Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   2   3   4   5   6   7   8   9   ...   28

11 

 

Dövlət  xərcləri  istehlaka  da  böyük  təsir  göstərir  və  bu  özünü  müxtəlif  istiqa-



mətlərdə  göstərir.  Bazar  iqtisadiyyatı  şəraitində  dövlətin  ən  mühüm  vəzifələrindən 

biri  əhalinin  sosial  müdafiəsini  təşkil  və  təmin  etməkdir.  Sosial  müdafiə  xərcləri 

geniş  və  çoxsaylıdır.  Buraya  əhalinin  mənzil  –  məişət  şəraitinin  təmin  edilməsi, 

ə

halinin  nəqliyyat  vasitələrilə  təmin  olunmasının  yaxşılaşdırılması,  əhalinin  az 



təminatlı  və  işləməyən  hissəsinə  sosial  ayırmaların  aparılması,  pensiyaların 

ödənilməsi və s. məsələlər daxildir. Bütün bunlar son nəticədə özəl istehlakı artırır. 

Ə

halinin  əmək  haqqı  normasının  yüksək  olması  əhalinin  normal  istehlak  səbətini 



ödəməyə imkan verir. Dövlətin sosial müdafiə sisteminin inkişaf etdirilməsi nəticə-

sində verilən müavinətlər, istehsalçılara verilən subsidiyalar, əsas tələbat mallarının 

qiymətlərinin aşağı salınması istehlakı artıra bilən amillərdəndir. 

Dövlət xərclərinin iqtisadi təsirlərindən danışarkən bu xərclərin gəlir bölgüsünə 

göstərdiyi  təsirləri  də  qeyd  etmək  lazımdır.  Büdcə  xərclərinin  gəlir  bölgüsünə 

göstərdiyi  təsiri  müəyyənləşdirərkən  real  xərclər  və  transfert  xərclər  sinfinə  daxil 

olan xərcləri izah etmək lazımdır. Real xərclər tələb normasına birbaşa təsir etdiyi 

üçün  milli  gəlir  və  məşğulluq  normasını  yüksəldir.  Ona  görə  də  real  xərclərin 

göstərdiyi  təsirlər  böhran  və  durğunluq  dövrlərində  az  gəlirli  sosial  təbəqələrin 

gəlirlərinin artması şəklində özünü biruzə verir. 

Transfert xərcləri isə gəlir bölgüsünü yə bərabərlik halına gətirir, ya da bərabər-

sizliyi  artırır.  Bu  xərclər  nəticəsində  əhalinin  müəyyən  hissəsi  daha  çox  gəlir 

qazandığı  halda,  başqa  bir  hissəsi  az  gəlir  əldə  edir.  Buna  uyğun  olaraq,  dövlət 

sosial  müdafiə  tədbiri  kimi  az  məsrəfli  təbəqələrin  gəlirlərini  artırmağa,  yaxud 

azaltmağa  çalışır.  stehlak  üçün  ixraca  verilən  subsidiyalar  isə  bir  qrup  adamın 

gəlirini xeyli artırdığı üçün insanlar arasında gəlir bərabərsizliyi yaradır. 

Müasir  dövlətlər  həyata  keçirdikləri  iqtisadi  siyasətlərlə  öz  iqtisadiyyatlarını 

sabit və böhransız şəraitdə inkişaf etdirməyə çalışırlar. Belə ki, maliyyə siyasətinin 

həyata  keçirilməsində  dövlətin  məqsədi  cəmiyyətin  inkişafının  ən  vacib  tələbatını 

təmin  etmək  üçün  zəruri  olan  maliyyə  ehtiyatlarının  və  bu  ehtiyatların  istehsal 

sahələri arasında bölüşdürülməsi yolu ilə onlardan səmərəli istifadə olunmasıdır. Bu 

istiqamətdə  maliyyə  siyasətinin  aparıcı  qolu  olan  büdcənin  gəlirlərinin 




12 

 

formalaşdırılmasının  və  büdcənin  xərcləri  kimi  ölkə  iqtisadiyyatının,  o  cümlədən 



milli istehsalın inkişafı və stimullaşdırılmasına təsirini qeyd etmək lazımdır.  

Belə  ki,  xərclərinin  müəyyən  hissəsi  milli  məhsulun  formalaşmasında  xüsusi 

çəkiyə  malik  olan  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı,  balıqçılıq,  sənaye  və  tikinti, 

mənzil – kommunal, nəqliyyat, rabitə və s. xərclərin maliyyələşməsinə yönəlir. Bu 

da birbaşa olaraq milli istehsalın inkişafına şərait yaradır.  

Qeyd olunanlarla yanaşı cəmiyyətin idarə olunmasında mühüm rolu olan və son 

nəticədə  bütün  dəyərlərin  yaradıcısı  olan  insanların  təhsilinin,  sağlamlığının  təmin 

edilməsi,  ölkədə  elmi  –  texniki  tərəqqinin  yüksəldilməsi  üçün  dövlət  büdcəsində 

müəyyən məbləğdə vəsait nəzərdə tutulur ki, bu da bütövlükdə milli istehsalın idarə 

olunmasında və onun inkişafında böyük əhəmiyyətə malikdir.  

Dövlət büdcəsinin ən mühüm istiqamətlərindən biri də Azərbaycan  üçün daha 

ə

həmiyyətli olan sosial sahələrin islahatları üçün keçirilən büdcə xərcləridir. Çünki 



məhz bu xərclərdən asılı olaraq ölkədə siyasi stabillik yaradıla bilər. Sosial xərclər 

indi  əhalinin kasıblıq  həddinin  çox  olmasını,  bəzi kateqoriyalı işçilər  üçün  güzəşt-

lərin  ləğvi,  büdcədən  ayrılan  əmək  haqqının  diferenasiyasını,  əməyin  nüfuzunu  və 

onun  perspektiv  əhəmiyyətini  nəzərə  alaraq  proqnozaşdırılır.  Bu  onu  göstərir  ki, 

Azərbaycan dövlətində rəhbərliyi birinci növbədə əhalinin sosial durumu və maddi 

rifahının yaxşılaşdırılması düşündürür. 

Dövlət  büdcəsindən  vəsaitlərin  ayrılmasında  idarəetmə  xərclərinin  də  böyük 

rolu vardır. Lakin son illərdə bu xərc maddəsi üzrə artım dinamikasının sürətlənməsi 

son nəticədə müəyyən islahat tipli tədbirlərin həyata keçirilməsini zəruri edir. Buna 

səbəb kimi, son illərdə dövlət idarəetmə orqanlarında, prezident administrasiyasında 

çalışanların,  xüsusilə  də  Milli  Məclis  deputatlarının,  nazirlərin,  komitə  sədrlərinin 

maaşlarının  çox  yüksək  faizlə  artırılmasıdır.  Statistikaya  nəzər  salsaq  görərik  ki, 

dövlət  hakimiyyət  və  idarəetmə  orqanlarının  saxlanılmasına  xərclər  müstəqillik 

qazandıqdan sonrakı illər ərzində təxminən 6 dəfə artmışdır.  

Lakin bir şeyi danmaq olmaz ki, bu gün dövlət və hakimiyyət orqanları iqtisa-

diyyat  üzərində  hakim  idarəetmə  funksiyalarının  əhəmiyyətli  bir  hissəsindən 

məhrum olmuş, nazirlik və idarələrin bir çoxu ləğv edilmiş, əsaslı struktur dəyişik-



13 

 

likləri aparılmaqdadır. Bu bir növ respublikamızda özəlləşdirmə proqramının həyata 



keçirilməsi  ilə  əlaqədardır.  Özəlləşdirmənin  dərinləşməsi  ilə  əlaqədar  olaraq  isə, 

həmin  orqanlar  iqtisadi  və  idarəetmə  orqanlarını  bir  qədər  də  itirmiş  olacaqlar. 

Ə

lbəttə  ki,  belə  bir  vəziyyətdə  həmin  xərclərin  yüksək  səviyyəsinə  heç  cür  bəraət 



qazandırıla  bilməz.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hakimiyyət  və  idarəetmə 

orqanlarının  özləri  də  bəzən  heç  kimə  lazım  olmayan  yeni  idarəetmə  strukturları 

yaradır,  özləri  üçün  kifayət  qədər  maaş  və  s.  müəyyən  edirlər.  Bu  gün  idarəetmə 

orqanlarının  rəhbər  işçilərinin  təkcə  xidmət  xərcləri,  yəni  maşınlardan  istifadə, 

istirahət  və  ezamiyyət  üçün  ayrılmış  əlavə  vəsaitlər  onların  əmək  haqqlarından  ən 

azı 5 – 6 dəfə yüksəkdir. 

Kiçik  bir  müqayisə  aparaq.  Son  dövrlərdə  dövlət  büdcəsindən  icra  hakimiy-

yətləri üçün ayrılan xərclərin həcminin artırılmasına baxmayaraq müdafiəyə ayrılan 

xərclər  daha  çox  artırılmışdır.  Müharibə  şəraitində  olan  və  hər  an  müharibəyə 

başlamaq  zərurəti  ilə  üz  –  üzə  qalan  bir  ölkənin  ordusunun  yaradılması  və  bu 

ordunun gücləndirilməsi üçün ilk növbədə büdcədən hərbi yardımların həcminin bir 

neçə dəfə artırılması əvəzinə müdafiəyə ayrılan xərclərin azaldılması, sadəcə olaraq 

ağlasığmazdır.   

Dünyanın  bir    çox  ölkələrində,  o  cümlədən    Almaniyada  idarəetmə  və  dövlət 

aparatının saxlanılma  xərcləri ümumi  büdcə xərclərinin 5 – 6 %-i həddini aşmır. 

Ümumiyyətlə, keçid iqtisadiyyatı  şəraitində  idarəetmə xərclərinin azaldılması mə-

sələsi ön planda olmalıdır. Belə ki, dövlət büdcəsi xərclərinin azaldılmasında mənbə 

kimi hakimiyyət və idarəetmə strukturunu təkmilləşdirərək, bir – birini təkrar edən, 

oxşar idarəetmə orqanlarını, eyni zamanda orada işləyənlərin sayını ixtisar edərək, 

həmin  məqsədlərə  ayrılan  büdcə    vəsaitlərinin  xüsusi    çəkisini  azaltmaq  lazımdır.  

Çünki,  dövlət    xərclə-rinin  getdikcə  artırılması  iqtisadi  artıma  müsbət  təsir 

göstərməklə  yanaşı,  həmçinin  iqtisadiyyatın    tənzimlənmısində  maliyyə  

mexanizminin  rolunun xeyli gücləndirilməsinə səbəb ola bilər. Ölkə güclü maliyyə 

imkanlarına  nə  qədər  malik  olsa,  dövlətin  də  iqtisadiyyatın  tənzimlənməsinə  təsiri 

bir o qədər güclənmiş olar.     



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə