Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Maliyyə  kateqoriyasının  tərkib  hissəsi  kimi  dövlət  büdcəsi  xərcləri 



maliyyənin  ümumi  xassəsi  olan  bölüşdürücü  xarakterini,  yəni  maliyyə  vəsaiti 

fondlarının  istifadəsi  ilə  əlaqədar  olan  pulun  hərəkətini  ifadə  etməklə  dövlət 

tərəfindən  tənzimlənir.  Bununla  yanaşı  büdcə  xərcləri  maliyyənin  ümumi  tərkib 

hissəsi olan bölgü münasibətlərinin elə bir hissəsini təşkil edir ki, bu, yalnız dövlətin 

mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun  istifadəsi  və  maddi,  o  cümlədən  qeyri  – 

maddi  istehsal  sferasındakı  müvafiq  pul  vəsaiti  fondlarının  yaradılması  ilə 

ə

laqədardır.  Həmin  bölgü  müasibətlərinin  maddi  təcəssümü  isə  istehsalın  müxtəlif 



sahələrinin  inkişaf  fondlarının,  əhalinin  maddi  və  sosial  –  mədəni  tələbatının  və 

digər ümumdövlət ehtiyaclarının ödənilməsi üçün yönəldilən vəsaitin hərəkətidir. 

 Dövlət  büdcəsinin  xərclərinin  sosial  –  iqtisadi  məzmunu  hər  bir  dövlətin 

cəmiyyətin  iqtisadi  həyatındakı  rolu  ilə,  əhalinin  sosial  –  mədəni  ehtiyaclarının 

ödənilməsindəki iştirak dərəcəsi ilə müəyyən edilir. Bu bir sıra konkret amillərdən 

asılıdır: 

-

 

müəyyən dövrdə dövlətin yerinə yetirdiyi funksiyaların xarakteri; 



-

 

ölkənin sosial – iqtisadi inkişaf səviyyəsi; 



-

 

dövlətin xarici iqtisadi – siyasi əlaqələrinin miqyası; 



-

 

mülkiyyət formalarının dövlət büdcəsi ilə qarışılıqlı əlaqəsi; 



-

 

xalq  təsərrüfatı  sahələrinin  inkişafı  üçün  büdcə  vəsaitinin  verilməsi 



metodları. 

Ölkənin  inkişaf  vəziyyətindən  asılı  olaraq  cəmiyyətin  iqtisadi,  sosial  inkişaf 

ehtiyacları,  müdafiə  və  digər  məqsədləri  üçün  dövlət  büdcəsinin  müəyyən  xərc 

sistemi  meydana  gəlir.  Bu  sistemə  uyğun  olaraq,  dövlətin  müvafiq  inkişaf 

mərhələlərində meydana gələn müxtəlif amillərin qarışılıqlı əlaqə və təsiri şəraitində 

ayrı – ayrı xərc növlərini ödəmək üçün büdcədən ayrılan vəsaitin nisbətləri müəyyən 

edilir.  Bunun  nəticəsində  də  aidiyyatı  təşkilatlar  dövlətin  qarşısına  qoyulmuş  xərc 

növlərini  ödəmək  üçün  qruplaşdırmalar  aparırlar.  Elə  Azərbaycan  Respublikası 

dövlət büdcəsinin xərcləri məhz bu səbəbdən aşağıdakı qruplara bölünür: 

-

 



ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi; 

-

 



ə

halinin sosial – mədəni  ehtiyaclarının ödənilməsi; 




 

-



 

iqtisadiyyatın inkişaf etdirilməsi; 

-

 

ali və yerli dövlət hakimiyyəti və dövlət idarəsi orqanlarının saxlanması; 



-

 

dövlətin  maddi  və  maliyyə  ehtiyatlarının  yaradılması  və  dövlət 



qanunvericiliyi ilə nəzərdə tutulan sair xərclər. 

Büdcə  xərclərinin  göstərilən  istiqamətlər  üzrə  qruplaşdırılması  uzun  müddət 

davam  etmişdir.  Sovet  dövründə  büdcə  vəsaitinin  əsas  hissəsi  xalq  təsərrüfatının 

maliyyələşdirilməsinə  yönəldilərək  dövlətin  iqtisadi  funksiyasının  həyata 

keçirilməsini  təmin  edirdi.  Büdcə  vəsaitinin  təqribən  üçdə  biri  sosial  –  mədəni 

tədbirlərin maliyyələşdirilməsinə yönəldilirdi. Lakin son illərdə sadə təkrar istehsalı 

təmin edən xərclərin büdcə maliyyələşdirilməsi miqyasının əsassız olaraq artırılması 

nəticəsində  xalq  təsərrüfatında  struktur  dəyişiklikləri  probleminin  həll  edilməsində 

büdcə xərclərinin rolu kəskin surətdə azalmağa başlamışdır. 

Digər  tərəfdən  xalq  təsərrüfatının  maliyyələşdirilməsinə  büdcə  xərclərinin 

həcminin  ixtisar  edilməsi  özəlləşdirmə  proqramının  həyata  keçirilməsi  ilə 

ə

laqədardır.  Lakin  xalq  təsərrüfatının  maliyyələşdirilməsinə  büdcədən  vəsait 



ayrılmasını tamamilə dayandırmaq da qeyri mümkündür. Lakin hər bir dövlət üçün 

iqtisadiyyatın inkişaf etdirilməsində bir neçə əsas nəzarət tədbirləri vardır ki, onlara 

mütləq əməl olunmalıdır: 

-

  milli  istehsalın  inkişafı  üçün  dövlət  tərəfindən  lazımi  tədbirlərin  həyata 



keçirilməsi; 

-

  beynəlxalq  rəqabətə  tab  gətirmək  üçün  daxili  bazarın  gücləndirilməsi  və 



qorunması; 

-

  idxal olunan yüksək rəqabət qabiliyyətli mallara gömrük rüsumlarının artırılması; 



-

  milli  istehsalçıların  ixrac  maraqlarını  stimullaşdıran  pul  –  kredit  siyasətinin 

həyata keçirilməsi.  

Bununla  belə,  bazar  münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  respublikamızda 

büdcə  vəsaiti  digər  məqsədlərə  də  yönəldilir.  Bu  daha  iri  və  dövlət  əhəmiyyətli 

tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır: 




10 

 

-



  dünya  bazarlarında  rəqabətə  tab  gətirən,  məhsul  istehsal  edə  bilən,  sənaye 

sahələrinin  inkişafına  yönəldilən  tədbirlərin  həyata  keçirilməsinin  maliyyələş-

dirilməsi; 

-

  büdcə vəsaiti hesabına həyata keçirilən və eyni zamanda dövlət təminatı verilən 



yüksək  səmərəli  investisiya  layihələrinin  həyata  keçirilməsinin  maliyyələşdiril-

məsi; 


-

  yarımçıq qalmış obyektlərin layihə xərclərinin həyata keçirilməsi; 

-

  aqrar  sənaye  kompleksinin  sabitliyinin  təmin  edilməsi  məqsədilə  bazar 



mexanizmi bazasında onun işinə yardım edilməsi; 

-

  istehsal  və  sosial  –  məişət  infrastrukturunun  təkmilləşdirilməsi  üçün  maliyyə 



imkanlarının yaradılması və s. 

Ümumiyyətlə, dövlət büdcəsi xərclərinin mahiyyətini daha aydın başa düşmək 

üçün  onun  ölkə  iqtisadiyyatına  göstərdiyi  təsirləri  xüsusilə  qeyd  etmək  lazımdır. 

Belə ki, büdcə xərclərinin istehsala göstərdiyi təsirlər əsas etibarilə investisiyaların 

həcmi,  istehsal  məsrəfləri,  məşğulluq  həcmi,  idarəetmənin  və  biznesin  texniki 

səviyyəsi, eləcə də maliyyənin təşkilinə göstərdiyi təsirlərin məcmusundan ibarətdir. 

Büdcə xərclərinin istehsala göstərdiyi əsas təsirlər investisiyaların artımı ilə bağlıdır. 

Dövlətin  investisiya  xərcləri  ölkənin  iqtisadi  stimullaşdırma  fəaliyyətinə  müsbət 

təsir  göstərir.  Dövlətin  stimullaşdırma  fəaliyyəti  isə  işgüzar  dairələrin  müdafəsini 

təmin  edir.  Beləliklə  də,  işgüzar  dairələrin  müdafiəsi  və  sərbəst  fəaliyyəti  təmin 

olunursa, deməli bu dairələrin öz kapitallarından investisiyaya ayırdıqları vəsaitlərin 

də miqdarı artır. Bu isə son nəticədə istehsalın artırılmasına gətirib çıxarır.  

Dövlət  xərcləri  tərkibində  cari  və  investisiya  xərclərinin  mahiyyəti  olduqca 

böyükdür.  Dövlətin  həyata  keçirdiyi  investisiya  xərcləri  iqtisadiyyatda  məşğulluq 

normasını  yüksəldir  və  işsizliyin  aradan  qaldırılmasına  şərait  yaradır.  Dövlətin 

həyata keçirdiyi cari xərclərin tərkibinə isə əmək haqqları, sosial yardımlar, transfert 

ödəmələr  daxildir.  Bu  cür  xərclərin  artması  iqtisadiyyatda  istehlak  normasını 

yüksəldir.  Əgər  dövlət  iqtisadiyyatın  müəyyən  bir  hissəsini  inkişaf  etdirmək 

istəyirsə, onda bu sahələrə subsidiyalar ayırır və onların inkişafı üçün lazımi şərait 

yaradır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə