Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   2   3   4   5   6   7   8   9   ...   28

14 

 

Dövlət büdcəsinin xərcləri tərkibində büdcədənkənar fondlar ayrıca əhəmiyyətə 



malikdir. Büdcədənkənar fondlar dövlət və yerli hakimiyyət orqanları tərəfindən pul 

vəsaitlərinin  yığılması  məqsədilə  yaradılır.  Buraya  vəsaitlər  həm  könüllü,  həm  də 

məcburi  qaydada  daxil  olunur.  Bu  fondlar  dövlət  və  yerli  fondlar  tərəfindən  idarə 

edilməsinə  baxmayaraq,  dövlət  büdcəsindən  ayrı  və  ən  əsası  müstəqil  şəkildə 

fəaliyyət  göstərirlər.  Vəsaitlərin  xərclənməsi  əvvəlcədən  təyin  olunmuş  məqsədli 

tədbirlərin  həyata  keçirilməsi  üçün  istifadə  olunur.  Dövlət  və  yerli  büdcədənkənar 

fondlar  dövlət  və  bələdiyyə  maliyyəsinin  əsas  tərkib  hissəsi  hesab  olunur.  Eyni 

zamanda  hər  bir  büdcədənkənar  fond  müstəqil  maliyyə  -  kredit  təşkilatı  hesab 

olunur.  Vəsaitlər  əvvəlcədən  təyin  olunmuş  istiqamətlərə  xərclənir.  Bundan  əlavə 

müstəqil  maliyyə  -  kredit  təşkilatı  kimi  büdcədənkənar  fond  maliyyə  bazarında 

investor kimi də çıxış edə bilər, eləcə də dövlət qiymətli kağızlarını almaqla əlavə 

gəlir əldə edə bilər.  

Büdcədənkənar  fondlar  həmçinin  maliyyə  ehtiyatı  rolunu  oynayır  və  maliyyə 

çətinliyi  yaranan  bütün  hallarda  respublika  və  yerli  hakimiyyət  orqanları  onların 

vəsaitindən istifadə edə bilər.   

Dövlət  büdcəsi  iqtisadiyyatın  tənzimlənməsinin  mühüm  tərkib  hissəsi  olduğu 

üçün  yığım  və  istehlak  fondlarının  formalaşdırılması,  onların  optimal  nisbətlərinin  

təmin  olunmasında mühüm  rol  oynayır. Yığım fondunun  optimal həcmi məhsul-

dar  qüvvələrin  inkişafının  maddi  bazasını  təşkil  etməklə  iqtisadiyyatın  müntəzəm 

inkişafını  təmin  edir.  Istehlak  fondu  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi, 

ictimai istehsalın əsas məqsədinin həyata keçirilməsini təmin edir. Yığım və istehlak 

fondlarının  optimal  nisbətlərinin  təmin    olunması  və  onların  arasındakı  əlaqələrin 

tənzimlənməsi  dövlət  büdcə-sinin  qarşısında  duran  ən  mühüm  vasitələrdən  biri 

olduğuna dəlalət edir. 

Dövlət  büdcəsinin  vəsaiti  hesabına  dövlətin  ehtiyat  fondu  yaradılır.  Bundan 

ə

lavə  ölkədə  material  və  ərzaq  məhsulları  ehtiyatlarının  yaradılmasındada  büdcə 



vəsaitindən istifadə olunur. 

Dövlət maliyyələşdirilməsində dövlət kreditinin xüsusi yeri və rolu var. Dövlət 

krediti  münasibətləri  müəssisə  və  təşkilatların,  əhalinin  müvəqqəti  sərbəst  pul 



15 

 

vəsaitlərinin  səfərbərliyə  alınması  və  dövlət  xərclərinin  maliyyələşdirilməsi  üçün 



dövlət hakimiyyəti orqanlarına verilməsindən ibarətdir. Dövlət tərəfindən hüquqi və 

fiziki  şəxslərin    müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  səfərbərliyə  alınması  maliyyə 

bazarında  istiqrazların,  xəzinə  öhdəliklərinin  və  digər  dövlət  qiymətli  kağızlarının 

satışı  yolu  ilə  həyata  keçirilir.  Bundan  başqa  dövlət  digər  dövlətlərlə  və  xarici 

hüquqi  və  fiziki  şəxslərlə  da  kredit  münasibətlərinə  girə  bilər.  Bu  halda  dövlət 

krediti beynəlxalq kredit adlanır. Dövlət kreditinin xüsusiyyəti borc verilən vəsaitin 

müddətli,  qaytarılan  və  ödənişli  olmasıdır.  Lakin  buna  baxmayaraq,  dövlət  krediti 

kreditin  digər  növlərindən  fərqlənir.  Dövlətin  götürdüyü  vəsaitlər  dövlətin 

sərəncamına keçir və onun əlavə resurslarına çevrilir. Bu resurslar çox vaxt büdcə 

kəsirinin ödənilməsinə yönəldilir. Müəyyən müddətdən sonra dövlətin aldığı kredit 

və faiz büdcə vəsaitləri hesabına ödənilməlidir. 

Dövlət  krediti  könüllü  xarakter  daşıyır,  lakin  mütləq  geri  qaytarılmalıdır. 

Dövlət  kreditinin  əks  etdiyi  cəhətlərdən  biri  də  onun  ümumi  daxili  məhsulun  və 

milli  gəlirin  yenidən  bölgüsü  mərhələsində  fəaliyyət  göstərməsidir.  Yəni  əhalinin, 

müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitləri yaranır və dövlət krediti bu  

müvəqqəti sərbəst pul vəsaitlərinin bir hissəsini əhatə edir.  

Dövlət krediti vasitəsiylə maliyyə bazarında toplanan resurslar iqtisadi və sosial 

inkişafın maliyyələşdirilməsinə yönəldilir. Dövlət resursları büdcə defisitini ödəmək 

imkanı verir. Pul kütləsini tədavüldən yığmaqla dövlət krediti, həm də pul tədavülü 

sferasında yaranmış problemləri yüngülləşdirir.  

Dövlətin  əlavə  maliyyə  resursları  və  büdcə  kəsirinin  örtülməsi  üçün  monetar 

üsullardan  istifadə  edilməsinə  nisbətən  dövlət  kreditindən  istifadə  olunması  daha 

məqsədəuyğundur. Çünki kağız pulun emissiyası inflyasiyanın güclənməsinə səbəb 

ola bilər.    

Dövlət  büdcəsinin  vəsaiti  hesabına  həmçinin  xarici  ölkələrlə  iqtisadi  əlaqələr 

həyata keçirilir. Büdcənin  köməyilə Azərbaycan  Respublikasının  xarici ölkələrlə 

uzunmüddətli  əməkdaşlıq  proqramları  və  qarışılıqlı  faydalı  əməkdaşlıq  münasibət-

lərinin həyata keçirilməsi təmin edilir.  




16 

 

Beləliklə,  dövlət  büdcəsi  ölkənin  sosial  –  iqtisadi  həyatının  bütün  istiqamət-



lərdə inkişafına kömək edir, onun vəsaiti bütün sahələrdə istifadə olunur. Buna görə 

də  dövlətin  əsas  maliyyə  sənədi  olan,  bütün  iqtisadi  sistemlərdə  planlı  xarakter 

daşıyan  və  dövlətin  ali  qanunverici  orqanı  təsdiq  edilməklə  qanun    xarakteri  kəsb 

edən  dövlət  büdcəsi  mütləq  yerinə  yetirilməlidir.  Bu  o  deməkdir  ki,  dövlət 

büdcəsinin həm gəlir, həm də xərc hissəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 

bütün  müəssisə  və  təşkilatlar,  həmçinin  ölkənin  hər  bir  vətəndaşı  dövlət  büdcəsi 

qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. 

 

 

1.2. Azərbaycanda dövlət büdcəsinin xərclərinin

  tərkibi və strukturu 

 

Дювлят  бцдъясинин  хяръляри  щямин  дювлятин  игтисади-



сосиал  системи  вя  онун  йериня  йетирдийи  функсийаларын, 

вязифялярин мязмуну иля характеризя олунур.  

Дювлят 

бцдъясинин 



хяръляри 

дювлятин 

мяркязляшдирилмиш  пул  вясаити  фондунун  йарадылмасы, 

бюлэцсц  вя  онларын  мягсядли  тяйинат  цзря  истифадясини  якс 

етдирир.  Дювлят  бцдъясинин  хяръляри  дювлятин  функсийалары 

вя  вязифяляринин  мязмунуна  уйьун  йарадылыр  вя  истифадя 

едилир. 

Dюvляt 


bцdcяsиnиn 

xяrcляrи 

respublиkanыn 

иqtиsadиyyatыnыn иnkишafиna, яhalиnиn maddи vя sosиal-mяdяnи 

ehtиyaclarыныn  юdяnиlmяsиnя,  юlkяnиn  mцdafия  qabиlиyyяtиnиn 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə