dayanmaq  lazımdır.  lk  öncə  qeyd  edək  ki,  dövlətin  xaricə  real 
kapital qoyuluşları barədə informasiyanı milli hesablar statistikasından əldə etmək 
heç  də  asan  deyil.  Buna  əlavə  olaraq,  çox  zaman  dövlət  şirkətlərinin  həyata 
keçirdikləri investisiya qoyuluşları özəl investisiyalar kimi təsnif edilir. 


34 
 
Dövlət  investisiyalarının  inkişaf  etməkdə  olan  ölkələrin,  xüsusilə  də 
onlardan daha zəif inkişaf etmişlərinin iqtisadiyyatlarında əhəmiyyətli rol oynadığı 
ş
übhə  doğurmur.  Dövlət  kapitalını  çox  zaman  rəsmi  kapital  qoyuluşları  da 
adlandırırlar.  Bu  zaman  təkcə  hökumətlər  tərəfindən  təqdim  edilən  borclar  və 
kreditlər,  maliyyə  yardımları  deyil,  həmçinin  beynəlxalq  təşkilatlar  üzrə  analoji 
axınlar da nəzərə alınır. 
Ümumilikdə  isə  inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadiyyatına  məcmu 
kapital axınında əhəmiyyətli dəyişikliklər baş vermiş, özəl investisiyaların payı isə 
azalmışdır.    Rəsmi  axınların  xüsusi  çəkisi  1975-1982-ci  illərdəki  32%-dən  1990-
2000-ci illərdə 20%-ə düşmüşdür. Bununla yanaşı, inkişafa rəsmi yardımın xüsusi 
çəkisi əvvəlki səviyyədə 11%-də qalmış, digər rəsmi kapitalların xüsusi çəkisi isə 
21%-dən 8%-ə enmişdir. Özəl investisiyaların xüsusi çəkisi baxılan dövrdə 68%-
dən 80%-ə artmışdır. 
Özəl  və  dövlət  kapital  qoyuluşlarının  xüsusi  çəkilərinin  nisbətini  müxtəlif 
gəlir səviyyəsinə və iqtisadi  artım  templərinə  malik ölkələr üzrə  müşahidə  etmək 
olar. Əgər inkişaf etməkdə olan ölkələri adambaşına düşən gəlir səviyyəsinə görə, 
orta  səviyyədən  yuxarı  gəlirli  ölkələrə,  orta  səviyyədən  aşağı  gəlirli  ölkələrə  və 
aşağı  gəlirli ölkələrə bölsək, maraqlı bir qanunauyğunluğu müşahidə etmək olar. 
Birinci  2  qrup  ölkələrdə  özəl  investisiyaların  xüsusi  çəkisi  dövlət  kapital 
qoyuluşlarının xüsusi çəkisini demək olar ki, 2 dəfə üstələyir. Üçüncü qrupda isə 
hər  iki göstərici  təxminən bərabərdir.  nkişaf  etməkdə olan  ölkələri iqtisadi artım 
templərinə görə böldükdə də analoji nəticə alınır. Yüksək və orta artım templərinə 
malik olan ölkələrdə dövlət birbaşa xarici investisiyalarının ÜDM-də xüsusi çəkisi 
uyğun olaraq 9,5% və 8% təşkil edir. Aşağı artım templi ölkələrdə dövlət və özəl 
investisiyalarının ÜDM-yə nisbəti müvafiq olaraq 8,4% və 9,9% təşkil edir. 
Dövlət kapital ixracının əhəmiyyətli hissəsi 1980-ci illərdə inkişaf etməkdə 
olan ölkələrə  yönəldilsə də,  1990-cı illərdə  onun  coğrafiyası dəyişməyə  başlayıb. 
Onun 30%-i Şərqi Avropa və MDB ölkələrinə yönəldilir.  xracatçı dövlətlər özəl 
xarici  investisiya  və  kreditlərin  zəmanəti  sistemini,  özəl  firmaların  investisiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə