Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

48 
 
inkişaf  etməkdə  olan  ölkələrdə  7
‐ci,  inkişaf  etmiş  ölkələrdə  isə,  8‐ci  sıra‐da 
yer  almışdır.  Bu  nəticə  eyni  zamanda,  inkişaf  etməkdə  olan  ölkələrdə  təşviqlərin 
nisbətən  daha  önəmli  olduğunu  göstərməkdədir.  nkişaf  etmiş  ölkələr  siyasi  və 
iqtisadi  stabillikləri,  yüksək  satın  alma  gücü,  keyfiyyətli  iş  gücü,  rəqabətçi 
bazarları və s. kimi faktorlar dolayısilə onsuz da cəlb edici investisiya 
iqliminə sahibdirlər. 
Toucheun  araşdırmasında  isə,  vergi  təşviqləri,  investisiya  qərarlarına  təsir 
göstərən 26 fərqli faktor içində, sadəcə 13
‐cü  sırada  yer  ala  bilmişdir.  Yuxarıda 
ifadə  edilən  araşdırmalar  göz  önündə  tutulduğunda,  vergi  təşviqlərinin  xarici 
investisiyalar üzərində önəmli bir effektinin olmadığı nəticəsinə varıla bilər. Fəqət 
xüsusilə, 1980
‐ci illərdən etibarən birbaşa xarici kapital investisiya növlərində 
meydana gələn dəyişmə və texnolojik irəliləmələrlə birlikdə xidmətlər sektorunun 
(xüsusilə, bankçılıq
‐finans  sektoru)  da  xarici  investisiyalar  içərisində  yer  alması, 
hansı  növ  xarici  kapital  investisiyalarının  vergi  təşviqlərindən  təsirləndiyi  sualını 
aktuallaşdırmışdır.  Məsələn,  1985
‐1994  dönəmi  arasında  Karib  Adaları  kimi 
Cənubi  Sakit  Okeandakı  vergi  cənnətlərinin  200  milyard  $  həcmindəki  xarici 
kapitalı çəkmələri  bununla açıqlana bilər.  
Yenə  rlandiyanın  son  20  ildə  birbaşa  xarici  kapital  investisiyalarında  əldə 
etdiyi  müvəffəqiyyətdə  də,  tətbiq  etdiyi  vergi  siyasətləri  və  təşviqlərinin  effektli 
olduğu  söylənə  bilər.  Dolayısilə  vergi  siyasətlərinin  və  təşviqlərinin  bəzi  xarici 
investisiyalara olduqca önəmli bir şəkildə təsir göstərdikləri açıqdır. Bu kontekstdə 
təşviqlərin  xarici  investisiyalar  üzərindəki  effektləri  incələnirkən  öncəliklə  xarici 
investisiya  növlərinə  diqqət  etmək  lazımdır.  Məsələn,  geyim  və  emalat 
sektorundakı firmalar kimi ixracat mərkəzli firmalar, qlobal bazarda daima yüksək 
bir  rəqabət  şəraiti  içərisində  olduqlarından,  maliyyəti  azaldıcı  bütün  amillərə,  o 
cümlədən təşviqlərə qarşı son dərəcə həssas davranmaqdadırlar. 
Vergi  təşviqlərinin  effektlərini  incələyən  maraqlı  bir  çalışma  da,  Coyne 
tərəfindən aparılmışdır. Bu çalışmaya görə, kiçik firmalar böyük firmalara nisbətən 


49 
 
təşviqlərə  qarşı  daha  həssasdırlar.  Çünki  bu  cür  firmalar  vergidən  qaça  bilmək 
üçün lazımi mürəkkəb finans və insan kapasitəsinə sahib deyildirlər. 
Dolayısilə vergi, kiçik firmalar üçün önəmli bir maliyyət ünsürüdür.  nkişaf  
etməkdə  olan  ölkələrdə  tətbiq  edilən  təşviqlərin  BXK   üzərindəki  effektlərini 
incələyən McKinsey Global Institute
‐un “Truth About Foreign Direct Investment 
in  Emerging  Markets”  isimli  araşdırmasına  görə,  xarici  kapital,  bu  ölkələrdə 
investisiya qoyarkən mövcud pul təşviqlərdən çox da təsirlənməməkdədir. 
Bu  baxımdan  xarici  kapital  çəkmək  istəyən  inkişaf  etməkdə  olan  ölkələrdə  vergi 
təşviqləri  daha  effektli  ola  bilər.  Çünki  vergi  təşviqləri,  pul  təşviq  vasitələrindən 
fərqli olaraq nəticəyə istiqamətlənmişdir. Beləcə məhdud ölkə xəzinəsi də daha az 
zərər görmüş olar. 
Araşdırmanın  başqa  bir  nəticəsinə  görə,  xarici  kapitalı  məhdudlaşdırıcı 
tənzimləmələrin  neqativ  təsirləri  çox  qısa  müddətdə  anlaşılmaqdadır.  Yəni  xarici 
kapital  miqdarı  ilə,  əngəllərin  səviyyəsi  arasında  sistematik  bir  əlaqə  mövcud 
deyildir.  Digər  bir  ifadə  ilə,  əngəllər  bir  az  endirildiyi  zaman  ölkəyə  daxil  olan 
xarici  kapital  artmamaqdadır.  Xarici  kapital  bütün  əngəllərin  qaldırılmasına  daha 
çox həssasdır. Ən maraqlı nəticə isə, yuxarıdakı araşdırma nəticələrinə də bənzər 
şə
kildə,  xarici  investorların  ev  sahibi  ölkədə  təşviqdən  çox  makro
‐iqtisadi 
stabilliyə,  rəqabətçi  bazarlara,  açıq,  şəffaf,  tətbiq  edilə  bilən  vergi,  ticarət  və  iş 
görmə  ilə  bağlı  hüquqi  və  inzibati  iqlimə  və  tənzimləyicilərə  önəm  verdikləridir. 
Yəni  qeyri
‐formal  iqtisadiyyat  və  bürokratiyadan  qaçdıqları  kimi,  güclü  bir 
bəşəri,  fiziki  və  etibarlı  idari  infrastrukturun  yanında  iqtisadiyyata  giriş  və 
çıxışların sərbəst olmasına baxmaqdadırlar. 
Cədvəl 
Beynəlxalq investisiya praktikasında təşviq vasitələrinin növləri 
 
 
Maddi 
təşviqlə
 
‐ Torpaq sahəsi‐ərazi təmini; 
‐ Bina təmini. 
Pul 
Qarşılıqsız: 


50 
 
təşviqləri 
‐  anələr; 
‐ Stimullaşdırıcı ödənişlər. 
Qarşılıqlı: 
‐ Uyğun şərtli kreditlər (aşağı faizli, uzun müddətli). 
Vergi 
təşviqlər 
Gəlir və Mənfəət Vergisi Təşviqləri: 
‐ Aşağı nisbətli gəlir və mənfəət vergisi; 
‐ Vergidən azad edilmə; 
‐ Əvvəlki il zərərlərinin mənfəətdən çıxılması; 
‐ Sürətləndirilmiş amortizasiya; 
‐  nvestisiya endirimi; 
‐ Bəzi xərclərin vergidən düşürülməsi (sosial müdafiə payı ödəmələri, 
məşğulluqla bağlı xərclər, reklam, tanıdım və marketinq, səhiyyə xərcləri 
və s.); 
‐ Vergi krediti (finansman fondu); 
‐ Vergi tətili. 
Ə
DV Təşviqləri: 
‐ Kapital mallarına ƏDV istisnası; 
‐ Az inkişaf etmiş bölgələrə və/və ya bəzi mallara aşağı 
Ə
DV nisbəti tətbiqi; 
Gömrük Vergisi Təşviqləri: 
‐ Makina‐təchizat, xam maddə, parça və ehtiyat parça kimi 
kapital mallarını gömrük vergisindən azad etmə; 
‐ Gömrük vergisi geri ödəməsi; 
Qarantiya 
və 
zəmanətlər 
‐ Kredit qarantiyaları; 
‐ Yüksək ticarət riski daşıyan proyektlərə dövlət mənbəli 
risk kapitalı iştirakı; 
‐  qtisadi və ticarət risklərini əhatə edən imtiyazlı dövlət 
sığortası (devalvasiya, siyasi qarışıqlıq və s.). 
Digə
təşviqlər 
‐  nfrastrukturun hazırlanması; 
‐ Ucuz enerji dəstəyi; 
‐  nvestisiya öncəsi xidmətlər; finansman qaynaqları, 
investisiya proyekti hazırlama və idarə etmə, bazar 
araşdırması, xam maddə və infrastruktur vəziyyəti, istehsal 
prosesi və marketinq texnikləri, təhsil, know
‐how və ya 
keyfiyyət kontrol inkişaf texnikləri, ilə bağlı yardımlar; 
‐  mtiyazlı dövlət anlaşmaları. 
MənbəMustafa Duran, “Teşvik Politikaları ve Doğrudan Sermaye Yatırımları”, T.C. 
Başbakanlık Hazine Müsteşarlığı Ekonomik Araştırmalar Genel Müdürlüğü, Araştırma ve 
nceleme Dizisi 33, Ankara, 2003, http:/www.hazine.gov.tr/arastirma/tug_tpdsy.pdf 
 
 
Yuxarıdakı  araşdırma  nəticələrini  bütün  olaraq  göz  önünə  alsaq, 
investisiyalara  əlverişli  iqlim  yaradıldıqdan  sonra,  doğru  yer  və  zamanda  istifadə 
edilən  təşviqlər  xarici  kapital  investisiyaları  üzərində  təsirli  ola  bilməkdədir. 
Dünyada  investisiya  iqlimini  yaxşılaşdırıb,  daha  çox  xarici  investisiya  çəkmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə