11
gəlir və pul təklifinin artması ilə qiymətlər yüksələcəkdir. Yəni xalis ticarət hədləri
(net terms of trade), kapital transfer edən ölkənin əleyhinə, transferi alan ölkənin
isə lehinə dəyişməkdədir.
Qlobal istehsala dair müasir nəzəriyyələr daha çox bir neçə təməl suala
cavab axtarır:
‐ Bir mal niyə bir ölkədən ziyadə, iki və ya daha çox ölkədə istehsal
edilməkdədir?
‐ Niyə fərqli məkanlardakı istehsal bir çox firma tərəfindən gerçəkləşdirilmək
yerinə, eyni firma tərəfindən gerçəkləşdirilməkdədir?
‐ Şirkətlər niyə ixrac və investisiyalara yönəlməkdədirlər?
‐ Birbaşa xarici investisiyalar niyə bəzi sektorlarda konsolidasiya olub, bəzi
sektorlara isə, demək olar ki daxil olmamaqdadırlar?
‐ Niyə həm sektoral, həm də ölkə bazasında qarşılıqlı investisiyalar mövcuddur?
Ayrıca bu nəzəriyyələr, həm statik (industrial orqanizasiya nəzəriyyəsi,
internallaşdırma nəzəriyyəsi), həm də dinamik (oliqopolistik rəqabət, malın həyat
dövrü nəzəriyyəsi) struktur içində ələ alınmışdır.
Yerləşmə Nəzəriyyəsinə (Location Theory) görə, qlobal şirkətlər, istehsalı
daha aşağı maliyyətlərlə gerçəkləşdirə bilmək, tarif və ticarət əngəllərinin neqativ
təsirlərindən qoruna bilmək üçün, öz ölkəsində istehsal yerinə, xarici ölkədə
istehsal etməyi tərcih etməkdədirlə lar tərəfindən müəyyənləşdirilməkdədir.
Məsələn, alüminium mədənçiliyi boksit mədəninin mövcud olduğu yerlərdə,
alüminium emalı isə, elektrikin ucuz olduğu yerlərdə gerçəkləşdirildiyində iqtisadi
faydalı olacaqdır. Bu nəzəriyyə işığında, xaricdə qoyulan investisiyalar üzərində
tətbiq olunan Amerikan vergi endirimləri də, yerli firmaları ölkə xaricində
investisiyalar yatırmaq üçün təşviq etmişdir. Məsələn, ABŞ
‐da dəniz ötəsi
mənfəətlərdən ikiqat vergi tutulmasından qaçınılmaqda və ekstra endirimlərlə
xaricdə neft sektorunda investisiya qoyuluşu təşviq edilməkdədir.
12
Bazarların
nternallaşdırılması Nəzəriyyəsi (Internalization Theory)
(Əməliyyat Məsrəfi Nəzəriyyəsi kimi də tanınır) firmaların xarici ölkələrdə
yerləşməsinin səbəblərini incələmişdir. Bu səbəblərdən ilki, beynəlmiləlləşmənin
avantajlarını müəyyənləşdirirkən texnologiya transferinin önəmi üzərində
durmaqdadır. Belə ki, texnologiya transferi mövzusunda bəzən müxtəlif
çətinliklərlə qarşılaşılmaqdadır. Məsələn, bir fabrikin necə işlədiyinə, orqanizasiya
daxili qeyri
‐formal münasibətlərə dair bilgilər heç bir zaman yazılı olmayıb, onu
çalışdıran insanların bilgi dağarcığında mövcud olur ki, bu da paketlənib satıla
biləcək bir əşya (meta) deyildir. Eyni zamanda, potensial bir alıcının bilginin
gerçək dəyərini də bilməsi çox çətindir.
Zira mövzu ilə əlaqədar, alıcı da satıcı qədər bilgi sahibi olsaydı, o zaman
satın almağa da ehtiyac qalmayacaqdı. Yenə bilgi üzərindəki haqların qorunması
çox vaxt çətindir. Çünki bir firma, başqa bir firmaya lisenziya altında texnologiya
verirsə, bu texnologiyanı alan ölkədəki digər firmalar da eyni texnologiyanı təqlid
edə bilərlər. Eyni zamanda təbii və ya dövlət qaynaqlı ekstern effektlər səbəbilə,
bazarlar mal, xidmət və istehsal faktorlarını məhsuldar (optimal) formada
dağıtmaya bilərlər. Dövlətin bazara müdaxilələrindən qaynaqlanan ekstern
effektlərdən (süni ekstern effektlər) tariflər, subsidiyalar, vergilər, qiymət
kontrolları kimi praktikalar anlaşılmaqdadır.
Təbii ekstern effektlər isə, texnik və ya ictimai mal ekstern effektləridir.
Məsələn, ictimai malların marjinal maliyyət irləri azalmaqdadır. Bu nəzəriyyə
işığında, i sıfır olduğu üçün, bir şirkət yaratdığı bilginin ortaya çıxması nəticəsində
o bilgidən gəlir təmin edə bilməyəcəkdir. Bu problem, patentlər və marka
himayələri sayəsində qismən həll olunsa da, şirkətin sahib olduğu bilginin sadəcə
bir qismi qanuni olaraq qoruna biləcəkdir. Geriyə qalan qisim sadəcə şirkətin öz
səyləri ilə qoruna bilər. Bütün bu problemlər də, xarici ölkələrdə qlobal şirkətlərin
öz şirkətlərini qurmalarını, texnologiyanı başqa şirkətlərə satmağa görə daha
rentabelli hala gətirməkdədir. Bu yönü ilə nternallaşdırma Nəzəriyyəsi qlobal
ş
irkətlərin niyə üfüqi inteqrasiyaya yönəldiklərini açıqlamaqdadır.
13
kinci bir səbəb olaraq da, bir firmanın bir çox ölkədə fəaliyyət
göstərməsində irəli və geri şaquli inteqrasiyanın önəmi vurğulanmaqdadır. Şaquli
inteqrasiya sayəsində qlobal şirkət, istehsalın bir
‐birini izləyən hər mərhələsində
özü fəaliyyət göstərməkdə və beləcə həm bilgi texnologiyasını qorumaqda, həm
koordinasiyanı artırmaqda, həm də istehsalın hər mərhələsindəki mənfəət şirkətin
öz nəzdində qalmaqdadır. Dolayısilə internallaşmanın yayğınlığı ölçüsündə
firmanın böyümə və inkişafı artmaqda, xaricdən asılılığı azalmaqda və risk
faktorlarının mənfi təsiri qlobal şirkətlərin imkanlarının artmasında texnoloji
dəyişmələrinin rolunun təzyiqi vardır.
XX əsr bilgi və texnoloji çağı olsa da, eyni zamanda bazara giriş əngəllərinin
artmasına və inhisarın yayğınlaşmasına səbəb olmuşdur.
kinci Dünya
Müharibəsindən sonra hakim olan elektronika, kompüter, avtomobil, kimya kimi
sənayelər gedərək yerini media, telekommunikasiya, bilgi prosesləri, bankçılıq,
sığortaçılıq, finans və bənzəri bir sıra xidmət sektoruna tərk etməkdədir. Beləcə
qlobal əlaqələr başqa bir yerdə emal ediləcək, daha sonar şirkətlərin şaquli
inteqrasiyası kommunikasiya, bilgi prosesləri və nəqliyyat vasitələrinin inkişafı
dolayısilə böyük bir sürət qazanmışdır.
1960
‐cı ildə sistematik şəkildə Hymer tərəfindən ortaya atılan Monopoliya
Avantajı Nəzəriyyəsinə görə, qlobal şirkət investisiya qoyduğu ölkədəki lokal
ş
irkətlərlə rəqabət etməsini təmin edən monopolist avantajlara sahibdir. Bu
avantajlar investor şirkətə xas olmaqla bərabər, bazardakı digər şirkətlər bu
avantajlardan yararlana bilməzlər. Yəni birbaşa investisiyaların və qlobal
ş
irkətlərin fəaliyyətdə olduğu bazarlarda tam rəqabət şərtləri keçərli deyildir.
Burada şaquli və üfüqi bütünləşmə arasındakı fərqi qeyd etmək lazımdır.
Bəzən xaricdə qoyulan investisiyanın təməl səbəbi, ehtiyac duyulan xam
maddələrə çatıb, onları aşağı maliyyətlə və daimi olaraq əldə etməkdir. Bu cür
investisiyalar şaquli bütünləşmə kateqoriyasına daxildir və inkişaf etməkdə olan və
ya zəngin yeraltı sərvətlərə sahib olan ölkələrə qoyulan investisiyalar çox vaxt bu
istiqamətdə olmaqdadır. Məsələn, Amerikan şirkətlərinin Kanada, Avstraliya,
Dostları ilə paylaş: |