Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

23 
 
−  Baş  firma  və  onun  xarici  müəssisələri  arasında  şirkətdaxili  kapital 
köçürmələri. 
Birbaşa xarici investisiyalar kapital resurslarına və qeyri-material aktivlərinə 
bölünür.  Birinciyə  səhmlər,  reinvestisiya  edilmiş  gəlirlər  və  digər  firmalararası 
uzunmüddətli  sazişlər  formasında  mövcud  olan  kapital  aiddir.  Qeyri-material 
aktivlərinə  isə  qeyri-istehsal  və  qeyri-maliyyə  resursları,  mülkiyyət  hüquqları, 
həmçinin bu aktivlərdən lisenziya sazişləri əsasında istifadə edilməsi daxildir. 
Birbaşa  xarici  investisiyaların  ixracı  və  idxalının  səbəbləri  kifayət  qədər 
müxtəlifdir.  Əsas  səbəblər  kimi  kapitalı  maksimum  gəlir  gətirərək  ölkədə 
yerləşdirməyə,  vergi  ödəmələrinin  səviyyəsinin  azaldılmasına  və  risklərin 
diversifikasiyasına  göstərilən  səylər  çıxış  edir.  BMT-nin  iqtisadi  qurumlarının 
rəhbərliyi altında keçirilən çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların 
ixracı  və  idxalının  spesifik  səbəbləri  əhəmiyyətli  dərəcədə  üst-üstə  düşür,  lakin 
onların nisbi rolu müxtəlifdir. 
Birbaşa  investisiyaların  ixracının  səbəbləri  kimi  aşağıdakıları  göstərmək 
olar: 
−  Texnoloji liderlik. Şirkətin satış həcmində elmi tədqiqatlara çəkilən xərclər 
nə qədər yüksəkdirsə onun birbaşa xarici investisiyalarının həcmi bir o qədər 
çox  olur.  Və  əksinə  çəkilən  xərclərin  payı  nə  qədər  aşağı  olsa  birbaşa 
investisiyaların  həcmi  də  bir  o  qədər  az  olacaq.  Xaricə  birbaşa  investisiya 
ixrac  etməklə  müəssisələr  onlara  məxsus  olan  və  onların  rəqabətli 
üstünlüyünü  təmin  edən  texnologiya  üzərində  nəzarəti  əldə  saxlamağa 
çalışırlar. 
− 
ş
çi  qüvvəsinin  ixtisas  səviyyəsində  olan  üstünlük.  xtisas  səviyyəsi 
adətən  işçilərin  əməyinin  ödənilməsinin  orta səviyyəsi ilə  ölçülür.  Şirkətdə 
ə
məyin ödənilməsi səviyyəsi nə qədər yüksəkdirsə, onun birbaşa investisiya 
ixracı bir o qədər çox olacaqsan. 
−  Reklamda  olan  üstünlük.  Bu  üstünlük  beynəlxalq  marketinq  üzrə 
toplanmış  təcrübəni  əks  etdirir.  Şirkətin  satış  həcmində  reklama  çəkilən 


24 
 
xərclərin payı nə qədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya ixracı 
bir o qədər çox (az) olar. 
− 
qtisadiyyatın  miqyası.  Şirkətin  daxili  bazara  yönəlmiş  istehsal  həcmi  nə 
qədər çoxdursa, birbaşa investisiyaların ixrac həcmi də bir o qədər çox olur. 
Ş
irkətlərin  əksəriyyəti  ölkə  xaricinə  investisiya  qoymazdan  əvvəl  daxili 
bazar çərçivəsində iqtisadiyyatın miqyası imkanlarından tam istifadə edirlər. 
−  Şirkətin  ölçüsü.  Şirkətin  ölçüsü  böyük  olduqca  birbaşa  xarici 
investisiyaların da həcmi çox olur. 
− 
stehsalın  təmərküzləşmə  dərəcəsi.  Şirkət  çərçivəsində  müəyyən  əmtəə 
istehsalı  üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa 
xarici investisiyaların həcmi də artır. 
−  Təbii  resurslara  çıxışla  təmin  edilmə.  Şirkətin  müəyyən  təbii  resursa 
ehtiyacı  nə  qədər  çox  olarsa,  şirkətin  bu  resursun  olduğu  ölkəyə  birbaşa 
investisiyası bir o qədər çox olar. 
−  Digər  səbəblər:  istehlakçının  bilavasitə  yaxınlıqda  müəssisə  yaradılması  ilə 
ə
mtəənin  istehlakçıya  çatdırılması  üçün  çəkilən  nəqliyyat  xərclərinin  aşağı 
salınması;  ölkə  ərazisində  müəssisə  yaradılması  ilə  ölkə  tərəfindən  tətbiq 
edilən idxal maneələrinin aradan qaldırılması. 
Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək 
olar: 
−  Texnoloji liderlik.  Şirkətin  satış həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər 
nə qədər yüksəkdirsə, onun xaricdən birbaşa investisiyalar idxalı bir o qədər 
çox  olur.  Və  əksinə,  çəkilən  xərclərin  payı  nə  qədər  aşağı  olsa,  birbaşa 
investisiyaların idxalı da bir o qədər az olacaq. Birbaşa investisiyalar adətən 
yeni xarici texnologiyalar idxalı ilə əlaqədardır. 
−  şçi  qüvvəsinin  ixtisas  səviyyəsi.  Şirkətdə  əməyin  ödənilməsi  səviyyəsi  nə 
qədər yüksəkdirsə, onun birbaşa investisiya idxalı bir o qədər çox olacaq. 


25 
 
−  Reklamda  olan  üstünlük.  Şirkətin  satış  həcmində  reklama  çəkilən  xərclərin 
payı nə qədər yüksək olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox 
olar. 
−  Masştab  iqtisadiyyatı.  Şirkətin  daxili  bazara  yönəldilmiş  istehsal  həcmi  nə 
qədər çoxdursa, adətən birbaşa investisiyaların idxal həcmi də bir o qədər az 
olur. 
−  Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların 
idxal həcmi də çox olur. 
−  stehsalın  təmərküzləşmə  dərəcəsi.  Şirkət  çərçivəsində  müəyyən  əmtəə 
istehsalı  üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa 
xarici investisiya idxalının həcmi azalır. 
−  Kapitala olan ehtiyac. Şirkətin kapitala olan ehtiyacı nə qədər böyük olarsa, 
onun birbaşa investisiya idxalı bir o qədər çox olar. 
−  Milli  filialların  sayı.  Şirkət  ölkə  daxilində  nə  qədər  çox  filiala  malikdirsə, 
onun investisiya idxalı bir o qədər çoxdur. 
−  stehsal  xərcləri.  Kapitalı    qəbul  edən  ölkədə  istehsal  xərcləri  nə  qədər 
aşağıdırsa, onun investisiya idxalının həcmi bir o qədər çoxdur. 
−  Daxili  əmtəə  bazarının  müdafiə  səviyyəsi.  Kapital  idxalı  əmtəə  idxalının 
alternativi  kimi  çıxış  etdiyindən  ölkənin  daxili  əmtəə  bazarının  gömrük  və 
digər müdafiə səviyyəsi nə qədər yüksəkdirsə, birbaşa investisiya idxalı bir 
o qədər çoxdur. 
−  Bazarın  ölçüsü.  Ölkənin  daxili  bazarının  ölçüsü  böyük  olduqca  investisiya 
idxalı da çox olur. 
−  Digər  amillər:  xarici  birbaşa  investisiyalar  hesabına  yaradılan  sənayenin 
ixracyönümlülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu. 
Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən 
amillər  bir  çox  hallarda  üst-üstə  düşür  ki,  bu  da  kəsişən  investisiyalara  gətirib 
çıxarır.  Texnoloji  liderlik,  işçi  qüvvəsinin  ixtisas  səviyyəsi,  beynəlxalq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə